Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5741/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il 23.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3096/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0,07 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döv lət reyestrindən” MA seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642 saylı bağ evi (bundan sonra – mübahisəli bağ evi) xüsusi mülkiyyət hüququ əsasında iddiiaçının adına qeydiyyata alınmışdır. Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh (bundan sonra – cavabdeh) və nın qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində AR İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Azərbaycan Re spublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, cavabdeh xx.xx.1977-ci il tarixdə Tər-Tər rayonunda anadan olmuş və Tər-Tər şəhəri, E.Səfərov küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin və qeyrilərinin ona məxsus mübahisəli bağ evindən çıxarılması, evin boşaldılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə mübahisəli bağ evini almışdır. xx.xx.2012-ci ildə həmin bağ evinə və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona mü vafiq çıxarış verilmişdir. Bağ evində tanışları öz ailəsi ilə birlikdə alınan vaxtdan yaşayırlar. xx.xx.2019-cu il tarixdə təxminən 19:00 radələrində cavabdeh və qeyriləri həmin ünvana gələrək evinə qanunsuz daxil olmaqla oranı zəbt etmiş, hazırda həmin mənzildə yaşayırlar və oradan çıxmaq istəmirlər. Göstərilənlərəəsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-3443/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – Hüseyn Hüseynli) iddia tələbi təmin edilərək, cavabdehin və digər şəxslərin mübahisəli bağ evindən çıxarılmaları, həmin bağ evinin cavabdehlər tərəfindən boşaldılması və iddiaçının həmin bağ evinə köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsasland ırmışdır ki, mübahisəli bağ evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixdə qanunsuz olaraq iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli bağ evinə daxil olmuşdur. Cavabdeh hal-hazırda həmin ünvanda yaşayır və sözügedən ünvanda cavabdehə aid olan əşyalar vardır. Cavabdehlə iddiaçının heç bir tanışlıq və ya qohumluq əlaqəsi yoxdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləapelyasiya şikayəti təmin edilməmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşmış və qeyd etmişdir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəliləri qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Apelyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rəd d edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edil məməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə b ilər; Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3096/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan