Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5751/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçılar İddiaçı və X4 vəkili ***nun, üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının vəkili ***nuniştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(103)173/2019 nömrəli qətnaməsindən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınınkassasiya şikayəti üz rə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMCtərəfindən *** saylıbağevinin satılması ilə bağlı hərracınnəticələrinədairtərtibolunmuşhərracınyekunlarıbarədə 12 iyun 2014-cüiltarixliY395 saylıprotokolvəhərracınyekunlarıüzrəəmlakınalqı-satqısıbarədə 12 iyun 2014cüiltarixlialqı-satqımüqaviləsininetibarsızhesabedilməsi, *** saylıbağevinə “xxxx” ASCninmülkiyyəthüququnadairƏmlakMəsələləriDövlətKomitəsiyanındaDaşınmazƏmlakınDövlə tReyestrXidmətininBakışəhərƏraziİdarəsindəaparılmış 16.01.2015-ciiltarixli, ********** saylıqeydiyyatvəhəminqeydiyyatadairRX0567808 seriyalıçıxarışınetibarsızhesabedilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(103) 173/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, “xxxx” MMCtərəfindən ***, «Q» ünvanda yerləşən *** mənzilin satılması ilə bağlı hərracınnəticələrinədairtərtibolunmuşhərracınyekunlarıbarədə 12 iyun 2014-cüiltarixliY395 saylıprotokolvəhərracınyekunlarıüzrəəmlakınalqı-satqısıbarədə 12 iyun 2014cüiltarixlialqı-satqımüqaviləsietibarsızhesabedilmiş, ***, «Q» ünvanda yerləşən *** mənzilə “xxxx” ASCninmülkiyyəthüququnadairƏmlakMəsələləriDövlətKomitəsiyanındaDaşınmazƏmlakınDövlə tReyestrXidmətininBakışəhərƏraziİdarəsindəaparılmış13.02.2015-ciiltarixli, **********saylıqeydiyyatvəhəminqeydiy yatadairRX0572927seriyalıçıxarışetibarsızhesabedil miş, Cavabdeh “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatıvə onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı və X8 cavabdeh “xxxx” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən X1 mülkiyyət hüququ ilə məxsus olmuş, ipoteka predmeti olan *** ünvanda yerləşən bağ evinin 12 iyun 2014-cü il tarixdə hərracdan satılması ilə əlaqədar hərracın yekunları haqqında Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan *** “Q” ünvanda yerləşən *** mənzilin 12 iyun 2014-cü il tarixdə hərracdan satılması ilə əlaqədar hərracın nəticələri haqqında Y-396 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2013cü il tarixli qətnaməsinə əsasən cavabdeh “xxxx” MMC-dən 200.000 manat əsas kredit borcu, 17422,23 manat faiz borcu, cəmi 217.422,23 manat məbləğində borcun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, “xxxx” MMC-nin kredit borcunu n ödənilməsi məqsədi ilə ipotekaya qoyulmuş X2 mülkiyyətində olan *** ünvanda yerləşən bağ evinin ilkin satış dəyəri 111.000 manatla, cavabdeh İddiaçı mülkiyyətində olan *** “Q” ünvanında yerləşən *** mənzilin ilkin satış qiyməti 119.000 manatla açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən cəmi 217.422,23 manat məbləğində borcun “xxxx” ASC-nin xeyrinə tutulması, iddia tələbinin cavabdeh X2 ipotekaya qoyulmuş bağ evindən və İddiaçı ipotekaya qoyulmuş mənzildən çıxarılmasına dair hissəsinin təmin edilməməsi və dövlət rüsumunun cavabdehlərdən tutulması qət edilmişdir. Cavabdeh İddiaçı 04.03.2013-cü il tarixdə Şəki Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 30.05.2013-cü il tarixli qərardadı ilə X2 25.12.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 17.01.2013-cü il tarixli qətnamə 10.10.2013-cü il tarixdə icraya yönəldilmişdir. Xəzər rayon İcra şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən göstərilən əmlakların açıq hərracdan satılması təşkil edilmişdir. Hərracların keçirilməsindən xəbər tutan kimi 14.04.2014-cü il tarixli və 15.04.2014-cü il tarixli məktublarla “xxxx” MMC-yə hərracın dayandırılması barədə müraciət olunmuşdur. 05.12.2014-cü il tarixdə isə məktubla müraciət olunmuş və iş üzrə icraatın dayandırılması barədə Şəki Apellyasiya Məhkəməsinin qərardadı cavabdehə təqdim edilmişdir. Həmin qərardad ilk növbədə Xəzər rayon İcra şöbəsinə təqdim edilmişdir. Bundan sonra Xəzər rayon İcra şöbəsinin 15.12.2 014-cü il tarixli 14969/5 saylı məktubu ilə onlara məlumat verilmişdir ki, Şəki Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli icra vərəqəsinə əsasən “xxxx” ASC-də ipotekada olan borclu X2 mülkiyyətində olan *** ünvanda yerləşən bağ evi və cavabdeh İddiaçı mülkiyyətində olan *** “Q” ünvanında yerləşən *** mənzil satılmış və bununla bağlı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli müqavilə və hərracın yekunları haqqında protokol onlara göndərilmişdir. Ancaq onlara həm də əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli müqavilə və hərracın yekunları haqqında protokol, həmçinin Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli həmin iş üzrə icraatın təzələnməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin qərardadının təsdiq edilmiş surəti də təqdim edilmişd ir. Həmin qərardadda göstərilir ki, iş üzrə icraat təzələnir və apellyasiya şikayətinə baxılması 15 iyul 2013-cü il tarixə təyin olunur. Lakin icraatın təzələnməsindən onların xəbərləri olmamış və bu barədə olan qərardad onlara hər hansı bir formada təqdim edilməmişdir. Bundan əlavə əgər İddiaçı verdiyi apellyasiya şikayətinə baxılaraq qətnamə qəbul edilmişdirsə də, onlar həmin qətnaməni də keçən müddət ərzində hər hansı bir formada almamışlar və bununla da onların həmin qətnamədən kassasiya şikayəti vermək hüquqları pozulmuşdur. 05.12.2014-cü il tarixli məktubu cavabdehə təqdim edən zaman həmin sənədlər barədə onlara məlumat verilməmiş və hətta 12.06.2014-cü il tarixdə hərracın keçirilməsi barədə onlara məlumat verilməmişdir. Cavabdeh hərracı keçmiş tarixlə sənədləşdirmişdir. Bu barədə onlara Xəzər rayon İcra Şöbəsindən də hər-hansı məlumat verilməmişdir. Bundan əlavə, “xxxx” MMC kimi, həmin əmlaklar barəsində Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi də hərrac keçirdiyini elan etmişdir. İddiaçıların onlara təqdim etdikləri icraatın dayandırılması haqqında qərardada əsasən hərracın keçirilməsi dayandırılmışdır. Eyni əmlaklarla bağlı 2 yerdə hərrac keçirilə bilməz. X1 məxsus *** ünvanda yerləşən bağ evinin ilkin satış qiymətini 111.000 manat müəyyən etmiş, təkrar hərracda 15, 25% aşağı salaraq, əmlakı son satış qiyməti 70763 manat 12 iyun 2014-cü il tarixdə ipoteka saxlayan “xxxx” ASC-yə satmışdır. Hərracların həmin tarixdə keçirilməsi barədə onlara nə cavabdehdən, nə də ki, Xəzər rayon İcra Şöbəsindən hər hansı bir yazılı və ya şifahi məlumat verilməmişdi r. Hərracın keçirilməsi və əmlakın satılmasından onlar Xəzər rayon İcra Şöbəsinin 25.12.2014-cü il tarixli 14969/5 saylı məktubundan xəbər tutmuşlar və məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatıvə onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hər iki əmlakla əlaqədar keçirilmiş hərraclar əsaslıdır və həmin hərraclar “İpot eka haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilmiş, hərrac və icra xərcləri ödənilmiş və yekun nəticə olaraq həmin əmlaklar “xxxx” ASC-nin mülkiyyətinə götürülmüşdür. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və X4 vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etm işdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnamə sini iddianın təmin edilməhən hissəsində ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq «xxxx» MMC-dən 200.000 manat əsas kredit borcu, 17.422,23 manat faiz borcu, cəmi 217.422,23 manat məbləğində borcun tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, «xxxx» MMC-nin kredit borcunun ödənilməsi məqsədi ilə ipotekaya qoyulmuş X2 mülkiyyətində olan *** ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 111.000 manatla, cavabdeh İddiaçı mülkiyyətində olan *** «Q» ünvanda yerləşən *** mənzili ilkin satış qiy mətinin 119.000 manatla açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən cəmi 217.422,23 manat məbləğində borcun «xxxx» ASC-nin xeyrinə tutulması, iddia tələbinin cavabdeh X2 ipotekaya qoyulmuş bağ evindən və cavabdeh İddiaçı ipoteka qoyulmuş mənzildən çıxarılmasına dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Yasamal rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.01.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 25.12.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30.05.2013-cü il tarixli qərardadı ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər «xxxx» MMC, X5 və İddiaçı qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2013-cü il tarixli qərardadı ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər «xxxx» MMC, X5 və İddiaçı qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iş üzrə icraat təzələnmişdir. Həmin qərardaddan görünür ki, iş üzrə icraatın dayandırılmasına səbəb cavabdeh X2 25.12.2010-cu il tarixdə vəfat etməsi olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər 12 saylı notariat kontorundan daxil olmuş məktuba əsasən göstərilmişdir ki, 25.12.2010-cu il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Buzovna qəsəbəsi, BTK-37 ünvanda yerləşən miras qalmış bağ evinə vərəsəlik şəhadətnaməsi verilmiş, 01.03.2011-ci il tarixdə övladları X9 və X6 Bankda olan əmanətlərinə dair qanun üzrə vərəsəlik hüququ haqqında ş əhadətnamə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin Səbail Rayon Məhkəməsinə ünvanladığı 03.05.2018-ci il tarixli SDS-211 saylı məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 23.07.2013-cü il tarixli qətnaməsindən cavabdehlər «xxxx» MMC və İddiaçı nümayəndəsi və vəkili *** kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya məhkəməsinin MK-nın 05 iyun 2015-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla İddiaçı Əlyar oğlunun, «xxxx» MMC-nin Şəki Apellyasiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Həmin qərardadla təsdiq olunmuşdur ki, qeyd olunan qətnamə k assasiya şikayəti verənlərə çatdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 21.08.2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsi tərəfindən 10.10.2013-cü il tarixdə verilmiş 17.01.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, 25.12.2010-cu il tarixdə vəfat etmiş və iş üzrə cavabdeh qismində keçən X5 borclu kimi göstərilmişdir. İddiaçı nümayəndəsi *** tərəfindən «xxxx» MMC-yə ünvanladığı və MMC tərəfindən 14.04.2014-cü il tarixdə qəbul edilmiş 14.04.2014-cü il tarixli ərizədə deyilirdi ki, mənzilin dəyərini iddia icraatı qaydasında mübahisələndirir. Bununla əlaqədar açıq hərracın keçirilməsinin dayan dırılması xahiş edir. İddiaçı nümayəndəsi *** tərəfindən «xxxx» MMC-yə ünvanladığı və MMC tərəfindən 15.04.2014-cü il tarixdə qəbul edilmiş 15.04.2014-cü il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan bağ evinin mülkiyyətçisi X5 25.12.2010-cu il tarixdə vəfat etmişdir və həmin bağ evi ipotekada olduğundan vərəsələrin adına rəsmiləşdirmək mümkün olmamışdır. Bu səbəbdən *** ünvanda yerləşən bağ evinin satılması ilə əlaqədar açıq hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi *** tərəfindən «xxxx» MMC-yə ünvanladığı və MMC tərəfindən 05.12.2014-cü il tarixdə qəbul edilmiş 05.12.2014-cü il tarixli ərizədən görünür ki, mülki iş üzrə icraatın dayandırılması ilə əlaqədar hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. «xxxx» MMC-nin «xxxx» ASC-yə, «xx xx» MMC-yə, İddiaçı və X3 ünvanlanmış 15.03.2014-cü il tarixli, 678 saylı bildirişdən aydın olur ki, Xəzər rayon İcra Şöbəsinin 10.02.2014-cü il tarixli 2/5İH sifariş məktubuna əsasən *** ünvanında yerləşən bağ evinin 111.000 manata ilkin satış qiyməti ilə satılması üçün açıq hərrac 15.04.2014-cü il tarixə saat 11:00 təyin edilmişdir. «xxxx» MMC-nin «xxxx» ASC-yə, «xxxx» MMC-yə, İddiaçı və X3 ünvanlanmış 15.03.2014-cü il tarixli 679 saylı bildirişdən aydın olur ki, Xəzər rayon İcra Şöbəsinin 10.02.2014-cü il tarixli 2/5İH sifariş məktubuna əsasən ***, «Q» ünvanında yerləşən *** mənzilin 119.000 manata ilkin satış qiyməti ilə satılması üçün açıq hərrac 15.04.2014-cü il tarixə saat 11:00 təyin edilmişdir. «Hilal Ekspress» məktub və bağlamaların daşıması xidmətinin 22.03.2014-cü il tarixli po çt qəbzlərindən aydın olur ki, «xxxx» MMC tərəfindən İddiaçı və X3 bildirişlər ünvanlanmışdır. Həmin bildirişlərin İddiaçı tərəfindən şəxsən qəbul edilməsi, X3 göndərilən bildirişlərin isə «***» adlı şəxs tərəfindən imza edilməklə qəbul edilməsi göstərilmişdir. «xxxx» MMC-nin «xxxx» ASC-yə, «xxxx» MMC-yə, İddiaçı və X3 ünvanlanmış 19.04.2014-cü il tarixli, 931 saylı bildirişdən aydın olur ki, Xəzər rayon İcra Şöbəsinin 10.02.2014-cü il tarixli 2/5İH sifariş məktubuna əsasən ***, «Q» ünvanında yerləşən *** mənzilin 101.150 manata ilkin satış qiyməti ilə satılması üçün təkrar açıq hərrac 19.05.2014-cü il tarixə saat 11:00 təyin edilmişdir. «xxxx» MMC-nin «xxxx» ASC-yə, «xxxx» MMC-yə, İddiaçı və X3 ünvanlanmış 19.04.2014cü il tarixli, 944 saylı bildirişdən aydın olur ki, Xəzər rayon İcra Şöbə sinin 10.02.2014-cü il tarixli 2/5İH sifariş məktubuna əsasən *** ünvanında yerləşən bağ evinin 94350 manata ilkin satış qiyməti ilə satılması üçün təkrar açıq hərrac 19.05.2014-cü il tarixə saat 11:00 təyin edilmişdir. «xxxx» MMC tərəfindən keçirilmiş 12 iyun 2014-cü il tarixli hərracın nəticələri haqqında Y396 saylı protokola əsasən, «xxxx» ASC 12 iyun 2014-cü il tarixdə keçirilmiş hərracın qalibi olmuş və ***, «Q» ünvanda yerləşən *** mənzil banka 75863 manata satılmışdır. «xxxx» MMC tərəfindən keçirilmiş 12 iyun 2014-cü il tarixli hərracın nəticələri haqqında Y395 saylı protokola əsasən, «xxxx» ASC 12 iyun 2014-cü il tarixdə keçirilmiş hərracın qalibi olmuş və *** ünvanda yerləşən bağ evi banka 70763 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 12.06.2014-cü il tarixli müqaviləyə əsasən ***, «Q» ünvanda yerləşən *** mənzil alıcı qismində çıxış edən «xxxx» ASC-yə 75863 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 12.06.2014-cü il tarixli müqaviləyə əsasən *** ünvanda yerləşən bağ evi alıcı qismində çıxış edən «xxxx» ASC-yə 70763 manata satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası keçirilmiş və “Əmlak ekspert Mərkəzinin” 01 fevral 2019-cu il tarixli rəyinə əsasən, ***, «Q» ünvanda yerləşən *** mənzilin bazar qiyməti 2014-cü ilin əvvəllərinə 160000 manat, hazırkı bazar qiyməti 170000 manat təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişd ir. Belə ki, tərəflər arasında hərracın etibarsızlığına dair mübahisə mövcuddur. Kredit müqaviləsinin bağlanması, məhkəmə qətnaməsi ilə borcun əmlaklara yönəldilməsi, əmlakların hərraca çıxarılaraq satılması və ikinci hərracda əmlakların banka satılması və sonuncunun mülkiyyətinə keçməsi işin mübahisəsiz hallarıdır. İddiaçıların mübahisələndirdikləri hallar ondan ibarətdir ki, hərracın keçirilməsi barədə onlara lazımi qaydada məlumat verilməmiş, artıq vəfat etmiş şəxsin adına olmuş əmlak, elə ölənin əmlakı kimi hərraca çıxarılmış, ölmüş adamın adına bildirişlər göndərilmiş, əmlaklar öz dəyərindən qat-qat aşağı qiymətə bankın mülkiyyətinə keçirilmişdir. Borc tələbinə dair mülki işə hələ Şəki Rayon Məhkəməsində baxılmamışdan əvvəl ipoteka qoyanın, yəni cavabdehin vəfat etməsi, buna baxmaya raq işə baxılaraq ona münasibətdə qətnamə qəbul edilməsi, sonradan Şəki Apellyasiya Məhkəməsinin həmin əsasla icraatı dayandırması və mirasın qəbul olunması müəyyən edildikdən sonra işə baxılması işin müəyyən edilmiş hallarıdır. Buna baxmayaraq borcun tutulması barədə icra sənədi icraya yönəldikdən sonra yenə də əmlak vəfat etmiş X2 əmlakı kimi hərraca çıxarılmış, ölmüş adamın əmlakı kimi elan verilmiş, ölmüş adama bildirişlər göndərilmiş, 1ci hərrac keçirilmiş, ikinci hərracda əmlakları bank satın almışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş işin yuxarıda qeyd olunan hallarına istinad edən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq *** ünvanda yerləşən bağ evinə dair keçirilmiş hərracları və onun hüquqi nəticəsini etibarsız hesab etmişdir. Həmin məsələ ilə bağlı işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Əvvəla, əmlak ölən adamın əmlakı kimi hərraca çıxarılmış, ikincisi, ölən adamın adına bildirişlər göndərilmiş, həmin bildirişlərin mərhumun vərəsələrinin alması barədə məlumat yoxdur. Hərrac təşkilatı hərracın keçirilməsi qaydalarını pozmuşdur. Ona görə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hər racın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1. maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. İddiaçı bildirir ki, hərracın keçirilməsi barədə onun məlumatı olmamışdır. Həmin dəlili aşağı instansiya məhkəməsi inandırıcı hesab etmişdir. Belə ki, İddiaçı nümayəndəsi *** «xxxx» MMC-yə 05.12.2014-cü il tarixdə ərizə göndərmişdir. Həmin ərizədə bildirmişdir ki, mülki iş üzrə icraatın dayandırılması ilə əlaqədar hərracın keçirilmə sinin dayandırılmasını xahiş edir. Deməli, həmin tarixədək (hansıki həmin tarixdə əmlaklar artıq bankın mülkiyyətinə keçmişdi)iddiaçı hərracın keçirilməsindən məlumatsız idi. Çünki axırıncı hərrac 12 iyun 2014-cü il tarixdə keçirilmişdi və onun nəticələrinə dair həmin tarixdə bankla müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hərracdan məlumatsız olması bir daha onunla təsdiq olunur ki, o, borc tələbinə dair Şəki Rayon Məhkəməsinin borc tələbinə dair qətnaməsi üzrə apellyasiya icraatının dayandırıldığını güman edirdi. Çünki həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinin icraatın təzələnməsi barədə qərarı, həmin iş üzrə çıxarılmış yekun qərar ona təqdim edilməmişdir. Bu hallar İddiaçı qətnamədən kassasiya şikayəti vermə müddətinin üzrlü hesab olu nmasına dair Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 iyun 2015-ci il tarixli qərardadı ilə təsdiq olunmuşdur. Həmin qərardadla İddiaçı Əlyar oğlunun, «xxxx» MMC-nin Şəki Apellyasiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Həmin qərardadla təsdiq olunmuşdur ki, qeyd olunan qətnamə kassasiya şikayəti verənlərə çatdırılmamışdır. Göründüyü kimi əslində, İddiaçı münasibətdə qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi əsasında onun əmlakı hərracda satılmışdır. Hazırkı iş üzrə iddia tələbi məhz həmin vaxtdan-15.01.2015-ci il tarixdən irəli sürülmüş və məhkəmənin gedişində işə kassasiya qaydasında baxıldığı üçün iş üzrə icraat işə baxılıb qurtaranadək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.4-cü maddəsinə əsa sən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1. maddəsinə əsasən, hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 43.1. maddəsinə əsasən, hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Yuxarıda qeyd olunan normaların məzmunundan da göründüyü kimi hərracın baş tutması üçün azı iki nəfərin iştirakı, eyni zamanda hərracın təşkilatçısının beh qoyması zəruridir. Hazırki işdə hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları halı təsdiq olunmur. Behin qanunvericiliklə müəyyən olunmuş qaydada qoyulmaması, hərracda azı iki nəfərin iştirakının təmin olunmaması hərracın qaydalarının pozulduğunu göstərir. Qeyd olunan qaydalar *** ünvanda yerləşən bağ evinə dair keçirilmiş hərraca münasibətdə də pozulmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qəra rlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırkı işdə ədalətin bərqərar olması görünmür. Cavabdehlərə məxsus olan ipoteka ilə yüklü edilmiş hər iki əmlak bankın mülkiyyətinə keçmişdir. Özü də real dəyərindən dəfələrlə aşağı qiymətə. Məhkəmə qətnaməsi ilə həmin əmlakların ilkin satışın 111.000 və 119.000 manata qiymətləndirilməsinə baxmayaraq əslində onların real dəyəri baha olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası keçirilmiş və “Əmlak ekspert Mərkəzinin” 01 fevral 2019-cu il tarixli rəyinə əsasən, ***, «Q» ünvanda yerləşən *** mənzilin bazar qiyməti 2014-cü ilin əvvəllərinə 160000 manat, hazırkı bazar qiyməti 170000 manat təşkil edir. İddiaçı həmin əmlakın real qiymətinin 240.000 manat olduğunu bildirir. Bunu onunla izah edir ki, həmin əmlak 1-ci mərtəbədə yerləşdiyi üçün qeyri-yaşayış sahəsi, kommersiya məqsədləri üçün istifadə olunur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, oxucu kütləsi olmayan qəzetdə elan verilməklə, bildirişlər tərtib edilməklə əmlakları dəyərindən qat-qat aşağı qiymətə mülkiyyətinə qəbul etmə ipoteka qoyanların mülkiyyət hüquqlarına qəsdən başqa bir şey deyil. Ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz n ümunəsidir. Real dəyəri 160.000 manat olan əmlakın 76.863 manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması inandırıcı deyil və mövcud açıq hərracın mahiyyətini ifadə edir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. Ona görə məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş hər iki əmlaka dair qəbul edilmiş qərarlar qanunsuz olmaqla yanaşı eyni zamanda ədalətsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 416.1. maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. maddəsinə əsa sən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin formal mülahizələrdən ibarət dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(103)-173/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5751/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5751/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver