Məhkəmə qərarları › İş №2(102)-5741/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5741/2022

20.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5741/2022 20.12.2022 ALİ MƏHKƏMƏ XXXbaycan Respublikası adından XXXbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 nın cavabdehlər Cavabdeh1, Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxsnun cavabdehlər Cavabdeh1, Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X2, X5 və X9 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vərəsəlik hüququ üzrə mübahisələr) XXXbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 nın cavabdehlər Cavabdeh1, Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxsnun cavabdehlər Cavabdeh1, Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X2, X5 və X9 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 1 avqust 2022-ci il tarixli 2(103)-4925/2022 saylı qətnaməsindən üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil XXXnun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. XXX 14 iyul 2001-ci il tarixdə ölmüşdür. 2. 15 oktyabr 2002-ci il tarixli Bakı şəhəri 42 saylı notariusu tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil miras əmlakıdır, XXXnun vərəsələri Cavabdeh1 (1/2 hissə) və Üçüncü şəxsdur (1/2 hissə). 3. 06 aprel 2003-cü il tarixli Bakı şəhəri 42 saylı notariusu tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil miras əmlakıdır, XXXnun vərəsələri Cavabdeh1 (1/2 hissə) və Üçüncü şəxsdur (1/2 hissə).

4. DƏDRX 1 saylı ərazi idarəsinin ünvana dair müvafiq məlumatların və sənəd surətlərinin verilməsi barədə məktubuna əsasən, ünvan, ev 76, 78, 80, 82, 16 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 nun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan, ev 22, 10 saylı mənzil xx.xx.1991-ci il tarixdə XXXnun adına ikin qeydiyyatdan keçmişdir. 42 saylı DNK-nın 2-V-61 reyestr nömrəli xx.xx.2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzilin 1/2 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-1-XXX reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə ə sasən mənzilin 1/2 hissəsi X20 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 2V/XXX reyestr nömrəli xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzilin 1/2 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan ev 22, 10 saylı mənzil söküldüyü üçün Cavabdeh1 (********** nömrəli ərizəyə əsasən) və X20 (********** nömrəli ərizəyə əsasən) hüquqları ləğv edilmişdir.

5. Nərimanov rayon Xalq deputatları İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli sərəncamına əsasən ünvan 22 saylı evdə yerləşən sahəsi 11 kv.m olan bir otaq 6 nəfər ailə üzvü nəzərə alınaraq atasına verilərək digər otağa birləşdirilmiş və yaşayış sahəsi 2 otaq olmaqla 30 kv.m-dən ibarət olmuşdur. Həmin vaxt atasının ailə üzvləri atası, anası, qardaşı XXX, onun arvadı XXX və iki nəvəs i olmuşdur.

6. Nərimanov rayon İcra hakimiyyətinin 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamı ilə ünvan 22 saylı 10 nömrəli mənzili yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və atası (özü, iki oğlu, 2 gəlini və 4 nəvəsi ilə) mənzilin əsas icarədarı hesab edilmişdir. Ailə üzvləri atası, anası, qardaşı XXX, onun arvadı XXX, XXXün uşaqları, Cavabdeh1, onun arvadı və iki uşağı olmuşdur.

7. Nərimanov rayon İcra hakimiyyətinin 27 may 2002-ci il tarixli, 430 nömrəli sərəncamı ilə ünvan 22 saylı 10 nömrəli mənzilinə aid 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamın 2-ci və 3-cü bəndlərində dəyişiklik edilmiş və aşağıdakı oxunuşda qəbul edilmişdir: ünvan 22 saylı 10 nömrəli mənzilinin yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və mənzilin icarə müqaviləsi 8 nəfər ailə üzvü olmaqla Cavabdeh1, arvadı, iki qızı, qardaşı XXX, XXXün arvadı XXX və qardaşı XXXün iki oğlu olmaqla Cavabdeh1 adına dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı (bundan sonra cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan ev 22, mənzil 10a dair verilmiş qeydiyyat vəsiqəsinin və ünvan ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il t arixli, ********** Qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ataları XXXndan miras qalmış ünvanndə yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, ünvan 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırmışdır ki, İddiaçı1 1988-ci ildə valideynlərilə birlikdə Ermənistan SSR-nin İcevan rayonundan qaçqın düşmüş və Bakı şəhərində məskunlaşmışdır. Atası XXX olmuş, anası isə X7 olmuşdur. Ondan başqa 4 qardaşı və 3 bacısı olmuşdur. Onlar Bakı şəhərinə gəldikdən sonra Ermənistan SSR-nin İcevan rayonunun Salah kəndində yerləşən evi ünvan 22 saylı, 2 otaqlı 30 kv metrdən ibarət olan fərdi yaşayış evi ilə dəyişmiş və həmin ev atası XXXnun adına rəsmiləşdiri lmişdir. Sonradan ailə üzvlərinin sayı çox olduğuna görə atasının müraciəti əsasında Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə evin sahəsi artırılaraq 88.1 kv metr təşkil etmişdir. 1999-2000-ci illərə qədər o və ailə üzvləri sözügedən evdə qeydiyyatda olmuşlar. O, hərbi həkim kimi Ali Hərbi Məktəbində xidmət etdiyi üçün, həmin məktəbin yataqxanasına köçmüşlər və orada yaşamışlar. X1 xx.xx.1998-ci ildə vəfat etmişdir. Bacılarından XXX və XXX atasının yanında qalırdılar. X15 işləmək üçün Rusiya Federasiyasına gedib gəlirdi. Digər qardaşı iş üzrə Cavabdeh1 isə 2000-ci ildən Sumqayıt şəhərində qayınanasına məxsus evdə ailəsi ilə birlikdə yaşayırdı, təqribən 2002-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsində ev almış və bu günədək həmin evdə yaşayırlar. Qardaşı Cavabdeh1 Sumqayıt şəhərinə köçdükdən sonra atasına baxmamış, onun qayğısını çəkməmişdir. Buna görə də bacıları XXX və XXX növbəliliklə atasına baxırdılar. O və həyat yoldaşı demək olar ki, hər gün atasına baş çəkir, onun səhhəti ilə maraqlanır və gündəlik tələbatının təmin olunmasına çalışırdılar. Atası XXX 14 iyul 2001-ci il tarixdə vəfat etmiş və onun bütün dəfn xərclərini o və qardaşı XXX çəkmişdir. Atasının vəfatından sonra, atasına məxsus ev sahibsiz qalmasın deyə, evi təmir etdirmiş və kirayəyə vermişdir. Hər ay kirayəşinlərlə razılaşdığı kirayə haqqını özü almışdır. 2016-cı ildə atasına məxsus fərdi yaşayış evi plana düşdü və evin yerində çoxmənzilli yaşayış binasının tikilməsi planlaşdırıldı. İddiaçı tez-tez ezamiyyətdə olurdu. XXX isə Rusiyada olurdu. Buna görə də qardaşı, cavabdeh XXXdan xahiş etmişdir ki, evin əvəzinə mənzil verilməsi məsələsi ilə məşğul olsun. XXX da razılaşdı və evin dəyişdirilməsi işlərini həll edəcəyini bildirdi. 2020-ci ilin sonlarında o, İddiaçı2 yaşayış yeri olmadığından atasına məxsus ünvanndə yeni işa edilmiş binadakı mənzildə yaşamaq istədiyini qardaşı XXXə bildirmişdir. XXX və digər qardaşı XXX onun xahişini qəbul edərək, atasına məxsus mənzildə həyat yoldaşı ilə yaşamağına razılıq verdilər və onlar həmin evə köçdü və bu günə qədər həyat yoldaşı ilə birlikdə atasına məxsus mənzildə yaşayırlar. İddiaçı2 vəkili ilə birlikdə Nərimanov rayon Məhkəməsinə getmiş və məhkəmədə qardaşı Cavabdeh1 ona qarşı qaldırdığı iddia ilə tanış olarkən məlum olmuşdur ki, Cavabdeh1 atası XXXə məxsus evi qanunsuz olaraq, vərəsələri gizlədərək, atası ölərkən ondan qala n miras əmlakı faktiki qəbul etmədiyi və ondan istifadə etmədiyi halda, yalnız həmin evdə qeydiyyatda olmasından istifadə edərək evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra o, İddiaçı2 nın vəkili 14 iyul 2001-ci ildə vəfat etmiş atası XXXnun adına vərəsəlik işinin olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Notariat Arxivinə sorğu vermiş və atasının adına xx.xx.2002-ci ildə Bakı şəhəri, 42-ci Dövlət Notariat Kontorunda açılmış vərəsəlik işi vəkilə təqdim edilmişdir. Vərəsəlik işi ilə tanış olarkən məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2002-ci il tarixli ərizə ilə Notariat Kontoruna vərəsəlik işinin açılması ilə bağlı müraciət etmiş və atasından miras qalmış ünvanndə yerləşn ümumi sahəsi 30 kv metr olan 22 saylı evin 10 saylı mənzilinin ondan miras qaldığını qeyd etmişdir. Cavabdeh ərizəsi ndə mərhum atası XXXnun ondan başqa yalnız bir vərəsəsinin X15 nun olmasını qeyd etmişdir. 42-ci Dövlət Notariat Kontoru Cavabdeh1 xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

10. Müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxs cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 2V-XXX saylı, 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və ünvan ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; atası XXXndan miras qal mış ünvanndə yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, ünvan 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissəsi onun adına qeydə alınaraq açıq saxlanılmışdır. Əldə etdiyi digər sənədlərə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2003-cü il tarixdə qanunsuz olaraq ona düşən ½ hissədə olan payı, guya onun və həyat yoldaşı XXX razılığı əsasında onun xeyrinə imtina etmiş və nəticədə ünvanndə yerləşən 22 saylı evin 10 saylı mənzilin 30 kv.metr hissəsinə yeganə vərəsə olaraq şəhadətnamə almış və nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur.

12. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X6, X10 və X16 cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 2V-XXX saylı, 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və ünvan ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; atası XXXndan miras qalmış ünvanndə yerləşən 22 sa ylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, ünvan 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev mərhum atası XXXi mülkiyyətində olmuşdur. Atasının ölümündən sonra iddiaçı qardaşı İddiaçı1 onlara bildirmişdir ki, müəyyən sənədlər qaydasına salındıqdan sonra atasından miras qalmış əmlak vərəsələr arasında bölüşdürüləcək. Bir müddət sonra məlum olmuşdur ki, miras qalmış əmlak sökülüb yerində yeni hündürmərtəbəli yaşayış binası inşa ediləcək və əvəzində həmin binada bir neçə mənzil veriləcək. Uzun müddətdir ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət etmək üçün Cavabdeh1 ndan cavab gözləmiş lər. Buna baxmayaraq Cavabdeh1 öz çirkin əməllərini başa çatdırmaq üçün onların notariat kontoruna müraciət etməməyini istəməmişdir. Sonradan məlum olmuşdur ki, o 2002 və 2003-cü il tarixlərdə vərəsəlik işi açdırmış və ərizəsi ilə biz vərəsələri gizlətmişdir. İş materialları ilə tanış olarkən məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/2 hissəsi qardaşı XXX in adına qeydə alınaraq açıq saxlanılmışdır. ünvanndə yerləşən 22 saylı evin 10 saylı mənzilin 30 kv.metr hissəsinə yeganə vərəsə olaraq şəhadətnamə almış və nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur. Mərhum atasının ümumilikdə yeddi vərəsəsi vardır. Yuxarıda sadalanan hallardan göründüyü kimi Cavabdeh1 qanunsuz olaraq və saxta yollarla mərhum atası XXX ndan miras qalmış mənzili öz adına rəsmiləşdirmişdir. ünvanndə yerləşən 22 saylı evin 10 saylı mənzili ümumi sahəsi 30 kv.metr yox, 88,1 kv.metrdən ibarət olmuşdur. Lakin, miras qalmış mənzilin qalan 58,1 kv.metr hissənin hansı formada Cavabdeh1 nun adına rəsmiləşdirilməsindən məlumatları yoxdur. Mənzilin Cavabdeh1 nun adına rəsmiləşdirilməsindən bacısı olan İddiaçı2 na qarşı qaldırdığı iddia zamanı məlumatı olmuşdur. Bundan başqa mərhum atasından miras qalmış mənzili faktiki olaraq Cavabdeh1 yox, onlar və iddiaçılar qəbul etmişlər.

14. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qardaşı XXX və arvadı XXX Rusiya Federasiyası, Çelyabinsk şəhərində yaşadığından və mənzildə qeydiyyatda olduqlarından 19 mart 2002-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə gön dərərək ünvan 22 saylı 10 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirməsində iştirak etməkdən imtina etmiş və mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Bunu həmin vaxt digər qardaş və bacıları da, bilmişlər. Bundan sonra Cavabdeh1 həmin mənzilin 1/2 hissəsini, yəni 11 kv.m olan bir yaşayış otağından və 10.1 kv.m olan girişdən ibarət hissəsini 16 yanvar 2003-cü il tarixli müqaviləyə əsasən X3. ÖM seriyalı 155021 nömrəli, 05 iyun 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 22 saylı evin 3 otaqdan ibarət 10 nömrəli mənzilin 1/2 payı 2 otaq 29,2 kv.m Cavabdeh1, 1/2 payı 1 otaq 10 kv.m X20 adına mülkiyyət kimi qeydə alınmışdır. Daha sonra Cavabdeh1 Nərimanov rayon İcra hakimiyyətinə müraciət etmiş və Nərimanov rayon İcra hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixl i, 449 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu. ünvan 22 saylı evin həyətində yerləşən sahəsi 9 kv.m olan yardımçı təsərrüfat damının adına sənədləşdirilməsinə icazə verilmişdir. ünvan 22 saylı evin 3 otaqdan ibarət 10 nömrəli mənzili atasının ölümündən sonra da, Cavabdeh1 sahiblik və istifadəsində olmuş, daha sonra mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı1 atasının vəfatından sonra, atasına məxsus evin sahibsiz qalmaması üçün evi təmir etdirib kirayə verdiyini və hər ay kirayəçilərə razılaşdığı kirayə haqqını aldığını bildirsə də, onun bu dəlili də, yuxarıda göstərdiyi dəlillərə və təqdim etdiyi sübutlara əsasən tamamilə əsassızdır. Sonradan sözügedən mənzil sökülərək onun əvəzində ünvan 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzili verilmiş və həmin mənzil Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidməti tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 atasının ölümündən sonra mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul etmişdir. Həmçinin Cavabdeh1 atasından miras qalmış əmlakın saxlanılması və orada ailəsi ilə yaşayıb təsərrüfat aparması üçün mübahisəli evi faktiki cəhətdən ələ keçirmiş və ona sahib durmaqla miras əmlaka faktiki sahiblik etmiş və həmin əmlakı faktiki idarə etmişdir. Cavabdeh1 evi təmir etdirmiş, yaşayış sahəsinin artırılması üçün dəfələrlə icra hakimiyyətinə müraciət etmişdir. Cavabdeh1 XXX indiyə qədər həmin evdə yaşamaqla evin bütün xərclərini ödəmişdir. Bundan başqa digər vərəsələr atalarının ölümündən sonra vərəsəliyə çağırıldığını bilməli olduğu gündən nəinki üç ay ərzində, 20 il ərzində mirası qəbul etmək üçün müraciət etməmişlər. X13 miras əmlakda pay hüququndan imtina etmiş, İddiaçı1 isə ünvan1ində yaşamış, ünvan 22 saylı fərdi yaşayış evində yaşamamış və orada qeydiyyatda olmamışdır. Bacısı İddiaçı2 da sözügedən fərdi yaşayış evində yaşamamış və orada qeydiyyatda olmamışdır. İddiaçı2 ailə quraraq Bakı şəhərinə köçmüş və 1967-ci ildə XXX adlı oğlu Bakı şəhərində anadan olmuşdur. İddiaçı2 ünvan2 evdə yaşamışdır. Sonradan isə Cavabdeh1 evində yaşamağa başlayanadək ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Bacısı isə 1980-ci ildə ailə quraraq Gəncə şəhərinə köçmüş və uşağı 1985-ci ildə Gəncə şəhərində doğulmuşdur. Təxminən 7 il olar ki, Bakı şəhərinə köçmüş və həmin vaxtdan hal-hazıradək ailəsi ilə birlikdə ü nvan 4 ünvanında yaşayır. X14 isə 1988-ci ildə Böyük Şor qəsəbəsində yerləşən ev plana düşdükdən sonra evin əvəzində ona Nizami rayonu ərazisində verilmiş 1 otaqlı mənzildə yaşamışdır. X27 qəsəbəsi, ünvanında yerləşən və atası tərəfindən inşa olunmuş fərdi yaşayış evində yaşayır. İddiaçı1 ilə həmin ünvanda hasar qonşusudur. XXX qəsəbəsində XXXnın iki fərdi yaşayış evi vardır. Göründüyü kimi Cavabdeh1 mübahisəli mənzilə sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakı tam olaraq qəbul etmişdir.

15. Məhkəmə icraatı zamanı şahid qismində çıxış edən X25 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və XXX onun ata tərəfdən qohumlarıdır. XXX onun qonşusu idi. Evin sahibi XXX idi. O ailəsi ilə birgə atasının yanında yaşayırdı. X XX Rusiyaya getdikdən sonra XXX evə nəzarət etməyə başladı. Evin kommunal xərclərini XXX ödəyirdi. Atalarının adı XXX idi, XXX 2002-ci ildə rəhmətə getdi. Dəfndə XXX iştirak edirdi və dəfn xərclərini XXX qarşılayırdı. Atası XXX ilə birlikdə yaşayırdı. XXX Rusiyaya gedib-gəlirdi, həmin dövrdə bütün xərcləri, bütün məsələləri XXX həll edirdi. XXX hərbi sahədə işləyirdi. XXX Sumqayıtda qaynanasıgillə birlikdə yaşayırdı. XXXa evin bir hissəsi verilmişdi. Bir otaqlı balaca evi XXXa vermişdilər. Atası rəhmətə gedəndə də XXX orda yaşayırdı, daha sonra oranı satdı deyə xatırlayır. Öz evini satdıqdan sonra XXX XXXin yaşadığı evdə yaşamağa başladı. Onlarla qonşuluqda yaşayırdı, evləri bir həyətin içində idi. 2002-ci ildən sonra XXX ona verilən evdə qalırdı. Atası vəfat edəndən sonra XXX öz yaşadığ ı evi satmışdır.

16. Digər şahid X24 ifadəsində bildirmişdir ki, o, 1992-ci ildə Bakı şəhərinə məcburi köçkün kimi gəlmişdir. Həmin vaxt ünvanndə yerləşən mənzildə məcburi köçkün kimi məskunlaşdı. İddiaçı1lə qonşu idilər. XXX, XXX və XXX birlikdə yaşayırdılar. XXX daha çox Rusiyada olurdu, amma o da tez-tez gəlib-gedirdi. O, ən çox XXX həkimlə ünsiyyətdə olurdu. Qonşuluqda yaşadığı müddətdə XXX həkim o evi üç dəfə təmir etdirib. O da təmir işlərinə kömək edirdi. Həmin ünvanda onların 2 otaqlı, sahəsi 30 kvadrat olan balaca evləri var idi. 30 kvadrat olan evi XXXa vermişdilər. Sonradan deyəsən XXX o evi satdı. İndi isə həmin evlərin hamısı sökülüb. Mənzil 1994, 2002 və 2009-cu illərdə təmir edilib. XXX rəhmətə gedəndə XXX həkim dəfn və yas mərasimlərində iştirak edib. Ataları rəhmətə gedənd ə evə XXX həkim nəzarət edirdi. XXX həkim evin damını təmir etdirdi, evin üstünə şifer vurdurdu. Ataları rəhmətə gedəndən sonra həmin mənzildə XXX həkim ailəsi ilə yaşayırdı, bacısı da tez-tez gedib-gəlirdi. XXX atası rəhmətə gedəndən sonra öz evini satıb getdi. XXX həkim ailəsi ilə birlikdə o mənzildə təxminən 5-6 il yaşadı, sonra həmin mənzili kirayəyə verib getdilər. Kirayədə qalan iki nəfər var idi, bacı-qardaş idilər. Bəzən XXX həkim zəng edib mənə deyirdi ki, kirayə pulunu sən onlardan götür mən gəlib səndən götürərəm. Dəqiq xatırlamıram, amma 200-250 manat məbləğində kirayə ödəyirdilər. XXX ona verilən evi satıb getmişdi. XXXın evi onun yaşadığı evin yanında idi, sahəsi 21 kvadrat idi. Həmin evi mətbəxi çöldə idi, onun sahəsi 9 kvadrat idi. XXXin ailəsi ilə birlikdə yaşadığı ev 2 ot aqlı idi. Həmin ünvanda iki ev var idi, XXXin yaşadığı ev 67 kvadrat idi. XXX ona verilən 30 kvadrat olan balaca evi XXXa satdı. Mən 1992-ci ildən indiyədək həmin ünvanda yaşayıram. Bina sökülən ərəfədə XXXin yaşadığı evi kirayəyə vermişdilər. XXX Rusiyadan gələnə qədər XXX 30 kvadrat olan balaca evdə yaşayırdı, XXX gələndən sonra XXX o evi XXXa verdi. Özü ailəsi birlikdə atasının yaşadığı 67 kvadrat olan evə köçdü. XXXın yaşadığı ev 21 kvadrat idi, balaca iki otaqlı kimi ev idi. Mətbəx evin içində deyildi, ayrıca 9 kvadrat mətbəxin sahəsi idi. Mətbəxlə birlikdə XXXın evi 30 kvadrat idi. 67 kvadrat olan ev normal iki otaqlı ev idi, sanitar qovşağı və balkonu da var idi. XXX öz yaşadığı evi XXXa satdı. XXX öz evini kirayəyə vermişdi. XXX orada qeydiyyatda deyildi, ailəsi ilə birlikdə orada yaşayırdı. XXX evi satandan sonra ailəsini götürüb getdi. 2007-ci ildə XXX evi əlavə olan 9 kvadrat mətbəxi ilə birlikdə XXXa satmışdır.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 15 aprel 2022-ci il tarixli 2(005)-328/2022 saylı qətnaməsi ilə (hakim:Solmaz Ədilova) iddia tələbləri təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, XXX və arvadı X19 Federasiyası, Çelyabinsk şəhərində yaşadığından və mənzildə qeydiyyatda olduqlarından 19 mart 2002-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək ünvan 22 saylı 10 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirməsində iştirak etməkdən imtina etmiş və mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Qeyd olunanlar ilə yanaşı XXXin 14 iyul 2001-ci il tarixdə ölməsi faktı işdə iştirak edən şəxslərin hamısına məlumdur. Belə olan təqdirdə onlar bilməli idilər ki, atasının ölümündən sonra Mülki Məcəlləyə əsasən onlar notariusa müraciət edib mirası qəbul etməli və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etməlidirlər. Lakin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin XXXin ölümündən sonra mirasın qəbulu və onlara müvafiq şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmələri barədə iş materiallarında hər hansı dəlil mövcud deyil. Görünür ki, XXXin ölümündən sonra 20 il müddətində vərəsələr qanunla müəyyən edilmiş qaydada müvafiq müraciətləri etməmiş, birbaşa verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etmişlər. Ümumiyyətlə iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb etməmişlər. Məhkəmə onu da qeyd edir ki, qanun üzrə vərəsələrin (iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər) mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum edilməsi də müəyyən edilmir. Beləliklə, iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etsə də, onlar mübahisəli şəhadətnamələri məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

19. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçıların iddia tələbinin digər hissələri ilə bağlı bildirmişdir ki, həmin hissələrdə iddia tələbi əsas tələbdən törəmə olduğundan, məhkəmə hə min tələblərə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni XXXbaycan Respublikası Konstitusiyasının 29.7, 72.3-ci, XXXbaycan Respublikası Mülki Məcəlləsinin 9.3, 354.1, 354.2, 375.2, 1133.2, 1145, 1159.1, 1246, 1321, 1325-ci, XXXbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 107, 217.1, 217.3, 217.4, 217.5-ci, “Notariat haqqında” XXXbaycan Respublikası Qanunun 55-ci maddələrinə, XXXbaycan Respublikası Konstitusiya Məhkəməsinin “XXXbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından XXXbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və XXXbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9- cu madd əsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli və B.Mürsəlovun şikayəti üzrə XXXbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının XXXbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Notariat kontoruna ərizə verərkən, mərhum ataları XXXnun digər vərəsələrinin olmasını gizlətməyini, Bakı şəh əri 42-ci Dövlət Notariat Kontorunun isə digər vərəsələrin axtarışını aparmadığını və 42 saylı Dövlət Notariat Kontorunun qanunsuz olaraq, atalarından miras qalmış ünvanndə yerləşən ümumi sahəsi 30 kv metr olan 22 saylı evin 10 saylı mənzilinə dair Cavabdeh1 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyini haqlı sayaraq Mülki Məcəllənin qeyd edilən normalarının tələblərinin pozulduğunu nəzərə almamış, 42-ci DNK-nın hərəkətlərinə haqq qazandırmışdır.

23. Müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi XXX in və arvadı XX X tərəfindən imzalanmış xx.xx.2002-ci il tarixli ərizəyə istinad etmişdir. Birincisi, XXX və arvadı tərəfindən hər-hansı bir razılıq ərizəsi verilməmişdir. İkincisi, əgər həmin ərizə XXX tərəfinidən verilmişdirsə, nə üçün ərizədə miras qalmış əmlakdan Cavabdeh1 xeyrinə imtina edilməsi qeyd edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iş üzrə tərəflərindən dəvət edilmiş şahid ifadələrinə, miras qalmış əmlakın miras açıldığı zaman 30 və ya 88,1 kv.metr olmasına dair sənədləri əldə etməmiş və miras əmlakı faktiki olaraq tərəfindən bizim qəbul olunmasına düzgün qiymət verməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 1 avqust 2022-ci il tarixli, 2(103)-4925/2022 saylı qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, apellyatorlar tərəfindən miras əmlakın faktiki qəbulu da iş materialları ilə təsdiq edilmir. Belə ki, mirasda payların müəyyən edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada əsas məqam ondan ibarətdir ki, Konstitusiyanın 29 -cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.

27. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyatorlar mübahisələndirilən şəhadətnamələrdən məlumatlı olsalar da, onlar, məhkəməyə xx.xx.2020-ci il tarixdə aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşlər.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin digər hissələri ilə bağlı bildirmişdir ki, həmin hissələrdə iddia tələbi əsas tələbdən törəmə olduğundan, birinci instansiya məhkəməsi həmin tələblərə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. Müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə iddiasının rədd edilməsi üzrə qət edilmiş hissəsinin ləğv edilərək həmin hissədə işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassator şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmələr işin faktiki hallarına əsasən, öz mövqeyini onların qanunları bilməməyi kimi əsaslandırmışdır. Hal buki, ilk dəfə vərəsəlik şəhadətnaməsi əldə edilən zaman, artıq 7 ay əvvəl, yəni 19 mart 2002-ci il tarixli ərizə mövcud idi, buna baxmayaraq notariat orqanı onun ½ hissədə payını yenə də müəyyən etmişdir. Bundan başqa, hazırki iş üzrə məhkəmələr iddianı rədd edərkən XXXnun 2001-ci ildə ölməsini və həmin vaxtdan artıq 20 il müddətin keçməsini əsas tutaraq iddia müddətini tətbiq etmişlər. Halbuki, cavabdeh tərəf bu işə baxılarkən ümumiyyətlə iddia müddətinin tətbiqi barədə məhkəmələrə ərizə verməmişdir. Əslində qanunla iddia müddətinin tətbiqi yalnız cavabdehin ərizəsi əsasında tətbiq edilməli idi. Üstəlik də mənzilin ½ hissəsi cavabdeh tərəfindən satılarkən qeydiyyatda olanların da rəsmi buna razılıqları əldə edilməli idi. Lakin bunlar baş verməmişdir.

31. Kassator bildirmişdir ki, məhkəmə də cavabdeh tərəfi onun iddia tələbinə gətirdiyi etirazları məhkəmə düzgün olaraq əsaslı hesab etməmişdir. Cavabdeh tərəfin yeni– ikinci dəfə öz adına vərəsəlik şəhadətnaməsinin almasının düzgün olmaması məhkəmədə müəyyən edildiyi halda, məhkəmə bu hala çox səthi yanaşmışdır. Bundan başqa, məhkəmə 19 mart 2002-ci il tarixli ərizələrini sübut kimi qiymətləndirərkən, həmin sübutu cavabdehin xeyrinə istifadə etmişdir. Həmin ərizənin verilməsi üçün əslində məqsədin nədən ibarət olması halına düzgün qiymət verilməmişdir.

32. Kassator şikayətini XXXbaycan Respublikası Konstitusiyasının 72.3-cü, XXXbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3, 347.1, 354.1, 354.2, 375.2-ci, XXXbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 217.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən yazılı etiraz daxil olmuşdur. Cavabdeh1 etiraz edərək müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq XXXbaycan Respublikası Konstitusiyası

34. Maddə 29.7. Dövlət vərəsəlik hüququna təminat verir.

35. Maddə 72.3. Qanunu bilməmək məsuliyyətdən azad etmir. XXXbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

37. Maddə 354.1. Əhəmiyyətsi z əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməni n iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

40. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

41. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

42. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.Bu sonuncuların nəvələri, nəticəl əri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

43. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

44. Maddə 1321. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün o lmadığını bilməmiş olsun.

45. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. XXXbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlal ət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

54. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. İlk növbədə kollegiya qeyd edir ki, qətnamə müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxsnun şikayəti əsa sında ona aid hissədə yoxlanılır.

57. Maraqlı şəxsin cavabdehlərə qarşı iddia tələbi Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 2V-XXX saylı, 6 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və ünvan ev 76, 78, 80, 82, mənzil 16-ya (yeni qaydalarla AZ 1078, ünvan, 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; atası XXXndan miras qalmış ünvanndə yerləşən 22 saylı evin 10 saylı, yeni qaydalarla AZ 1078, ünvan, 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə olmuşdur.

58. İddia onunla əsaslandı rılmışdır ki, mübahisəli ev xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissəsi onun adına qeydə alınaraq açıq saxlanılmışdır. Əldə etdiyi digər sənədlərə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2003-cü il tarixdə qanunsuz olaraq ona düşən ½ hissədə olan payı, guya onun və həyat yoldaşı XXX razılığı əsasında onun xeyrinə imtina etmiş və nəticədə ünvanndə yerləşən 22 saylı evin 10 saylı mənzilin 30 kv.metr hissəsinə yeganə vərəsə olaraq şəhadətnamə almış və nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur.

59. Məhkəmələr müəyyən etmişlər ki, XXX və arvadı X19 Federasiyası, Çelyabinsk şəhərində yaşadığından və mənzildə qeydiyyatda olduqlarından 19 mart 2002ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək ünvan, 22 saylı 10 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirməsində iştirak etməkdən imtina etmiş və mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Qeyd olunanlar ilə yanaşı XXXin 14 iyul 2001-ci il tarixdə ölməsi faktı işdə iştirak edən şəxslərin hamısına məlumdur. Belə olan təqdirdə onlar bilməli idilər ki, atasının ölümündən sonra Mülki Məcəlləyə əsasən onlar notariusa müraciət edib mirası qəbul etməli və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etməlidirlər. Lakin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin XXXin ölümündən sonra mirasın qəbulu və onlara müvafiq şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmələri barədə iş materiallarında hər hansı dəlil mövcud deyil. Görünür ki, XXXin ölümündən sonra 20 il müddətində vərəsələr qanunla müəyyən edilmiş qay dada müvafiq müraciətləri etməmiş, birbaşa verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etmişlər. Ümumiyyətlə iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb etməmişlər. Məhkəmə onu da qeyd edir ki, qanun üzrə vərəsələrin (iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər) mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum edilməsi də müəyyən edilmir. Maraqlı şəxslər mübahisələndirilən şəhadətnamələrdən məlumatlı olsalar da, məhkəməyə xx.xx.2020-ci il tarixdə aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşlər.

60. Məhkəmə kollegiyası mübahisə ilə bağlı məhkə mələrin gəldiyi nəticə ilə razılaşır. Eyni zamanda əlavə olaraq qeyd olunur ki, işin müəyyən edilən hallarına görə miras evə vərəsəlik 2002-ci ildə açılmış, mirası həmin vaxt qəbul edən vərəsələr mirası rəsmiləşdirərək paylarına dair çıxarışlar alıb əmlakların taleyini həll etmiş və sonradan 2016-cı ildə fərdi yaşayış evləri sökülərək yerində hündür mərtəbəli bina inşa edilmişdir. Yeni binadan alınan mənzillə bağlı son vaxtlar razılığa gələ bilmədikləri üçün vərəsələr hazırkı mübahisəni başlamışlar.

61. Qanunla müəyyən edilən müddətlər hüquq münasibəti iştirakçılarını intizamlandırmaqla yanaşı mübahisəyə baxılarkən təqdim edilən sübutların mötəbərliliyinin yoxlanmasına zəmanəti artırır. Baş vermiş hadisədən uzun müddət keçdikdən sonra hansısa faktın təsdiqi üçün gətirilmiş sübutların mötəb ərliliyini yoxlamaq çətinlik törədir, işin həqiqi hallarını müəyyən etmək mümkün olmur. Ona görə qanunverici müəyyən hüquqi nəticələrin baş verməsi üçün edilməli hərəkətləri zaman çərçivəsinə salmışdır. Mirasın qəbulu müddəti də məhz belə məqsədlərə xidmət edir. Mirasın qəbulu üçün 3 aylıq müddət nəzərdə tutulmuşdursa, 20 ildən sonra miras əmlakın taleyi həll edildikdən, söküldükdən sonra ziddiyyətli sübutlara istinad etməklə (şahid ifadələrinə) tərəfləri mirasın qəbulu tarixinə qaytararaq mirasın bölgüsünü aparmaq mülki dövriyyəni sabitliyini pozmuş olur.

62. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bi ldirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

63. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər atalarının ölümündən son ra mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin müəyyən edilən müddət ərzində iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən edildiyi təsdiq olunmur. Həmçinin buraxılan uzun müddət, miras əmlakın müqəddəratı ilə bağlı baş vermiş dəyişikliklər iddianın təmin olunmasını istisna edir.

64. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (46-48&).

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

66. Göstərilənlərə əsasən və XXXbaycan Respublikas ı MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxsnun kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2022ci il tarixli 2(103)-4925/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar