Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5722/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1951/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları
1. X4 ilə X3 09 fevral 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci ildə XXX, xx.xx.2007-ci ildə XXX və 19 iyul 2009-cu ildə XXX adlı uşaqları doğulmuşdur.
2. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvanndə istifadədə olan 0,011 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 36 kv.m ümumi, 15,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
3. X4 30 yanvar 2009-cu ildə Bərdə rayonunda ölmüşdür.
4. X5 18 yanvar 2016-cı ildə Bərdə ra yonunda ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ona məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı binadan uşaqları ilə bərabər Cavabdeh (bundan sonra – cavabdeh) və əmlakının çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1960-cı il təvəllüdlü, 1-ci qrup əlil oğul anası, dul qadındır. X1 cavabdeh ilə ailə həyatı qurmuş, birgə yaşayış dövründə 3 övladları doğulmuşdur. X1 xx.xx.2009-cu ildə vəfal etmişdir. Onun ailə üzvləri, yəni həyat yoldaşı 3 uşağı ilə bərabər onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvand a yerləşən ona məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı binada (dahalda) yaşamışlar. X13 ölümündən sonra yaşayışları mümkünsüz olmuşdur. Belə ki, cavabdeh qardaşının ruhuna xəyanət etmiş, evlərinə başqa şəxsləri dəvət etmiş, mentalitetə uyğun olmayan mütəmadi hərəkətlər etmişdir. Bununla bağlı ona dəfələrlə irad tutsa da onu anlamamış, sanki etdiklərini həyat norması kimi qəbul etmiş, onun evində yaşaya-yaşaya özünü evinin sahibi kimi aparmış, hətta onu mütəmadi təhqir və təhdid etmişdir. Belə yaşamaq dözülməz olmuşdur.
7. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının X1 ilə evlənmiş, birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Uşaqlarından biri ölmüşdür. XXX evləndikdən sonra iddiaçının mülkiyyətində olan, ünvan-də yerləşən evdə yaşamışdır. Uşaqları doğulduqdan sonr a yaşadığı evin həyətində olan özbaşına tikiliyə köçərək orada yaşamağa başlamışdır. X22 2009-cu ildə vəfat etmiş, üç uşağı ilə birlikdə həmin özbaşına tikilidə yaşamağa davam etmişdir və hazırda da həmin evdə yaşayır. Başqa yerdə yaşamağa yerinin olmadığını, iddiaçının iddia ərizəsində göstərdikləri ilə razı olmadığını qeyd edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə tərəflərin iştirakları ilə ünvan ünvanına baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanın giriş qapısının sağ tərəfində 1 mərtəbəli, yaşayış evi yerləşmişdir. Həmin yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Darvaza ilə üzbə-üz iddiaçının mülkiyyətində olan yaşayış evindən təxminən 4 metrə yaxın məsafədə qaraj və ona bitişik a çıq eyvanı olan 1 mərtəbəli və 1 otaqdan ibarət yaşayış evi kimi istifadə olunan özbaşına tikili yerləşmişdir. Qeyd oluna tikilidə cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə birlikdə yaşadığı müəyyən edilmişdir. Həmin tikiliyə bitişik sanitar qovşağı yerləşmişdir. Həmin sanitar qovşağından iddiaçı və cavabdehin ailə üzvləri istifadə etmişlər.
9. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-735/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhərrəm Allahverdiyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin yaşadığı özbaşına tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yəni bu tikili özbaşına tikili hesab olunmuşdur. Cavabdeh evin həyətində yerləşən ö zbaşına tikiliyə köçürülən zaman tərəflər arasında heç bir qeyd şərt olmamış və hal hazırda iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış özbaşına tikiliyə köçərək orada yaşamışdır. Həmin yaşayış evi hazırda iddiaçının mülkiyyətində olan yaşayış evindən aralı yerləşməklə iddiaçıya aidiyyətı olmamışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya ins tansiyası məhkəməsi) 2(104)-1951/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin uşaqları ilə birlikdə yerləşdiyi 1 otaqdan ibarət əl damının iddiaçının mülkiyyətində olması barədə sənədlər təqdim edilmədiyindən onun iddiaçıya məxsusluğu müəyyən edilməsə də, mübahisəli tikili (əl damı) yardımçı sahə kimi iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində yerləşdiyindən və həmin tikilinin yerləşdiyi 0,011 ha torpaq sahəsi iddiaçının istifadəsində oduğundan sonuncunun sözügedən yardımçı sahəyə də mülkiyyət hüququna qanuni gözləntisi olmuşdur.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisəli tikilinin gözlənilən mülkiyyətçisi iddiaçının qardaşı arvadı olmaqla, onun ailə üzvü dairəsinə daxil olmamışdır. O, həmin tikilidən istifadəsi ilə bağlı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamış və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180, 228-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180.1-ci maddəsinə istinad etməsə də, həmin maddənin tələbinə yanlış qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 3-cü vərəqinin həmin maddəyə istinad etməklə cavabdehin övladları ilə birlikdə yaşadığı tikiliyə özbaşına tikili kimi qiymətləndirdiyi halda, həmin özbaşına tikilinin cavabdehin məhkəmə iclas zamanı izahatında da, göstərildiyi kimi, (birinci instansiya məhkəməsinin qətnaməsi, 2-ci səhifə, 2-ci abzas) artıq mövcüd tikili olmuş, həmin tikiliyə mərhum X22la birlikdə 2004-cü il tarixdə köçmüş, iddiaçının onlar həmin tikiliyə köçən zaman heç bir iradı və etirazı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan bu maddənin tələbinə yanlış hüquqi mövqe bildirmişdir.
19. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad etsə də, həmin normanı yanlış olaraq tədbiq etmişdir. Belə ki, həmin maddələrinin tələbində də, aydın şəkildə qeyd olmuşdur ki, yaşayış binasının tərkib hissəsi barəsində mülkiyyətçi ilə yazılı razılaşma olduqda istifadə h üququ əmələ gəlmiş olur. Cavabdehin yaşadığı tikilinin olduğu torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Yalnız mənzil iddiaçının tam mülkiyyətində olmaqla həmin mənzil barəsində sərəncam vermək səlahiyyətinə malik olmuşdur. Həmçinin iddiaçının adına mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır, həmi tarixdə qeydiyyata alınan zaman isə cavabdeh yardımçı tikilidə artıq ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad etməklə qətnamə qəbul etməli idi. Çünki işdən görünür ki, mülki münasibətlər və həmin tikilidən istifadə hüququ 2004-cü il tarixdən yaranmışdır.
20. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 13, 29 və M ülki Məcəllənin 220.1 və 220.2-ci maddələrinə düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, mübahisə olunan tikilidə cavabdeh ilə birlikdə ailə üzvləri övladları X8, X9 və X10 ilə birlikdə yaşamışlar. Cavabdeh və övladlarının başqa yaşayış yeri olmamışdır. X7 əlil olması və serebral iflic xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də, məhkəmə qərarının icrası zamanı cavabdehin və övladlarının yaşayış evindən çıxarılan zamanı mülkiyyət hüquqları məhdudlaşdırılaraq ağır həyat şəraitinə düşəcəklər. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, X8, X9 və X11 həmin ünvanda qeydiyyatda olub yaşayan mərhum X2 övladları olmaqla həmin ünvanda böyüyüb yaşamışlar. Apellyasiya instansiyası məhkəməsi qanunsuz tikilinin kimin tərəfindən inşa edilməsi, həmin tikilinin inşa edilən zaman iddiaçının məlumatının olub-olmaması, tikilinin kimə məxsus olması hallarını müəyyən etmədən mübahisəni bitirmişdir. Nəzərə alınmalıdır ki, evin özbaşına tikili olması özlüyündə həmin evə heç kimin hüququ olmaması demək deyil. Bir yaşayış evi mövcuddursa, həmin tikilinin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Gələcəkdə özbaşına tikili olması əsası ilə həmin ev söküləsi olsa belə, həmin materialın mülkiyyətçisi öz əmlakını götürmək hüququndan məhrum deyil. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan mənzilə aidiyyəti olmadığı və həmin evlərin özbaşına tikili olduğu müəyyən edi ldiyi halda iddiaçının özbaşına tikiliyə münasibətdə subyektiv hüququnun olub-olmaması araşdırma predmeti olmalı və araşdırılmış hallara hüquqi qiymət verilməli olduğu halda istinad olunan əsaslara hüquqi qiymət verməmişdir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmamış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilmədən yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuş, işdə olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyərək düzgün olmayan nəticəyə gəlmişdir.
21. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127, 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 220, 228-ci, Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür.
25. Mad də 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı
30. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların ayd ınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
42. Mübahisəli özbaşına tikilinin kimin tərəfindən inşa edilməsi məsələsinin ətraflı araşdırılmaması və hüquqi qiymət verilməməsi ilə bağlı dəlilə münasibətdə qeyd olunur ki, həmin məsələ işin faktiki halları ilə bağlı məsələ olduğu üçün işə mahiyyəti üzrə baxan məhkəmələrdə həll edilməliydi. Hansıki, 1-ci instansiya məhkəməsində işə baxılarkən belə dəlil irəli sürülməmiş, cavabdehlərin xeyrinə iddianı rədd edərkən məhkəmə həmin dəlilə istinad etməmişdir.
43. Kassasiya instansiyası apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Məhkəmələr müəyyən etmişlər ki, ünvanndə istifadədə olan 0,011 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 36 kv.m ümumi, 15,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008ci ildə qeydə alınaraq, ona bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı çıxarış verilmişdir. Cavabdeh iddiaçının X1 ilə xx.xx.2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş və həmin evə gəlin köçmüşdür. Onların birgə nikahlarından 4 övladları doğulsa da, biri vəfat etmiş, xx.xx.2005-ci il təvəllüdlü XXX, xx.xx.2007-ci il təvəllüdlü XXX və xx.xx.2009-cu il təvəllüdlü XXX adlı uşaqları isə cavabdehlə yaşamışdır. Mehman Cəfərovun xx.xx.2009- cu ildə vəfatından sonra cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində yerləşən 1 otaqdan ibarət əl damı kimi nəzərdə tutulmuş tikiliyə yerləşərək, orada yaşamağa başlamışdır. Tərəflər arasında birgə yaşayışla bağlı münasibətlər pozulduğuna görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
45. Cavabdehin uşaqları ilə birlikdə yerləşdiyi 1 otaqdan mübahisəli tikili (əl damı) yardımçı sahə kimi iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində yerləşdiyindən və həmin tikilinin yerləşdiyi 0,011 ha torpaq sahəsi iddiaçının istifadəsində olduğundan sonuncunun sözügedən yardımçı sahəyə də mülkiyyət hüququna qanuni gözləntisi vardır.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azərbaycana qarşı işində (xx.xx.20221-ci il tarixli qərarı) məhkəmə qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”.
47. İddiaçı cavabdehin mübahisəli tikiliyə ərinin vəfatından sonra, yəni xx.xx.2009cu ildən sonra köçdüyünü, cavabdeh isə əri sağ ikən 2005-ci ildə köçdüklərini göstərmişdir. Hər iki halda mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu il tarixədək yarandığına görə apellyasiya məhkəməsi haqlı olaraq mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq etmişdir.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (28-29&). 49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə t utulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
50. Apellyasiya məhkəməsi mübahisəni həll edərkən mülki qanunvericiliyin qeyd olunan normalarına istinad etməkdə səhvə yol verməmişdir.
51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (31-32&).
52. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun ol araq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1951/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.