Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5725/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbi Qarşlıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı evə köçürülmə tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5725/2021 (Açar sözlər: istifadə hüququnun itirilməsi, mənzilə köçürülmə, tələblərin hüquqi əsasının olmaması) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverd izadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı və X3 qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5129/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 68 saylı mənzili 19.12.1995-ci il tarixindən İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh XXX iddiaçının oğlu X5 ilə 08 yanvar 2003-cü ildə rəsmi nikaha girib, onların 13.12.2004-cü il təvəllüdlü Cavabdeh2 və 23.06.2011-ci il təvəllüdlü Cavabdeh3 adlı 2 övladları var. Digər iddiaçı
3. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır.
4. Cavabdehlə iddiaçının oğlunun nikahı pozulub.
5. Mübahisə iddiaçının mülkiyyətində olan mənzillə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və sonuncunun övladları Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, iddi açı 19.12.1995-ci il tarixində Xətai rayonu, G.Mehmandarov küçəsi 76 saylı evin 68 saylı mənzilini almışdır. Bu haqda Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəlindən iddiaçıya qeydiyyat vəsiqəsi verilmişdir.
8. İddiaçının oğlu X5 cavabdehlə 08.01.2003-cü il tarixində rəsmi nikaha daxil olub, cavabdeh və onun iki övladı iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar.
9. Əvvəllər iddiaçının oğlu ilə cavabdehin münasibətləri yaxşı olsa da, sonradan bu münasibətlər pozulmuşdur. Xətai Rayon Məhkəməsində nikahın pozulması barədə 2(011)2233/2020 saylı qətnamə qəbul edilmiş və 19.02.2021-ci il tarixində AZ-İ 372969 №-li Nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir.
10. Hazırda cavabdeh və onun övladları Cavabdeh2 və Cavabdeh3 11.09.2020-ci il tarixdən iddiaçının mülkiyyətçisi olduğu mənzildə yaşamırlar. Harada yaşamaları iddiaçıya məlum deyildir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad etmişdir.
12. Cavabdeh1 da İddiaçı və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 13.12.2004-cü il təvəllüdlü Cavabdeh2 və 23.06.2011-ci il təvəllüdlü Cavabdeh3 ilə birgə Bakı şəhəri, General Mehmandarov küçəsində yerləşən 76 saylı evin 68-ci mənzilinə köçürülmələrini və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçını və iki övladlarını qeydiyyatda olduğu və gəlin köçdüyü ünvan 1 ünvanından qovmuş, mənzildən istif adə qaydalarına maneçilik törətmişdir.
14. İddiaçı isə cavabdehlərin ürəklərinə rəhm gələcəyini, bir qədər mülayimləşməsini gözləyərək, müvəqqəti olaraq uşaqları ilə kirayədə yaşayır. İddiaçı xadimə işləyərək çətinliklə ailəsini dolandırmağa, həmçinin kirayə pulunu ödəməyə məcbur olmuşdur.
15. Hazırda pandemiya ilə əlaqədar iddiaçı işləmədiyinə görə kirayə pulunu da ödəyə bilmir və məcbur olub qeydiyyatda olduğu mənzilə köçmək fikrindədir. X5 ilə 08.01.2003-cü ildə nikah münasibətinə daxil olaraq ailə həyatı qurduğu gündən iddiaçı Bakı şəhəri, Xətai rayonunun General Mehmandarov küçəsində yerləşən 76 saylı evin 68ci mənzilinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və uşaqları da həmin evdə doğulmuşdur. 2020-ci ilin avqust ayına kimi iddiaçı cavabdehlərlə mübahisəli mənzildə birgə təsərüf at aparmışdır. 16. 2020-ci ilin avqust ayında cavabdeh iddiaçını evdən döyüb çıxarmış və iddiaçı iki uşağı ilə birlikdə məcbur olub müxtəlif yerlərdə kirayədə qalmışdır. İddiaçı dəfələrlə evə qayıtmağa cəhd etsə də, bu, mümkün olmamışdır. İddiaçı hazırda xadimə işləyərək iki uşaqla yaşamaq üçün kirayədə qalır. Mübahisədə adı keçən mənzildə iddiaçı, cavabdeh və uşaqları 2020-ci ilə kimi fasiləsiz olaraq, cavabdehlə birgə ümumi təsərrüfat apararaq birlikdə yaşamışlar. Həmin vaxtdan sonra cavabdeh iddiaçını və uşaqlarını mənzildə qeydiyyatda olmalarına, habelə iddiaçıya məxsus əmlakın həmin evdə olmasına baxmayaraq, mənzilə köçüb yaşamaqlarına imkan vermir.
17. Qarşılıqlı iddia tələbinin tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 27.1, 27.3, Mənzil Məcəlləsinin 123-cü, Mülki Prosessual Mə cəllənin 217.2-ci maddələrinə istinad etmişdir.
18. Xətai Rayon Məhkəməsinin 2(011)-3014/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeydiyyatdan çıxarılma” barədə ilkin iddiasına məhkəmədə baxılmalı olmaması əsası xitam verilmişdir.
19. Xətai Rayon Məhkəməsinin 2(011)-3014/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən istifadə hüquqlarının itirilməsi hissəsində və qarşılıqlı iddia rədd edilmiş, bu qətnamənin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi qət edilmişdir. (hakim Lalə Rəhimli)
20. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonunun, General Mehmandarov küçəsindəki 76 saylı yaşayış evinin 68 saylı mənzil ilk İddiaçı mülkiyyətindədir. Qarşılıqlı iddiaçı Cavabdeh1 keçmiş qayınanası İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə 2006-cı ildə gəlin olaraq köçmüş, 2020-ci ildə qarşılıqlı cavabdeh XXX nikahları pozulduqdan sonra mənzildən iki azyaşlı uşaqları ilə birlikdə köçmüşdür.
21. Birinci instansiya məhkəməsi həm ilk iddiaya, həm də qarşılıqlı iddiaya hüquqi qiymət verərək hesab edib ki, Cavabdeh1 mübahisələndirilən mənzildə qeydiyyatda olması onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmasının göstəricisi və həmin mənzilə köçürülməsi üçün əsas kimi qəbul edilməməlidir.
22. B irinci instansiya məhkəməsinin mövqeyinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Birinci instansiya məhkəməsi hesab edib ki, işin bu cür halında mövcud iddia tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərin in (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
24. Birinci instansiya məhkəməsi göstərib ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də konkret işlərə baxılaraq, məhkəmələr üçün preyudisial əhəmiyyət daşıyan qərarlar qəbul edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.
25. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə əsasən belə qənaətə gəlib ki, mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh1 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığında n, digər ailə üzvlərinin (arvadın) köçürülməsinə isə yalnız mülkiyyətçinin yazılı notariat qaydasında bağlanan razılığı ilə yol verildiyindən, bununla da Cavabdeh1 qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, həmçinin yetkinlik yaşına çatmayanlar Cavabdeh2 və Cavabdeh3 analarının yanında saxlandıqlarından və onların yaşayış yeri Cavabdeh1 yeri sayıldığından, ilk iddia tələbi onun və qızlarının mənzilə istifadə hüququnun itirilməsi hissəsində və qarşılıqlı iddia onun və qızlarının mənzilə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsinə dair hissələrdə əsassızdır və təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
27. Apellyasiya ş ikayəti qarşılıqlı iddia tələbini dəlillərinə uyğun əsaslandırılıb.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5129/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qətnaməsi qismən, yəni “Bu qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır” hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçən Kazımov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Akif İsgəndərov)
29. Apellyasiya məhkəməsi qeyd edib ki, hazırki iş üzrə qarşılıqlı iddia tələbinin faktiki (faktiki hall ar) əsası qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qətnamənin nəticə hissəsinin üçüncü abzası istisna olmaqla düzgün olmuşdur.
30. Apellyasiya məhkəməsinə görə də tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Çünki qarşılıqlı iddiaçının köçmək istədiyi mənzil İddiaçı adına 19.12.1995-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və dövlət reyestrində qeydə alınmışdır. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə qarşılıqlı id diaçının yaxud onunla rəsmi nikahda olmuş, ilk iddiaçının XXX hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair ilk iddiaçı ilə yaxud hər hansı şəxslə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və rəsmi nikahda olduğu Rizvan Hüseynova məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış, yaxud qeydiyyatda olsa belə, bu hallar qarşılıqlı iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
31. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, qarşılıqlı iddiaçının ilk İddiaçı məxsus mənzildə müvəqqəti yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, qarşılıqlı iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı qızının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qarşılıqlı iddiaçının bu istəyi keçmiş qayınanası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur.
32. Bununla belə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi qətnamənin üçüncü abzasında “Bu qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır” göstərməsi iş üzrə ziddiyyətli vəz iyyət yaratmışdır. Çünki, məhkəmə bir tərəfdən özünün 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qərardadı ilə iddia tələbinin “mənzildən qeydiyyatdan çıxarılma” hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam vermiş və göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyindən, mövcud iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Digər tərəfdən isə qətnamənin nəticə hissəsinin üçüncü abzasında qeyd olunan formada bir qərar vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 qızı (Vəkil qızı) kassasiya şikayəti verib, qətnamənin lə ğv, qarşılıqlı iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 qızının Vəkil qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə qarşılıqlı iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yaran dığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Cavabdeh (qarşılıqlı iddiaçı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən qarşılıqlı iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının da predmeti həmin hissə olub. Buna görə də qətnaməni n tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
42. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin bütün dəlillərinə apellyasiya məhkəməsi tam qiymət verib. 4
3. Qarşılıqlı iddiaçı iddiasında cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə uşaqları ilə birgə köçürülməsi və mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir.
44. İşin müəyyən edilmiş hallrına görə qarşılıqlı iddiaçının köçmək istədiyi mənzil ilk İddiaçı mülkiyyətindədir. Qarşılıqlı iddiaçı Cavabdeh1 keçmiş qayınanası İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə 2006-cı ildə köçmüş və onlar arasında mənzildən iustifadə hüququ ilə bağlı hər hansı yazılı razılaşma olmamışdır. Halbuki işin müəyyən edilmiş halları baxımından qarşılıqlı iddianın təmin olunmasının yeganə qanuni şərti qarşılıqlı iddiaçının mənzilin mülkiyyətçisi ilə yazılı razılaşmasının olmasından asılı olmuşdur və belə bir yazılı razılaşmanın olması da müəyyən edilməmişdir.
45. Bu baxımdan, məhkəmə kollegiya sı apellyasiya məhkəməsinin qarşılıqlı iddia və apellyasiya şikayəti üzrə hazırki qərarın 30-31-ci bəndlərində əks edilən dəyərləndirməsini və tətbiq etdiyi maddi hüquq normalarını əsaslı və qanuni sayır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə mübahisənin həlli üçün zəruri olan bütün halları (mənzilin statusunu, hüquq münasibətlərinin yaranması vaxtını, tərəflərin mənzildən istifadə ilə bağlı münasibətlərinin hansı formada olması, mənzildə qeydiyyatın məqsədi, tətbiq edilməli olan maddi hüquq norması və s.) aydınlaşdırmış və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları çərçivəsində düzgün qiymət vermişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayəti üzrə əlavə şərhə zərurət görmür.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddiaçı) kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli 2(103)5129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.