Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5739/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli 2(103)-10889/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva, iş 2(006)-2013/2019) İddiaçı Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh2 İddiaçı qarşı mənzilə müvəqqəti istifadə hüqu qunun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, A.Q.Hüseynov və X.A.Cəmilova) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh2 09 fevral 2013-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək sonuncunun anası İddiaçı icarədarı olduğu N saylı mənzilinə köçmüş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar Cavabdeh2 yanında saxlanılmaqla onlara görə Cavabdeh1 hər uşağa görə 154 manat məbləğində aliment tutulması qət edilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu Cavabdeh1 Cavabdeh2 ilə ailə qurduqdan sonra onların yaşadığı bir otaqlı mənzilin darısqal olduğu üçün həyat yoldaşı ilə qızına məxsus Türkan kəndində yerləşən evdə yaşamasını, hazırda orada yaşaya bilməməsini və oğlunun da Cavabdeh2 boşanmasını, lakin sonucunun mənzili könüllü tərk etməkdən imtina etməsini, mənzildən istifadə hüququna dair onların arasında heç bir yazılı razılaşmanın olmamasını əsas göstərməklə Cavabdeh2 həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Mənzil Məcəlləsinin 3 0.4-cü maddələrinə əsasən mənzilə müvəqqəti istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri yuxarıda qeyd olunduğu kimi, əsassız sayılaraq rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya səd rlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mübahisə predmeti olan bir otaqlı mənzil dövlətə məxsus olmaqla İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən sosial kirayə müqaviləsi əsasında istifadə etdiklərindən, eləcə də, mübahisəli hüquq münasibəti 2013-cü ildə yarandığından apelyasiya instansiyası məhkəməsi qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddia tələbinin rədd edilməsi qa nuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. (68.1.) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqavil əsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. (68.2) Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. (68.4) İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 2013-cü ildə mübahisəli mənzilə onun icarədarının razılığı ilə oğlunun arvadı kimi köçürülmüş, mənzilə qeydiyyata alınmış və həmin vax tdan mənzildə yaşamaqda davam edir. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası Cavabdeh2 kirayəçinin ailə üzvü olması qənaətinə gələrək onun mənzildən çıxarılması üçün qanuni əsasların olmaması barədə nəticəyə gəlmişdir. Kollegiya qeyd olunanlarla əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun qüvvəsi düzgün tətbiq olunmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5739/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5739/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver