Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5719/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4597/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiy a şikayətləri üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Məhkəmə tərəfindən (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(011)-3926/2020 saylı və 05.11.2020-ci il tarixli, 2(011)-5727/2020 saylı qətnamələri) müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 qızı X2 24.02.2012-ci il tarixdə rəsmi nikah bağlamışlar. İddiaçı "xxxx" MTK ilə müqavilə bağlayaraq aldığı mənzili 28.12.2013-cü il tarixdə 62.700 manata satmışdır. ünvan 1 ünvanında fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. Əvvəlki məhkəmə mübahisələrində və hazırki məhkəmə baxışında Cavabdeh1 İddiaçı 2013-cü ildə 60000, 2014-cü ildə 30000 manat olmaqla, cəmi 90000 manat məb ləğində pul aldığını etiraf etmiş, lakin, həmin pulu birgə yaşamaq üçün evin inşası üçün deyil, borc kimi aldığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 122835 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərinin həcminin artırılmasına dair ərizə verərək göstərmişdir ki, cavabdehlərin ona ödəməli olduqları məbləğ 2013-2014-cü illərdə yaranmışdır. Həmin tarixdən hal-hazıra qədər 6 il vaxt keçdiyindən həmin məbləğ indeksləşdirilməklə cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Pul vəsaitinin indeksləşdirilməsi tələbinin həmin pulun özünün tutulmas ı tələbi ilə eyni icraatda baxıla bilməməsi ilə bağlı məhkəmənin 01.10.2020-ci il tarixli 2(011)- 5803/2020 saylı qərardadı Bakı Apellyasiya Məhkəməsinin 30.10.2020-ci i il tarixli qərardadı ilə ləğv edilmişdir. Vəkilin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi 05.10.2020-ci il tarixli 04 1-66 saylı cavab məktubundan-arayışdan görünür ki, 2013-cü ildən hazırkı dövrə qədər illər üzrə istehlak qiymətləri indeksi aşağıdakı kimidir. 2013-cü il üçün 102.4; 2014-cü il üçün 101.4; 2015-ci il üçün 104; 2016-cı il üçün 112.4; 2017-ci il üçün 112,9; 2018-ci il üçün 102.3; 2019-cu il üçün 102,6; 2020-ci ilin yanvar-avqust ayları üçün 102.9. Qeyd olunan faizlərə əsasən 122835 manatın hazırkı vaxta indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 2013-cü il üçün (122 835 x 102.4:100 125 783.04) 125783,04-122 835 2948,04, 2014-cü il üçün eyni qaydada hesablama ilə 1719,69, 2015-ci il üçün eyni qaydada hesablama ilə 4913,4 2015-ci il üçün eyni qaydada hesablama ilə 15 231,54, 2016-cı il üçün eyni qaydada hesablama ilə 15 845, 2017-ci il üçün eyni qaydada hesablama ilə 2825,2, 2018ci il üçün eyni qaydada hesablama ilə 3193,7, 2019-cu il üçün eyni qaydada hesablama ilə 3562,2. Hesablamalardan görünür ki, həmin dövrlər üçün 122835 manatın indeksi ümumilikdə (2948.04+1719,69+4913.4+15 231.54* 15 845+2825,2+3193,7+3562,2 50 239,47) 50239,47 manat təşkil edir. Göstərilənlərə əsasən, cavabdehlərdən onun xeyrinə 122835 manat pul vəsaitinin indeksləşdirilməklə cəmi 122 835+50 239,47* 173074,47 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2013-cü il tarixdə həmin nikahdan bir oğlu anadan olmuşdur. Ailə qurmamışdan əvvəl, 2006-cı ildə "xxxx" MTK ilə müqavilə bağlayaraq, mənzil əldə etmişdir. Evlənən vaxt həmin mənzil hələ hazır olmadığından R.Xudiyeva ilə birlikdə bir müddət kirayədə yaşamışlar. Bu zaman qayınatası Cavabdeh1 ona torpağının olduğunu, həmin torpağı ona hədiyyə etmək istədiyini, onun MTK-dan aldığı mənzili sataraq həmin torpaq sahəsində ev tikməsini təklif etmiş, o da təkliflə razılaşmışdır. Həmin vaxt işlədiyindən, işi ilə bağlı tez-tez ölkə xaricinə çıxdığından qayınatası narahat olmamasını və tikinti işinə özünün rəhbərlik edəcəyini bildirmişdir. 2013-cü ildə MTK-dan aldığı mənzili 62.700 manata satmış və həmin məbləği qayınatasına vermişdir. Qayınatası həqiqətən də tikintinin aparılmasına rəhbərlik etmiş və mübahisəli fərdi yaşayış evini tikməyə başlamışlar. Sonradan tikintinin tamamlanması və evin təmiri üçün 2014-cü ilin iyun ayında "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 34.800 manat kredit götürmüş, kreditin təminatı kimi anası X3 bankla zaminlik müqaviləsi bağlamış, qayınatası isə bankla ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin krediti öz qazancı hesabına şəxsən ödəmiş və krediti tam bağladığından qayınatasına məxsus qeyri-yaşayış sahəsi də ipoteka yüklülüyündən azad olunmuşdur. 2014-cü ilin payızında artıq tam hazır olmuş evə köçərək mehriban şəkildə orada yaşamağa başlamışlar. Mənzilin bütün kommunal xidmətlərini rəsmiləşdirmiş və ailənin digər ehtiyacları kimi kommunal xidmətlərə görə haqqlar da hər ay tərəfindən ödənilmişdir. 2018-ci ildə həyat yoldaşı ilə aralarında söz-söhbət olmuş və ona hirslənərək 1 şillə vurmuşdur. Bundan istifadə edən qayınatası onu Xətai RPİ-yə vermiş, sonradan barışdıqlarından iş bağlanmışdır. Qayınatası Cavabdeh1 həyat yoldaşının adından ümumi etibarnamə alaraq, ona qarşı Xətai Rayon Məhkəməsində “nikahın pozulması”, öz adından isə “evdən çıxarılma” tələbinə dair iddialar qaldırmış, aralarında barışıq əldə olunduğundan iddialar baxılmamış saxlanılmışdır. Bu zaman ona məlum olmuşdur ki, qayınatası əlaqələrindən istifadə edərək ona məxsus evə dair 2018-ci ilin əvvələrində öz adına çıxarış almışdır. Dəfələrlə həm özü, həm də atası qayınatası ilə söhbətlər edər ək doğru hərəkət etmədiyini, ona məxsus evə dair öz adına çıxarış almağının qanunsuz və əsassız olduğunu bildirmiş, qayınatasına təklif etmişdir ki, onsuz da evi gələcəkdə övladı üçün tikdirmişdir. Buna görə də əsassız gərginlik yaranmaması üçün evi övladının adına keçirməyi, bununla da məsələni həll etməyi təklif etmişdir. Qayınatası əvvəlcə bununla razılaşaraq vaxt verməsini, tezliklə bu məsələni həll edəcəyini bildirsə də, həll etməmişdir. O da, ailənin dağılmaması, söz-söhbətlər olmaması üçün bir müddət gözləmişdir. Sonradan onun tərəfindən məsələnin həll edilmədiyini görüb Azərbaycan Respublikası Baş Prokuroruna, X6, Xətai Rayon Prokurorluğuna və Xətai Rayon Polis İdarəsinə şikayətlər etmiş, Xətai RPİ-nin 34-cü PŞ-nin 14.05.2020-ci il tarixli qərarı ilə şikayəti üzrə cinayət işinin ba şlanması rədd edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görə də ünvan 2 ünvanında fərdi yaşayış evinə dair qayınatasının adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə X1 mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışların verilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21.09.2020-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin məhkəmə araşdırması zamanı Cavabdeh1 həqiqətən də onun MTK-dan aldığı mənzili 62700 manata sataraq, pulunu ona verdiyini, "xxxx" ASCdən götürdüyü 34800 manat kreditdən 30000 manatını ona verərək, krediti şəxsən onun ödədiyini təsdiq edərək, guya onun həmin məbləğləri on a “borc” verdiyini bildirmişdir. Halbuki həmin vaxt özünün evə ehtiyacı olduğu halda, qayınatasının guya özü üçün tikdirdiyi evə gorə öz evini satıb, kirayədə yaşayıb, bankdan kredit götürərək, həmin krediti ödəyəcək qədər ağılsız və məntiqsiz ola bilməzdi. Həmin qətnamədən də şikayət vermək fikri olmadığından hazırkı iş üçün preyudisial xarakter daşıyacaqdır. "xxxx" ASC-dən əldə etdiyi kredit tarixindən də müəyyən olunur ki, aldığı 34800 manat kreditə görə banka 25.335 manat faiz ödəmişdir. İddiası məhkəmə tərəfindən rədd edildiyindən hesab edir ki, ödədiyi (62700 manat+34800 manat+25335 manat) 122835 manat cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, bundan əvvəl də Cavabdeh1 qarşı “əsassız varlanma nəticəsində y aranmış pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edilərək, ondan xeyrinə 122835 manatın indeksləşdirilməklə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Belə tələblə çıxış etməsinin qanunvericiliyə uyğun olmaması əsası ilə iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30.10.2020-ci il tarixli qərardadı ilə məhkəmənin həmin mövqeyi əsassız hesab edilərək, qərardad ləğv edilmiş və iş Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin vaxt artıq hazırkı iddia məhkəmənin icraatına qəbul edildiyindən həmin iddia məhkəmədən geri istənilmişdir. Cavabdeh də məhkəmə tədqiqatı zamanı indeksləşdirilmə tələbinin həmin pulun özünün tutulması tələbi ilə eyni ərizədə-eyni vaxtda verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirmişdir. Həmin mövq eyi əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, bu norma məhz məhkəmə qətnaməsi ilə tutulmuş məbləğin həmin qətnamənin icrası zamanı müvafiq indeksasiyasını nəzərdə tutur. Tələb etdiyi məbləğ üzrə isə məhkəmə qətnaməsi qəbul edilməmişdir. Gözləməlidir ki, məhkəmə qətnamə qəbul etsin, ondan sonra bir də yenidən ərizə verməlidir ki, həmin məbləğin indeksasiyasını həyata keçirsin? Həmin məbləğin tutulmasını və elə tutulan zaman da indeksləşdirilməklə tutulmasını xahiş etməsi hansı normanı pozur, hansı normaya ziddir? “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Dövlət tərəfindən müəyyən edilmiş bu mexanizmə əsasən dövlətin məhkəməsində dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlarının bərpası məqsədilə cavabdehlərdən onun xeyrinə tutulacaq məbləğin indeksasiya olunmaqla tutulmasını xahiş edir ki, bu da qanunvericiliyin tələblərinə tam uyğundur. Amma məhkəmə təcrübəsinə əsasən hazırkı ərizənin də verilməsini hər bir halda zəruri hesab edir. Çünki iddiada tələb olunan məbləğin indeksləşdirilməklə tələ b edilməsi, başqa sözlə, pul vəsaitinin indeksləşdirilməsi tələbinin həmin pulun özünün tutulması tələbi ilə eyni icraatda baxıla bilməməsi ilə bağlı hallara məhkəmə təcrübəsində tez-tez rast gəlinmədiyindən birmənalı hüquqi mövqe olmaya bilər. Buna görə də özünü bütün hallardan sığortalamaq üçün aşağıdakıların qeyd edilməsini zəruri sayır. Cavabdehlərə qarşı hazırkı tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəlir. Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsi” adlanan fəslində nəzərdə tutulmuş 445.7-ci maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 232.1-ci maddəsinə sırf hərfi yanaşılaraq, 122835 manatın indeksləşdirilməklə tutulması mümkün hesab edilə bilməyəcəyi təqdirdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehlərdən onun xeyrinə 122835 manatdan əlavə, həmçinin 36850 manat da tutulmalıdır. Çünki aradan keçən 6 il üçün 122835 manatın illik 5 faizi 36850 manat təşkil edir. (122835 manat x 5%=6141.75 manat x 6 il=36 850 manat) Göstərilənlərə əsasən, cavabdehlərdən onun xeyrinə 122835 manat indeksləşdirilməklə, cəmi 173074,47 manatın tutulması məhkəmə tərəfindən qəbul edilməyəcəyi təqdirdə, cavabdehlərdən onun xeyrinə cəmi 159 685 (122835 manat+36850 manat) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (haki m S.Mehrəliyev, iş № 2(011)-646/2021) iddia qismən təmin edilərək, Cavabdeh1 90000 manat, həmin pul məbləğinə illik 5% hesablanmaqla 30000 manat gecikmə faizi olmaqla, cəmi 120000 (bir yüz iyirmi min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 60000 manat və 30000 manat pul və həmin məbləğlərin qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faizləri tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin 2013-cü ildən 2020-ci ilədək 60000 manat məbləğində pul vəsaitinin ödənilməsini gecikdirdiyi müddət təqribən 7 il təşkil etdiyindən, gec ikdirilən məbləğin 7 illik 5%-i, yəni 21000 manat məbləğdə pul vəsati, 2014-cü ildən 2020-ci ilədək 30000 manat məbləğində pul vəsaitinin ödənilməsini gecikdirdiyi müddət təqribən 6 il təşkil etdiyindən, gecikdirilən məbləğin 6 illik 5%-i, yəni 9000 manat məbləğdə pul vəsati, cəmi 30000 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə münasibət bidirərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsi barədə iddia tələbi rədd edildikdən, yəni 21.09.2020-ci il tarixdən sonra hüquqlarının pozulması barədə məlumatı olmuş, 07.10.2020-ci il tarixdə iddia ərizəsi vermişdir. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə əsassız hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən kreditə görə ödənilmiş faizlərin tutulması” hissəsində təmin olunmamalıdır. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı Rabitəbank ASC-dən götürdüyü 34800 manat kreditin qaytarılmasına görə Cavabdeh1 tərəfindən üzərinə hər-hansı öhdəliyin götürüldüyü müəyyən olunmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi “tutulacaq məbləğin indeksasiya olunması” hissəsində təmin olunmamalıdır. Məhkəmə tərəfindən tutulmalı məbləğlərin indeksasiyası qətnamənin icrasının gecikdirilməsi hallarında nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qəbul ediləcək qətnamə qüvvəsini almadan, onun icrasının gecikdirilməsi müəyyən olunmadığına görə iddia tələbi indeksasiya hissəsində təmin oluna bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında hazırki mübahisə üzrə hər hansı öhdəlik münasibətlərinin yaranması sübuta yetirilmədiyindən iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)4597/2021) Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 və İddiaçı apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 və İddiaçı apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izah atları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli 2(103)-4597/2021 nömrəli qətnaməsini qismən – iddianın rədd edilən – Xətai Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(011)-646/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edərək, həmin hissəsədə də iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, o, həmin məbləği ona görə vermişdir ki, gələcəkdə onun olacaq evin tikintisi üçün xərcləsin. O da həqiqətən evin tikintisinə xərcləmişdir. Lakin sonradan həmin evin s ənədlərini öz adına rəsmiləşdirərək, ona verdiyi sözə əməl etməmişdir. Buna görə də həmin evə dair onun iddiası təmin edilmədiyindən və həmin ev cavabdehə qaldığından cavabdeh də nəinki krediti, eləcə də kreditə görə onun ödədiyi faiz məbləğini ona ödəməlidir. Bundan əvvəl tərəfindən cavabdehə qarşı «əsassız varlanma nəticəsində yaranmış pul tələbi»nə dair iddia ərizəsi ilə müraciət edilərək ondan xeyrinə 122.835 manatın indeksləşdirilməklə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin ərizənin icraata qəbulundan imtina olunmuşdur. Yuxarı məhkəmə tərəfindən həmin qərardad ləğv olunmuş və işə baxılması üçün geri qaytarılmışdır. Bu baxımdan belə qənaətə gəlir ki, indeksləşdirilmiş məbləğin tutulmasından imtina edilməsinə dair məhkəmələrin nəticəsi düzgün olmamışdır. Cavabde h1 (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4597/2021 nömrəli mülki iş üzrə 10 iyun 2021- ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar gəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında olan münasibətlər 2013-2014-cü ildə yaranmış şifahi borc münasibətləridir. Buna görə də iddia müddəti ötürülmüşdür. Apellyasiya məhkəməsinin ondan illik 5 faiz dərəcəsi ilə hesablanmaqla cəmi 30000 manat məbləğində faiz borcunun tutulmasını da haqlı hesab etməsi kobud şəkildə maddi hüquq normasının pozu ntusudur. Məhkəmələr MM-in 445.7-ci maddəsinin tətbiq edilməsindən əvvəl il növbədə araşdırmalı idilər ki, tərəflər arasında öhdəlik münasibətləri hansı məzmunda olmuşdur, öhdəliyin icra edilmə müddəti nə qədər olmuş, öhdəliyə əsasən icranın gecikdirilməsi necə hesablanır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilən öhdəliyin icra edilməməsi anlayışını və 445-ci maddəsində göstərilən borclunun icranı gecikdirməsi anlayışını nəzərə almadan məhkəmənin icranın gecikdirilməsi barədə qənaətə gəlməsi başa düşülən deyil. MM-in 445.7-ci maddəsinə əsasən illik beş faiz həcmində faiz borcunun borcludan tutulması üçün 445.2-ci maddədə göstərilən iki əsas olmalıdır.
1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi,
2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan s onra da öhdəliyin icra edilməməsi, məhkəmələr bu iki əsasın olubolmadığını araşdırmalı idilər. Məhkəmələr qüvvədə olan Xətai Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qətnaməsini nəzərə almamışlar. Apellyasiya məhkəməsi qətnaməsində öhdəliyi gecikdirdiyi, buna görə də illik 5 faiz borcu ödəməli olduğunu qeyd etmişdir. Halbuki Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamədə iddiaçının eyni mülahizələrinə münasibət bildirmiş və həmin halların sübuta yetirilməməsi əks olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabde hin kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdilər. Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər, iddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsində, cavabdehin dəlilləri isə faktiki olaraq iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14-cü maddəsi əsassız varlanmanı mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin d aha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsas ən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6-ci maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icra sı zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7-ci maddəsinə görə isə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu nu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin 2013-cü ildən 2020-ci ilədək 60000 manat məbləğində pul vəsaitinin ödənilməsini gecikdirdiyi müddət təqribən 7 il təşkil etdiyindən, gecikdirilən məbləğin 7 illik 5%-i, yəni 21000 manat məbləğdə pul vəsaiti, 2014-cü ildən 2020-ci ilədək 30000 manat məbləğində pul vəsaitinin ödənilməsini gecikdirdiyi müddət təqribən 6 il təşki l etdiyindən, gecikdirilən məbləğin 6 illik 5%-i, yəni 9000 manat məbləğdə pul vəsati, cəmi 30000 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Kollegiyanıın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmaqda haqlı olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc və digər hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. İddiaçının iddia tələbindən aydın olur ki, tələb etdiyi pul məbləği faktiki olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsində iddiaçı və onun həyat yoldaşının yaşamaları üçün evin tikintisi ilə bağlı verilən pul məbləğidir. Pul məbləği evin tikintisinə sərf olunmuşdur. Hazırda iddiaçı həyat yoldaşı ilə arasında ailə hüquq münasibətləri pozulduğundan və mübahisəli evin birgə nikah dövründə əldə olunması təsdiq olunmadığından və bu barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi qəbul olunduğundan iddiaçı cavabdehə verdiyi və onun tərəfindən tikintiyə sərf olunmuş pul məbləğini geri tələb edir. Qeyd edilməlidir ki, baxılan iş üzrə məhkəmələr Mülk Məcəllənin 445.7-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə edərkən ilkin olaraq tərəflər arasında hansı münasibətlərin olmasını aydınlaşdırmalı, öhdəliyin icra edilmə müddəti, öhdəliyə əsasən icranın gecikdirilməsi və xəbərdar edilib-edilməməsini müəyyən etməli idilər. Göstərildiyi kimi tərəflər arasında borc və digər hər hansı bir öhdəlik münasibətlərinin olması müəyyən edilmir. Tərəflər qarşılıqlı olaraq icra olunmal ı olan öhdəliyi onun şərtlərini və icra müddəti və qaydasını müəyyən etməmişlər. Belə halların olmadığı halda isə Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə illik beş faiz həcmində pul məbləğinin cavabdehdən tutulmalı olmasına dair məhkəmələr mövqelərində haqlı olmamış və bununla da maddi hüquq normasının tələbini pozmuşlar. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz həcmində pulun borcludan tutulması üçün həmin Məcəllənin 445.2-ci maddəsində göstərilən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi ilə bağlı iki əsas birlikdə mövcud olmalıdır. Baxılan işin halları baxımından isə belə əsasların mövcud olmaması aşkardır. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, 90000 manat cəmi pul məbləğinə illik beş faiz hesablanmaqla tutulan 30000 manatın dəyişdirilmədən saxlanması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və həmin hissədə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, idda tələbinin rədd olunmuş və digər təmin olunmuş hissələrində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələr üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın digər təmin olunmuş və rədd olunmuş hissələrində ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər (iddianın digər təmin olunmuş və rədd olunmuş hissələri üzrə) mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissələr üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4597/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi “həmin pul məbləğinə illik 5% hesablanmaqla 30000 manat gecikmə faizi olmaqla, cəmi 120000 (bir yüz iyirmi min) manat pul vəsaitinin tutulmasının dəyişdirilmədən saxlanması” hissəsində ləğv olunsun. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı pul məbləğinə illik 5% hesablanmaqla 30000 manat gecikmə faizi tutulmasına dair iddiası təmin olunmasın. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.