Məhkəmə qərarları › İş №2(102)-576/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-576/2024

13.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-576/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı və İddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürmə, mənzildən istifadə hüququna xitam verilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülməsi və cavabdehin mənzildən çıxarılması” tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(103)- 5522/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) anasıdır.

2. Mübahisə Nərimanov rayonu, İslam Abışov küçəsi, 16 saylı evin, 10 saylı mənzili ilə (bundan sonra “mübahisəli mənzil”) bağlı yaranıb.

3. Mübahisəli mənzil Bakı şəhəri 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qeydiyyatda olduğu və ona məxsus olan mübahisəli mənzildən ist ifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mübahisəli mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün cavabdehin bu mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1975-ci ildən etibarən ünvan 1 ünvanda yaşamışdır. Bu ünvanda yaşadığı vaxt xx xxxxxx 1976-cı il tarixdə hazırkı iddia üzrə cavabdeh olan qızı anadan olmuşdur. Cavabdeh 2000-ci ildə X8 ilə ailə qurmuşdur.

6. Cavabdehin əri X15 rayonundan məcburi köçkün olduğu üçün ailəsi ilə (cavabdeh ilə) birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxa nov qəsəbəsi Ərəblinka 18 ünvanda yaşamışlar. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Aparatı Qaçqınlar və X21 Şöbəsinin xx.xx.2008-ci il tarixli 2282 nömrəli Arayışına əsasən Eldəniz Məmmədov arvadı Cavabdeh və övladları ilə birlikdə Bakıxanov qəsəbəsi Ərəblinka 18 a ünvanında müvəqqəti olaraq, məskunlaşmışlar.

7. İddiaçı 2004-cü ildən sonra cavabdehin mübahisəıi mənzildə müvəqqəti yaşamağına razılıq vermişdir. Çünki cavabdeh, onun həyat yoldaşı və digər ailə üzvləri (qayınatası Şamil ilə birlikdə) üçün Ərəblinka 18 ünvanı sıxlıqda yaşayırdılar, onların sərbəst yaşamalarına şərait yaratmaq üçün iddiaçı cavabdehin mübahisəli mənzildə müvəqqəti yaşamalarına razılıq vermişdir. Belə bir razılıq heç də mənzilin birdəfəlik cavabdehin nəzarətinə keçməsi anlamına gəlmək deyildir.

8. Cavabdehi n müvəqqəti olaraq məskunlaşdığı ünvan söküldükdən sonra, cavabdehin qayınatasının adına dövlət tərəfindən Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkün ailəsi kimi ev verilmişdir. Çünki onların məcburi köçkün kimi qeydiyyatda olduqları ünvan Sabunçu rayonu, Ərəblinka 18 ünvanı olmuşdur. Cavabdeh mübahisəli mənzildə qaldığı müddətdə paralel olaraq Ərəblinkadakı ünvanda köçkün ailəsi kimi qeydiyyatda olmaqla, Ərəblinka 18 ünvanda qayınatası Şamil Məmmədov qalırdı.

9. Cavabdehin əri (Eldəniz Məmmədov) məcburi köçkün olmağına baxmayaraq, (cavabdehin ərinin) Bakı şəhəri, X18 ərazisində və Quba rayonunda (Alekseyevka kəndi) birgə nikah dövründə inşa etdiyi fərdi evləri vardır. Quba rayonu Alekseyevka kəndi alma bağının yanındakı evin yerləşdiyi torpaq sahəsi cavabdehin əri Eldəniz Məmm ədovun adınadır. Cavabdeh mübahisəli mənzildə özünün bəzi köhnə yararsız əşyalarını saxlamaqla, 1975-ci ildən iddiaçıya məxsus olan mənzilinin qapısını bağlamaqla iddiaçının öz mənzilinə köçüb yaşamasına maneçilik edir. Cavabdehin hərəkətləri nəticəsində 1975ci ildən iddiaçının özünə məxsus olan və davamlı şəkildə istifadə etdiyi mənzilə münasibətdə hüquqları pozulur. Mənzilinin bağlı saxlanılması onun təyinatı üzrə istifadəsinin pozulması ilə yanaşı, mənzilin saxlanması qaydaları pozulmaqla mənzilin dağılmasına səbəb olur.

10. Cavabdehin mübahisəli mənzilə istifadə hüququnun xitam olunması barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mövcuddur. Əlavə sübutlar əldə etmək üçün Qaçqınkomun Sabunçu rayonu üzrə sektoruna vəkil tərəfindən sorğu verilmişdir. Cavabdehi n öz ailəsi ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinka, 18 ünvanda faktiki olaraq 2008-ci ildə məskunlaşması, həmin ünvanda məcburi köçkün ailəsinin üzvü kimi qeydiyyatda olmaqla uşaqlarının həmin ərazidə yerləşən məktəbə və bağçaya getməsi rəsmi arayışlarla sübut olunur. Nəzərə alınmalıdır ki, cavabdehin yaşayış yeri var, onun mübahisəli mənzilə ehtiyacı yoxdur.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 11-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etmişdir.

12. Cavabdeh iddiya yazılı etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, Nərmanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mənzilə istifadə hüququna xitam verilsə də, apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni ləğv etmiş və çoxsaylı şikayətlərdən so nra cavabdehin mənzilə istifadə hüquqları bərpa olunmuşdur. İddiaçı 12 yanvar 2019-cu ildə saxta kirayə müqaviləsi əsasında mübahisəli mənzilə qeydiyyata düşüb.

13. Eyni zamanda cavabdeh də iddiaçıya və cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Deparatamenti, həmin Departamentin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və həmin Birliyin 78 saylı Mənzil İstismar sahəsinə qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar s ahəsində arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə yaşadığı mübahisəli mənzil Bakı şəhəri 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. İddiaçı onun anasıdır. İddiaçı 1992-ci il ildən mübahisəli mənzildən çıxmış, əşyalarını götürərək, həyat yoldaşı (cavabdehin atası) X5 ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S 22 saylı evin 31 saylı mənzilində daimi yaşayır. İddiaçı hazırda mülkiyyətində olan mənzilə xx.xx.1991-ci il tarixli orderə əsasən köçmüş, 2008-ci il tarixdə yaşadığı mənzili həyat yoldaşı X2 razılıq ərizəsi əsasında özəlləşd irmiş, xx.xx.2008-ci il tarixdə həmin mənzilə mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyatdan keçmişdir. İndiyə kimi iddiaçı mülkiyyətində olan mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Bu səbəbə görə iddiaçı cavabdehin ailəsi ilə yaşadığı mübahisəli mənzildən istifadə hüququnu itirmişdir.

15. İddiaçl xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək formal olaraq mübahisəli mənzildə qeydiyyatda olsa da, orada həmin illərdə də yaşamamışdır. İddiaçı mübahisəli mənzildə istifadə hüququnu itirmişdir, həmçinin onun yaşadığı mənzilin qeyriyaşayış sahəsinə ehtiyacı da yoxdur, iddiaçı mülkiyyətində olan mənzildə yaşayır. İddiaçının niyyəti cavabdehin ərindən boşanmağına nail olmaqdır.

16. Hazırda iddiaçı saxta kirayə müqaviləsi əsasında cavabdehin ailəsiylə yaşadığı mübahisəli mənzilə kö çürülmə barədə tələb irəli sürmüşdür. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, “Q” yaşayış sahəsi, ev 22, 31 saylı mənzil iddiaçının mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, MKİB-nin 105 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzilindən xx.xx.2019-cu il tarixdən qeydiyyatdan çıxıb, lakin faktiki həmin ünvanda yaşayır.

17. İddiaçının saxta kirayə müqaviləsi əsasında yaşadığı mənzilə qeydiyyata düşməsi onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Belə ki, mübahisəli mənzilə iddiaçı guya cavabdehlə Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı MKİS arasında bağlanmı ş 01 saylı 05 yanvar 2019-cu il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən qeydiyyata düşmüşdür. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2004-cü il tarixədək mübahisəli mənzildə, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayonu Y/Günəşli qəsəbəsi “Q” Y/S ev 22, mənzil 31-də, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək mübahsiəli mənzildə qeydiyyatdadır. Həmin idarənin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının mübahisəli mənzildə qeydiyyata alınmasına dair kirayə müqaviləsi qanunsuz olmuşdur. İddiaçı belə bir müqavilə bağlamadığını bildiyi üçün ASAN 1 Xidmətinə müraciət edib arayış əldə etmişdir. Daha sonra müqavilənin araşdırıl ması üçün Nərimanov RPİ-yə müraciət etmişdir. Ərizə üzrə araşdırılma aparılmış, bununla bağlı 07 fevral 2022-ci il tarixdə ekspertiza təyin olunmuş və ekspert rəyində müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsində “kirayəçi” qrafasında əks olunmuş imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, yuxarıda göstərilən kirayə müqaviləsi əsassızdır.

18. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1537/2023 saylı 17 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh X3 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi, kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir.

19. Birinci instansiya məhkəməsidə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etmiş və əl avə oplaraq göstərmişdir ki, mübahisəli mənzil iddiaçıya 1975-ci ildə işlədiyi (iş yeri üzrə) “Qala Kombinat” tərəfindən verilmişdir. Cavabdeh anadan olmamışdan əvvəl mənzil işlədiyi müəssisə tərəfindən iddiaçıya təqdim olunmuşdur. Bu və digər evlər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə balansa götürülmuş, İcra Hakimiyyəti tərəfindən ev balansa götürüldükdən sonra evin “şəxsi hesab vərəqəsi, “qeydiyyat vərəqəsi” bu mənzilin kommunal xidmətləri (su, qaz, işıq) 2021-2022ci il tarixə qədər iddiaçının adına olmuş və bu tarixlərdən sonra cavabdeh onlara məlum olmayan üsullarla bu xidmətlərdən bəzilərini öz adına keçirmişdir. Su hazırki vaxtadək iddiaçının adınadır. Cavabdeh tərəfindən prokurorluq və polis orqanlarına ünvanlanmış şikayətlər Nərimanov RPİ-nin 17-ci P olis Şöbəsi tərəfindən araşdırılmışdır. Polis orqanının araşdırması əsasında xx.xx.2021-ci il tarixdə qəbul edilmiş ‘‘Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda mübahisə barədə ətraflı şəkildə qeyd olunmuşdur. Cavabdeh anası barədə çoxsaylı şikayət ərizələri təqdim etdiyi üçün, polisin qərarı ilə ailə münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Eyni zamanda vəkil sorğusuna xx.xx.2021ci ildə 78 saylı MKİS-in verdiyi arayışda da Polisin qərarında qeyd olunanlar təsdiq olunur. Bu rəsmi sənədlərdə qeyd olunur ki, mübahisəli mənzili 1975-ci ildə iddiaçı öz iş yerindən “Qala” Kombinatında işləyərkən alıb. 1991-ci il tarixli “order” əsasında iddiaçı və onun ailə üzvləri – əri və iki qızları (Vəsilə bu qızlardan biridir) Günəşli qəsəbəsində ev almışdır. Həmin evdə məcburi köçk ün yerləşdiyi üçün, bu mənzilə iddiaçı və onun ailə üzvləri yalnız 1996-cı ildə köçə biliblər. Həmin mənzilə köçüb qeydiyyata düşənlərdən biri də cavabdeh olmuşdur. 1996-2002-ci illər aralığında mübahisəli mənzildə faktiki olaraq iddiaçının bacısı yaşamışdır. Cavabdeh 1996-cı ildən Günəşlidə qeydiyyatda olmaqla, 1999-cu ildə Günəşlidən Bakıxanov qəsəbəsindəki Ərəblinka 18 A ünvanına gəlin köçmüş, qeydiyyatı Günəşli qəsəbəsində saxlanılmışdır. Cavabdeh 1992-2004-cü illərdə iddiaçıya məxsus olan Y/Günəşli qəsəbəsi, ev 22, mənzil 31-də qeydiyyatda olmuşdur. İddiaçı 2001-ci ildə təkrarən mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşdür. Həmin vaxt cavabdeh iddiaçının Günəşlidə yerləşən evində qeydiyyatda olub. İddiaçının razılıq ərizəsi əsasında, cavabdeh mübahisəli mənzilə 2004-cü ildə qeydi yyata düşmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş DİN BPQMİ-nin MAPS arayışları ilə sübut olunur ki, cavabdehin həyat yoldaşı və övladları da məcburi köçkün statusları ilə Cəbrayıl rayonunun Maşanlı Ərazi İdarəsinin Alıkeyxalı kəndində qeydiyyatdadırlar. Cavabdeh, əri Eldəniz Məmmədov iddiaçının əmlakını özününküləşdirməklə, əsassız varlanmaq niyyəti ilə yanaşı, həm də məcburi köçkün adından istifadə edib dövlətdən əmlak əldə etmək istəklərini reallaşdırmaq istəyirlər. İddiaçı 2019-cu ilin yanvarında mübahisəli mənzilə dair kirayə müqavilənin müvəqqəti olaraq cavabdehlə bağlanılmasına etiraz etmədiyini cavabdehə bildirmişdir. Cavabdehlə əri arasında əmlak bölgüsü və sair tələblərlə əlaqədar mübahisələr 2018-ci ildə başlamışdı. Cavabdeh bildirmişdi ki, əri ilə barışmasa, müvəqqə ti olaraq qeyd olunan evdə yaşayacaq, ərindən əmlakları məhkəmə qaydasında tələb edib, öz payını aldıqdan sonra öz evinə köçəcəkdir. Eyni zamanda cavabdeh 2019-cu ildə iddiaçı ilə bərabər “Asan Xidmət”ə gələrək ev sahibi kimi mübahisəli mənzilə qeydiyyata düşmüşür. Cavabdeh əri barışandan sonra, yaxud ərindən əmlak payını alandan sonra mübahisəli mənzili tərk etməyə razılaşmışdı. Bu səbəbdən mənzilin bütün kommunal xidmətləri adına olmaqla, tərəfindən kommunal haqlar ödənilirdi. Beləliklə, mübahisəli mənzilə dair 2019-cu ili də yanvar ayında cavabdehlə kirayə müqaviləsi bağlanan zaman, cavabdeh iddiaçının Günəşlidəki evində onlarla birlikdə yaşamışdır. Ancaq cavabdeh indi bildirir ki, mənzil kirayə müqaviləsindəki imza guya ona məxsus deyildir. Bu planlı hərəkətdir. Cavabdehin məqsədi əm lakı öz adına keçirmək niyəti olub. Bu planı cavabdeh öz əri ilə birlikdə qurublar. Cavabdeh öz yeganə doğma bacısına valideyn olaraq onlar tərəfdən heç bir pay verilməsin deyə, bütün əmlakları özününküləşdirmək istəyir. Çünki müqavilə cavabdehlə bağlanıb və müqavilənin müddəti başa çatmışdır. Çox maraqlı hal ondan ibarətdir ki, müqavilənin əsil nüsxəsi yoxdur. İcra Hakimiyyətinin müvafiq qurumları rəsmi olaraq bildirirlər ki, belə bir kirayə müqaviləsinin əsli onlarda mövcud deyildir. Digər tərəfdən İcra Hakimiyyətinin qurumları yazırlar ki, kirayə müqaviləsi bağlamaq üçün müvafiq sərəncam verilməli, həm də müddətli müqavilə olmur. Digər tərəfdən bu müqavilənin müddəti 2021-ci ilin yanvar ayında başa çatmışdır. Qeyd olunanlara əsasən iddia tələbi təmin olunmalıdır.

20. İddiaçının nümayənd əsi və vəkili həmçinin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixdə 2 il müddətinə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə Mülki Məcəllənin 375-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməlidir.

21. Cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdirki, mübahisəli mənzil 2 saylı Xüsusi MKTB balansındadır. Mənzil heç kimin mülkiyyətində deyil. İddiaçı 1992-ci il tarixdən çıxıb getmişdir. İddiaçı uzun müddətdir ki, Yeni Günəşlidə əri ilə birlikdə qalmaqdadır. Həmin mənzil 2008-ci il tarixində iddiaçının adına özəlləşdirilmişdir. İddiaçının mübahisəli mənzilə yenidən qeydiyyata düşmə əsası Sosial kirayə müqaviləsidir ki, müvafiq müqavilə etibarsız olduğundan iddiaçının orada qeydiyyatda q almağına heç bir əsas yoxdur. Müqavilə barədə onlar xəbər tutan kimi Polis orqanlarına müraciət etmiş, iş üzrə ekspertiza təyin olunmuş və məlum olmuşdur ki, adıçəkilən Sosial kirayə müqaviləsində qeyd olunan imza Cavabdeh tərəfindən icra olunmamışdır. O cümlədən şahid ifadəsi ilə də, təsdiq olunmuşdur ki, iddiaçı 1992-ci il tarixdən artıq mübahisəli mənzildə yaşamamaqdadır.

22. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid X6 bildirmişdir ki, iddiaçı onun arvadı, cavabdeh isə qızıdır. Cavabdeh ailə həyatı qurduğu ilk dövrlərdən əriylə mübahisələr yaşamış, bu səbəbdən tez-tez onların yanında qalması zərurəti yaranmışdır. Cavabdeh 2019-cu ilin yanvarında son dəfə onların yanına köçmüş və onlarla 7-8 ay yaşamışdır. Özü və arvadı 1992-ci ildən Yeni Günəşli qəsəbəsində yaşamışlar. 2

3. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-63/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası rədd edilmiş, Cavabdeh iddiası qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi 16 nömrəli evin, 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmiş, Cavabdeh iddiası qalan hissədə təmin edilməmişdir. (hakim Aytən Novruzova)

24. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, mübahisəli mənzil hal-hazırda 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Həmin ünvanda hazırda X9, İddiaçı və Cavabdeh pasport qeydiyyatındadır. Hazırda mübahisəli mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı mübahisəli mən zildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, daimi əsaslarla bu mənzili tərk etmiş və başqa mənzildə, yəni ünvan 10 ünvanında yaşamaqdadır. Qeyd edilən hal tərəflərin verdiyi izahatlar, şahid ifadələri, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı Rayon MKTB 105 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 509 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır.

25. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X19, X10, X11, X14, X9 və Cavabdeh Nərimanov rayonu, İslam Abışov küçəsi ev 16, 10 saylı mənzildən istifadə hüquqlarına xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5133/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3852/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddianın təmin edilməməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək yaranmışdır.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz.

28. Birinci i nstansiya məhkəməsinin mövqeyinə görə İddiaçı yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun qeydiyyatda olması hüquqi nəticə etibarilə formal xarakter daşıyır.

29. Bununla belə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan İddiaçı həmin mənzili daimi əsaslarla tərk etmişdir və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzi l mövcuddur, həmin mənzildə əri X5 ilə birlikdə 1992-ci ildən yaşayır.

30. Birinci instansiya məhkəməsi İddiaçı mübahisəli mənzildən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, onun həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mübahisəli mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması tələbi ilə bağlı göstərmişdir ki, Cavabdeh mübahisəli mənzindən İddiaçı istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi təmin olunduğundan E. Adgözəlovanın iddia tələbi təmin oluna bilməz.

31. Birinci instansiya məhkəməsi Cavabdeh “Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsi arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması” tələbi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan müqavilənin əsli mövcud olmamaqla 05 yanvar 2021-ci il tarixədək qüvvədə olmuşdur. Müqavilənin mövcudluğundan Cavabdeh məlumatı olmuş, 2022-ci ildə bununla bağlı inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Buna görə də, iddia tələbi bu hissədə rədd edilməlidir.

32. Birinci instansiya məhkəməsi həmçinin göstəmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahis ə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə də zərurət də yoxdur. Qanunvericiliyə görə həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 157.8, 158.1.2, 262.2, 354.2, 375.2-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 54, 60, 87, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 2, 9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(005)-63/2023 saylı qətnaməsinin öz iddiasının rədd, cavabdehin iddiasının qismən təmin olunması hissəsində ləğv, öz iddiasının təmin, cavabdehin iddiasının isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyildir, göstərilən mənzilə dair cavabdehin adına kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sərəncam verilməmişdir. Belə olduğu halda hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar servitutdan söhbət gedə bilməz. Belə ki, mülki qanunvericiliyə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı ya şayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə ilkin iddia üzrə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun pasport qeydiyyatında olması hüquqi nəticə etibarilə formal xarakter daşıyır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan X4 həmin mənzili daimi əsaslarla tərk etmişdir və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzilə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzili mövcuddur, həmin mənzildə əri X5 ilə birlikdə 1992-ci ildən yaşayır.” Tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlərin xx.xx.2009-cu il tarixədək yaranması nəzərə alınmaqla birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə qəti razılaşmaq olmaz. Belə ki, İddiaçı qətnamədə göstərildiyi kimi qanuni əsaslarla deyil, özündən asılı olmayan səbəblərdən, Cavabdeh ona qarşı etdiyi qanunsuz hərəkətlər, təhqirlər, təhdidlər nəticəsində öz alın təri və zəhməti ilə əldə etdiyi mənzili tərk etməli olmuşdur. Bu fakt mülki işin materiallarına əlavə edilmiş sənədlər, o cümlədən məhkəmə qətnamələri və təhqiqat orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti ilə tam təsdiq edilir. Məhz həmin rədd qərarının yekun hissəsində tərəflərin münaqişəli ailə kimi qeydiyyata göt ürülməsi və onlarla profilaktik söhbətlər aparılması qərara alınmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, həmin sübutlara birtərəfli yanaşmış, Cavabdeh Bakı şəhərində 3 ünvanda və Quba rayonunda yaşayış evlərinin olduğu halda bu fakta hüquqi qiymət verməmiş, yalnız İddiaçı Yeni Günəşli qəsəbəsində adına mənzilin olmasını əsas götürərək, qanunsuz olaraq onun hazırkı iş üzrə mübahisəli hesab edilən mənzildə üzrlü səbəblərdən yaşamamasını nəzərə alınmayaraq, həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən daha bir yanlışlığa yol vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı heç bir aidiyyətı olmadığı halda, guya həmin qətnamə əsasında mübahisəli mənzilindən İddiaçı istifadə hüququna xitam verilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin qətnamədə Cavabdeh və digərlərinin yaşayış sahəsindən istifadə hüquqlarına dair mübahisəyə qiymət verilmişdir. İddiaçı həmin mülki iş üzrə tərəf olmamışdır. Nəzərə alınmalıdır ki, 1991-ci il tarixli order əsasında İddiaçı və onun ailə üzvləri Günəşli qəsəbəsində ev almışdır. Həmin evdə məcburi köçkün statusuna malik olan şəxslər yerləşdiyi üçün bu mənzilə İddiaçı və onun ailə üzvləri yalnız 1996-cı ildə köçə bilmişlər. Həmin mənzilə qeydiyyata düşənlərdən biri də Cavabdeh olmuşdur. Belə ki, cavabdeh 1996-cı ildən Günəşlidə qeydiyyatda olmaqla, 1999-cu ildə həmin ünvandan Bakıxanov qəsəbəsindəki Ərəblinka, 18 a ünvanındakı mənzilə gəlin köçmüş, qeydiyyatı Günəşli qəsəbəsində saxlanılmışdır.

36. Apellyasiya baxışında iddiaçı kirayə müqaviləsinin ona aidiyyətinin olmadığını, mübahisələ mənzili cavabdehə müvəqqəti verdiyini, 1996-cı ilə qədər həmin mənzildə özünün, 1996-cı ildən 2004-cü ilə qədər orada iki bacısının və anasının yaşadığını, 2022ci ilə qədər ildə bir dəfə oranın kirayə pulunu ödədiyini bildirmişdir.

37. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkil mübahisəli mənzilin kombinatın mənzili olduğunu, iddiaçı həmin dövrdə kombinatda işlədiyinə görə həmin mənzilin ona verildiyini, iddiaçının və cavabdehin mülkiyyətçi olmadığını, lakin şəxsi hesab vərəqinə görə mənzilin iddiaçıya verildiyini və onun adına olduğunu, mənzil xüsusi mülkiyyətdə olan mənzil olmadığından burada servitutdan söhbət gedə bilməyəcəyini, mənzilin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Depa rtamentinin tərkibində olduğunu, cavabdehin qeydiyyatda olan sakin kimi iddia qaldırmağa subyektiv hüququnun olmadığını bildirmişdir.

38. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdeh həmin mənzildə doğulmuş və hazırda da orada yaşayır. İddiaçının mübahisəli mənzildə yaşamamasını özlərinin təkidi ilə şahid qismində dindirilmiş iddiaçının əri X6 da birinci instansiya məhkəməsində təsdiq etmişdir. İddiaçı mübahisəli mənzildə yaşayış hüququnu itirmişdir. Mübahisəli mənzil vaxtilə işlədiyi yer üzrə iddiaçıya verilsə də, iş materiallarında order, kirayə müqaviləsi və ya hər hansı bir sənəd yoxdur. 2019-cu ildə mübahisəli evə dair cavabdehin adından saxta bir müqavilə bağlanılmış, həmin müqavilə də iddiaçının həmin evə qeydi yyata düşməsinə əsas olmuşdur.

39. Apellyasiya baxışında BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi X12 göstərmişdir ki, İddiaçı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə gələrək, həmin mənzilə qeydiyyata düşməsi üçün müqavilə verilməsini xahiş etmiş və qızı Cavabdeh buna razı olduğunu bildirmişdir. İddiaçıya müqavilə verilərək ona Cavabdeh imza etdirməsinin tapşırılmışdır. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Həmin ərazidə təxminən 5-6 ədəd 10 saylı mənzil var, mübahisəli mənzilin heç bir sənədi yoxdur. Ümumiyyətlə orada mənzillərin əksəriyyətinin heç bir sənədi yoxdur. Mənzil 2000-ci ildə dövlətin balansına verilmişdir. BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Ko mmunal Təsərrüfatı Birliyinin funksiyasının yalnız ərazinin təmizliyini qorumaqdır. Mübahisəli mənzildə 2015-ci ildən cavabdeh yaşayır.

40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5522/2023 saylı, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı MənzilKommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tə ləbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)

41. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti ilk iddiaya və qarşılıqlı iddiaya yönəldiyindən, maddi və prosessual hüquq normalarına riayət edilməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır.

42. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, qanunun norması səhv təfsir (tətbiq) edilmiş, iş üzrə mövcud olan faktlar qanunla göstərilən sübutlarla təsdiq edilmədən (aid olmayan sübutlarla əhatə edildiyindən) müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə qət edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi cəhətdən mövcud olmayan (dövlət reyestrində qeydiyyata alınmayan və hər hansı bir sənədi olmayan) daşınmaz əmlaka dair müvafiq olaraq hüquqları da lazımi prosedur qaydasında təsdiq edilməyən şəxslərə (tərəflərə) münasibətdə qiymət vermiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş hallar sübuta yetirilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər hansı tələbin irəli sürülməsi üçün şəxsin subyektiv hüquqa malik olması müəyyən edilməlidir. İddiaçının işlədiyi müəssisə üzrə yaşayış sahəsi ilə təmin edilməsi arxiv sənədlərindən bəlli olsa da, “yaşayış sahəsi”nin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansından çıxarılması və qeyd edilən tarixdən aidiyyəti dövlət təşkilatları ilə kirayə müqaviləsinin bağlanmaması, orderin və ya digər sənədin olmaması, habelə iş üzrə kirayə müqaviləsinin əslinin və kökünün olmayaraq, onu imzalayan şəxslərin özləri tərəfindən tanınmaması, yəni əhəmiyyətsiz olması, tərəflərin sahiblik və ya istifadə hüquqlarına malik olmadığını müəyyən edir.

44. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcudluğu (hər hansı qeydiyyatı) müəyyən edilməyən daşınmaz əmlaka və bu əmlaka hər hansı hüquqları müəyyən edilməyən tərəflərə münasibətdə maddi hüquq normalarının tətbiqi (qüvvədən düşmüş mənzil qanunvericiliyinə istinad edilməsi) hüquqlardan (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mümkün deyil və prosessual qanunvericiliyin tələbləri baxımından tərəflər öz iddialarının əsaslarını (subyektiv hüquqlarını) sübuta yetirməmişlər.

45. Apellyasiya instansiyası məhkəməsi onu da izah etmişdir ki, tərəflər və ya maraqlı digər şəxslər aidiyyəti üzrə (inzibati icraat qaydasında) daşınmaz əmlakın və ona dair hüquqlarının müvafiq qeydiyyatlarını həyata keçirməlidirlər. Daha sonra yaranan subyektiv hüquqlarının müdafiəsi üçün müraciət, o cümlədən məhkəmə müdafiəsi hüquqlarından yararlana bilərlər.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 146.3, 146.5, 178.1, 178.7, 180-ci, Torpaq Məcəlləsinin 111-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1-104.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh (vəkil X17) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, X1 ona qarşı iddia tələbinin rədd, öz iddia tələbinin təm in edilməsi barədə yeni qərar qəbul edilmsini xahiş etmişdir.

48. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdehin subyektiv hüququ yoxdur. Mübahisəli mənzildə uşaqlıqdan yaşadığı halda cavabdehin nə səbəbə subyektiv hüququnun olmaması sual doğurur. Mənzilin hansı orqanının, təşkilatın balansında olub-olmaması cavabdehin mənzildən istifadə hüququnu məhdudlaşdıra bilməz. Bir halda ki, cavabdeh mənzilə istifadə hüququ əldə edib, mənzildə yaşayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirir, belə olan halda cavabdehin mənzillə bağlı subyektiv hüququ vardır. İddiaçının mübahisəli mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi üçün xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsas vardır. H əmin əsas ondan ibarətdir ki, iddiaçı daimi yaşanmaq üçün başqa yaşayış evinə köçmüşdür, həmin ev də iddiaçının mülkiyyətindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5522/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilən dəlillərə istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, i poteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 146.

5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qay alar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelər ini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111(1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111 (2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. M addə 111 (3). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 104.1. Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Maddə 104.2. Tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 104.3. Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları i nformativ və statistik xarakter daşıyır. Maddə 104.4. Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxıl maq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində Cavabdeh qətnamənin ləğv, E.Adıgözəlovanın iddiasının rədd, öz iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh idd iaçı E.Adıgözəlovanın mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsində arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması barədə olmuşdur. Birinci instansiya məhkəməsi Cavabdeh iddiasını qismən təmin edərək İddiaçı mübahisəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini qət etmiş, Cavabdeh iddiasını qalan hissədə təmin etməmişdir. Cavabdeh iddiasının təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də E.Adı gözəlovanın “mənzilə köçürülmə” barədə, Cavabdeh isə E.Adıgözəlovaya qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədədir. Bu baxımdan, Cavabdeh kassasiya şikayətində öz iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini Cavabdeh E.Adıgözəlovaya qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi hissədinə yoxlayır.

54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası Cavabdeh E.Adıgözəlovaya qarşı “mənzildən istifadə hüq uquna xitam verilməsi” barədə tələbinin təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

56. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlərin xx.xx.2009-cu il tarixədək yaranmasına, İddiaçı mənzili daimi əsaslarla tərk etməsinə, bununla da onun həmin mənzilə olan istifadə hüquqlarını itirməsinə, eyni zamanda İddiaçı mübahisəli mənzildən istifadə hüququnun yaranmasına istinad etmişdir.

57. Əvvəla, birinci instansiya məhkəməsi tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlərin xx.xx.2009-cu il tarixədək yaranmasına istinad etsə də, bunu hansı sübutalar əsasında müəyyən etdiyini qətnamədən görmək olmur.

58. Bundan əlavə, birinci instansiya m əhkəməsi bir təfərdən İddiaçı yaşayış sahəsini daimi əsaslarla tərk etməsini, bununla da onun həmin evə olan istifadə hüquqlarına itirməsinə, eyni zamanda onun mübahisəli mənzildən istifadə hüququnun yaranmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlmişdir.

59. İşdən işdən görünən odur ki, İddiaçı mübahisəli mənzilə iki dəfə qeydiyyata düşmüş, mənzil keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” Kombinatının balansında olmuş və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 878 saylı sərəncamına əsasən Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01 noyabr 2000-ci il tarixli sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Lakin İddiaçı mənzilə birinci dəfə qeydiyyat ını nə vaxt itirməsi, ikinci dəfə mənzilə nə vaxt qeydiyyata düşməsi, üstəlik, mənzilin istər həmin vaxt, istərsə də hazırki vaxta statusunun nədən ibarət olması, mənzilin dövlət fonduna və ya xidməti yaşayış sahəsinə aidliyi müəyyən edilməyib. Halbuki tətbiq edilən maddi hüquq normaları baxımından işin bu hallarını müəyyən etmək zəruri olmuşdur.

60. Belə ki, mənzilin statusundan asılı olaraq E.Adıgözəlovanın mənzildən birinci dəfə xx.xx.2009-cu il tarixədək olan müddətdə çıxaraq özünün mülkiyyətində olan başqa mənzilə köçməsi halında mübahisənin həlli üçün həmin vaxtadək qüvvədə olan Mənzil Məcəlləsinin dövlət fonduna aid mənzillərlə bağlı 53, 54, 60, 87-ci maddələri və ya xidməti yaşayış sahələrinə aid 100-105-ci maddələri nəzərdən keçirilə bilərdi.

61. E.Adıgözəlovanın ikinci dəfə mənzi lə qeydiyyata düşməsinin xx.xx.2009-cu il tarixdən sonrakı vaxta düşməsi halında isə yenə də mənzilin statusundan asılı olaraq mübahisənin həlli üçün yeni Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinə aid normalar (İİİ bölmə) və ya xüsusi təyinatlı mənzil fonduna aid normalar (İV bölmə) nəzərdən keçirilə bilərdi.

62. Birinci instansiya məhkəməsinin bir təfərdən E.Adıgözəlovanın yaşayış evini daimi əsaslarla tərk etməsini, bununla da onun həmin evə olan istifadə hüquqlarına itirməsinə, eyni zamanda onun mübahisəli mənzildən istifadə hüququnun yaranmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlməsi də ondan ibarətdir ki, birinci halda, yəni E.Adıgözəlovanının xx.xx.2009-cu ilədək mənzili tərk etməsi halında o, mənzilə istifadə hüququnu itirmişdisə, ikinci halda, y əni onun xx.xx.2009-cu ildən mənzilə qeydiyyata düşməsi, ümumiyyətlə, istifadə hüququnun yaranmasına əsas deyildi. Hətta birinci instansiya məhkəməsi özü də mövcud olmayan hüquqa xitam verilməsinin istisna olunduğunu qeyd edərək, bunu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2 və 9-cu maddələri ilə əsaslandırmışdır.

63. Qətnamədən də görünmür ki, E.Adıgözəlovanın mənzildən istifadə hüququnun itirilməsini qət edərkən birinci instansiya məhkəməsi onun hansı vaxtdan əmələ gələn istifadə hüququna xitam vermişdir.

64. Həmçinin məhkəmə kollegiyası bir xüsusatı da qeyd edir ki, Cavabdeh iddiası üzrə cavabdeh qismində qoyulan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Deparatamenti, həmin Departamentin 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birli yi və həmin Birliyin 78 saylı Mənzil İstismar sahəsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxslər qismində qeyd edilmişdir. Halbuki mülki-prosessual qanunvercilikdə cavabdeh və üçüncü şəxslər hüquq və vəzifələrin dairəsi baxımından prosesdə fərqli statusa malikdirlər.

65. Mübahisədə adı keçən yaşayış sahəsinin tərəflərdən hər hansı birinin mülkiyyətində olması müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsinin mülkiyyət və məhdud əşya hüququna dair Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəllənin normalarına istinad etməsi də işin hallarına uyğun olmamışdır.

66. Eyni zamanda göstərilən bu məsələlərə apellyasiya instansiyası məhkəməsi də aydınlıq gətirməmiş, üstəlik, qətnaməni ləğv edib, yeni qətnamə çıxaran apellyasiya instansiyası məhkəməsi Mülki Məcə llənin 139.1, 146.1-146.3, 146.5, 178.1, 178.7, 180-ci, Torpaq Məcəlləsinin 111.1-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddələrini tətbiq etməklə, həmin maddələrin hazırki işin hallarına nə kimi aidiyyətini əsaslandırmamışdır.

67. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin normaların məzmundan görünür ki, bu normalar tamamilə fərqli hüquq münasibətlərinə aid normalardır və hazırki işin halları baxımından tərəflər arasındakı yaranmış münasibətlərə aid deyil. Halbuki Mülki Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları r ədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

68. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh müvafiq subyektiv hüquq malik olmaması barədə gəldiyi nəticə də yuxarıda qeyd edildiyi kimi mənzilin statusunun müəyyən edilməməsi baxımından əsaslı sayıla bilməz. Buna görə də mənzilin statusu, bundan irəli gələrək Cavabdeh həmin mənzilə hüququ, bu hüququn yaranma vaxtı və iddiaçı E.Adıgözəlova ilə müqayisədə onun bu hüququnun həcmi, mənzildə kimin yaşaması, tərəflər arasında hüquq münasibətlərinin yaranma vaxtı və s. bu kimi zəruri hallar müəyyən edilmədən onun müvafiq subyektiv hüququnun olmaması barədə gəlinən nəticə düzgün olmamışdır.

69. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin g örə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı h esab etmir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

73. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh E.Adıgözəlovaya qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etmə lidir.

74. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5522/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh E.Adıgözəlovaya qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar