Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5756/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma və ziyan tələbi ) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı ziyan tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)74/2022 nömrəli, 4 i yul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən İddiaçı1 və İddiaçı2 Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Torpağın Mülkiyyət Hüququna X4na əsasən Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli, 09 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Xalatala kəndində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinat lı torpaq sahəsi verilmişdir.
3. Balakən rayonu Xalatala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 38 №-li arayışına əsasən 0,80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi Cavabdeh istifadəsində olmuş, həmin sahədə fındıq bağı salınmış və həmin sahə İddiaçı1 məxsus torpaqla sərhəddə yerləşir. 1997-ci ildən torpaq islahatı olmuş və həmin sahə bələdiyyə mülkiyyətində qalmışdır. Bələdiyyə yarandıqdan sonra 0,80 ha torpaq sahəsindən istifadə edir və vergisini ödəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin zəbt olunmuş 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdehin həm in torpaq sahəsində əkdiyi fındıq ağaclarının cavabdehin hesabına sökdürülərək, torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onların ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu, Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,40 ha hissəsini zəbt etmişdir. Onlar cavabdehdən dəfələrlə xahiş etmişlər ki, zəbt etdiyi torpaq sahəsindən könüllü olaraq çıxsın və orada əkdiyi fındıq kollarını çıxararaq, torpaq sahəsini əvvəlki vəziyyətinə gətirsin. Lakin cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 6500 (altı min beş yüz) manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, Balakən rayonu Xalatala kəndində yerləşən Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsini 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi istifadə etmişdir. O, hər il bələdiyyənin büdcəsinə həmin torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ödəmiş, həmin sahədə fındıq bağı salmış, ətrafını məftillərlə bağlamışdır. Həmin torpaq sahəsinə bitişik sahədə İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsi yerləşir. Onlar qanunsuz olaraq onun həmin torpaq sahəsindən istifadə etməsinə mane olur, fındıq ağaclarını və ot sahəsini özünün malqarasına yedizdirirlər. Həmin torpaq sahəsində 2000-ci ildə 40 ədəd fındıq ağacı əkmiş və hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, ağacların diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə görə bu müddət ərzində hər ağaca görə 100 manat xərc çəkmişdir. İstifadəsindədə olan həmin torpa ğın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kol-kosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına 1500 manat xərc çəkmişdir. Eyni zamanda 0.40 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 yaşadığı ərazi ilə sərhədlərinin ayrılması üçün 100 metrdən artıq məsafəyə ağac materiallarından dirəklər hazırlayaraq, sim məftillər çəkmişdir. Bunun üçün isə 1000 manat xərc çəkmişdir. Beləliklə 0.40 ha torpaq sahəsinə çəkdiyi xərclər-40 ədəd fındıq ağacına görə 4000 manat, torpağın yaxşılaşdırılması görə 1500 manat, torpaq sahəsinin sərhədlərinin ayrılmasına görə 1000 manat, cəmi 6500 (altı min beş yüz) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda iddiaçılar çəkdiyi xərclərə görə əs assız varlanacaqlar. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş edib.
8. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-970/2019 nömrəli qərardadı ilə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə mühəndisi-texniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən Balakən rayon Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 hektardır. Həmin 0.80 ha torpaq sahəsi Ba lakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid olmaması, Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 may 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 hektardır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyildir. Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Re yestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.
10. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-65/2020 nömrəli qərardadı ilə əlavə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində 0.7042 ha torpaq sahəsi vardır. İddiaçıların istifadəsində olan torpaq sahəsinin 0.1842 ha hissəsi Balakən rayon Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, yəni bələdiyyə mülkiyyətinə aiddir. İddia çılar İddiaçı1 və İddiaçı2 adına verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış iddiaçıların naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinə uyğun deyildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 naturada istifadə etdikləri torpaq sahəsinin cizgiləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsi yekunlaşıb baza məlumatlarına daxil olunduqdan sonra sualın cavablandırılması mümükün olacaqdır.
11. Azərbaycan Respublika sı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində 0.7042 ha torpaq sahəsi vardır. İddiaçıların istifadəsində olan torpaq sahəsinin 0.1842 ha hissəsi Balakən rayon Xalatala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, yəni bələdiyyə mülkiyyətinə aidddir. İddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr indən Çıxarış iddiaçıların naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinə uyğun deyildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 naturada istifadə etdikləri torpaq sahəsinin cizgiləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsi yekunlaşıb baza məlumatlarına daxil olunduqdan sonra sualın cavablandırılması mümükün olacaqdır.
12. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-12/2021 nömrəli iş üzrə 2 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov ) ilk iddia qismən təmin edilmiş ilk iddia üzrə Cavabdeh Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsindən çıxarılması; ilk iddia üzrə Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsində əkdiyi fındıq ağaclarının çıxarılması və ilk iddia üzrə Cavabdeh hesabına həmin 0.3021 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi; ilkin iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 6500 manat zi yan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyindən və rəyə əlavə edilmiş sxemlərdən, həmçinin məhkəmə mühəndis-texniki ekspertiza sının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 hektardır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyildir. Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əml akın Dövlət Reyestrindən çıxarışla iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən qeyd etmişdir ki, Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsində iddiaçıların razılığı olmadan 40 ədəd fındıq ağacları əkmişdir. Bununla da Cavabdeh iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsinə qanunsuz sahiblik etmək və qanunsuz istifadə etməklə, iddiaçıların həmin torpaq sahəsinə qanunla qorunan mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilə etmiş, mülkiyyətçilərin həmin torpaq sahəsinə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır.
15. Birinci instansiya məhkəməsi həmçini n qeyd etmişdir ki, Cavabdeh fındıq ağacları əkdiyi İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsinə heç bir mülkiyyət, sahiblik və istifadə hüququ yaranmamışdır. Belə olan halda o, həmin torpaq sahəsinə sahiblik etməklə ondan istifadə edə bilməzdi. Cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi, ona sahiblik etməsi, orada fındıq ağacları əkməsi tamamilə qanunsuzdur. O, həmin torpaq sahəsinin ona heç bir hüquqla məxsus olmamasını və qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olmasını bilmişdir və bununla torpaq sahəsinə vicdanlı olmayan sahiblik etmiş və vicdanlı olmayan istifadəni həyata keçirmiş və mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozmuşdur. Yəni qarşılıqlı iddia üzrə iddiaçı sözügedən torpaq sahəsinin vicdanlı sahibi olmamış və bunu bilmişdir. Qanunun tələbinə görə qarşılıqlı iddia üzrə iddiaçının ona məxsus olmayan və vicdanlı olmadan torpaq sahəsindən istifadə nəticəsində ona dəyməsi iddia olunan ziyanı tələb edə bilməz, yəni onun buna hüququ yoxdur. Qarşılıqlı iddia üzrə cavabdehlərin isə mülkiyyətlərində olan torpaq sahəsinə qanuni sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehlərdən torpaq sahəsindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə görə ziyan tələb edilə bilməz. Həm də qanuna görə istər vicdanlı, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilərlər. İş materiallarından isə görünür ki, əmlakdan gəlir hələ mülkiyyətçilər İddiaçı1 və İddiaçı2 düşməmişdir və onlar ümumiyyətlə torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməsini tələb edirlər.
16. Birinci instansiya məhkəməsinin qənaətinə görə qarşılıqlı iddia üzrə iddiaçı, 40 manat fındıq ağacına görə 4000 manat xərc çəkməsi, torpağın yaxşılaşdırılmasına görə 1500 manat xərc çəkməsi, torpaq sahəsinin sərhədlərinin ayrılmasına görə 1000 manat xərc çəkməsini qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar kimi göstərsə də, bu xərclərin çəkilməsini, qarşılıqlı iddia üzrə cavabdehlərin ona cəmi 6500 manat məbləğində zərər vurmasını, bu zərərlə həmin cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mö təbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları və qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ VƏ İİ hissələrinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 21.1, 23, 139.1, 139.2, 139.3, 140, 144.1, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.5, 157.6, 157.7, 178.1, 213.1, 213.2, 213.6, 214.1, 215.1, 215.2, 215.5, 220.1, 220.2, 220.3, 238.1, 238.2, 238.3, 239.2, 329.1, 567, 646.1, 646.2, 647, 648.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 56.9, 66.1, 66.2, 67, 67.4, 68, 82, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın 0,11 hissəsində təmin edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Xalatala kəndində yaşayır. Balakən rayonu Xalatala kəndində yerləşən Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi onun istifadəsində olmuşdur. Həmin ərazilər atasına məxsus olduğuna görə Xalatala kəndində torpaq islahatı aparılarkən başqa şəxslərin oradan torpaq payı almaması üçün bacısı oğlu olan İddiaçı1 həmin ərazidən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə çalışmışdır. Həmin torpaq sahəsinin ətraf qonşuları qardaşlarınındır. Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsi isə 1995-ci ildən hazıradək onun istifadəsindədir. O, hər il bələdiyyənin büdcəsinə həmin torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ödəmiş, həmin sahədə 2000-ci ildə fındıq bağı salmış, ətrafını məftillərlə bağlamış, torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün xərclər çəkmişdir. Həmin torpaq sahəsinə bitişik sahədə İddiaçı1 məxsus torpaq sahəsi yerləşir. İddiaçı1 iddia etdiyi ərazidə 40 ədəd fındıq ağacı əkmişdir. Bunu iddiaçılar iddia ərizəsində qeyd etmişlər. İş materiallarına əlavə edilmiş Balakən rayonu Xalatala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 38 №-li arayışında göstə rilmişdir ki, 0,80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi Cavabdeh istifadəsində olmuşdur. Həmin sahədə fındıq bağı salınmışdır və həmin sahə İddiaçı1 məxsus torpaqla sərhəddə yerləşir. 1997-ci ildən torpaq islahatı olmuş və həmin sahə bələdiyyə mülkiyyətində qalmışdır. Bələdiyyə yarandıqdan sonra 0,80 ha torpaq sahəsindən istifadə edir və vergisini ödəyir. Eyni zamanda iş materiallarına əlavə edilmiş JN 748 KOD 40115018 olan torpağa mülkiyyət hüququna X4nın surətindən də görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilərkən həmir torpaq sahəsində çoxillik əkmələr olmamışdır. İddiaçıların iddia etdiyi torpaq sahəsində 2000-ci ildə 40 əd əd fındıq ağacı əkmiş və 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, ağacların diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində hər ağaca görə 100 manat xərc çəkmişdir. İstifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kol-kosdan, orada olan daşlard an təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, 1500 manat xərc çəkmişdir. Eyni zamanda 0.40 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 yaşadığı ərazi ilə sərhədlərinin ayrılması üçün 100 metrdən artıq məsafəyə ağac materiallarından dirəklər hazırlayaraq sim məftillər çəkmişdir. Bunun hazırlanmasına 1000 manat xərc çəkmişdir. Beləliklə 0.40 ha torpaq sahəsinə çəkdiyi xərclər 40 ədəd fındıq ağacına görə 4000 manat, torpağın yaxşılaşdırılmasına görə 1500 manat, torpaq sahəsinin sərhədlərinin ayrılmasına görə 1000 manat, cəmi 6500 (altı min beş yüz) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda, iddiaçılar çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Buna görə də İddiaçı1 və İddiaçı2 6500 (altı min beş yüz) man at əsassız varlanmaya görə çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, pulun alınması ilə torpaq sahəsinin verilməsinin eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiası ilə bağlı mülki işin obyektiv, tam və hərtərəfli həll edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq və aqrotexniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə 16 mart 2021-ci il tarixdə yazılı vəsatət təqdim etsə də, hakim həmin vəsaəti 02 aprel 2021-ci il tarixli iclada müzakirə etmiş və vəsatəti təmin etməmişdir. Vəsatətin təmin edilməməsi barədə qərardad ona təqdim edilməmişdir. Bundan əlavə ilk iddianın aydınlaşdırılması məqsədi ilə Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli 2(019)-970/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə 25 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, qərardadın biıinci sualı üzrə- Balakən rayonu Xalatala kəndində yerləşən JN:748 KOD 40115018 sayb Torpağa Mülkiyyət Hüququna X4 və RX seriyalı ******* N°-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 ha-dır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyil. Qərardadın ikinci sualı üzrə - Balakən rayonu Xalatala kəndində yerləşən JN:748 KOD 40115018 saylı Torpağa Mülkiyyət Hüququna X4 və RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə ekspertin rəyi kifayət qədər tam və aydın olmadığına görə iş üzrə əlavə mühəndis texniki ekspertizası təyin etmişdir. İş üzrə 25 iyun 2020-ci il tarixdə verilmiş ekspertiza rəyinə əlavə edimiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan torpaq sahəsinin bir hissəsi Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Eyni zamanda iddiaçıları n mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi 1995-ci ildən Balakən rayonu Xalatala Bələdiyyəsi tərəfindən Cavabdeh istifadəsinə verilmiş və Cavabdeh Məhən məd oğlu həmir torpaq sahəsində fındıq bağı salmışdır. Məhkəmə tərəfindən ilkin ekspertiza təyin edilərkən ekspertin qarşısına sual qoyularkən iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırda istifadəsində olan torpaq sahəsinin ölçüləri barədə sual qoyulmamış, yalnız hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmuşdur. Həmin iş üzrə verilmiş ekspertiza rəyinə əlavə edimiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizg iləri arasında fərq mövcuddur. Yəni hüquqmüəyyənedici sənədlərin mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə uyğun işlənməmişdir. Belə olan halda iddiaçılar həm cavabdehdən 0.3021 ha torpaq sahəsi əldə edir, həm də qanunsuz olaraq istifadəsində əlavə Bələdiyyəyə məxsus torpaq sahəsi saxlayırlar. Eyni zamanda qeyd edilməlidir ki, faktiki istifadə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlər arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəri tələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Buna görə də məhkəmə tərəfindən əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
20. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən İddiaçı1 və İddiaçı2mı faktiki istifadəsində 0.7042 ha torpaq sahəsi vardır. İddiaçıların istifadəsində olan torpaq sahəsinin 0.1842 ha hissəsi Balakən rayon Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür, yəni bələdiyyə mülkiyyətinə aiddir. İddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş RX seriyalı. ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış iddiaç ıların naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinə uyğun deyildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 naturada istifafə etdikləri torpaq sahəsinin cizgiləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsi yekunlaşıb baza məlumatlarına daxil olunduqdan sonra sualın cavablandırılması mümkün olacaqdır. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxem işin həqiqi hallarına uyğundur. Yəni, iddiaçıların istifadəsində 0.70 ha torpaq sahəsi var, bunun 0,1842 ha hissəsi Balakən rayon Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsində iddiaçılar qanunsuz olaraq fərdi yaşayış evi inşa etmişlər. İddiaçıların çatmayan torpaq sahəsi isə cəmi 0.11 ha-dır. Əslində bu məsələnin aradan qaldırılması isə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsi yekunlaşıb baza məlumatlarına daxil olunduqdan sonra mümxündür. Maraqlı məqam burasıdır ki, iş üzrə ekspert r əyləri arasında ziddiyyət olmadığı halda, məhkəmə iş üzrə verilmiş 25 noyabr 2020-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 may 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi lərəfindən tərtib edilmiş mütəxəssi rəyi və məhkəmə mühəndistexniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyi ilə Azərbaycan Repsublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 oktyabr 2020-ci il tarixli, **********48 nö mrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 may 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyi və məhkəmə mühəndisi-texniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyi mötəbər sübutlar kimi qəbul edilməlidir. Belə ki, həmin rəylər müasir tədqiqat metodlarına əsaslanmaqla real vəziyyəti əks et dirir və işdəki digər sübutlarla ziddijyət təşkil etmir. 08 may 2020-ci il tarixli mütəxəssis rəyi və 25 iyun 2020-ci il tarixli, 308653 nömrəli ekspertiza rəyi verildikdən sonra eyni xidmət və eyni ekspertiza mərkəzi tərəfindən bu rəylərə tamamilə zidd olan 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli mütəxəssi rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyinin verilməsi, bunun nə ilə bağlı olması məhkəmə üçün başadüşülən deyildir. Belə ki, torpaq sahələrinin sərhədləri və sair barədə məlumatlar eyni kadastr məlumatlar bazasından götürülür. Mütəxəssis rəyləri və ekspertiza rəylərindən görünür ki, bu baza məlumatları dəyişməmişdir. Belə olan halda eyni baza məlumatlarına istinad edilməklə mütəxəsis rəyi və ekspertiza rəylərinin dəy işməsi və bir-birinə tamamilə zidd olması məhkəmədə 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli mütəxəssi rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyinin obyektivliyinə və əsaslılığına böyük şübhə doğurur. Digər tərəfdən ilk iddia üzrə iddiaçıların sözügedən torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və bu barədə reyestrin tamlığı və düzgünlüyü prezumpsiyası qüvvədədir. Həmin torpaq sahəsinə digər hüquqi və ya fiziki şəxsin isə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də məhkəmə 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli mütəxəssi rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyini mötəbər sübutlar kimi qəbul etməmişdir. Əgə r məhkəmə birinci ekspertiza zamanı aydın olmayan məsələləri ikinci ekspertiza təyin etməklə aradan qaldırsa və ikinci ekspertizanın rəyini mötəbər hesab etmirsə, məhkəmə ya əlavə ekspertiza təyin etməklə, ya da mütəxəssis rəyi almaqla bu ziddiyətləri aradan qaldırmalı idi. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaya münasibətdə ümumiyyətlə araşdırma aparmamış, təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi torpaq islahatından əvvəldən onun qanuni istifadəsində olmuş, həmin vaxtdan hal-hazıradək oranın vergisini o ödəyib, orada 40 ədəd fındq ağacı əkmiş, bağa və ağaclara aqrotexniki qulluq göstərmiş, oranın ətrafını kənar yerlərdən təcrid edərək sim məftil çəkmişdir. Bu işin mübahisələndirməyən tər əfidir. Həmin halların təsdiq edilməsi üçün məhkəməyə Xalatala Bələdiyyəsinin arayışlarını da əlavə etmişdir. Eyni zamanda iddiaçılar da iddia ərizəsinə əlavədə bunu təsdiq etmişlər.
21. Apellyasiya icraatı zamanı tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, rəyinə əsasən Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3020 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən ol unur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, apellyator bununla bağlı sübutlar təqdim etməmiş və ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan şikayət ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə əsassızdır.
23. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçıların 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, yəni torpaq sahəsini cavabdehlər özbaşına zəbt etməmişlə r. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırki mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-74/22 nömrəli iş üzrə 4 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 15 2.2, 152.3, 152.4, 152.5, 157.2, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmadığını, qətnamənin qanuni olduğunu qeyd etmiş və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
31. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi
34. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
35. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən ai diyyati üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəb ər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
51. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tətin edilmiş ekspertizanın nəticəsindən həm də Apellyasiya icraatı zamanı təyin edilmiş tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə, Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, rəyinə əsasən Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3020 ha hissəsi Cavabdeh tərəfindən istifadə etdiyi görünür.
52. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının ona məxsus olmayan və vicdanlı olmadan torpaq sahəsindən istifadə nəticəsində ona dəyməsi iddia olunan ziyanı tələb edə bilməz, yəni onun buna hüququ yoxdur. Qarşılıqlı iddia üzrə cavabdehlərin isə mülkiyyətlərində olan torpaq sahəsinə qanuni sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehlərdən torpaq sahəsindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə görə ziyan tələb edilə bilməz. Həm də qanuna görə istər vicdanlı, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zə ruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilərlər. İş materiallarına əsasən əmlakdan gəlir hələ mülkiyyətçilər İddiaçı1 və İddiaçı2 düşməmişdir və onlar ümumiyyətlə torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməsini tələb edirlər.
53. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-74/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.