Məhkəmə qərarları › İş №2(102)-5755/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5755/2021

26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5755/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5755/21 (Açar sözlər: mirasın qəbul edilməsinin müəyyən edilməsi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh2 vəkili Nümayəndə3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-577/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyul 2010-cu il tarixdə vəfat etmiş X1 qalan mirasın onun əri olmuş X10 tərəfindən qəbul edilməsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin miras qalan 2/3 hissəsinin yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X10 onun əri olmuşdur. Min birinci arvadı R vəfat etdikdən sonra 25 noyabr 2011-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. M 2-ci qrup əlil olmaqla lal-kar olmuşdur. Min Rla olan nikahından övladı olmamış və ona görə də Rsağlığında bacısının qızı olan Cavabdeh2 övladlığa götürmüşdür. R2010-cu ildə vəfat etdikdən sonra S həqiqi valideynlərinin yanına qayıtmışdır. Rın bütün əmlaklarını bacısı Rəhilə aparmışdır. M vəfat edənə qədər uzun müddət ağır xəstə olmuş, lakin S atası Mlə əlaqə saxlamamış və onun qayğısına qalmamışdır. Min bütün qayğılarını onunla Min bacısı P çəkmişdir. S 23 iyun 2017-ci il tarixdə evlə nərkən hətta atası Mi toy şənliyinə dəvət etməmiş və M həmin toyda iştirak etməmişdir. M 2018-ci ildə vəfat etmişdir. M vəfat etdikdən bir gün sonra S bir neçə dəqiqəlik hüzrə gəlib getmişdir. S övladlıq vəzifəsini yerinə yetirməmiş, Min dəfn və hüzr xərclərinə qoşulmamış, miras əmlakla maraqlanmamış, yalnız 2020-ci ildə İsmayıllı Notariat Kontoruna müraciət edərək mirası ələ keçirməyə çalışmışdır. Min birinci arvadı vəfat etdikdən sonra ondan qalan mirası M qəbul etmiş, M vəfat etdikdən sonra ondan qalan mirası isə faktiki o qəbul etmişdir. O, mərhum ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı Notariat Kontoruna müraciət etmiş, lakin mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı və miras əmla kın faktiki qəbulu üçün sübutun olmadığı əsas göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsində mövcud olan ev M tərəfindən Rla ailə həyatı qurmamışdan əvvəl inşa edilmişdir. Həmin evin açarı onda olmuş, həyətdə tərəvəz məhsulları əkib becərmişdir. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 noyabr 2020-ci il tarixli 2(037)-631/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mü lki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyriformal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı özünün vərəsəliyi qəbul etməsini sübut etməlidir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əri M Hacıyevin vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə vermə miş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı mərhum əri M Hacıyev vəfat etdikdən sonra miras evdə yaşamamış, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəməmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Cavabdeh ilkin olaraq anasından qalan əmlakı qəyyumu vasitəsilə qəbul etmiş, atasının vəfatından sonra birinci növbəli vərəsə kimi Notariat Ofisinə müraciət etmiş, lakin ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1, 35.6, 1243.1, 1243.2, 1243.3, 1244-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri, “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edi lməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov- sədrlik edən və məruzəçi, İmamverdi Şükürov, Vəzirxan Məlikov) 2(107)-577/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(037)-631/2020 saylı qətnаməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın X5, X2 və Cavabdeh2 mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 hektar həyətyanı torpaq sahəsi üzrə miras qoyan X5 09 sentya br 2018-ci ildə ölməsi ilə açılmış mirasın qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, mərhum X10 iddiaçının əri olmuşdur. Min birinci arvadı R vəfat etdikdən sonra 25 noyabr 2011-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. M 2-ci qrup əlil olmaqla lal-kar olmuşdur. Min Rla olan nikahından övladı olmamış və ona görə də Rsağlığında bacısının qızı olan Cavabdeh2 övladlığa götürmüşdür. R2010-cu ildə vəfat etdikdən sonra S həqiqi valideynlərinin yanına qayıtmışdır. M 2018-ci ildə vəfat etmişdir. İddiaçı mərhum ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı Notariat Kontoruna müraciət etm iş, lakin mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı və miras əmlakın faktiki qəbulu üçün sübutun olmadığı əsas göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsində mövcud olan ev M tərəfindən Rla ailə həyatı qurmamışdan əvvəl inşa edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid X6 ifadə verərək göstərmişdir ki, iddiaçı qardaşı arva dı, cavabdeh isə baldızı qızıdır. Qardaşı M xəstə olanda iddiaçı ona qulluq etmişdir. Qardaşı M vəfat etdikdən sonar evdə iddiaçı qalmışdır. Hazırda həmin evin açarı iddiaçıda, işıq kartı isə ondadır. Torpaq pulu ödənilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid X3 ifadə verərək göstərmişdir ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. Qardaşı M xəstə olanda ona iddiaçı qulluq etmişdir. Qardaşı M vəfat etdikdən sonra evdə iddiaçı qalmış və əmlakları da oradadır. Həmin evin açarı iddiaçıdadır. O, həmin həyətdə tərəvəz məhsulları əkmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində şahid X4 ifadə verərək göstərmişdir ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. O. İsmayıllı rayonu Diyallı kəndində yaşayır. Mübahisəli evdə iddiaçı ilə bacısı Qızbacı ya şayır. Məhkəmə kollegiyası şahid ifadələrini ağlabatan, real və səmimi qəbul edərək iş üzrə ən mötəbər sübut kimi qəbul etməyi məqsədəmüvafiq hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Nümayəndə3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən işin faktiki hallarını tam araşdırmamış və işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apelyasiya məhkəməsi iddiaçının miras əmlakın qəbul edilməsi barədə qa nunla müəyyən edilmiş müddətdə müvafiq orqanlara müraciət etməməsini araşdırmamış, yalnız şahid ifadələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. Həmin şahidlər cavabdehin atasının dəfnində iştirak etməməsini göstərsələr də, lakin məhkəmə araşdırması zamanı bu hal öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçı miras əmlakı nə faktki, nə də formal cəhətdən qəbul etməmiş, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrini n səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Nümayəndə3 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya məhkəməsi iddiaçının miras əmlakın qəbul edilməsi barədə qanunla müəyyən edilmiş müddətdə müvafiq orqanlara müraciət etməməsini araşdırmadığını, iddiaçının miras əmlakı nə faktiki nə də formal olaraq qəbul etmədiyini dəlil kimi göstərsə də, bununla bağlı qeyd edilməlidir ki, iddiaçı məhkəməyə miras əmlakın qəbul edilmə müddətinin uzadılması və ya digər müddətin ötürülməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməmişdir ki, onun müddəti ötürməsinin səbəbi hazırki kasasiya şikayəti üzrə məhkəmə araşdırmasının əsasını təşkil etmiş olsun. Hazırki iddia tələbinin əsası iddiaçının miras əmlakı faktiki qəbul etməsi ilə bağlı olmuşdur ki, iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi şahid ifadələ ri ilə öz təsdiqini tapmışdır. Həmin şahid ifadələrinin qeyri-mötəbərliyi barədə isə hər hansı sübuta isinad edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri yalnız cavabdehin formal mülahizələrindən ibarət olmuşdur ki, həmin dəlillər və ya istinadlar kasasiya şikayətinin təmin edilməsi və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir kiapelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(107)-577/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar