Məhkəmə qərarları › İş №2(102)-5721/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5721/2020

25.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5721/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: XXX, Üçüncü şəxs: XXX oğlu İddia tələbi: torpağa mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi Açar sözlər: müqavilənin ləğv edilməsi, subyektiv hüquq, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin işdə iştirak etməyə cəlb edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator XXXnin vəkili Vəkil2, Maraqlı şəxs X3, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2 019-cu il tarixli qətnaməsindən XXXnin və XXX oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatına xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixili Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1600 kv.m torpaq sahəsində tikdirdiyi yaşayış evinin X1 adına sənədləşdirilərək qeydiyyata alınması qərara alınmışdır. X4 xx xxx 2002-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən təsərrüfat blokunun yarımçıq tikilisinin i stifadəsində olan 1769.9 kv.m torpaq sahəsi XXX oğluna satılmış və əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxxx 2016-cı il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX oğluna verilmiş xx xxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, çıxarışda qeyd olunan torpaq sahəsinin 8 sotu (800 kv.m) hissəsi onun mərhum nənəsinə verilmiş sərəncamla onların ailəsinə məxsus torpaq sahəsi olduğuna görə çıxarış qanunsuzdur, ləğv edilməlidir. İş üzrə alınmış xx xxxxxxxx 2017-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sah əsinin koordinatlarının olmaması səbəbindən hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə alınmış xx xxxxxx 2017-ci il tarixli “xxxx” MMC-nin mütəxəssis rəyi ilə müəyən edilmişdir ki, torpaq sahələrinin rəydə qeyd olunan koordinatları üst-üstə düşür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-30/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənəd aşkar edilməmiş, mülkiyyət hüququ rəsmiləşdirilməmiş, alqı-satqı müqaviləsi əsasında Miranar Sarıyevə satılaraq çıxarış verilməklə onun mülkiyyətindədir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməklə, şikayəti ni iddia ərizəsinə uyğun olaraq əsaslandırmışdır. xx xxxxx 2018-ci il tarixli qərardadla apellyasiya şikayəti mümkün hesab edildikdən sonra iddiaçı iddia ərizəsi üzrə tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verərək qətnamənin ləğv edilib çıxarışla bərabər alqı-satqı müqaviləsinin də ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli Sərəncamı ilə mülkiyyətə verilmiş tikililərin yerləşdiyi ərazinin plan ölçü sənədi, eləcə də hər hansı bir istinad nöqtəsindən məsafəsi göstərilməklə hər hansı texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin XXX oğluna məxsus torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır, lakin İddiaçı iddia etdiyi torpaq sahəsinin reyestr nömrəsi **********94 olan çıxarışla XXX oğluna məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1254/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə XXX oğlu arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ed ilərək həmin müqaviləyə əsasən XXX oğlu adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2013-cü il tarixdə aparılmış qeydin pozulmaqla həmin çıxarışın ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1996-1998-ci il tarixli sərəncamları ilə ünvan 1 ünvanında yerləşən 0.17699 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş tikililərin X1 adına sənədləşdirilərək, qeydiyyatda alınmasının və onun mülki kimi tanınmasının qərara alındığı, həmin torpaq sahəsinə dair 1992-ci tarixli texniki pasportdan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsində yerləşən fərdi yaşayış evinin X2 məxsus olması, AZ 108641 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X1 xx.xx.2002-ci il tarixd ə vəfat etməsi, İddiaçı vərəsə kimi anasının ölümündən sonra ona məxsus mirası – həmin torpaq sahəsi və onun üzəridəki tikililəri (fərdi yaşayış evini) qəbul etməsi, cavabdeh XXX oğluna satılmış torpaq sahəsinin iddiaçıya məxsus sahə ilə üst-üstə düşməsı hazırkı mülki işin halları kimi müəyyən olunmuşdur. Kassasiya şikayətlərinin və təqdimatın dəlilləri, kassasiya şikayətlərinə və təqdimata qarşı etirazlar və tərəflərin izahatları Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyində iddiaçının iddia etdiyi torpaq sahəsinin Miranar Sarıye və satılmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir, lakin rəydə də göstərildiyi kimi, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı məlumat qeyd edilməmişdir. Miranar Sarıyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahələrinin ayrı-ayrı təyinatlı, müxtəlif ölçülü və başqa-başqa ünvanlarda yerləşməsi aşkar olduğu halda, apelyasiya məhkəməsi heç bir əsas olmadan həmin əmlakların üst-üstə düşməsi barədə səhv nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz vermişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, mübahisə predmeti o lan torpaq sahəsi 2/3 hissədə Cəmilə Babayevanın mülkiyyətində olduğu halda, həmin topaq sahəsinə dair qətnamə qəbul edilərkən Cəmilə Babayeva işdə iştirak etməyə cəlb edilməmiş, onun hüququnun pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cəmilə Babayeva və iddiaçı vəkilsiz iştriak etmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh və üçüncü şəxsin kassasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməs inin Sədrinin təqdimatı əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasındakı mübahisə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsində yerləşən torpaq sahəsi ilə bağlıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə Miranar Seyidova satılmışdır. Eyni zamanda, Miranar Seyidovla arvadı Cəmilə Babayeva arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə yekun məhkəmə aktı əsasında torpaq sahəsinin 1/3 hissəsinə Miranar Seyidovun, 2/3 hissəsinə Cəmilə Babayevanın mülkiyyət hüququ tanınmışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsinin 800 kv.m hissəsi onların ailəsinə məxs us olduğundan, həmin əmlakın Miranar Seyidovun xeyrinə əvəzli şəkildə özgəninkiləşdirilməsi barədə bağlanmış əqd qanunsuzdur. Bununla belə, iddiaçı həmin əqdin və əqd əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsini tələb edir. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsiilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatan lardan xeyli dərəcədə məhrum olur. Əqdin və ya orqanların, hüquqi şəxslərin hüquqi nəticə yaradan aktlarının və qərarlarının etibarsızlığı anlayışı isə onu ehtiva edir ki, qeyd edilən əqd, akt və ya qərar, hazırkı işə münasibətdə isə alqı-satqı müqaviləsi və çıxarış verildiyi və yaxud bağlandığı an qanunvericiliyin şərtlərinə uyğun verilməmiş və ya bağlanmamışdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə iddiaçı əqdin etibarsızlığını deyil, ləğvini tələb edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunanlara həmin maddənin tələbləri baxımından hüquqi qiymət verilmədən al qı-satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə qəbul edilmişdir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi iddiaçı çıxarışda qeyd olunan 0,17699 ha torpaq sahəsinin 800 kv.m hissəsinin onların ailəsinə məxsus olduğunu mübahisələndirməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi işin qeyd olunan halına da hüquqi qiymət verməmiş, bu halda iddiaçının həmin torpaq sahəsinə bağlanmış əqdi ilə çıxarışı bütövlükdə mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir. Azərbaycan Respubikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericiliyin tələblərinə görə, məhkəmə tərəfindən yalnız torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sübut hesab edilə bilən rəy alınmaqla, iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri yerdə (naturada) müəyyən edilməklə, iddiaçının qanunsuz olaraq satıldığını istinad etdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyi müəyyən edilməklə iddia tələbinin əsaslı olub-olmaması nəticəsinə gəlmək olar. Halbuki yuxarıda qeyd edildiyi kimi apellyasiya məhkəməsi tərəfindən istinad olunan xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri ümumiyyətlə müəyyən edilməmişdir. Miranar Sarıyevə satılmış torpaq sahəsi ünvan 2 ünvanında, iddiaçının mübahisələndirdiyi torp aq sahəsi isə ünvan 1 ünvanında yerləşir. Bu halda məhz qeyd olunan ünvanda iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri yerində müəyyən edildikdən sonra iddia etdiyi 800 kv.m torpaq sahəsinin Miranar Sarıyevə satılmış və mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsi ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi Miranar Sarıyevlə bərabər Cəmilə Babayevanın paylı mülkiyyətindədir. Buna baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı hazırki mübahisəyə dair işə baxılması zamanı Cəmilə Babayevanln maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq o, işə cəlb ed ilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Həmin Məcəllənin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadlarının ləğv edilməsi əsaslarını müəyyən edən 418-ci maddəsinin tələblərinə görə məhkəmənin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qəbul etdiyi qətnamə və ya qərardad şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin kassasiya şikayəti qismən təmin edilməli, Miranar Sarıyevin kassasiya şikayəti və təqdimat təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: XXXnin kassasiya şikayəti qismən, XXX oğlunun kassasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar