Məhkəmə qərarları › İş №2(102)-5710/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5710/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5710/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5710/21 (Açar sözlər: kompensasiya tələbi) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4658/2021 n ömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə görə ona cavabdeh tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əli Bayramlı (indiki Şirvan) şəhər X1 31 iyul 1990-cı il tarixli iclas protokoluna əsasən Çernobıl əlili olduğu və 5 nəfər ailə üzvü olduğuna görə ona Şirvan şəhəri, ünvan 1 ünvanında 6 sot torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi ona verilən andan o, torpaq sahəsini istifadəyə yararlı hala salmaq üçün çoxlu işlər görmüşdür. 2017-ci ilin əvvəllərində Şirvan şəhərində fəaliyyət göstərən “Shirvan OİL” neft şirkətinin əməkdaşları yeni quyu qazmaq üçün ona məxsus torpaq sahəsində qazıntı işləri aparmağa başladılar. O, dərhal şirkətə müraciət edərək qeyd edilən torpaq sahəsinin ona məxsus olduğunu və ondan icazə almadan hansı əsasla ona məxsus torpaq sahəsində avadanlıqlar qurulduğunu soruşduqda şirkətdən ona bildirmişlər ki, ona torpağı zəbt edildiyi üçün müvafiq kompensasiya veriləcəkdir. Bu məqsədlə şirkət tərəfindən qeydiyyata götürül müşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq və şirkətə bir neçə dəfə müraciət etməsinə baxmayaraq nə onun torpağını geri qaytarmamış, nə də ki, torpağa görə ona heç bir kompensasiya ödəməmişlər. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2020-ci il tarixli 2(006)-3548/2020 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(032)-370/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi nin boşaldırlması və torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(106)-2496/2019 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(032)-370/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci və 169.2-ci maddələrinə əsasən, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna yalnız həmin əmlakın mülkiyyətçisi malikdir və yalnız mülkiyyətçi, torpaq sahəsi başqa şəxslərin istifadəsinə verildikdə, mənafeyinin əd alətli nəzərə alınmasını tələb edə bilər. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər-hansı hüquqa malik olması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığı digər məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, bu fakt mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunun yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Birinci instansiya məhkəməsi qəbulk etdiyi qətnaməni Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 4.1, 82.3 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Emin Mehdiyev) 2(103)-4658/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(006)-3548/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, mübahisəli torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılmadığı digər məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni mübahisəli torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə rədd edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Eyni zamanda iddiaçı hazırki iddiasında məhz həmin torpaq sahəsinə görə cavabdehdən kompensasiya tələb edir. Demək, qeyd olunan qətnamələrlə mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən boşaldılmadığında n və iddiaçıya qaytarılmadığından kompensasiya ödənilməsi tələbinin təmin edilməsi istisna olunur. Çünki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində mübahisəli ərazidə 656 saylı neft qurğusu quraşdırıldığı, həmin qurğunun 109297 saylı ərazidə yerləşdiyi və ərazinin cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Əbdürəhmanov Kənan Səfər oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3 və 169.2-ci maddələrinin pozuntusuna yol verilmişdir. Apelyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olduğunu bildirsə də, cavabdeh tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir. Apelyasiya məhkəməsi iş materiallarında heç bir süubt olmadan və iş üzrə müvafiq ekspertiza keçirmədən torpağın cavabdehə məxsus olmasını bildirmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Əbdürəhmanov Kənan Səfər oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının vəkili Nümayəndə kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülki yyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətini apelyasiya kollegiyasının torpaq sahəsinin cavabadehə məxsus olmasına istinad edib qətnamə qəbul etməsi, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təüqdim edilməməsi ilə əsaslandırmağa çalışsa da, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, iddiaçının kompensasiya tələbinin əsaslandığı torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması barədə tələbi rədd edilmiş, həmin qətnamələr əsasında iddiaçının qeyd edilən torpaq sahəsinə hər hansı hüququnun olmadığı müəyyən edilmişd ir. İddiaçının torpaq sahəsi ilə bağlı hər hansı hüququ mövcud olmadığı halda onun kompensasiya ilə bağlı tələbi də təmin edilə bilməz. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4658/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar