Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5728/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə istifadə hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Raqif qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1894/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında 07 sentyabr 1989-cu ildə nikah bağlanmışdır.
2. Göygöl Rayon Məhkəməsinin 2(066)-106/2009 nömrəli, 17 iyun 2009-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı ləğv edilmişdir. 3. “Torpağa mülkiyyət hüququna dair” JN-103 KOD 50812018 saylı Dövlət Aktına əsasən Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə 2.21 ha torpaq sahəsi Xanlar rayonu Yeni Əlibayramlı kənd sakini Cavabdeh və onun ailə üzvləri X6, X7, X8 və X1 mülkiyyətlərinə verilmişdir. 4. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-190A KOD 50812018 saylı Şəhadətnaməyə əsasən Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.199 7-ci il tarixli, 09 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi Xanlar rayonu Mollacəlilli kənd sakini Cavabdeh, X2, X4, X1 və X3 mülkiyyətlərinə verilmişdir.
5. Göygöl Rayon Məhkəməsinin 2(066)-41/2016 nömrəli, 12 yanvar 2016-cı il tarixli qətnaməsi ilə “Torpağa mülkiyyət huququna dair” JN-190A KOD 50812018 saylı şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsində olan iddiaçılar X2, X4 və X5 paylarının hərəsinə 1/6 hissəsinin nisbətində naturada ayrılması, “Torpağa mülkiyyət hüququna dair” JN-103 KOD 50812018 saylı Dövlət Aktında qeyd olunan 2.21 ha torpaq sahəsində iddiaçılar X2, X4 və X5 paylarının hərəsinə 1/5 hissəsi nisbətində naturada ayrılması qət edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair cavabdehlə birgə nikah dövründə inşa etdikləri Göygöl Mollacəlilli kəndində yerləşən 3 otaqlı yaşayış (bundan sonra-mübahisəli ev) evinə köçürülməsi və həmin evdən hüququnun tanınması dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ailə qurduqdan sonra birgə təsərrüfat yaratmış, daşınmaz əmlak əldə etmiş və Göygöl rayonu, Mollacəlilli kəndində 0.08 ha torpaq sahəsində 3 otaqlı yaşayış evi tikmişlər.
8. İslahat vaxtı qeyd olunan torpaq sahəsinə dair şəhadətnamə verilmiş, ancaq evə dair hüqüqmüəyyənedici sənəd almamışlar. Nikah ləğv olunduqdan sorna Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikah dövründə əldə etd ikləri 2,21 ha və 0,08 ha torpaq sahələrinə iddiaçının müvafiq olaraq 1/5 və 1/6 hissədə payları müəyyən edilmişdir. Ancaq yaşayış evi rəsmi reyestrdən keçmədiyi üçün payını ayıra bilməmişdir. İddiaçıya məxsus evi olsa da cavabdeh onu və uşaqlarını birgə nikah dövründə inşa etdikləri evə buraxmır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Mənzil Məcəlləsinin 5.1, 5.3 və 9.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - nikahları pozulan tarixdən bəri cavabdehlə iddiaçı bir daha birlikdə yaşamamışlar və birgə təsərrüfat aparmamışlar; - qızları 2010-cu ildə ailə həyatı quran zaman ata evindən deyil, başqa evdən gəlin köçmüşlər. Oğlanları da 2009-cu ildən mübahisəli evdə deyil, day ısı və xalasının evlərində yaşamaqda davam edirlər. Bu da onların birgə təsərrüfat aparmadıqlarını göstərir; - 2016-cı ildə tərəflər arasında torpağa olan payların bölünməsi zamanı və iddiaçının evə köçürülmə ilə bağlı heç bir tələbi olmamışdır. 2009-cu ildən sonra tərəflər boşandıqdan sonra cavabdeh özü qardaşlarının köməkliyi ilə ev tikmişdir. Buna görö də iddiaçını həmin evə heç bir qanuni haqqı çatmır.
11. Göygöl Rayon Məhkəməsinin 2(066)-495/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Əyyub Kərimov)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 1989-cu ildə rəsmi nikah bağlayıblar, birgə nikahdan 4 övladları olmuşdur. Tərəflər ailə qurduqdan sonra birgə təsərrüfat yaratmış, daşınmaz əmlak əldə etmişlər. Göygöl rayonu, Mollac əlilli kəndində 0,08 ha torpaq sahəsində 3 otaqlı yaşayış evi tikmişlər. İslahat vaxtı qeyd edilən torpaq sahəsinə dair şəhadətnam\ verilmiş, ancaq evə dair hüquq müəyyənedici sənəd almamışlar. Tərəflərin nikahı 17 iyun 2009-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, 12 yanvar 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə də torpaq sahələrinə iddiaçının 1/5 və 1/6 hissədə payı müəyyən edilmişdir. Ev rəsmi qeydiyyatdan keçmədiyi üçün iddiaçı evə payını böldürə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçının köçmək istədiyi ev heç kimin adına dövlət qeydiyaına alınmayıb. İddiaçı Göygöl Rayon Məhkəməsinin 17 iyun 2009-cu il tarixli qətnaməsi ilə nikah pozulub və həmin vaxtdan iddiaçı mübahisəli evdə yaşamır.
14. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 11.1-ci və Mül ki Prosessual Məcəllənin 217.2-ci maddələrinə, tərəflərin 1989-cu ildə nikaha daxil olmaları kimi işin faktiki hallarına istinadən hesab edib ki, mübahisəyə 01 oktyabr 2009-cu ildədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir.
15. Birinci instansiya məhkəməsi göstərib ki, iddiaçı 2009-cu ildən mübahisəli evdən köçüb getmiş və bir daha həmin evə qayıtmamışdır. İddiaçı 13 ildən artıqdır ki, mübahisəli evdə yaşamır və onun həmin evə ehtiyacının olmasını da müəyyən etmək olmur.
16. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında etibarlı ailə əlaqələri qalmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh uzun illərdir birlikdə yaşamırlar və onlar ümumi təsərrüfat aparmırlar. Həmçinin, iddiaçı mübahisəli yaşayış sahəsindən könüllü ol araq, yəni müvəqqəti olaraq yox, daimi əsaslarla köçdüyündən və uzun illər mübahisəli mənzillə bağlı tələbləri olmadığından, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətinin də olmadığı müəyyən edilir.
17. İddiaçı mübahisəli evin birgə nikah dövründə tikilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim etməmişdir. Həmçinin Göygöl Rayon Məhkəməsinin 12 yanvar 2016cı il tarixli qətnaməsi ilə torpaq sahələri bölünən zaman iddiaçı evə köçürülmə ilə bağlı heç bir tələb irəli sürməmişdir.
18. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı daimi əsaslarla altı ay və daha uzun müddətə başqa yerə getdiyindən, eyni zamanda onunla cavabdeh arasında etibarlı ailə əlaqələri qalmadığından, ümumi təsərrüfat aparmadıqlarından və onun mübahisəli evə ehtiyacı müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - 13 noyabr 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh aralarında dava-dalaş baş verib, cavabdeh iddiaçını döyərək xəsarət yetirib. İddiaçı 102 xidmətinə zəng etmiş, polis əməkdaşları gələrək bildirmişlər ki, müvəqqəti olaraq iddiaçı evdən çıxsın, onlar onu yenidən öz evinə qaytaracaqlar. Həmin vaxt cavabde h barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin hökmünə əsasən cavabdeh cəzalandırılıb. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 30 gün müddətinə mühafızə orderi verilmişdir; - məhkəmə qətnaməsində iddianın təmin edilməməsinə əsas kimi guya iddiaçının 13 ildir ki, mübahisəli mənzildə yaşamamağı əsas gətirmişdir ki, bu da yolverilməzdir. Belə ki, hakimin özünün xx.xx.2022-ci il tarixli, 1(066)-18/2022 saylı hökmü ilə cavabdeh 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonuncunun məhkum olunmasına səbəb isə “10 noyabr 2021-ci il tarixdə yaşadıqları evdə yemək yeyən zaman onunla birlikdə yaşayan keçmiş həyat yoldaşının iddiaçının verdiyi suala kobud cavab qaytardığını bəhanə edərək onu döyməsi olmuşdur”. Məhkəmə yuxarıda göstərilənləri öz hökmündə əsaslandıraraq cavabdehi məhkum etmişdir. Hazırki qətnaməsində isə qeyd edir ki, iddiaçı 13 ildir mübahisəli mənzildə yaşamır. Halbuki, iddiaçı bir gün də olsun öz evindən başqa yerdə yaşamamışdır və ona və uşaqlarına aid bütün əşyalar bu gün də həmin evdədir və həmin evi də birgə nikah dövründə tikdirmişlər. Bunu məhkəməyə gətirəcəyi bütün şahidlər də sübut edər; - göründüyü kimi qətnamə özü-özlüyündə ziddiyyət təşkil edir. İşdə olan qərar, hökm, mühafızə orderi və digər sənədlərlə sübut olunur ki, mübahisəli mənzil birgə nikah dövründə tikilməklə həmin mənzilə 1/2 hissədə iddiaçının payı vardır; - eyni zamanda Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-41/2016 saylı qətnaməsinə əsasən mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinə iddiaçının və övladlarının 1/6 hissədə payları vardır.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli 2(104)-1894/22 nömrəli iş üzrə qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin olunmuş, iddiaçının cavabdeh ilə birgə nikah dövründə inşa etdirdikləri Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən 3 otaqlı yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev, Aygül İsgəndərova)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsinə dair mövqeyi razılaşsa da, iddiaçının 2009-cu ildən həmin evdə yaşamamasına dair gəldiyi nəticə ilə razılaşmayıb. Çünki Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə qeyd edilib ki, hazırki iş üzrə cavabdeh 10 noyabr 2021-ci il tarixdə yaşadıqları evdə yemək yeyən zaman verdiyi suala onunla birlikdə yaşayan keçmiş həyat yoldaşı Mətanət Alpaşayevanın kobud cavab qaytardığını bəhanə edərək sonuncunu vurmuş və bədən xəsarətləri yetirmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı cavabdehlə nikahı pozulduqdan sonra da hansısa digər ünvanda yox, məhz mübahisəli ünvanda yaşamış, hətta birgə təsərrüfat aparmışlar. Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-18/2022 saylı hökmü ilə hadisənin məhz mübahisəli evdə baş verdiyi öz təsdiqini tapmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı mübahisəıli ünvandakı evə cavabdehin razılığı ilə köçməklə həmin evdə ümumi təsərrüfat idarə etmiş, 10 noyabr 2021-ci ilədək həmin evdə yaşamış hazırda da başqa daimi yaşayış yeri yoxdur. Buna görə də iddiaçının evə köçürülməsi hissəsində iddia təmin edilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi evə istifadə hüququnun tanınması barədə iddia tələbi üzrə isə qeyd edib ki, iddiaçının iddia ərizəsində istifadə hüququnun tanınmasını tələb etdiyi əmlak mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, iddia tələbi həmin hissəsində təmin edilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldi yi nəticəni Mülki Məcəllənin 11.1, 152.1-ci, Mənzil Məcəlləsinin 53, 54, Mülki Prosessual Məcəllənin 13.4 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya məhkəməsi lazımı araşdırma aparmadan, heç bir şahid dinləmədən, mübahisə predmetinə baxış keçirmədən, cavabdehin apelyasiya şikayətinə etiraz ərizəsinə hüquqi qiymət vermədən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2009-cu ildə pozulmasına baxmayaraq, guya onlar xx.xx.2021-ci il tarixədək faktiki olaraq bir yerdə yaşamışlar. Bununla da apellyasiya məhkəməsi b elə bir qənaətə gəlmişdir ki, mübahisə predmeti birgə nikah dövründə tikilmişdir. Həqiqət isə ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında nikah ləğv edildikdən sonra onlar heç vaxt birlikdə yaşamayıblar. İddiaçı uşaqları ilə birlikdə öz anasının evində yaşayıb. Mübahisə predmeti olan ev isə cavabdeh tərəfindən öz qardaşlarının köməkliyi ilə tikilib; - apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı apellyasiya şikayətində və izahatlarında cavabdehlə aralarında olan nikah rəsmi olaraq ləğv olunduqdan sonra onların faktiki olaraq bir yerdə yaşamalarını bildirsə də, məhkəmə bu ist iqamətdə hər hansı araşdırma apamamışdır. Son nəticədə qeyriobyektiv olaraq məhkəmənin əsaslanacağı heç bir mötəbər sübut olmadan iddianın qismən təmin olunmasına dair qətnamə qəbul etmişdir; - mübahisə predmeti olan ev tərəflərin birgə yaşadıqları müddətdə tikilmiş olsaydı iddiaçı cavabdehə qarşı 2016-ci ildə torpağın naturada bölünməsi tələbi ilə yanaşı ev tələbi də irəli sürərdi; - həmçinin cavabdehlə iddiaçının arasında nikahın pozulmasından artıq 13 il vaxt keçib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin əsassız olmasına istinad edilib, şikayətin təmin edilməməsi xahiş olunub. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razıla şması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mənzil Məcəlləsi (1982) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mülki Prosessual Məcəllə Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxu d qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirsə də, şikayətin dəlilləri i ddianın təmin edilən hissəsi ilə bağlıdır, iddianın təmin edilməyən hissəsindən də iddiaçı kassasiya şikayəti verməyib. Buna görö də məhkəmə kollegiyası qətnaməni iddianını təmin edilən hissəsində yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi evə köçürülmə barədədir.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçı cavabdehlə nikahı pozulduqdan sonra da hansısa digər ünvanda yox, məhz mübahisəli ünvanda yaşamış, hətta birgə təsərrüfat aparmışlar. İddiaçı mübahisəli ünvandakı evə cavabdehin razılığı ilə köçməklə həmin evdə ümumi təsərrüfat idarə etmiş, 10 noyabr 2021-ci ilədək həmin evdə yaşamış hazırda da başqa daimi yaşayış yeri yoxdur. Cavabdehin iddiaçıya xəsarət yetirməsi hadisəsinin məhz mübahisəli evdə baş verməsi Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-18/2022 saylı hökmü ilə öz təsdiqini tapmışdır.
38. Belə olan halda, iddiaçının iddia tələbinin evə köçürülməsi barədə təmin edilən hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğundur.
39. Məhkəmə kollegiyası nikah rəsmi olaraq ləğv olunduqdan sonra iddiaçının faktiki olaraq cavabdehlə bir yerdə yaşamaları ilə bağlı məhkəmənin hər hansı araşdırma aparmaması barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin halla bağlı qanuni qüvvədə olan məhkəmə hökmünə istinad etmişdir.
40. Kassasiya şikayətinin digər dəlilləri də – mübahisə predmeti olan ev tərəflərin birgə yaşadıqları müddətdə tikilmiş olsaydı iddiaçı cavabdehə qarşı 2016-ci ild ə torpağın naturada bölünməsi tələbi ilə yanaşı, ev tələbi də irəli sürərdi; cavabdehlə iddiaçının arasında nikahın pozulmasından artıq 13 il vaxt keçib – əsaslı deyil. Bu dəlillər iddianın təmin edilməməsi baxımından hər hansı əhəmiyyət kəsb etmir. Çünki bir halda ki, iddiaçının 10 noyabr 2021-ci ilədək mübahisədə adı keçən evdə yaşaması müəyyən edilib, belə olan halda, iddiaçının 2016-cı ildə əmlak bölgüsü zamanı belə bir iddianı verib-verməməsinin, nikahın pozulmasından 13 il keçməsinin əhəmiyyəti qalmır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1894/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.