Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5729/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11106/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş 2(001)-576/2019) İddiaçı Cavabdeh qarşı 6000 manat məbləğində pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 1500 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova və A.Q.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək eyni sinifdə oxuyan uşaqlarına görə tanışlıq münasibətində olduğu Cavabdeh xx xxxxxx 2013cü il tarixdə vəfat etmiş bibisinin cənazəsinin Şəki şəhərinə aparılması və orada dəfn olunması üçün 80 qram çəkidə qızıl-zinət əşyaları və 3000 manat məbləğində pul verməsini, cəmi 6000 manat təşkil edən həmin borcu bibisindən onlara miras qalmış Bakı və Şəki şəhərindəki evləri satdıqdan sonra qaytaracağını vəd etsə də Cavabdeh borcun qaytarılmasını təmin etməməsini əsas göstərməklə Cavabdeh onun xeyrinə 6000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçıdan aldığı bir ədəd boyunbağı və bir ədəd brilyant qaşlı üzüyü ona qaytarmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən həmin əşyaların iddiaçıya qaytarılmaması barədə düzgün olmayan nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində cavabdehə həm qızıl-zinət əşyalarını və 3000 manat məbləğində nağd pul verməsini iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir yazılı sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin qızıl-zinət əşyalarını iddiaçıdan almasını təsdiq etdiyi üçün iddianı həmin hissədə əsaslı saymış və hesab etmişdir ki, cavabdeh tərəfindən həmin əşyaların iddiaçıya qaytarılması sübuta yetirilmədiyindən onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməldir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi tərəflər arasında şifahi borc münasibəti yaranmış və qızılzinət əşyalarına aid hissədə iddia tələb i sübuta yetirildiyindən, apelyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyinə görə iddia tələbinin predmeti olan qızıl-zinət əşyalarının dəyəri 1500 manat təşkil edir. Cavabdeh İddiaçıdan qaytarmaq şərti ilə götürdüyü qızıl-zinət əşyalarını qaytarmadığı üçün məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsaslanaraq iddianı həmin hissədə təmin etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5729/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5729/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver