Məhkəmə qərarları › İş №2(102)-5731/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5731/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5731/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5731/21 (Açar sözlər: sığorta ödənişi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin, dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1218/2021 nömrəli, 26.02.2021-ci il tarixli qətnaməsindən cava bdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “VAZ-2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə İddiaçı, “VAZ121063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hazırki iş üzrə tərəf olmayan X3 məxsusdur. H.Eyvazlı sahibliyində olan “VAZ-21063” markalı, **BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.06.2019-cu il tarixdə Tərtər rayonun ərazisində hərəkətdə olarkən yol-hərəkət qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “VAZ-2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının avtomobili əzilərək istismara yarasız vəziyyətə düşmüşdür. Cavabdeh Sığorta Şirkətinin əməkdaşları iddiaçının avtomobilinə baxış keçirərək, iddiaçıya dəymiş zərəri 500 manat məbləğində müəyyən etmişlər. "xxxx" MMC tərəfindən verilmiş 01.11.2019-cu il tarixli rəydə isə iddiaçıya dəymiş maddi zərərin 2.688 manat məbləğində olması müəyyən edilmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Sığorta Şirkəti tərəfindən sığortalanmış və hazırki iş üzrə tərəf olmayan X2 19.06.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona (iddiaçıya) dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığorta ödənişi olaraq 2.688 manat, sığorta ödənişinin verilməsinin 240 gün ərzində gecikdirilmə sinə görə (hər gün üçün 8 manat olmaqla) 1.920 manat, nəqliyyat vasitəsiz qaldığı günlər üçün çəkdiyi xərclərə və avtomobilinin amortizasiyasına görə 1.500 manat, çəkdiyi mənəvi zərərin əvəzi olaraq isə 1.000 manat məbləğində pulun cavabdeh Sığorta Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tərəf olmayan Hüseyn Eyvazlı sahibliyində olan “VAZ-21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.06.2019-cu il tarixdə Tərtər rayonun ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “VAZ2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının avtomobili əzilərək i stismara yarasız vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, H.Eyvazlı ilə cavabdeh Sığorta Şirkəti arasında PGU seriyalı, ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilə” bağlanmışdır. Bu səbəbdən də iddiaçının avtomobilinə cavabdeh Sığorta Şirkətinin əməkdaşları baxış keçirərək dəymiş zərəri hesablamış və müvafiq akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, iddiaçıya dəymiş maddi zərər 500 manat məbləğindədir. İddiaçı həmin məbləğ ilə razılaşmamışdır. Çünki zərərin məbləği real məbləğdən qat-qat az göstərilmişdir. Bu səbəbdən də iddiaçı, cavabdeh Sığorta Şirkətinin razılığı ilə müstəqil qiymətləndirici şirkətə - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, həmin MMC tərəfindən iddiaçıya m əxsus avtomobilə dəymiş zərər qiymətləndirilmiş və bu barədə 01.11.2019-cu il tarixli rəy verilmişdir. Rəydə qeyd edilir ki, iddiaçıya dəymiş maddi zərər 2.688 manat məbləğindədir. Cavabdeh Sığorta Şirkəti isə həmin rəy ilə razılaşmadığından həmin məbləği iddiaçıya ödəməkdən imtina etmişdir. Odur ki, iddiaçı qeyd edilən məbləğin Sığorta Şirkətindən onun xeyrinə tutulması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-920/2020 saylı 13.10.2020ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Abdulayev) iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2253 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2283 (iki min iki yüz səksən üç) manat məbləğində pul tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmiş; İş üzrə keçirilmiş ekspertiza xərci - 120 (yüz iyirmi) manat "xxxx" ASCdən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 934; “İcbari sığortalar haqqında” AR Qanununun 3.1.2, 4.1, 15.1, 24.1.6-cı maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsi MK-nın 26.02.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Məhərrəmov və R.Həsənov) cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş; Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh "xxxx" ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosess ual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyi düzgün deyil. Beləki, ekspertin hesablama zamanı hansı metoddan istifadə etməsi məyyən deyil, rəy aydın deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

16. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutula n sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.

17. Maddə. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

18. Maddə. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

19. Maddə. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə bax maqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edən birinci instansiy a məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə müəyyən etmişdir ki, “VAZ-2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə İddiaçı, “VAZ21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hazırki iş üzrə tərəf olmayan X3 məxsusdur. H.Eyvazlı ilə cavabdeh Sığorta Şirkəti arasında PGU seriyalı, ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilə” bağlanmışdır. H.Eyvazlı sahibliyində olan “VAZ-21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.06.2019-cu il tarixdə Tərtər rayonun ərazisində hərəkətdə olarkən yolhərəkət qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “VAZ-2104” markalı, * *-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının avtomobili əzilərək istismara yarasız vəziyyətə düşmüşdür. Cavabdeh Sığorta Şirkətinin əməkdaşları iddiaçının avtomobilinə baxış keçirərək, iddiaçıya dəymiş zərər 500 manat məbləğində müəyyən etmişlər. "xxxx" MMC tərəfindən verilmiş 01.11.2019-cu il tarixli rəylə müəyyən edilmişdir ki, iddiaçıya dəymiş maddi zərər 2.688 manat təşkil edir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Rayon Məhkəməsi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 09.09.2020-ci il tarixli 9/2472 saylı rəyinə əsasən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə cav abdeh Sığorta Şirkətinin 21.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus “VAZ-2104” markalı, 59-BC809 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.253,0 manat müəyyən edilmişdir. Məhkəmə cavabdeh Sığorta Şirkəti tərəfindən təqdim edilmiş “Dəymiş ziyanın hesablanmasına dair” 21.06.2019-cu il tarixli aktı və "xxxx" MMC tərəfindən verilmiş 01.11.2019-cu il tarixli rəyi müqayisəli şəkildə təhlil edərək, haqqlı olaraq hesab etmi şdir ki, dəyən zərərin məbləği "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli rəyindəki məlumatlara əsasən 2.253 manat müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy dəymiş zərərin həcmi ilə bağlı konkret nəticəyə gəlməyə imkan verir. Belə ki, cavabdeh Sığorta Şirkətindən fərqli olaraq "xxxx" MMC iş üzrə maraqlı şəxs olmayan müstəqil qiymətləndirici şirkətdir. Bundan başqa, "xxxx" MMC-nin rəyindən görünür ki, avtonəqliyyat vasitəsi barədə ümumi məlumatlar, qiymətləndirmənin hansı metodologiyalar əsasında aparılması, qiymətləndirmənin mərhələləri ətraflı şəkildə qeyd olunmuş, zədələrin təsnifatı aparılmış, həmçinin müqayisəli təhlil aparılaraq yekun nəticəyə gəlinmişdir. Lakin cavabdeh Sığorta Şirkətinin rəyində qiymətləndirmə metodologiyası barədə heç bir məlum at göstərilməmişdir. Bundan başqa, cavabdeh Sığorta Şirkəti tərəfindən təqdim olunmuş aktda bəzi zədələr qeyd olunmamışdır ki, bu hallar həmin aktın düzgünlüyünə əsaslı şübhələr yaradır.

27. Cavabdeh məbləğin düzgün hesablanmadığını iddia etsə də, bunu təsdiq edəcək, həmçinin ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1218/2021 nömrəli, 26.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar