Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5732/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(103)3442/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş 2(008)-3845/2019) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının 2011-ci il təvəllüdlü oğlu ilə birlikdə N ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.A.Şirinov və R.Ə.Eyvazov) Cavabdeh və maraqlı şəxs X4 apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Tərəflər 2010-cu ildən faktiki nikah münasibətində olmuş, həmin münasibətdən 2011-ci ildə bir uşaqları olmuşdur. Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın atası olması faktı müəyyən olunmuşdur. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə faktiki ər-arvadlıq münasibətinə girdikdən sonra o nun ailəsinin yaşadığı Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən evdə yaşamasını, 7-8 aydan sonra həmin evin yanında yerləşən sahəsi 18 kv.metr olan evə köçmələrini, 2014-cü ildə həmin evi söküb yerində yeni ev inşa etmələrini, 2017-ci ilin yay aylarında cavabdeh tərəfindən həmin evdən qovulmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə əsasən həmin evə köçürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qə rar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, G.Yusubova və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Abşeron XDS İK-nın 18 oktyabr 1991-ci i l tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 0,10 hektar ölçüdə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi X2 mülkiyyəti kimi 16 iyul 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və 18 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. İddiaçının köçürülməsini iddia etdiyi N ünvan 1 isə mövcud olmamaqla qeydiyyatdan keçməmişdir. İddiaçının mübahisələndirdiyi evin ünvanı Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 78 “R” olmaqla həmin ev 26 avqust 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X4 mülkiyyətindədir. Beləliklə, iddiaçının köçürülməsini tələb etdiyi ünvan mövcud olmadığından və eləcə də X4 mülkiyyətində olan evə köçürülməsi üçün hüquqi əsaslar olmadığından iddianın təmin edilməsi üçün əsasl ar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının Güllər Yusubovaya məxsus evə köçürülməsini tələb etməsi sonuncunun mülkiyyət hüququnu pozduğundan və iddiaçının həmin evə köçürülməsi üçün Mülki Məcəllənin 228-ci maddəsində və Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadığından kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5732/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5732/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver