Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5711/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 qəyyumu cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi, kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi”, Cavabdeh1 qəyyumu cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3712/2022 nömrəli 08 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı tərəfindən verilmiş kassasiya şikayətinə 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanovlar qardaşları küçəsi, ev 15, mənzil 50nin (bundan sonra – mübahisəli mənzil) 1/6 hissəsi X1, 4/6 hissəsi Cavabdeh1 Sabir oğlunun adına 29 may 2007-ci il tarixdə, 1/6 hissəsi İddiaçı adına 16 iyun 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 107 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 üzərində keçmiş həyat yoldaşı Məmmədova Mətanət Rza qızı qəyyum təyin edilmişdir.
3. Cavabdeh1 İddiaçı tərəfindən ünvanlanan 10 mart 2020-ci il tarixli bildirişə əsasən İddiaçı mübahisəli mənzilin 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsini təklif etmişdir. Əks halda, məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 və X2 ünvanlanmış 200 nömrəli 20 noyabr 2019-cu il tarixli məktuba əsasən İddiaçı notariat ofisinə müraciət edərək, ona məxsus olan 1/6 payını 45000 manata satmaq istədiyini bildirmişdir. Qonşular kimi mənzili satın alınmaqla üstünlük hüquqları olduğundan, 45 gün müddətində almaqları təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun paylı mülkiyyətində olan mübahisəli mənzilin onun payına düşən 1/6 hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisənin predmeti olan mənzil üzərində mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, həmin mənzildən faktiki olaraq istifadə edə bilməmiş və mənzildə yalnız Cavabdeh1 yaşamışdır. İddiaçı tərəfindən Cavabdeh1 müraciət edilərək, mübahisəli mənzilin 1/6 hissəsinin naturada bölgüsünü apa rmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsi təklif edilmiş, lakin müraciətinə cavab verilməmişdir.
7. İddiaçı Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 14000 manat kompensasiya ödənilməklə, cavabdehin mübahisəli mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri 13 saylı Notariat Ofisindən bildiriş daxil olmuşdur ki, cavabdeh İddiaçı özünə məxsus 1/6 hissədə payını satmaq niyyətindədir və həmin payın satış dəyəri 45000 manatdır. Cavabdeh artıq bir neçə ildir ki, bu cür əsassız məbləğlərlə guya öz payını satmaq niyyətini nümayiş etdirmişdir. Mənzilin ümumi dəyəri 80000 manatdır. Belə olduqda 1/6 hissədə payın dəyəri heç cür 45000 manat ola bilməz. Riyazı hesablama ilə 1/6 hissədə payın dəyəri 13333 manat təşkil edir.
9. Cavabdeh1 qəyyumu vəsatəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş H/01-PLS nömrəli xx.xx.2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanovlar qardaşları küçəsi, ev 15, mənzil 50-nin bazar dəyəri 90000 manat, İddiaçı məxsus mənzilin 1/6 hissəsinin bazar dəyəri 15000 manatdır.
10. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.
11. Birinci instansiya məhkəməsi 26 iyul 2021-ci il tarixli qərardadla mübahisəli mənzilin paylara uyğun naturada bölünməsinin mümkünlüyü ba rədə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4703 nömrəli 10 dekabr 2021-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilinin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında 1/6; 4/6; və 1/6 hissə olmaqla paylar üzrə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Mənzilin təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün bölgünün hansı qaydada olması sualı üzrə tədqiqat aparılmadı.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-81/2022 nömrəli iş üzrə 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) İddiaçı iddia tələbi rədd, iddiaçı Cavabdeh1 qəyyumu iddia tələbi təmin edilmiş, İddiaçı 15000 (on beş min) manat kompensasiya ödənilməklə, onun mübahisəli mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilmiş hesab edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin İd diaçı payına düşən 1/6 hissəsinin naturada bölünməsi mümkün deyil.
15. Mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığına, təklif olunan 15000 manat məbləğində kompensasiya ağlabatan və eyni zamana ədalətli olduğuna, İddiaçı həmin mənzildə payı cüzi olduğuna (10.8 kv.m) və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığına görə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoyula bilər.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 213, 215, 220.1 və 220.3-220.5-cü maddələri və Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İdd iaçı apellyasiya şikayəti verərək, qətnamənin iddiaçı Cavabdeh1 qəyyumu iddiasının təmin edilməsi hissəsində ləğv, həmin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya baxışında İddiaçı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiadan imtina etdiyini, qeyd olunan tələblə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3712/2022 nömrəli mülki iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə palı əmlakdakı paya hüququnun itirilməsi tələbinə dair iddiasının təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutulması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3712/2022 nömrəli 8 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiadan imtinasının qəbul edilməsi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin – İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddiası nın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 1-ci iş üzrə iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməlidir.
22. Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, İddiaçı iddiadan imtina edilməsinə dair ərizənin qəbul edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4499/2022 nömrəli 10 avqust 2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 qəyyumu kassasiya şikayəti təmin ed ilməmiş, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmışdır
24. Cavabdeh1 iddiası üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Beləliklə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
25. Apellyasiya instan siya məhkəməsi vurğulamışdır ki, iddiaçının onun əmlaka olan mülkiyyət hüququna görə pul kompensasiyasının ödənilməsinə razılığı olmamış, hazırda payın naturada ayrılması tələbi də mövcud deyildir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyət payına görə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyildir.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci, Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 261.0.4, 262.4, 370.1 və 370.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
27. Cavabdeh1 qəyyumu Məmmədova Mətanət Rza qızı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3712/2022 nömrəli mülki iş üzrə 8 iyun 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi ilkin iddiaçının iddiadan imtinasını qəbul edən zaman həmin imtinanın işin hallarına və faktiki olaraq cavabdehin eyni zamanda 2-ci iddia üzrə iddiaçının hüquqlarına nə dərəcədə toxunub toxunmamasına hüquqi qiymət verməli idi. Birinci iddia tələblərindən də göründüyü kimi İddiaçı Nəsimi rayon Məhkəməsinə iddia ilə müraciət edərək paylı mülkiyyət hüququ ilə ona məxsus olan əmla kın naturada ayırlmasını xahişetmişdir. Nəsimi Rayon Məhkəməsində olan digər bir iddia üzrə isə digər paylı mülkiyyətçi kompensasiya ödənilməklə paylı mülkiyyətdə cüzi paya sahib olan payçıya kompensasiya verilməsi tələbini irəli sürmüşdür. Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə hər iki iddia bir icraatda birləşdirilərək hakim Natavan Tağıyevanın icraatına verilmişdir. İşə baxmış Nəsimi rayon Məhkəməsi hər iki iddia tələbi üzrə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək ilkin iddianı rədd etmiş, 2-ci iddianı isə təmin etmişdir. Faktiki olaraq Nəsimi Rayon Məhkəməsində işin məhkəmə baxışı zamanı birinci iddiaçı iddiasından imtina hüququndan istifadə etməmişdir. Apellyasiya baxışında isə birinci iddiaçının bu hüquqdan istifadə etməsi, hesab edirik ki, mübahisələndi rilən qətnamənin qanuni və əsaslılığını şübhə altına ala bilməsi üçün atılmış bir addım olmuşdur və hüququn ümumi prinsiplərinə əsasən hüququndan sui-istifadə halı kimi qiymətləndirilməli və işə baxan kollegiya tərəfindən iddiadan imtina ərizəsi qəbul edilməməli idi. Çünki nəticə etibarı ilə eyni nömrə altında eyni tarixdə qətnamə qəbul etmiş məhkəmə məhz iddiadan imtina ərizəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, 2-ci iddianın təmin edilməsi üçün birinci iddiaçının payının naturada bölünməsi tələbi hazırda olmadığından 2-ci iddia da təmin edilə bilməz. Bu isə tamamilə əsassız yanaşmadır. Çünki rayon Məhkəməsində işə baxılan zaman işin hallarının bir cür olması, sonradan apellyasiya baxışında şəxsin iddiadan imtina etməsi, mübahisəninmahiyyətini dəyişə bilməz. Birinci iddiaçı ilə c avabdeh (2-ci iddiaçı) arasında mübahisə qalmaqda davam etmiş, bir tərəfin hüququ pozulmuş qalmışdır. Belə olduqda isə ədalət mühakiməsini həyata keçirməli olan məhkəmə işə mahiyyəti üzrə baxaraq ədalətli qərar qəbul etməlidi. Şərh olunan mövqeyə əsaslanaraq rayon məhkəməsi haqlı olaraq ikinci iddia üzrə düzgün qiymətləndirmə aparmış və MM-nin 220.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə əməl edərək, özü kompensasiyanın miqdarını müəyyən edərək iddiaçıya ödənilməsini cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul etmək səlahiyyətindən istifadə etmişdir. Lakin Apellyasiya məhkəməsi 1-ci iddiaçının ilk əvvəl əmlakının naturada bölünməsi tələbi irəli sürməsini, mübahisəli paylı əmlakdan istifadə niyyətinin olmamasını dəfələrlə nümayiş etdirməsini nəzərə almadan 2-ci iddiaçının 220.4-cü maddə ilə kompensasiya ödəmək niyyətinin olmasını və buna görə də iddia irəli sürməsini nəzərə almamış, guya 2-ci iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin mövqeyini əslində təhrif etmişdir. Belə ki, qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 220.4-cümaddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcə llənin 220.4-cümaddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hazırki mübahisə məhkəmədə baxılan zaman birinci iddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət edərək əmlakın naturada ayrılmasını tələb etmiş və iş üzrə keçirilmiş ekspertiza ilə əmlakın naturada bölünməsinin qeyri-mümkünlüyü müəy yən edilmişdir. Konstitusiya məhkəməsinin mövqeyində olan ilk hal mövcuddur. İkinci hal iddiaçının dəfələrə qeyd edilən əmlakı satmaq niyyətinin olması, eyni zamanda iş materiallarında olan 13 saylı notariat ofisi tərəfindən göndərilmiş bildirişin olması iddiaçının mənzildə yaşamaq niyyətinin olmamasının sübutu. Üçüncü şərt isə paylı əmlakdakı payın cüzi olmasıdır ki, naturada bölgünün müəyyən edilməsi zamanı ekspertiza ilə müəyyən edilmişdir ki, ümumi əmlakdakı pay 10 kv metr ərazi(yəni əmlakın 1/6 hissəsidir) birinci iddiaçıya məxsusdur. Belə olan halda apellyasiya məhkəməsinin göstərilən şərtlərə əməl edilməməsi, və ən əsası iddiaçının naturada bölgüdən imtina etməsi nəticəsində Konstitusiya məhkəməsinin mövqeyindəki 3 şərtdən birinin artıq olmaması kimi mövqeyi tamamilə əsassızdır.
29. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3712/2022 nömrəli mülki iş üzrə 8 iyun 2022-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
32. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bi lər. 33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı: - Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna b ilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəs ində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zaman da mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 -ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu nun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı: - Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövl ükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər id dia ərizəsində və apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi tərəfindən, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verimişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Hazırkı işdə İddiaçı payına görə pul kompensasiyasının ödənilməsinə və paylı mülkiyyətə xitam verilməsinə razı deyildir, onu payının ayrılması barədə iddiası üzrə icraata iddiadan imtinaya əsasən xitam v erilmşidir. Bu barədə olan qərardaddan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin 10 avqust 2022-ci il tarixli qərarı təmin edilməmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Məmmədova Mətanət Rza qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3712/2022 nömrəli 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.