Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5741/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2633/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 senty abr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən 2010-cu ildə “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi alınmasına dair diplom verilmiş və o, Quba rayonunun Aşağı Tüləkəran kənd orta məktəbində müəllim işləyərkən onun bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı məktəbə təqdim etdiyi diplomun dövlət nümunəli təhsil sənədi olmadığı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona verilmiş diplomun dövlət nümunəli təhsil sənəd i olmamasının müəyyən olunmasını əsas göstərməklə həmin diplomun etibarsız hesab olunmasına, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-75/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: R.T.Həsənov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2633/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) iddiaçının apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək Təhsil Nazirliyinin büdcə təşkilatı olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunmasına baxmayaraq qətnamədən verdiyi apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının dövlət rüsumunun ödənilməməsi səbəbindən qeyri-mümkün hesab edilməsini əsas göstərməklə qərardadın ləğv edilməsini və apellyasiyanın mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirak çılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi Quba Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən iddiaçının apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməməsini əsas göstərmiş və bu zaman gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar. Təhsil Nazirliyi büdcə təşkilatı kimi dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, kollegiya hesab edir ki, nazirlik tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın dövlət rüsumunun ödənilməməsinə görə qeyri-mümkün hesab edilməsi qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi qanunsuz olduğundan kollegiya hesab edir ki, qərardad ləğv olunmalı və iş apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasə n və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2633/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5741/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5741/2021
29.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver