Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5713/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(105)-1175/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh 1996-cı ildə faktiki nikaha daxil olaraq ailə qurmuş və nikahlarını xx.xx.1997-ci ildə rəsmiləşdirimişlər.
2. Evləndikdən sonra iddiaçı cavabdehin anası X2 mülkiyyətində olmuş Abşeron rayonu, Saray qəsəbəsi, Füzuli küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və qeydiyyata düşmüşdür.
3. Birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü Yaxşıxanım və xx.xx.2002-ci il təvəllüdlü Rəcəb adlı uşaqları doğulmuşdur. 4. 07.09.2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi üzərində Nümayəndə2, X3 və Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 5. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Nümayəndə2 və X3 mübahisəli evə olan paylarını oğulları Cavabdeh bağışlamışlar.
6. İddiaçı 2017-ci ilin iyul ayınadək mübahisəli evdə yaşamış, 2017-ci ilin iyul ayında oğlu Rəcəblə birlikdə həmin evdən çıxaraq atasının evinə getmişdir.
7. Cavabdeh xx.xx.2017-ci ildə mübahisəli evlə bağlı dövlət reyestrində cari dəyişikliklərin edilməsi barədə ərizə ilə DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Bundan sonra cavabdehə xx.xx.2017-ci il tarixli çıxarış verilmiş və həmin çıxarışda mübahisəli evin ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Füzuli küçəsi ev 2 Ç qeyd e dilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 iddiaçının yanında saxlanılması qət olunmuşdur. 9. xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ilə cavabdeh mübahisəli evi və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsini qardaşı oğlu X5 bağışlamışdır. Sonuncunun hüquqları xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2002-ci il təvəllüdlü övladı İddiaçı2 ilə birlikdə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1996-cı ildə faktiki, 28 avqust 1997-ci il tarixdə isə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra həmin vaxt cavabdehin anası X2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2 ünvanında yerləşən, hazırda isə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür, Hazırda da həmin ünvanda qeydiyyatdadır. Birgə nikah dövründə xx.xx.1997ci il təvəllüdlü və xx.xx.2002-ci il təvəllüdlü iki övladı anadan olmuşdur. Cavabdeh və iki övlad ı ilə birlikdə 2017-ci ilin iyul ayınadək mübahisəli ünvanda yaşamışdır. Qızı 2016-ci ildə ailə həyatı quraraq başqa ünvana köçmüş, cavabdeh ona şər-böhtan atdığından onunla münasibətləri korlanmış və 2017-ci ilin iyul ayında 21 il yaşadığı evdən oğlu Rəcəblə birlikdə çıxaraq ünvan 3 ünvanında yerləşən ata evinə getməyə məcbur olmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 onun himayəsində saxlanmış, xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. 2 ildir ki, oğlu Rəcəb ilə birlikdə ata evində qalmağa məcbur olmuşdur. Cavabdeh 1996-cı ildən yaşadığı və qeydiyyatda olduğu həm in ünvana onu buraxmır. Cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi 2 ünvanında yerləşən evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə etməklə birgə yaşamışlar. Bu baxımdan oğlu Rəcəb ilə birlikdə həmin ünvanda yerləşən evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməli, eyni zamanda onlara evin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmalıdır. Hazırda qalmağa başqa yerləri olmadığından məhkəməyə müraciət etmişdir.
12. Cavabdeh İddiaçı1 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı1 “evə köçürülməyə dair” iddiasının heç bir hüquqi əsası olmadığından təmin edilməməsini, İddiaçı1 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min m anat kompensasiya ödəməklə onun Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-yə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə xx.xx.1998-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonradan, aralarında olan ailə münasibətlərinin pisləşməsi nəticəsində rəsmi nikahları xx.xx.2018-ci ildə məhkəmə qaydasında ləğv edilmiş, İddiaçı2 anasının himayəsinə verilmişdir və onunla birlikdə yaşayır. İddiaçı1 onun atasına məxsus 2 saylı evə gəlin köçmüş, uşaqları orada anadan olmuş və həmin evdə qeydiyyatdadırlar. İddiaçı1 köçmək istədiyi 2ç saylı ev valideynləri tərəfindən xx.xx.2011-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlanmışd ır. Həmin ev paylı mülkiyyət deyil və tam onun mülkiyyətindədir. İddiaçı1 heç kim məcburi surətdə yaşadığı evdən çıxartmamışdır, o, özü könüllü surətdə gedərək valideynləri ilə yaşamağa üstünlük vermiş və iki ilə yaxındır ki, orada yaşayır. İddiaçı1 ona bağışlanılan xüsusi mülkiyyətinə köçürülməsi tələbi əsassızdır. Belə ki, İddiaçı1n 2 ç saylı evdə deyil, 2 saylı evdə, yəni atasına məxsus olan evdə qeydiyyatdadır. Qeyd olunan ev onların birgə nikah dövründə əldə etdikləri əmlak deyildir və həmin evdə ikinci ailəsi ilə birlikdə yaşayır. Hazırkı şəraitdə keçmiş ailəsinin yaşadığı evə köçürülməsi və yeni ailəsi ilə birlikdə yaşaması mümkün deyildir. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 100 manat təşkil edir. İddiaçı1 validey nlərinin yanından çıxaraq 3 il ərzində ayda 100 manat ödəməklə yaşasa ona 4 min manat kompensasiya ödəməyə razıdır, çünki 3 ilin kirayə xərci 3600 manat təşkil edir.
14. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddianın təmin edilməsi, İddiaçı1 xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu İddiaçı2 ilə cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar, qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1996-cı ildən əri və ərin in ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və həmin evdən uşağı ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının həmin evə daimi qeydiyyata düşməsi də, onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur.
16. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alındığından mülkiyyətdə olan qeyd edilən evə istifadə hüququnun yaranması məsələsinə qiymət verildikdə də, Mülki Məc əllənin 228.5-ci maddəsinə əsasən iddiaçının həmin evə yenə də istifadə hüququ qalır.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 ilk iddia üzrə Cavabdeh ilə bərabər hüquqlu şəxsdir və ona görə də iddiaçı azyaşlı uşağı xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçməlidir.
18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə hesab etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində veriləcək kompensasiyanın məbləğinin yetərli olmasını qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində əsaslandırlmalı olduğu halda əsaslandırmamışdır. İlk iddia üzrə cavabdehin təklif etdiyi 4000 manat məbləğində kompensasiya, ilk iddiaçının azyaşlı övladı ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını əldə etməsi üçün çox azdır.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü, Mülki Prosessual Məcəllənin 77.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 228.5-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Qətnamədən cavabdeh apelyasiya şikayəti verilərək qətnamənin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsini n mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsində istifadə hüququnu saxlanmır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququ yoxdur. Məhkəmə qətnaməsində qanunun bu tələbi nəzərə alınmamışdır, maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçının onların xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evə köçürülməsi gələcəkdə təhlükəsiz yaşamaq hüquqlarını pozur, bu da yol veril məzdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız olaraq rədd etmiş, işi hərtərəfli araşdırmamışdır.
22. Sumqayıt Apelyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-770/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) Cavabdeh verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsinin «İddiaçı1 xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürül məsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, qətnamənin - «Cavabdeh İddiaçı1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının tərbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh arasında nikah hüquq münasibətləri 1997ci il tarixdən yaranıb və ona görə də yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı qeyd edilən evdə 1996-cı il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşağı ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının qeyd edilən evə dai mi qeydiyyata düşməsi də, onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur.
24. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınsa da ilkin iddiaçının həmin evə yenə də istifadə hüququ qalır.
25. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı1 mübahisəli yaşayış evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi barədə nəticəyə gəldikdə faktiki olaraq cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, mübahisəli yaşayış evinin bölgüsünü aparmışdır. Bu baxımdan İddiaçı1 tələbi əsasında ünvan 2 ünvanında yerləşən evə köçürülməklə, fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s.) istifadə hüququ tanınmalıdır.
26. Apelyasiya məhkəməsi toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
27. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağal arovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli 2(102)-3453/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(105)-770/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
30. Kassasiya instansiyasının mövqeyinə görə İddiaçı1 tələbi ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı1 mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər.
32. Məhkəmə ko llegiyası hesab etmişdir ki, hazırkı işdə qarşılıqlı iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli qərarına, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Telman Məmmədov) 2(105)-2606/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə ye ni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia hissəsində işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə İddiaçı1 digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunması üçün kifayət edib-etməməsini, məhkəmənin özünün də kompensasiya məbləğinin müəyyən etmək imkanlarını nəzərə almamış və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə işin faktiki hallarına uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia qaldırılan zaman onun tərəfindən kompensasiya 4000 manat məbləğində, apelyasiya şikayəti verilərkən 5000 manat məbləğində, hazırda isə 6000 manat məbləğində təklif edilmişdir. İşdən görünür ki, İddiaçı1 heç bir məbləğlə razılaşmır və mübahisəli evə köçürülməsində israr edir, məhz bu səbəbdən də tərəflər arasında mübahisə yaranmışdır. İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında ailəməişət zəminində kəskin münaqişə mövcuddur, onlar arasındakı münasibətlər pisləşmişdir və onların hazırda bir evdə yaşamaları daha ağır münaqişələrə səbəb ola bilər. Digər tərəfdən, Ali Məhkəmənin m übahisə üzrə məlum qərarında göstərilmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı1 mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu baxımdan İddiaçı1 mübahisəli evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir.
37. Məhkəmə kollegiyası kompensasiyanın məbləği ilə bağlı qeyd etmişdir ki, tərəflərin məhkəməyə təqdim etdikləri fərdi yaşayış evlərinin aylıq kirayə haqqı barədə müxtəlif arayışlarla Abşeron rayonu, Saray qəsəbəsində iki otaqlı mənzil və ya fərdi yaşayış evlərinin aylıq kirayə haqqı təqribən 200-220 manatla 100-120 manat arasında dəyişdiyi müəyyən edilmişdir. Ona görə də hər iki tərəfə münasibətdə bərabərlik prinsipi tətbiq e dilərək, kompensasiya məbləği hesablanarkən bu arayışlardakı orta qiymət (aylıq 150 manat) əsas götürülməlidir. Bu baxımdan İddiaçı1 təklif olunan 6000 manatlıq kompensasiya məbləği onun davamlı olaraq müəyyən müddətdə (təqribən 40 ay) eyni şəraitli evdə kirayədə yaşamaq imkanını verir. Buna görə də təklif olunan 6000 manat kompensasiya məbləği ilk iddia üzrə İddiaçı1davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən qarşılıqlı iddia bu hissədə təmin olunmalıdır.
38. Məhkəmə kollegiyası İddiaçı1 kompensasiya təklifi ilə bağlı, ya iki otağın pulunun verilməsi, ya da köçüb orada yaşayacağı barədə şərt irəli sürməsinə münasibətdə hesab etmişdir ki, bu məsələyə düzgün yanaşma deyildir.
39. Belə ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. İdiaçının kompensasiya əvəzinə iki otaq tələbi isə əslində evin bölünməsi anlamını verir ki, bu da qeyd olunduğu kimi mümkün deyildir.
40. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. İddiaçı1 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli 2(102)-2244/2021 saylı qərarı ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X13 və X14) İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli 2(105)-2606/2020 nömrəli qətnamə sinin “hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması” hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
43. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, birinci kassasiya icraatı zamanı məhkəmənin mövqeyi nəzərə alınmamış, ikinci apellyasiya icraatının həddi düzgün müəyyən edilməmişdir. Belə ki, birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab etmişdir. Kassasiya məhkəməsinin göstərişi qarşılıqlı iddia tələbi üzrə qətnamənin tam yoxlanması ilə bağlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişi həddində, yəni gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı idi. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya məhkəməsinin göstərişlərdən kənara çıxaraq qarşılıqlı iddia tələbinin qanuniliyini tam yoxlamış, yeni kompensasiya məbləği müəyyən edərkən artıq qanuni qüvvədə olan hissələrlə nəticəyə gəldiyi hissə arasında ziddiyyət yaratmış, faktiki olaraq bir mülki iş üzrə bir-birini təkzib edən iki nəticənin yaranmasına zəmin yaratmışdır.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən qüvvədə olan hissələr üzrə hər hansı araşdırma aparmadan hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkün ola biləcəyi müzakirə edilməlidir.
45. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü, MPM-in 14.2, 77.1, 80, 81, 106.1, 218.3, 416, 417.1.3, 418.3, 420-ci maddələr inə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
46. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2308/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Elman Əhmədov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 nömrəli 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
47. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi təl əbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab etmişdir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, gələcəkdə cavabdeh tərəfindən yeni məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsi mümkündür.
49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.2, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. g) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
50. Cavabdeh Nümayəndə2 Kənan oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək 7000 manat kompensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş edilmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam veri ldikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsində istifadə hüququnu saxlanmır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququ yoxdur. Məhkəmə qətnaməsində qanunun bu tələbi nəzərə alınmamışdır, maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçının onların xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evə köçürülməsi gələcəkdə təhlükəsiz yaşamaq hüquqlarını pozur, bu da yol verilməzdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız olaraq rədd etmişdir, işi hərtərəfli araşdırmamışdır.
52. Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022ci il tarixli 2(102)-766/2022 saylı qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X15) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2308/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
53. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbərini pozaraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini icra etməmiş, təkrar apellyasiya baxışı zamanı məhkəmə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna x itam verilməsinin mümkün ola biləcəyini müzakirə etməmiş, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və həmin maddi hüquq normaları ilə bağlı Konstitusiya Məhkəməsinin şərhlərini nəzərə almamışdır.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi təklif edilən kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, həmin kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq özü müəyyən etməli və iddiaçının həmin məbləğlə razı olub-olmadığını aydınlaşdırmalı idi.
55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci kassasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi qarşlıqlı iddiaya aid hissədə ləğv edilərək, yeni baxışa göndərildiyindən a pellyasiya məhkəməsinin baxış predmetini qarşılıqlı iddianın yenidən araşdırılması təşkil edir. Təklif edilən kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün iddia ərizəsində göstərilib-gəstərilməməsindən asılı olmayaraq apellyasiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bu zaman mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığı olarsa, məhkəmə həmin bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edə bilər.
56. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının xx.xx.2002-ci il təvəllüdlü oğlu ilə birgə yaşayış sahəsinə istifadə hüququ tanınmış, məhkəmə araşdırmaları gedən dövrdə xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 yetkinlik ya şına çatmışdır. Qarşılıqlı iddia ərizəsində isə tək iddiaçının özünün, yoxsa oğlu ilə birlikdə istifadə hüququna xitam verilməsi dəqiqi göstərilməmişdir. Məhkəmə kolegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə dəqiqləşdirilməli, həmçinin artıq yetkinlik yaşına çatmış İddiaçı2 işdə prossesual vəziyyəti müəyyən edilməklə, qarşılıqlı iddia tələbinə yuxarıda qeyd edilən göstərişlər əsasında yenidən baxılmalıdır.
57. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir.
58. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü, MPM-in 14.2, 77.1, 407.2, 416, 420-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinadla əsaslandırmışdır. h) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
59. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1175/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Zahid Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Məhəmmədəli Rza yev) hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qarşılıqlı iddiaya dair hissədə təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamənin qəbul edilməklə Cavabdeh İddiaçı1 qarşı kompensasiya ödənilməklə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı2 cavabdeh qismində göstərilməmiş, iddia tələbi yalnız İddiaçı1 qarşı yö nəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iddiaçının oğlu, özünün isə nəvəsi olan İddiaçı2 qarşı hər-hansı tələblərinin olmadığını, bu gün də onun mübahisəli fərdi yaşayış evinə köçüb yaşamasına razı olduqlarını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası yetkinlik yaşına çatmış İddiaçı2 qarşılıqlı iddia üzrə cavabdeh qismində işə cəlb etməmiş, o anası ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçüb yaşamaq istədiyini və bununla əlaqədar işə iddiaçı qismində cəlb edilməsini xahiş etdiyindən məhkəmə tərəfindən iddiaçı qismində işə cəlb edilmişdir.
61. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında müəyyən ed ilmiş hüquq münasibətində tərəflərdən biri - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MPM-nin 58.1-ci maddəsində göstərilən maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər halı (xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ilə mübahisəli fərdi yaşayış evini X5 bağışladığından və həmin fərdi yaşayış evi sonuncunun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığından) səbəbindən sıradan çıxsa da, X4 qanuni nümayəndəsi X1 prosessual hüquq varisliyi qaydasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə əvəz edilməsinə razı olmadığından qarşılıqlı iddia üzrə apellyasiya baxışı iddiaçı kimi Cavabdeh iştirakı ilə davam etdirilməlidir.
62. Belə olan halda isə məhkəmə mübahisənin hazırkı vəziyyətində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə subyektiv hüquq a malik olub-olmamasına hüquqi qiymət verərək qeyd etmişdir ki, MM-nin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsini müəyyən edir. Bu baxımdan nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən xx.xx.2016-cı il tarixli qərarında da ifadə edilmiş hüquqi mövqeyə görə də Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn artıq mübahi sə predmeti olan ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı həmin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilməsi barədə idda qaldırmaqla bu və ya digər məbləğdə kompensasiya təklif etməyə subyektiv hüququ mövcud deyildir.
63. Ona görə də məhkəmə kollegiyası, Cavabdeh subyektiv hüququ mövcud olmadığından kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə sonuncu qərarında göstərilən kompensasiyanın məbləğininın bazar qiymətinə uyğun olaraq müəyyən edilməsinə dair göstərişin icrasına da zərurətin aradan qalxdığı nəticəsinə gəlmişdir. Belə ki, kompensasiya təklif edən şəxsin buna subyektiv hüququ olmadığından, fərdi yaşayış evinin yeni mülkiyyətçisinin isə hazırkı icra at çərçivəsində belə bir təkliflə çıxış etmədiyi halda kompensasiyanın məbləğininın bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi iş üzrə tərəf olmayan yaşayış evinin yeni mülkiyyətçisi X5 münasibətdə də preyudisial əhəmiyyət daşımamaqla lüzmusuzdur.
64. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh subyektiv hüququ mövcud olmadığından, birinci instansiya məhkəməsinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində veriləcək kompensasiyanın məbləğinin yetərli olmasını qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində əsaslandırmalı olduğu halda əsaslandırmasını təsdiq edən sənəd təqdim etməməsi səbəbindən qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə nəticəsi Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında da ifadə edilmiş hüquqi mövqeyə də uyğun olmamışdır.
65. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, MPM-in 9.1, 14.2, 49.1, 49.3, 57.1, 58.1, 77.1, 420-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
66. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, «ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək 7000 manat kom pensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
67. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yanlış olaraq mübahisəli evin mülkiyyətçisinin dəyişməsini maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər halı kimi qiymətləndirmiş və MPM-in 58-ci maddəsini tətbiq edərək hüquq varisliyi əsasında mübahisəli mənzilin yeni mülkiyyətçisinin Cavabdeh ilə əvəz edilməsi məsələsinə hüquqi qiymət vermişdir.
68. Halbuki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin mülkiyyətçisi dəyişdiyindən MPM-in 54-cü maddəsini tətbiq edərək əsl olmayan tə rəfin əvəz edilməsi məsələsinə hüquqi qiymət verməli idi.
69. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğini müəyyən etməklə mülkiyyətçinin razılığı ilə iddiaçının istifadə hüququna xitam verməli olduğu halda, ümumiyyətlə bu məsələyə hüquqi qiymət verməmişdir. Bununla da mülkiyyətçinin təhlükəsiz yaşamaq hüququnu pozmuşdur. Belə ki, Cavabdeh anasının sağlamlığına zərər vurulması ilə bağlı İddiaçı1 barəsində İXM-nin 157-cimaddəsi ilə tədbir görülərək ona inzibati qaydada cərimə tətbiq edilmişdir. Ona görə də köçürülmə yol verilməzdir. Məhkəmə isə bu hala fikir verməmiş, işi hərtərəfli araşdırmamışdır. Qarşılıqlı iddia ərizəsini əsassız olaraq rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
71. Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərar ı
72. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsində n istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.
73. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
74. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Prosessual M əcəllə
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
77. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
78. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edil dikdən sonra işə əvvəldən baxılmağa başlanır.
79. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
80. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
84. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
85. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya n əticələnə bilsin. Kassasiya baxışının hədləri
90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə kolle giyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
93. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
95. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1175/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.