Məhkəmə qərarları › İş №2(102)-573/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-573/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-573/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1310/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 (cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası, Cavabdeh3 əri) mülkiyyətində Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1.5 ha torpaq sahəsi olmuşdur. İddiaçı qoyduğu vəsait hesabına həmin torpaq sahəsində tikililər inşa edilmişdir (“Çənlibel” istirahət mərkəzi).

2. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 151 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X7 Avaxıl kəndi ərazisində, yəni PirquluAvaxıl yolunun bir kilometrliyində, ona məxsus 1.5 ha torpaq sahəsində, əhalinin istirahəti məqsədi üçün 11x9 metr ölçüdə mətbəx, 9x4 və 5.5x4 ölçüdə otel tipli binaların tikintisinə icazə verilmişdir.

3. Heydər Lətifov xx.xx.2014-cü il tarixdə qəbz verərək, “Çənlibel” istirahət mərkəz ində yerləşən 11 ədəd evlərdə hüququnun olmadığını, evlərin 2002-ci ildə iddiaçı tərəfindən tikildiyini və ona məxsus olduğunu qeyd etmişdir.

4. X10 ilə İddiaçı arasında qeyd olunan torpaq sahəsi və orada inşs edilmiş tikililərdən istifadə üzrə mübahisə yaranmışdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Lətifovdan 480000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Həmçinin H.Lətifov qarşılıqlı iddia ərizəsi verərək, ona məxsus 1,5 hektar torpaq sahəsində inşa edilmiş 11 ədəd otel tipli binaların sökülməsi və torpaq sahəsindən çızrılmasını xahiş etmişdir.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının X7 qarşı pul tələbinə dair ilk, sonuncunun iddiaçıya qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair q arşılıqlı iddia ərizələri geri qaytarılmış və mülki iş baxılmamış saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş və mübahisənin barışıq yolu ilə həll edilməsi qərara alınmışdır. Ona görə də iddia ərizələrini geri götürürlər.

6. X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

7. Bundan sonra Heydər Lətifovun vərəsələri olan hazırki iş üzrə cavabdehlər H.Lətifovdan miras qalmış əmlakları satıblar

8. İddiaçı istirahət mərkəzinin tikintisi üçün 480.000 ABŞ dolları vəsait xərclədiyini, həmin pulun əmlakın satışından əldə olunacaq vəsait hesabına qaytarılması barədə mərhum Heydər Lətifovla razılıqlarının olduğunu iddia edir və həmin məbləği sonuncunun vərəsələrindən tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaç ı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 480.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, qohumu - Şamaxı rayonu Avaxıl kənd sakini X10 ilə birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığa gəlmişlər. Razılığa əsasən X5 Avaxıl kəndi ərazisində olan torpaq sahəsində istirahət mərkəzi tikib birgə işlətməyi qərara almışlar. Razılaşmalarına əsasən ona məxsus torpaq sahəsində istirahət mərkəzinin fəaliyyəti üçün bütün xərcləri çəkməli idi. Çünki onun istirahət mərkəzini tikmək üçün vəsaiti yox idi. İstirahət mərkəzi tikilib istifadə yə veriləndən sonra həmin torpaq sahəsi və tikililər üzərində hər ikisinin mülkiyyət hüququ tanınmalı idi. Torpaq sahəsi üzərində əvvəldən mülkiyyət hüququnun qeydə alınması məsələsini qaldırsa da, sonra bu işin uzun çəkəcəyini və nəticədə istirahət mərkəzinin tikintisinin uzanacağını nəzərə alaraq, hələlik bütün sənədləşmələri onun adından həyata keçirməyi qərara almışlar. Razılaşmışlar ki, istirahət mərkəzi fəaliyyətə başladıqdan sonra onun üzərində ikisinin bərabər pay olmaqla mülkiyyət hüququ qeydiyyatdan keçəcəkdir. Sərəncam və digər zəruri sənədləri aldıqdan sonra tikintiyə başlamış və 2005-ci ildə başa çatdırmışdır. Onun tərəfindən və vəsaiti ilə həmin sahədə 11 ədəd evin və bir ədəd restoran, avtomobil yolu, elektrik və su xətti, həmçinin bulaq tikilmişdir. Bütün bu tikililərə həmi n vaxt 480.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. 2005-ci ildən həmin tikililər “Çənlibel” istirahət mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Fəaliyyətə başlamasından dərhal sonra, yəni 2005-ci ildə istirahət mərkəzinin 50 faizi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsini tələb etmiş, lakin Heydər Lətifov müxtəlif bəhanələrlə həmin əmlak hüququnun sənədləşdirilməsini yubatmışdır. 2009-cu ildə Lətifov Heydər ona bildirmişdir ki, istirahət mərkəzi üzərində ona heç bir mülkiyyət hüququ vermək niyyəti yoxdur. Onu həmin mərkəzdən çıxarmaq istəyərək bildirmişdir ki, tikdiyi restoran və 11 ədəd binanı (kotteci) söküb aparsın. O zaman istirahət mərkəzinin tikintisinə və fəaliyyətinə çəkdiyi xərci tələb etdikdə Heydər ona bildirmişdir ki, yalnız həmin tikililəri söküb apara bilər. Heç bir kompensasiya vermək niyyəti yoxdur. Həmin tikililərin sökülməsi onların məhv olması deməkdir və heç bir qazanc verməyəcəyini ona bildirsə də müsbət nəticə verməmişdir. 18 may 2014-cü il tarixli ərizə yazmışdır. Ərizədə həmçinin həmin sahələrin fəaliyyətinə etirazının olmaması göstərilmişdir. Bir müddətdən sonra - 2016-cı ildə aralarında həmin tikililərə qoyduğu xərcin qaytarılması barəsində yenidən mübahisə qalxmış və bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəyə Şamaxı Rayon Məhkəməsində baxılan zaman Lətifov Heydər də həmin tikintilərin sökülməsi və torpaq sahəsindən çıxarılmağı barədə qarşılıqlı iddia vermişdir. Məhkəmədə işə baxılan zaman aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən mübahisəli “Çənlibel” istirahət mərkəzi satılır və ora qoyduğu xə rc yəni, 480000 (dörd yüz səksən min) ABŞ dolları ona qaytarılır. Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpağı atası Abdullayev Hüseynqulu Seyfi oğlunun adına alğı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atasına xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixli, Lətifov Heydər isə xx.xx.2016-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, barışıb razılığa gəldikləri üçün iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etmişlər və mülki iş baxılmamış saxlanılmışdır. Həmin vaxtdan başlayaraq istirahət mərkəzinin satılması üçün müştəri axtarmışlar. X4 26 oktyabr 2019-cu ildə vəfat etdiyi üçün alğı-satqı baş tutmamışdır. İki oğlu və arvadı bütün mirasına, o cüml ədən istirahət mərkəzinin yerləşdiyi 1.5 ha torpaq sahəsinə 1/3 hissədə pay almışlar. Cavabdehlər daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.3 ha, 0.2 ha, 0.73 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə X8 cəmi 530.000 manata, 1.6652 ha torpaq sahəsini isə xx.xx.2020-ci il tarixdə yenə həmin şəxsə 389.000 manata satmışlar. İddiaçı onlara müraciət edərək, X5 ona olan borcunun ödənilməsi barədə müraciət etmişdir. Lakin cavabdehlər bildirmişlər ki, borclu onlar yox, Lətifov Heydər olmuşdur. Buna görə də borcu ödəməli deyillər.

11. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək bildirmişdir ki, X3nun iddiaçıya heç bir pul borcu yoxdur və onlar aralarında olan münasibətləri hələ mərhum X1 həll etmişlər. Onlar X3nun varisləri olduğundan iddiaçı öz tələbi ni Heydərin varislərinə qarşı yönəltmişdir. Heydərlə iddiaçı arasında son məhkəmə prosesi 2016-cı ildə olmuş, tərəflərin razılaşmasına əsasən iddia baxılmamış saxlanılmışdır. Lakin onların arasında olan razılaşmalarda tərəflərin daşıyacaqları öhdəliklər barədə heç bir müddəa yoxdur. Hətta bu halı sübut edəcək hər hansı sənəd və sübut da təqdim olunmamışdır. Pul öhdəlikləri üzrə iddia müddəti 3 il olduğundan, hazırda bu iddianın qaldırılması üçün qanunla müəyyən olunmuş iddia müddəti ötmüşdür.

12. Cavabdehlərin nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunnmasını xahiş etmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 10/6261 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə əsasən, Şamaxı rayonu, Avaxıl k əndində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 258186 manat məbləğində müəyyən edilmişdir.

14. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-14/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 258186 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yanaşı yoxlanılmış 2(074)-2235/2016 saylı mülki işdəki qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə müəyyən edilir ki, iddiaçıya öz torpağında tikinti aparmasına X10 öz ü razılıq vermişdir.

16. Təyinatı kommersiya fəaliyyəti ilə bağlı olan tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisinin birgə kommersiya fəaliyyəti göstərmək niyyətinin olmaması halı, tikintinin torpaq sahəsinin mülkiyyətçisinin və yerli icra hakimiyyəti orqanının razılığı ilə iddiaçının özünün kommersiya fəaliyyətini həyata keçirməsi üçün aparıldığını təsdiq edir ki, bu halda da torpaq sahəsində tikinti aparmasına razılıq vermiş şəxsin sonradan iddiaçıya həmin fəaliyyəti həyata keçirməyə maneə olması iddiaçını tikintini apardığı vaxt əldə edəcəyinə ümid etdiyi qazancla yanaşı tikintiyə çəkdiyi xərcdən də məhrum etmişdir. X3, sağlığında aparılmış tikintini yaxşılaşdırma olmaması əsası mübahisələndirməmiş, onun vərəsələri olan cavabdehlər də, müvafiq iddia ilə müraciət etmədən torpaq sahəsini özgəninkiləşdirmişlər.

17. Məhkəmə cavabdeh tərəfin “2 ha torpaq sahəsinin borcun əvəzində verilməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çəkilən xərcin əvəzi olaraq iddiaçıya verilməmiş, iddiaçının atasının mülkiyyətinə də alğı-satqı müqaviləsi əsasında keçmişdir. Ona görə də bu dəlil işin hallarına uyğun hesab edilməmişdir.

18. Məhkəmə iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə Mülki Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan on illik ümumi iddia müddətinə istinadən qeyd etmişdir ki, X3 qarşılıqlı iddia ərizəsində 2012-ci ildən dəfələrlə iddiaçıya binaları təmir edib işlətməsini təklif etdiyini qeyd etməklə, xx.xx.2014-cü il tarixli əlyazısında “Çənlibel” istirahət mərkəzinin fəaliyyətində də heç bir etirazının olmamasını, xx.xx.2016-cı il tarixdə isə İddiaçı ona qarşı pul tələbinə dair ilkin iddiası və özünün də İddiaçı qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair qarşılıqlı iddia ərizəsi barışıb razılığa gəlmələri barədə ərizə verməklə iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, bununla da iddia müddətinin axımı kəsildiyindən iddiaçı iddia müddətini keçirməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 240.1, 373.1, 380.1, 500.1, 1306.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1-ci maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən ərazidə ərazinin mülkiyyətçisi olmuş Lətifov Heydərin razılığı ilə tikilmiş 11 ədəd istirahət evindən (kotecdən) savayı İddiaçı heç bir tikilisi olmayıb. Bu hal iddiaçının iddia ərizəsində israrla istinad etdiyi 18 may 2014-cü il tarixli ərizədə öz əksini tapmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, işə baxan məhkəmə sanki iddianın yalan və təhrif olunmuş dəlillər əsasında qurulduğuna görməməzlikdən yanaşmış, bu azmış kimi bu hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsində iddianın əsaslığını sübut etmək üçün faktlar təhrif olunmuş, həqiqəti əks etdirməyən hallar irəli sürülmüş, bir sözlə iddiada əsaslılıq və qanunilik formalaşdırlmasına cəhd edilmişdir. İddiaçılə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmamışdır. Odur ki, iddiaçının hər hansı pul tələb etməsinin hüquqi əsası yoxdur, iddia tam əsassız və qanunsuzdur. Bundan başqa, iddiaçının tələbləri həmçinin ona görə əsassızdır ki, onun bütün tələbləri 2016-cı ildə haqsız da olsa ödənilmişdir. İddiaçının özünün də iddia ərizəsində etiraf etdiyi kimi, 2016-cı ildə İddiaçı tərəfindən mərhum H.Lətifovun torpaq sahəsində inşa etdirdiyi 11 ədə d istirahət evinin (kotecin) dəyəri mərhum H.Lətifov tərəfindən Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaqla əvəzləşdirilmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1924/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmuşdur. İşdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmamışdır.

24. Məhkəmə kollegiyası apellyatorların “iddiaçı ilə mərhum H.P.Lətifov arasında birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması, bununla da iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsini onlardan tələb etmək hüququnun yaranmaması” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması halı iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində Şamaxı RİH-nin sərəncamı ilə nəzərdə tutulan təyinat üzrə fəaliyyət göstərəcək daşınmaz əmlakın tikintisinə külli miqdarda pul vəsaiti xərcləməsini istisna edir. Bundan başqa, 2(074)2235/2016 saylı mülki işdəki qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə müəyyən edilmişdir ki, iddiaçıya öz torpağında tikinti aparmasına mərhum Heydər Lətifov özü razılıq ver mişdir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 240.1, 373.1, 380.1, 500.1, 1257, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Kassatorlar iddiaçının mərhum Heydər Lətifovla birgə kommersiya fəaliyyətini həyata keçirilməsinin sübuta yetirilmədiyini, borcun ödənildiyini və iddia müddətinin ötürüldüyünü mübahisələndirmişlər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonrakassasiya instansiya məhkə məsi) 2(102)-1072/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

29. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, məhkəmələr cavabdeh tərəfin əvəzləşdirmə dəlili ilə bağlı qeyd etmişlər ki, Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çəkilən xərcin əvəzi olaraq iddiaçıya verilməmiş, iddiaçının atasının mülkiyyətinə də alğı-satqı müqaviləsi əsasında keçmişdir.

30. İddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə məhkəmələr MMin 373.1-ci maddəsində nəzərdə tut ulan on illik ümumi iddia müddətinə istinadən göstərmişlər ki, xx.xx.2016-cı il tarixdə H.Lətifov barışığa gəlmələri barədə ərizə verərək (iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla) borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də iddia müddəti ötməmişdir.

31. Kollegiya bildirir ki, cavabdehin etiraz etdiyi dəlillərlə bağlı işdəki məlumat və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

32. Belə ki, tikililərin inşasına sərf olunmuş pul vəsaitinin H.Lətifov tərəfindən İddiaçı Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi hesabına əvəzləşdirilməsi barədə həmin şəxslər arasında razılaşma olması və bunun icra edilməsi barədə işdə məlumatlar mövcuddur.

33. Belə ki, İddiaçı tikintiyə sərf etdiyi pul vəsaitinin H.Lətifovdan tutulmasına dair, sonuncunun isə torpaq sahəsindən çıxarılma barədə məhkəmədə qaldırdıqları iddialar Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizələrinin geri götürülməsi (tərəflər arasında razılıq əldə olunmaması və mübahisənin barışıq yolu ilə həll edilməsi) səbəbindən baxılmamış saxlanılmışdır.

34. İddiaçı, iddia ərizəsində qeyd etmişdir ki, “Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı atası X2 adına alğı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atasına xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarış verilmişdir”. Qeyd edilən çıxarış iş materiallarına da əlavə olunmuşdur.

35. Belə olan halda, borcun əvəzləşdirilməsi ilə bağlı cavabdehin dəlillərinə məhkəmələrin verdiyi qiymət işdəki məlumatlarla və xüsusilə də iddiaçının özünün bildirdikləri ilə uzlaşmır. Odur ki, həmin xüsusata qanuni və əsaslı şəkildə hüquqi qiymət verilməlidir.

36. İddia müddəti ilə bağlı məhkəmə tərkibi qeyd edib ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildirən məhkəmələr on illik ümumi iddia müddətinə dair normanı göstərməklə, bu müddətin ən azı 2016-cı ildən borcun etiraf edilməsi nəticəsində kəsildiyini bildirmişlər.

37. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, qanunda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısal dılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

38. Baxılan işdə məhkəmələr sözügedən məsələnin düzgün hüquqi həlli üçün (iddiaçının cavabdehə qarşı tələb hüququ müəyyən edildiyi halda) tələbin qanuni əsas(lar)ını dəqiq göstərməmiş, həmin əsas üzrə tələbə hansı (ümumi, yoxsa xüsusi) iddia müddətinin şamil olunduğunu, bu müddətin nə qədər təşkil etdiyini, hansı tarixdən başlandığını və həmin iddia müddətinin ötürülüb-ötürülmədiyini işin hallarına və qanunvericilik normalarına uyğun şəkildə əsaslandırmamışlar. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1310/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Məhərrəmova və Fuad Məmmədov) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 221986 (iki yüz iyirmi bir min doqquz yüz səksən altı) manat pulun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin əvəzləşdirmə dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı özü də iddia ərizəsində həmin müqavilənin borcun təminatı kimi bağlandığını bildirmişdir. Yəni həmin torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsi bağlansa da, iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı gələcə kdə tərəflər arasında yarana biləcək mübahisənin həlli məqsədilə məbləğin ödənildiyi müəyyən olunmur. Bu səbəbdən kollegiya hesab edir ki, həmin alğı-satqı müqaviləsi yalnız borcun təminatı kimi bağlanmışdır. Bunu iddiaçı tərəfin məhkəmə baxışı zamanı həmin torpaq sahəsini cavabdehlərə qaytarmağa hazır olduqları barədə mövqeyi də təsdiq edir. Belə ki, iddiaçı və vəkilləri məhkəmə kollegiyasının iclaslarında torpaq sahəsini cavabdehlərə qaytarmağa hazır olduqlarını, iddiaçının qoyduğu vəsait hesabına həmin torpaq sahəsində inşa edilmiş tikililərin dəyərinin cavabdehlər tərəfindən qaytarılmalı olduğunu bildirmişlər. 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısı barədə müqavilə iddiaçının tikintiyə sərf etdiyi pul vəsaitinin Heydər Lətifovdan tutulmasına dair, sonuncunun isə torpaq sahəsindən çıxarılma barədə məhkəmədə qaldırdıqları iddialar Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizələrinin geri götürülməsi (tərəflər arasında razılıq əldə olunmaması və mübahisənin barışıq yolu ilə həll edilməsi) səbəbindən baxılmamış saxlanıldıqdan sonra bağlanmışdır.

41. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli 10/6261 saylı ekspert rəyindən görünür ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 258186,0 manat məbləğində müəyyən edilmişdir.

42. Apellyasiya baxışı zamanı iddiaçının vəkili tərəfindən təqdim olunmuş arayışa əsasən, xx.xx.2023-cü il tar ixə Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha torpağın bazar dəyəri 36200 (otuz altı min iki yüz manat) məbləğində qiymətləndirilmişdir.

43. Əmlakların qiymətləndirilməsi barədə hesabatlardan da göründüyü kimi, həmin qiymətlər arasında əsaslı fərq mövcuddur. 36200 məbləğində olan torpaq sahəsinin 258186 manat məbləğində müəyyən edilmiş tikililərin əvəzləşdirilməsi üçün iddiaçı tərəfə verilməsini və bununla da mübahisənin həll edilməsini kollegiya məntiqli və ağlabatan hesab etmir.

44. İddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə isə məhkəmə MMin 373.1-ci maddəsində nəzərdə tutulan on illik ümumi iddia müddətinə istinadən göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə H.Lətifov barışığa gəlmələri barədə ərizə verərək (iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin q aytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla) borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də iddia müddəti ötməmişdir.

45. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildirən birinci instansiya məhkəməsi on illik ümumi iddia müddətinə dair normanı göstərməklə, bu müddətin ən azı 2016-cı ildən borcun etiraf edilməsi nəticəsində kəsildiyini bildirmişdir.

46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edib ki, cavabdehin vəkili nin tərəflər arasında şifahi müqavilə olduğu bildirilərək müqavilədən irəli gələn 3 illik iddia müddətinin tətbiq edilməli olması barədə dəlilləri əsassızdır. Çünki Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, ümumi iddia müddəti on il təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlərin atası Lətifov Heydər arasında işgüzar münasibətlər olmuş, Lətifov Heydərin ölümündən sonra əmlakı vərəsələrinə keçmiş və sonuncular hazırki iş üzrə cavabdehdirlər. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığı üçün hazırki mübahisəyə müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi istisna olunur. Bu səbəbdən mübahisəyə 10 illik iddia müddət i tətbiq olunmalıdır. Həmin müddətin hansı vaxtdan hesablanmasına gəldikdə isə kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixdə H.Lətifov barışığa gəlmələri barədə ərizə verərək (iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla) borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir

47. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İşin halları ilə müəyyən olunur ki, Heydər Lətifovun sağlığında da iddiaçı ona müraciətlər etmiş, bununla bağlı məhkəmə mübahisəsi də olmuş, lakin ona pulun qaytarılmayacağı bildirilmiş, tikililərin sökülməsi təklif olunmuşdur. Bundan sonra cavabdehlə r də öz növbəsində pulu qaytarmayacaqlarını bildirmiş, özlərinin deyil, mərhum atalarının ona borclu olduğunu, daha sonra isə torpaq sahəsi ilə əvəzləşdirmə aparıldığını və bununla da, mübahisənin bitdiyini bildirmişlər. Halbuki, həmin tikililərin və torpaq sahəsinin atalarının ölümündən sonra kifayət qədər yüksək məbləğlə satılması, onlara müraciət olunması iddiaçı tərəfindən bir tərəfdən hərəkətsiz durmamasına, buna müvafiq olaraq iddia müddətinin də keçmədiyinə dəlalət edir, digər tərəfdən isə mübahisəsiz olaraq tikililərin mülkiyyətçisinin qanuni tələblərinə qarşı cavabdehlərin hazırki yanaşması Mülki Məcəllənin 5.3-cü maddəsinə ziddir.

48. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edib ki, iddiaçı ilə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə m ünasibətlərinin mövcud olmaması, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmaması iddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum Heydər Lətifovla razılaşmaya əsasən, sonuncuya məxsus torpaq sahəsində birgə fəaliyyət göstərir, konkret olaraq iddiaçı turistlərin qalması üçün istirahət evləri inşa edir, bundan xeyir götürür, Heydər Lətifov isə özünün əvvəldən inşa olunmuş restoranını işlədərək, istirahət evlərində qal an turistlərə restorandan xidmət göstərərək xeyir götürür. Bu haqda razılıq əldə olunur və 2005-ci ildən 2009-cu ilədək qarşılıqlı razılığa əsasən fəaliyyət göstərilir. Lakin istirahət evləri əxlaqsızlıq yuvalarına çevrildiyindən, bununla bağlı hətta həmin obyektdə cinayət hadisəsi baş verdiyindən, mərhum Heydər Lətifov iddiaçıya öz etirazını bildirərək, qanunsuz fəaliyyətə son qoyulmasını tələb etmiş, tərəflər arasında münasibətlər kəskin şəkildə korlanaraq pozulmuşdur. Həmin vaxta qədər iddiaçının tikililəri də artıq yararsız vəziyyətə düşməyə başlamış və iddiaçı həmin obyektən aralanmaq qərarına gəlmişdir. Lakin bunu əsassız tələblər irəli sürməklə həll etmək qərarına gəlmişdir. Cavabdeh tərəf hesab edir ki, nə özlərinin, nə də mərhum miras qoyan Heydər Lətifovun iddiaçı qarşısında inşa olunmuş tikililərlə bağlı heç bir öhdəlikləri olmayıb. İddiaçı bütün ərazi boyu hansısa qarşılıqlı razılıqdan bəhs etsə də, mərhum H.Lətifovla arasında iddia ərizəsində israrla istinad etdiyi 18 may 2014-cü il tarixli ərizədən başqa heç bir rəsmi münasibətləri olmayıb. Belə olan halda Heydər Lətifovun İddiaçı qarşısında hər hansı öhdəliyindən söhbət belə gedə bilməz. İddiaçılə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmamışdır. Belə bir müqavilənin olduğunu fərz etsək belə, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən bu müqavilədən irəli gələn tələblər əsassız hesab olunacaqdır. Bundan başqa, iddiaçının tələbləri həmçinin ona görə əsassızdır ki, onun bütün tələbləri 2016-cı ildə haqs ız da olsa ödənilmişdir. 2 ha torpaq sahəsi iddiaçı tərəfə heç də əvəzsiz verilməmişdir, torpaq sahəsi artıq yararsız hala düşmüş, xaraba qalmış tiklilərə görə verilmişdir. Digər tərəfdən həmin torpaq sahəsinin qiyməti heç də 36.000 manat deyil, qatqat bahadır. Alğı-satqı münasibətləri alğı-satqı müqaviləsi, girov münasibətləri isə girov müqaviləsi ilə müəyyən olunur. İddiaçı hüququnun pozulduğunu 2009-cu ildən bilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

53. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

54. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

55. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

56. Ma ddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

57. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

58. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

59. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

60. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

61. Maddə 380.1. Müəyyənl əşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

62. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

63. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

64. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

71. Q anunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki iş üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə X5 mülkiyyətində Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1.5 ha torpaq sahəsi olmuşdur. Mülkiyyətçi H.Lətifov cavabdeh İddiaçı həmin torpaq sahəsində istirahət evləri tikib xidmət göstərməsinə razılıq vermiş və iddiaçı öz vəsaiti hesabına 11 ədəd ev tikərək xidmət göstərməyə başlamışdır. Sonradan tərflərin arasında mübahisə yaranmış, H.Lətifov iddiaçıdan torpaq sahəsind ən çıxmağı tələb etdiyinə görə iddiaçı mübahisəli torpaq sahəsində inşa etdiyi evlərin inşa edilməsinə xərclədiyi 480000 manat vəsaitin zərər olaraq ona ödənilməsini tələb etmişdir. Bir-birinə qarşı iddialar üzrə qarşlıqlı iddialara məhkənədə baxılarkən mübahisənin məhkəmədənkənar həll olunması barədə razılığa gəldiklərinə görə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının X7 qarşı pul tələbinə dair ilk, sonuncunun iddiaçıya qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri geri qaytarılaraq, mülki iş baxılmamış saxlanılmışdır. Bu razılaşmanın tərkib hissəsi olaraq X14 rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpağı sahəsini iddiaçının atası Abdullayev Hüseynqulu Seyfi oğlunun adına xx.xx.2016-cı il tarixli alğı-satqı kimi sənədləşdirmiş, torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 xx.xx.2019-cu il tarixdə vəfat etdiyinə görə, razılaşmanın icrası tamamlanmamışdır. Nəticə etibarilə iddiaçı, Heydər Lətifova məxsus torpaq sahəsinə etdiyi yaxşılaşdırmanın əvəzini tam ala bilməmişdir. İddiaçının “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 258186 manat məbləğində, əvəz olaraq verilmiş 2 ha torpaq sahəsinin bazar dəyəri isə 36200 manat müəyyən edilmişdir.

75. Bu tələbin maddi hüquqi əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. İşə baxmış məhkəmə tərəfindən də həmin tələb üzrə işin hall arı bu normanın dispozisiya şərtlərinə əsasən yoxlanılmış, iddiaçının etdiyi yaxşılaşdırmanın məbləğindən (258186 manat) iddiaçıya əvəz olaraq verilmiş, lakin alğı-satqı kimi rəsmiləşdirilmiş 2 ha torpaq sahəsinin dəyərini (36200 manat) çıxmaqla, iddia tələbini qismən təmin edərək, 221986 manat pulun cavavdehlərdən alınıb iddiaçıya verilməsini qət etmişdir.

76. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilən hissəsində maddi hüquq normalarnı düzgün tətbiq etmişdir.

77. Cavabdehin iddia müddəti ilə bağlı dəlilləri əsasszıdır. Çünki məhkəmə müəyyən etmişdir ki, bundan əvvəl iddiaçı Rəfail X6rşı tikililərin əvəzi olaraq pul tələbinə dair ilk, sonuncunun iddiaçıya qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddialar üzrə m əhkəmə çəkişməsi olmuş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizələri geri qaytarılmış və mülki iş baxılmamış saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş və mübahisənin barışıq yolu ilə həll edilməsi qərara alınmışdır. Ona görə də iddia ərizələrini geri götürürlər.

78. Məhkəmə müəyyən etmişdir ki, bununla da Heydər Lətifov tikililərə görə İddiaçı olan öhdəliyini etiraf etmiş və etiraf etdiyi vaxtdan iddia müddətinin axımı kəsilmişdir.

79. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

80. Apelyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin 2(102)-1072/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarında ifadə olunmuş göstərişlərə əməl etmişdir.

81. Kollegiya b ildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

82. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Mə hkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1310/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar