Məhkəmə qərarları › İş №2(102)-5727/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5727/2021

15.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5727/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X8 və vəkili X11 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-775/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il t arixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 2016-cı ilin noyabr ayından 17.04.2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində müddətli əmək müqaviləsi əsasında aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirinin 17 aprel 2020-ci il tarixli **********2 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.04.2020-ci il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, işçgötürənin əmri tamamilə qanunsuzdur və ləğv edilməlidir. Əvvəla, əmrin verilməsi üçün əsas olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin apardığı xidməti araşdırma barədə rəhbərliyə təqdim etdiyi 17.04.2020-ci il tarixli, **********2 nömrəli məruzəsi göstərilmişdir. Halbuki, xidməti araşdırma səthi, qərəzli, qeyri-obyektiv və qiyabi aparıldığından həmin məruzə-arayışın heç bir hüquqi əsası yoxdur. Belə ki, xidməti araşdırmanın aparılmasına səbəb 2019-cu ilin oktyabr ayında Hacıqabul rayon Məşğulluq Mərkəzinin keçmiş baş məsləhətçi-mühasibi X4 onun adına olan MAS imzadan istifadə etməklə, Dövlət Məşğulluq Xidmətinin bazasına daxil olaraq iki nəfərin anketinə baxması, sonradan Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri ərazisində yerləşən qurumlarının birində çalışan əməkdaş tərəfindən həmin iki şəxsin işsiz kimi təsdiqlənməsi və onlara sosial müavinət ayrılması olmuşdur. İşlədiyi idarənin ən fəal və çalışqan bir işçisi kimi özünü göstərdiyindən, əsas iş yükü demək olar ki, onun üzərində olmuşdur. Bununla əlaqədar olaraq, adına MAS (məşğulluq alt sistemi) imzası alınmış, bu həmin dövrdə Mərkəzdə yeganə imza olduğundan, Mərkəzin rəhbərinin göstərişinə əsasən d igər əməkdaşlar da bu imzadan istifadə etmişlər. Bu faktı həmin dövrdə Mərkəzdə çalışan əməkdaşlar Mirzəyev Cavidan, Atamoğlanova Məhbubə, Zərbaliyev Kənan, İbrahimov Bəxtiyar, Əliyev Yavər, İsgəndərov Tapdıq və digərləri də təsdiq edə bilərlər. Göstərilən faktla əlaqədar olaraq, aparılan araşdırma zamanı MAS imzasının onun adına olması əsas götürülərək, baş vermiş xidməti pozuntunun guya, onun tərəfindən törədildiyi iddia edilmiş, "qiyabi xidməti araşdırma" birbaşa onun barəsində aparılmışdır. Xidməti araşdırma zamanı bir dəfə də olsun araşdırma aparan orqana çağırılmamış və yazılı izahatı alınmamışdır. Yalnız çalışdığı müəssisənin rəhbəri ilə telefon əlaqəsi saxlanılmış, ondan elektron qaydada izahat alınmışdır. Verdiyi izahatında pozuntunun baş verdiyi dövrdə adına olan MAS imzasının Mə rkəzin əməkdaşlarının ümumi istifadəsində olduğunu qeyd etmiş, eyni zamanda, pozuntunun konkret olaraq Hacıqabul rayon Məşğulluq Mərkəzinin keçmiş baş məsləhətçi-mühasibi X7 tərəfındən törədildiyini, həmin şəxsin özünün də bu faktı etiraf və təsdiq etidiyini, onun adına olan imzadan istifadə etməklə bazaya daxil olaraq, qeyd olunan iki şəxsin anketlərinə baxdığını göstərmişdir. Xidməti araşdırma aparan Daxili nəzarət və audit şöbəsinin Vaqif adlı əməkdaşı X7 ilə telefon əlaqəsi saxlayaraq, bu barədə ondan soruşduqda, Məhbubə Atamoğlanova həmin faktı təsdiq etmişdir. Buna baxmayaraq, araşdırma birtərəfli, qərəzli və subyektiv aparıldığından, işin faktiki halları, göstərilən xüsusatların heç biri nəzərə alınmamış, onlara hüquqi qiymət verilməmişdir. Eyni zamanda, onun tərəfindən vəzifəsini n yerinə yetirilməsi ilə əlaqədar hər hansı xidməti pozuntuya və ya nöqsana yol verildiyi sübuta yetirilməmişdir. 17.04.2020-ci il tarixli, **********2 nömrəli, həqiqətə uyğun olmayan, qərəzli məruzə ilə tanış etmədiklərinə görə sənəddə nədən bəhs olunduğu, işdən azad olunması üçün hansı "əsasların müəyyən edildiyi" hələ də ona məlum deyildir. 17.04.2020-ci il tarixli, **********2 nömrəli əmr xüsusilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə verildiyinə görə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkila tının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2016-cı ildən Hacıqabul Rayon Həmkarlar İttifaqının üzvü olduğu halda, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəllisinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevə ünvanlanmış yazılı məruzə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsində çalışan İddiaçı vəzifə səlahiyyətlərindən suiistifadə etməkl ə digər şəxslərə məxsus fərdi məlumatları əldə etməsi barədə Nazirliyin Aparatının E-xidmətlər və innovasiyalar şöbəsindən daxil olmuş məlumat Daxili nəzarət və Audit şöbəsi tərəfindən araşdırılmış, müəyyən edilmişdir ki, İddiaçı elektron imzası vasitəsilə 25.10.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini X14 və Bakı şəhəri, Yasamal rayon sakini X18 üçün vətəndaşların müraciətləri və məlumatları olmadan X2 sisteminin “Məşğulluq” Altsistemində (MAS) işaxtaranın anket forması yaradılmış, müvafiq olaraq 25.10.2019-cu il və 29.10.2019-cu il tarixlərdə təsdiq edilmişdir. Məşğulluq haqqında qanunvericiliyə əsasən vətəndaşlarla aparılan işlər çərçivəsində Nəsimi Rayon Məşğulluq Mərkəzinin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri X5 və 1 saylı Bakı ərazi Məşğullu q Mərkəzinin direktoru X6 elektron imzaları vasitəsilə müvafiq olaraq 17.12.2019-cu il və 03.12.2019-cu il tarixlərdə həmin vətəndaşlara qeydiyyatda olduqları rayonlar üzrə MAS-da işsizlik statusu verilmişdir. G.Kələntərova və M.Əİəkbərov qeyd olunanları təqdim etdikləri izahatlarında təsdiq etmişdirlər. İddiaçı izahatında həmin anket formalarının yaradılması barədə məlumatının olmadığını, elektron imzasından Mərkəzin həmin dövrdə baş məsləhətçi-mühasibi vəzifəsində işləmiş X4 istifadə etdiyini bildirmişdir. Buna baxmayaraq, MAS-da vətəndaşların bir sıra fərdi məlumatlarına çıxışın olması nəzərə alındıqda İddiaçı adıçəkilən vətəndaşların həmin məlumatlarından şəxsi maraqları üçün istifadə etməsi və 3-cü şəxslərə verməsi ehtimalı istisna deyildir. İddiaçı fiziki şəxslərin şəxsi həyatı, şərə f və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfıdensiallığının təmin edilməsi zərurətini və xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadəsinin yol verilmədiyini, habelə “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensial hesab olunduğunu, şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatların 3-cü şəxslərə verilməsinin qadağan olunduğunu nəzərə almadan müvafiq Qanunların tələblərini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə İddiaçı barəsində ciddi intizam tənbeh tədbirinin görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 27.07.2020-ci il tarixli, **********4 nömrəli məktubda qeyd edilmişdir ki, Əmək və X19 Nazirliyinin Aparatının e-Xidmətlər və sosial innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş arayışa əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində baş məsləhətçi-mühasib vəzifəsində çalışmış X7 “X2 Sistemi”ndə 12.02.2019-cu il tarixdən 11.02.2022-ci il tarixədək olan dövr üzrə aktivlik statusuna malik **********817 nömrəli elektron imza ilə qeydiyyatda olmuşdur. Əlavə olaraq İddiaçı elektron imzası vasitəsilə 25.10.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu sakini X15 və Bakı şəhəri, Yasamal rayon sakini X18 üçün MAS-da işaxtaranın anket forması yaradılmış və 29.10.2019-cu il tarixdə təsdiq edilmişdir. Məhkəməyə təqdim edilmiş «Fərdi məlumatları yaymamaq və X1suz istifadə etməmək barədə» İltizama əsasən, İddiaçı öz xidməti fəaliyyətinə və vəzifə borcuna görə ona etibar edilən məlumatların, o cümlədən məşğulluq tədbirlərinin təşkili zamanı işsiz və işaxtaran şəxslərə, habelə işəgötürənlərə dair fərdi məlumatların (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) qanunla və onların yazılı razılığı ilə müəyyən edilmiş hallar istisna olmaqla, yayılmasına, həmin məlumatlardan xidməti fəaliyyətdən kənar istifadə edilməsinə yol verməyəcəyi, göstərilən məlumatları kənar şəxslər ondan istədikdə Dövlət Məşğulluq Xidmətinin aidiyyəti Məşğulluq Mərkəzinin rəhbərliyinə məlumat verməsi barədə yazılı öhdəlik götürmüş və iltizamı öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən Bakı şəhər 27 saylı Vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 20.08.2020-ci il tarixli, 147 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı işdən çıxarılması zamanı onun işlədiyi Hacıqabul Rayon Məşğulluq Mərkəzinin ilk həmkarlar ittifaqı təşkilatının razılığı alınmalı idi. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 rayon komitəsi tərəfindən verilmiş yazılı məlumata əsasən İddiaçı işdən çıxarılmasına razılıq verilməsi üçün ilk həmkarlar ittifaqı təşkilatının yığıncağı keçirilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 2(004)3007/2020 s aylı 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslandığı Hacıqabul Rayon Məşğulluq Mərkəzində baş məsləhətçi-mühasib vəzifəsində çalışmış X4 özünə məxsus elektron imzasının olmaması barədə dəlili araşdırılmış və bu hal sübutlarla təkzib olunmuş, M.Atamoğlanovanın “X2 Sistemi”ndə 12.02.2019-cu il tarixdən 11.02.2022-ci il tarixədək olan dövr üzrə aktivlik statusuna malik **********817 nömrəli elektron imza ilə qeydiyyatda olduğu təsdiq olunmuşdur. Məhkəmə iddiaçının iş zamanı bütün tapşırıqlara yüksək qaydada riayət etməsi, tutduğu vəzifənin öhdəsindən layiqincə və bacarıqla gəlməsi barədə müddəalarına tənqidi yanaşaraq qeyd etmişdir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşım aqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, İddiaçı elektron imzası vasitəsilə 25.10.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu sakini X15 və Bakı şəhəri, Yasamal rayon sakini X18 üçün MAS-da işaxtaranın anket forması yaradılması və 29.10.2019-cu il tarixdə təsdiq edilməsi, bununla da, iddiaçı tərəfindən “İnformasiya əldə etmək haqqında" və “Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın tələblərini pozması və «Fərdi məlumatları yaymamaq və X1suz istifadə etməmək barədə» İltizamla üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağl ı həmkarlar ittifaqının rəyinin alınmamasının səbəbi həmin dövrdə Hacıqabul Rayon Məşğulluq Mərkəzində həmkarlar ittifaqı təşkilatının mövcud olmaması ilə əlaqədar olmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunun iddia tələbinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Elşən Kazımov, Xəyal Sarıyev) 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya mə hkəməsinin gədiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X7 “X2 Sistemi”ndə 12.02.2019-cu il tarixdən 11.02.2022-ci il tarixədək olan dövr üzrə aktivlik statusuna malik **********817 nömrəli elektron imza ilə qeydiyyatda olmuşdur. İddiaçı elektron imzası vasitəsilə 25.10.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini X14 və Bakı şəhəri, Yasamal rayon sakini X18 üçün MAS-da işaxtaranın anket forması yaradılması və 29.10.2019-cu il tarixdə təsdiq edilməsi, bununla da, qanunvericiliyin tələblərinin pozulması və «Fərdi məlumatları yaymamaq və X1suz istifadə etməmək barədə» iltizamla üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müəyyən olunmuşdur. Habelə, həmin dövrdə Hacıqabul Rayon Məşğulluq Mərkəzində həmkarlar ittifaqı təşkilatının mövcud olmadığından iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının rəyi alınmamışdır. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi və ya dəşdirilməsi üçün əsas deyildir. İddiaçı (vəkil və nümayəndə Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətin in məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili Təbriz İbrahimov kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsinin araşdırmaları zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Şikayətin dəlilləri də eyni məzmunludur. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X12 və vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu p ozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Madd ə

70. Bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ma ddə

72. Bənd d) və e) İşçi tərəfindən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, apellyasiya məhkəməsi həmin dəlillərə hüququi qiymət vermişdir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-775/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar