Məhkəmə qərarları › İş №2(102)-5766/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5766/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5766/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və başqalarına, Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5766/21 (Açar sözlər: əmlak mübahisəsi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili Xankişiyev Yaşar Abdulla oğlunun, Cavabdeh2, vəkili Eyubova Çimnaz Hüseyn qızının, Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh3 Həmid oğlu, Cavabdeh2 və Cavabdeh1 qarşı (üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏD RX-in 2 saylı Ərazi İdarəsi olmaqla) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi və əmlak tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-253/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh2 09 iyun 2009-cu ildə ailə qurmuş, birgə nikahdan 22 mart 2010-cu il tarixdə X4 oğlu və 08 avqust 2011-ci il tarixdə X5 oğlu adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 30.08.2 017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikah münasibətlərinə xitam verilmişdir. Bundan sonra tərəflər arasında əmlak mübahisələri başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mkr. ev 1/2, mənzil 57 barəsində aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 04 oktyabr 2016-cı ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, ünvan 2, mənzil 35 barəsində aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 22 avqust 2017-ci ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, hər iki daşınmaz əmlak (mənzil) barədə çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar sənədləşdirmənin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinə həvalə edilməsi, Cavabdeh3 ilə birgə nikah dövründə qazanılmış əmlak üzərində bölgü apararaq dördə üç hissəsinin iddiaçıya, dördə bir hissəsinin isə Cavabdeh3 verilməsi, əmlaklardan ünvan 1 ünvanında yerləşən 57 saylı mənzilin tam olaraq iddiaçının mülkiyyətinə verilməsi, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin tərəflər arasında bərabər bölünməsi və dövlət rüsumu üzrə xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 57-də yerləşən ümumi sahəsi 66,7 kv.metr olan 3 otaqlı mənzilin iddiaçının payı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Behbudova) 01 iyul 2019-cu il tarixli, 2(060)-40/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təm in edilmiş, ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, 29 sentyabr 2016cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzili üzərində İddiaçı 3/5 hissədə, Cavabdeh3 2/5 hissədə mülkiyyət hüququnun tanınması, ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 ½ hissədə mülkiyyət hüququnun tanınması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

5. Cavabdeh3 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) 28.11.2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsi ilə Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apel lyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(060)-40/2019 nömrəli qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzili üzərində pay bölgüsü və mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzili üzərində İddiaçı ½ hissədə, Cavabdeh3 ½ hissədə payları müəyyən edilərək mülkiyyət hüquqları tanınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 21 noyabr 2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin, 2 otaqlı 33 nömrəli mənzilini 45450 manata X1 və yenə 21 no yabr 2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin, 3 otaqlı, 57 nömrəli mənzilini 57610 manata Cavabdeh3 adına alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi 33 saylı mənzilin satışının 57 saylı mənzilin əldə edilməsi ilə bağlı olması, başqa sözlə, yeganə yaşayış yeri olan 2 otaqlı mənzilini satıb mənzil şəraitini yaxşılaşdırmaq üçün 3 otaqlı mənzil alması barədə qarşılıqlı iddiaçının dəlillərini inandırıcı və ağlabatan hesab etmişdir.

9. Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin alqı-satqının etibarsızlığı üçün əsasların olmaması müəyyən edilsə də, bu hal 57 saylı mənzilin alınmasında Cavabdeh2 məxsus mənzilin satışından əldə olunmuş vəsaitin sərf edildiyini inkar etmək üçün əsas hesab oluna bilməz. Bu hal işin faktiki halları ilə öz təsdiqini tapır.

10. Cavabdeh3 və Cavabdeh2 qətnamə ilə razılaşmayaraq qətnamədən kassasiya şikayətləri vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Şamayev, E.Vəliyeva və Z.Əliyev) 2(102)-2379/2020 saylı 10 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsi qismən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzillə bağlı İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidə n baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına ə ldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

13. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, “Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə digər tələblərlə yanaşı ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, 29 sentyabr 2016cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Lakin, etibarsız hesab olunan müqavilənin tərəfi olan və bununla da qətnamənin hüquq və vəzifələrinə toxunması ehtimal olunan Cavabdeh5 Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2019-cu il tarixli iclasında cavabdeh qismində cəlb edilsə də (halbuki, Azərbaycan Respublikası 51.3-cü maddəsinə zidd olaraq bununla bağlı iddiaçının razılığı alınmamışdır), birinci instansiya məhkəməsi tərəfindən sonuncuya bildirişlər mübahisələndirilən mənzilə (yəni, onun faktiki yaşamadığı ünvana) göndərilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə sonuncu məhkəmə iclaslarının vaxtı və yeri barədə ümumiyyətlə məlumatlandırılmamışdır.” Apellyasiya instansiya məhkəməsində ikinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov) 12.03.2021-ci il tarixli, 2(105)-253/2021 nömrəli qətn aməsi ilə Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(060)-40/2019 nömrəli qətnaməsi qismən –Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 ünvanında yerləşən, 57 saylı mənzilə payların müəyyən edilməsi hissəsində ləğv edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 ünvanında yerləşən, 57 saylı mənzil üzərində ½ pay hüququ üzrə İddiaçı, ½ pay hüququ üzrə Cavabdeh3 mülkiyyət hüququ tanınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, mənzilin tərəflərin birgə nikahları dövründə birgə gəlirləri hesabına əldə edilməsi öz təsdiqini tapdığı halda, həmin mənzilin məhz cavabdehin atasının vəsaiti (mənzilin satışından əldə etdiyi vəsaitin hesabına əldə edilməsi) hesabına alınmasını sübut etmək vəzifəsi ilkin iddiaçının deyil, cavabdehin və qarşılıqlı iddiaçının üzərinə düşdüyündən, sonuncular da bunu təsdiq edən kifayət qədər sübutlar təqdim etmədiyindən, mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin tərəflərin (İddiaçı ilə Cavabdeh3) ümumi birgə gəlirləri hesabına əldə edilməsi kimi dəyərləndirilməlidir.

17. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, ünvan 6 ünvanında yerləşən, 57 saylı mənzilə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə1241 reyestr nömrəli, 29 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə almadan, mülki qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh2 evinin satışından əldə etdiyi vəsaiti ərarvadın ümumi gəli ri hesab etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etirazı daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdeh2 vəkili Eyubova Çimnaz Hüseyn qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı vəkili Xankişiyev Yaşar Abdulla oğlu kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh3 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

24. Maddə. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak o nların ümumi birgə mülkiyyəti sayılır.

25. Maddə. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığ ı hər hansı sair əmlak daxildir.

26. Maddə. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

27. Maddə. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sa hibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

31. Maddə. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Kollegiya ilk növbədə onu qeyd edir ki, hazırkı icraatda apellyasiya instansiyasının qətnaməsi cavabdehlərdən Cavabdeh2 kassasiya şikayəti əsasında yoxlanılır. Kassatorun şikayəti onun qarşılıqlı iddiasının təmin olunmaması ilə bağlıdır. Qarşılıqlı iddia Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 1/2, mənzil 57-də yerləşən ümumi sahəsi 66,7 kv.metr olan 3 otaqlı mənzilin onun payı hesab edilməsi barədə idi. Ona görə kassasiya məhkəməsi qətnaməni həmin hissədə yoxlayır.

36. Kassatorun şikayəti əsaslı deyil. Ona görə ki, kassatorun tələbinin təmin olunması üçün hüquqi əsaslar yoxdur.

37. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırırdı ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 ünvanında yerləşən, 57 saylı mənzil oğlu Ceyhunun adına alqı-satqı olunsa da mənzilin dəyəri onun vəsaiti hesabına ödənildiyi üçün mənzil tam olaraq ona məxsusdur.

38. Kassatorun həmin əsasla oğlu Ceyhunla mənzilin keçmiş mülkiyyətçisi olmuş Cavabdeh5 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin eti barsız hesab olunması barədə iddia irəli sürmüş və nəticə etibarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(105)- 870/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra həmin mənzilin pay olaraq Cavabdeh2 məxsus olması iddiasının təmin olunması üçün əsaslar qalmamışdır.

39. Mübahisəli mənzilin alınması zamanı vəsaitin bir hissəsinin kassator tərəfindən verilməsi halı həmin tələbin təmin olunması üçün əsas ola bilməz. Qeyd olunan məsələ Cavabdeh3 ilə onun keçmiş arvadı İddiaçı arasında əmlakda payların qeyri- bərabər hissədə müəyyən edilməsi zamanı nəzərə alına bilərdi. Nə qədər ki, Cavabdeh3 qətnamədən kassasiya şikayəti verməmişdir, həmin məsələ ilə bağlı dəyərləndirmə aparılmasına da zərurət yoxdu r.

40. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.

41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi kassatorun şikayəti ilə bağlı işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-253/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar