Məhkəmə qərarları › İş №2(102)-576/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-576/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-576/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-576/21 (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2641/2020 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, “evin cavabdehin mülkiyyətində olan 1/12 hissəsinin hazırki bazar dəyəri ilə xx xxxxxx 2015-ci ildə qətnamə qəbul edilənədək evin bazar dəyəri arasındakı fərqin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim F.İ.Əyyubov) iddia rədd edilib. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər M.A.Məmmədov sədrlik edən və məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apelyasiya şikayəti təmin edilməyib, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddiaçının cavabdehə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilib. Eyni zamanda iddiaçıya izah olunub ki, o, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə uyğun olaraq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qə rardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin Həmin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxılmalı deyild irsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən, iş üzrə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsində göstərilir ki, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə görə, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında o lan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı “evdən çıxa rılma və sair barədə” ilk iddiası qismən, İddiaçı Cavabdeh qarşı “evin dəyərinin bazar qiymətinə uyğun ödənilməsi” barədə qarşılıqlı iddiası təmin edilərək, İddiaçı və digərlərinin evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, həmin şəxslərin evdən çıxarılmaları və evin dəyəri kimi 60.000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi, pulun ödənilməsi ilə evdən çıxarılmanın eyni vaxtda icra edilməsi və sair qət edilib. Eyni zamanda tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilib, lakin bu günədək qətnamə icra edilməyib. Bu hala əsaslanan iddiaçı bildirir ki, həmin qətnamə ilə ona ödənilməsi müəyyən edilən 60.000 manat pul hazırki vaxtda öz alıcılıq dəyərini itirərək kəskin şəkildə inflyasiya uğrayıb və ev in dəyəri artaraq 100.000 manat olub. Ona görə də ona dəyən zərər cavabdeh tərəfindən kompensasiya edilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, mülki prosessual qanunvericilik ödənilməli olan pul məbləğinin indeksasiyası məsələsinə iddia icraatı qaydasında deyil, mülki işin davamı kimi, yəni qətnaməni çıxarmış məhkəmə tərəfindən icra icraatı qaydasında baxılmalı olmasını nəzərdə tutur. Lakin, birinci instansiya məhkəməsi, iddia ərizəsini icraata qəbul edərək bu iddiaya iddia icraatı qaydasında baxıb və bununla da, mülki prosessual normaların tələblərini pozub. Ona görə də bu tələbə, iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda id diaçıya izah edilməlidir ki, o, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinə müraciət edə bilər. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki iddia üzrə iş üzrə icraata xitam verməklə mülki prosessual normaların tələblərini pozub. Belə ki, əvvəla, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində nəzərdə tutulan əsasla məhkəmə iş üzrə icraata o, vaxt xitam verə bilər ki, işə məhkəmədə baxılmalı olmasın. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin icrası zamanı sözügedə n evin dəyəri kimi 60.000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməli olan həmin məbləğin indeksasiyası ilə bağlı deyil, sözügedən evin cavabdehin mülkiyyətində olan 1/12 hissəsinin hazırki bazar dəyəri ilə xx xxxxxx 2015-ci ildə qətnamə qəbul edilənədək bazar dəyəri arasındakı fərqin tutulması ilə bağlıdır. Bunlar isə fərqli tələblərdir və prosessual qanunvericilik hazırki tələbə məhkəmədə baxılmasını istisna etmir. Prosessual qanunverciliyə görə, iddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddihüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan ma ddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə- iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin onun həmin cavabdehə qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olmasını nəzərdə tutur. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdəiddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərin dən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almadan, iddiaçının cavabdehə qarşı hazırki tələbinin sözügedən qətnamənin icrası qaydasında tutulmalı olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi ilə bağlı olmamasını nəzərə almadan, iş üzrə icraata xitam verməklə əslində iddiaçının qanunla qorunan hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuşdur Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəs inin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Daha sonra işdən, kasasiya şikayətinin dəlillərindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tutulmalı olan pul məbləğinin indeksasiyasının aparılması, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə İddiaçı ərizəsi rədd edilib və sonradan həmin işə İddiaçı şikayətinə əsasən apelyasiya qaydasında baxılaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə sözügedən qərardad dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi iddiaçının cavabdehə qarşı hazırki tələbi yeni tələb olmaqla, hazırki iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsasına görə xitam verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kasasiya instansiyası məhkəməsi hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2641/2020 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qayta rılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar