Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5716/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddiası üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-94/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlar kənd ində yerləşən 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən DƏDRX-nin verdiyi RX seriyalı ******* və ******* saylı çıxarışlarda qeyd olunmuş 0.2202 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslan dırılmışdır ki, xüsusi mülkiyyətində Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0,3684 ha torpaq sahəsi və 0.2202 ha həyətyanı sahəsi olan fərdi yaşayış evi vardır. Həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışlar verilmişdir. Hazırda cavabdeh həmin torpaq sahələrini və fərdi yaşayış evini qanunsuz olaraq zəbt etmiş və onu mülkiyyətindən sərbəst istifadə etməyə qoymur. O, cavabdehdən ona məxsus torpaq sahələrindən və fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2019-cu il tarixli 8342 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin Şəki LTİ-in mütəxəssis rəyinə əsasən Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən seriya RX ******* saylı çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,2202 ha həyətyanı və seriya RX ******* saylı çıxarış əsasında mülkiyyətə verilmiş 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2021-ci il tаrixli, 2(033)-8/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanı nda DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan və 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahələri və fərdi yaşayış evinə köçürülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Az.MEM, VÖİN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahələri və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahələri və fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Lakin hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahələri və fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahələri və fərdi yaşayış evində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahələri və fərdi yaşayış evi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Mülkiyyət hüququnun ehtiva etdiyi bu üç komponent məcmu halında müstəsna dərəcədə mülkiyyətçiyə aid olan dəyərlərdir və Azərbaycan Respu blikasının Konstitusiyasının 13, 29-cu maddələri, o cümlədən MM-in 157-ci maddəsi bu komponentlərdən hər-hansı birinin kənar şəxslər tərəfindən pozulmasını qadağan edir və bütövlükdə mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu ən yüksək səviyyədə bəyan edir.
10. Hazırki mübahisənin mahiyyətindən isə görünür ki, iddiaçının torpaq sahələri və fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, o həmin torpaq sahələri və fərdi yaşayış evinə sahiblikdən məhrum edilmişdir. Bu işdə də iddiaçı həmin maddənin verdiyi hüquqdan istifadə edərək öz əmlakının qaytarılmasını cavabdehdən tələb edir və onun bu tələbi əsaslıdır.
11. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarına belə müdaxiləni İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ndə təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslı hesab etmək mümkün deyildir.
12. Belə ki, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş normalara görə mülkiyyət hüququna müdaxilə aşağıdakı üç halın mövcudluğu şərti ilə əsaslı sayıla bilər: müdaxilə qanuni olmalıdır; müdaxilə ictimai maraqlar naminə edilməlidir; müdaxilə ictimai maraqlarla, mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında ədalətli tarazlıq yaratmalıdır. Birinci şərtlə bağlı qeyd olunmalıdır ki, artıq bəhs edildiyi kimi mülkiyyət hüquqlarına hazırki işdə olduğu kimi müdaxiləni qanun yolverilməz hesab edir. İkinci və üçüncü şərtlərlə bağlı isə qeyd edilməlidir ki, konkret fərdin müstəsna dərəcədə öz maraqları naminə başqasının mülkiyyət hüququna müdaxiləsinin ictimai maraqlarla heç bir əlaqəsi ola bilməz və bu səbəbdən də belə müdaxilə zamanı ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıqdan danışmaq belə mümkün deyil.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələri, İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işdə olan birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-8/2021 saylı qərardadı ilə iddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0.3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair hazırki iş üzrə icraat Zaqatala Rayon Məhkəməsində Cavabdeh iddiası üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Göründüyü kimi işə baxan hakim Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsində onun Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tari xdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qətnaməsi çıxarılmadan, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan iddiaçı X3 ona qarşı torpaq sahəsindən və evdən çıxarılma, həmin torpaq sahəsi və evə köçürülməsinə dair iddia tələbinə baxaraq qətnamə çıxarmışdır. Bundan başqa, məhkəmə prosesi ona məlumat verilmədən keçirilmişdir. Məhkəmə baxışı iclasının təyin olunma vaxtından xəbərsiz olmuşdur. Məhkəmə iclasının təyin olunması barədə ona məhkəmədən bildiriş göndərilməyib. Eyni zamanda məhkəmə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(0331-389/2021 saylı qərardadı ilə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrd ə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Həmin mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilərkən 16 fevral 1982-ci il tarixli vəsiyyətnamədə olan vəsiyyətçi sözündən sonra “Musayev Y" sözlərinin qarşısındakı imzanın Zaqatala Rayon Dövlət Arxivində saxlanılan təsərrüfatbaşına kitablarında babası X4 şəxsən özü tərəfindən imzalanmış sənədlərdə olan imzalarla fərqli olduğunu görmüşdür. Ona görə də məhkəmənin 16 fevral 1982-ci il tarixli vəsiyyətnamənin etibarlı olub-olmadığını müəyyən etmədən İddiaçı və mərhum əri X2 ləyaqətli vərəsə olmaları şübhəlidir. Torpaq islahatı haqqında qanuna əsasən isə 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpa q payı vətəndaşlara həmin ünvandan verilməli idi. İslahatdan əvvəl babası X6 1987-ci ildə vəfat etdiyinə görə torpaq sahəsi babasının adına işlənə bilməzdi. Ona görə ki, həmin dövrdə torpaq sahələri dövlətin müstəsna mülkiyyəti olmuşdur. Həmin yurdda o yaşamış, babasının yanında o olmuşdur. Hələ babası sağlığında 60-cı ildə X5 şəhərdə mənzil alaraq öz ata payını ona vermişdir. Mübahisəli daşınmaz əmlaklara dair adına xx.xx.1988ci il tarixdə qeydiyyat vəsiqəsi verilsə də iddiaçı saxta yolla miras əmlakları ələ keçirmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 iyul 2022-ci il tarixli, 2(107)-94/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Mahmudov, Ə.Məcidov, M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası apellyatorun Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qətnaməsi çıxarılmadan, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan iddiaçı Fatimat Sofıyevanın ona qarşı iddia tələbinə baxılmasının qanunsuzluğu barədə dəlili ilə razılaşmayaraq bildirmişdir ki, surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi iddiaçı Cavabdeh vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Ona görə də şikayətin bu dəlili əsassızdır. 1
8. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməməsi barədə dəlilini də araşdıraraq, iş materiallarının 140-cı səhifəsində olan xəbərnamə əsasında müəyyən etmişdir ki, apellyator məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır.
19. Məhkəmə kollegiyası cavabdehin mübahisəli daşınmaz əmlaklara dair qeydiyyat vəsiqəsi verilsə də iddiaçının saxta yolla miras əmlakları ələ keçirməsi barədə dəlilin də əsassız saymış, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayətin bu dəlili surəti işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təkzib olunur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sü buta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29cu, Azərbay can Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2, 111.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarına əlavə edilmiş cavabdehin adına qeydə alınmış xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsi daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin elektron baza məlumatlarında və arxiv materiallarında öz əksini tapıb-tapmadığını araşdırmamışdır.
25. Ekspert rəyində to rpaq sahələrinin yerləşmə vəziyyəti hüquqmüəyyənedici sənədlərə uyğun olub-olmaması qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən əlavə ekspertiza keçirilməli idi.
26. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152-ci, MPM-nin 14.1, 88, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Maddə
29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüq uqu mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
32. Maddə
157. Mülkiyyətçi özgəsinin qanunsuz s ahibliyində olan əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
34. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
35. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddələr 111.1, 111.2, 111.3. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmu ş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43. maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığ ını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
52. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
53. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı h əm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. 54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hü quqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
55. İddiaçı mübahisəli torpaq sahəsinə və evə subyektiv hüququnun olmasına dair sübut kimi torpağa və evə mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim edir. Mülki Məcəllənin 14.3-cü maddəsinə və Torpaq Məcəlləsinin 49, 55 və 68-ci maddələrinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mülkiyyət hüququnun yaranması üçün əsas sayılır.
56. Cavabdehin xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinin daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin elektron baza məlumatlarında və arxiv materiallarında öz əksini tapıb-tapmadığının araşdırılmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış məhkəmələri bu məlumatları yoxl amağa məcbur edən hüquqi əsas yoxdur. çünki Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
57. Cavabdeh mübahisəli daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququna dair reyestr qeydiyyatının qeyri-dəqiqliyinə dair hər hansı sübut təqdim etməmişdir.
58. İddiaçınin iddianı irəli sürən vaxtı subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən cavabdeh tərəfindən istifad ə olunubolunmaması, orada tikililər inşa edib-etməməsinın müəyyən edilməsindən ibarətdir.
59. Bu halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2019-cu il tarixli 8342 saylı ekspert rəyi ilə seriya RX ******* saylı çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,2202 ha həyətyanı və seriya RX ******* saylı çıxarış əsasında mülkiyyətə verilmiş 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin istifadə etməsi müəyyən edilmişdir (bu qərarın 5-ci paraqrafı).
60. Bu hal iddianın həmin hissədə təmin olunması üçün əsasdır və apelyasiya instansiyası məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmuşdur.
61. Cavabdehi n ekspert rəyində torpaq sahələrinin yerləşmə vəziyyətinin hüquqmüəyyənedici sənədlərə uyğun olub-olmaması qeyd edilməməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin rəyində torpaq sahələrinin koordinatları qeyd olunmuş, həmin koordinatlar əsasında torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem tərtib edilərək rəyə əlavə olunmuşdur.
62. Cavabdehin mübahisəli torpaq sahəsinə hüququ ilə bağlı gətirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində hüquqların yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində müəyyən olunmuş əsaslardan hər hansı birini təqdim etməmişdir.
63. Kassasiya kollegiyası əlavə ekspertiza k eçirilmədiyi barədə kassasiya dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilmişdir.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-94/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.