Məhkəmə qərarları › İş №2(102)-5718/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5718/2019

09.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5718/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilə tələblərinin yerinə yetirilməməsi nəticəsində yaranmış pul borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli 2(103)329/2019 nömrəli qətnaməsindən C avabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilə tələblərinin yerinə yetirilməməsi nəticəsində yaranmış pul borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 8.000,25 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 11 yanvar 2011-ci il tarixdə İddiaçı MMC-nə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş, işə qəbul edilmiş, qanunvericiliyin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Cavabdeh Nizami rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını cavabdehin sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəyirdi. Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq 04 iyun 2015-ci il tarixdə işdən azad olmuşdur. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün o na bir ay müddət verilmişdir. Ancaq cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə ərazidə olan pul vəsaitini yığıb şirkətə təhvil vermədiyindən iddiaçıya 8000,25 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 04 oktyabr 2018-ci il tarixli, 2(007)-617/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Rafael Eyvazov – sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 25 fevral 2019-cu il tarixli 2(103)-329/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(007)-617/2018 saylı qətnaməsi də yişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh satış təmsilçisi olmaqla Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmiş və müştərilərin verdikləri sifarişə əsasən iddiaçı şirkətin satdığı malların pulunu ərazidəki müştərilərdən yığaraq pulunu kassaya mədaxil etmişdir. Belə ki, o, qətnamədə qeyd olunduğu kimi həqiqətən də öz ərizəsi ilə işdən ayrılmışdır. Əgər onun iddiaçı cəmiyyətə hər hansı borcu var idisə və ya ona maddi zərər vurulmuşdursa bu h alla bağlı komissiya qurulmalı və onun fəaliyyəti yoxlanılmalı, araşdırma nəticəsində mənimsəmə faktı və ya borc təsdiq edilirdisə o, əmək qanunvericiliyinin və vəzifə funksiyalarının kobud pozuntusuna əsasən müvafiq əmrlə işdən azad edilməli idi. Həmçinin, qətnamədə ərazidəki borcların yığılması üçün ona 1 ay müddət verilməsi məsələsi də əsassızdır. Belə ki, o, üzləşmə aktları ilə ərazidəki müştərilərdə qalmış borcların yığılmasını iddiaçı cəmiyyətin təftiş mütəxəssisi 111a təhvil vermişdir. Aktlar hər iki tərəf və ərazidəki müştərilər tərəfindən imzalanmışdır. Borcları ərazidəki müştərilər də təsdiq etmişdir. Müştərilərlə alqı-satqı münasibətlərinin davam etməsini nəzərə alaraq borcun müştəri tərəfindən ödənilməsi 1 aydan da çox vaxt apara bilər ki, bununla bağlı vaxt verilməsi əsassızdı r. Belə ki, borcların ödənilməsi ərazidəki müştərilərin satışından asılıdır. 1-ci instansiya məhkəməsi iş materiallarında olan sənədlər üzrə səhv qənaətə gələrək yanlış qiymətləndirmiş və borcları onun borcu olaraq nəzərə almışdır. Halbuki, borclar müştərilərin borcudur və müştərilər də borclarını alqı-satqı münasibətlərinin davam etdiyi müddətdə ödəyirlər. Bakı Apellyasiya Məhkəməsində uzun müddət gedən araşdırmalara, işə əlavə olaraq təqdim edilmiş üzləşmə aktlarına və şahid ifadəsinə baxmayaraq apellyasiya instansiyası təqdim edilmiş heç bir sübutu nəzərə almayaraq mövcud yetərli və mötəbər olmayan sübutlar əsasında apellyasiya şikayətini təmin etməmişdir. Həmçinin, iş materiallarında da yaranmış borcun cavabdehin təqsirindən yaranması və ona aid olmasını təsdiq edən yetərli sübut yoxdu r. Apellyasiya İnstansiyası yalnız təqdim edilmiş balansa və ekspert rəyinə əsaslanaraq 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Halbuki borcların cavabdehə məxsus olması üçün bu sənəd yetərli deyil və üzləşmə aktlarında da açıq-aşkar görünür ki, borclar müştəridə yığılıb qalmışdır. Lakin, məhkəmə həmin borcun ona məxsus olmasını məhkəmədə bildirmişdir ki, bu da yanlış mövqedir. Həmçinin ekspert rəyi də işdə olan qeyri-mötəbər və birtərəfli sənəd və sübutlara əsaslanaraq verilmişdir ki, bu da mötəbər və yetərli sübut olaraq nəzərə alına bilməz. Apellyasiya məhkəməsi işdə olan yetərsiz və qeyri-mötəbər sübutlara əsaslanaraq qanunu səhv tətbiq etməklə iş üzrə yanlış qənaətə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh 11 yanvar 2011-ci il tarixdə İddiaçı MMC-nə ticarət nümayəndəsi vəzifəsinə qəbul olunmuş, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh işlədiyi vaxt ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şi rkətin xəzinəsinə ödəməli olduğu halda əmək funksiyalarını və öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə onun şirkətə 8000,25 manat məbləğində borcu qalmışdır. 04 iyun 2015-ci il tarixli 05 saylı əmr ilə İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh həmin tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2018-ci il tarixli, 4944 saylı ekspertiza rəyinə əsasən İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh İddiaçı MMC-də ticarət nümayəndəsi vəzifəsində işlədiyi dövrdə hesabında 8000,26 manat məbləğində satış pulu çatışmazlığının qalması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işdə olan sübutlarla cavabdehin İddiaçı MMC-nin ticarət nümayəndəsi kimi işlədiyi dövrdə iddia tələbində göstərilən məbləğdə çatışmazlığın müəyyən edilməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmə diyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) vəzifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası ƏM-nin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki halları, qanunvericiliyin qeyd edilən tələbləri və araşdırılmış sübutlara əsasən cavabdehin iddiaçıya 8.00 0,25 manat pul ödəməli olması müəyyən olunur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88 -ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahi sənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli 2(103)329/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar