Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5767/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı “evin alınmasına ödənilmiş məbləğin ötən dövr üçün indeksasiyası hesablanmaqla geri ödənilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh və X4 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddəti, sübutetmə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi ), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)71/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1996-cı ildə X4 qohumu Cavabdeh İ ddiaçı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 12500 ABŞ dollarına satılmasına dair şifahi razılıq əldə etmişlər. Rəsulov X12 Kamil Nəcəf oğluna evin dəyərindən 6266 ABŞ dollarını ödəmiş, qalan hissəsini də sonradan ödənilməsinə razılaşaraq ailəsi ilə birlikdə həmin evinə köçmüşdür. Lakin, sonradan İddiaçı evin dəyərinin qalan hissəsini ödəyə bilməmiş, Cavabdeh verdiyi pulun geri qaytarılması müqabilində evdən çıxmasını təklif etmişdir. Cavabdeh pulu geri qaytara bilmədiyindən, sonradan isə qaytarılmalı olan vəsait barədə razılığa gələ bilmədiklərindən İddiaçı evdə yaşamaqda davam etmişdir. Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X8 tərəfindən cavabdehlər İddiaçı, X14, X21, X22, X23, X24, X15 və X18 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə, sonuncuların ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdehlər İddiaçı və X25 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin 09 iyul 2014-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X8 və X1 birgə mülkiyyətində olan ünvan 3 ünvanlı fərdi yaşayış evinə aid olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasportunun və 8818/5118 nömrəli Qeydiyyat Vərəqəsinin İddiaçı a lınaraq X8 və X2 verilməsi, X8 və X1 ünvan 1 saylı evə köçürülmələri qət edilmişdir. Həmin qətnamədən də cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin 03 aprel 2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X4 və X1 cavabdehlər İddiaçı, X14, X21, X22, X23, X24, X15, X18, X19 və X16 qarşı iddiaçıların mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən son 3 ildə istifadə etdiklərinə görə kirayə haqqı kimi 3600 manat pulun müştərək qaydada alınıb iddiaçılara verilməsi, qanunsuz tikinti-quraşdırma işləri aparılıbsa cavabdehlərin öz h esabına sökülərək inşaat materiallarının onların mülkiyyətinə verilməsi, cavabdehlərdən iddiaçılara vurulmuş 88000 ABŞ dolları pulun qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb iddiaçılara verilməsi tələbinə dair ilk iddialarının təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərardadına əsasən iddiaçılar X8 və X1 iddia tələblərinin mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, evinin və həyətyanı torpaq sahəsinin onun təhvil verdiyi kimi yararlı qaydada ona təhvil verilməsi ilə bağlı hissəsinə xitam verilməsinın nəzərə alınması, qarşılıqlı iddianın X25, X30, X31, X32, X33, X26, X28, X17 və X10 iddialarına münasibətdə təmin edilmə məsi, qarşılıqlı iddia tələbinin İddiaçı iddiasına münasibətdə qismən təmin edilməsi, 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq qarşılıqlı iddia üzrə İddiaçı verilməsi, İddiaçı qarşılıqlı iddia tələbinin X8 və X2 qarşı hissəsi və qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin “qarşılıqlı iddia tələbi İddiaçı iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkə mə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilmiş, hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X8 və X6, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(075)-9/2018 nömrəli qətnaməsinin onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh apellyasiya şikayətinin təmin olunması, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsinin “qarşılıqlı iddia tələbi İddiaçı iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissələrində ləğv edilərək, hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 may 2019-cu il tarixli qərarı ilə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qərardadından verilmiş olduğu kassasiya şikayəti qismən təmin olunmuş və Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qərardadı – “hazırki mül ki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə İddiaçı ərizəsi baxılmamış saxlanılmışdır. Həmçinin Ali Məhkəmənin 19 noyabr 2019-cu il tarixli, 2(102)-7184/2019 nömrəli qərarı ilə iddiaçı X8 və cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 06 yanvar 2017-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən X4 mülkiyyətində olan yaşayış evində və evin həyətyanı sahəsində yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin ümumi dəyərinin 18539,00 manat, o cümlədən ustaların əmək haqqısının 8612 manat və istifadə edilmiş tikinti materiallarının dəyərinin 9927 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 17 avqust 2017-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə inflyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 21955,48 ABŞ dolları təşkil etməsi müəyyən edilir. İş materiallarında olan 25 aprel 2017-ci il tarixli və 05 sentyabr 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə inflyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 19955,48 ABŞ dolları təşkil etməsi müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh və X5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün Cavabdeh nağd şəkildə ödədiyi 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının, məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə; ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurması üçün çəkdiyi xərclərin, konkret olaraq - 18539 manatın; 2013-cü ildən, yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hə r keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199,5 ABŞ dolları olmaqla, 22 il üçün toplam 4389 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə, evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%, yəni 1853 manatı əlavə etməklə, ümumilikdə 24344,48 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 manatın, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildə Cavabdeh ünvan 1 ünvanında yerləşən evi almışdır. Evin dəyərindən 6266 ABŞ dollarını ödəmişdir. Həmin ev faktiki olaraq Cavabdeh məxsus olsa da, X4 adına olmuşdur. Onlar evin dəyərini 12500 ABŞ dolları na razılaşdırsalar da, iddiaçı qalan pulu ödəyə bilmədiyindən Cavabdeh ödədiyi məbləği qaytarması müqabilində evdən çıxmasını təklif etmişdir. Lakin Cavabdeh aldığı pulu qaytarmağa imkanının olmadığını bildirmiş, sonra Cavabdeh Rusiya Federasiyasına getmiş, beş-altı il keçdikdən sonra qayıtdıqda iddiaçı yenidən cavabdehə ödədiyi məbləği qaytarması müqabilində evdən çıxmasını, sonuncu isə pulunun olmadığını bildirdikdə o, hətta Kamilə ödədiyi pulun bir hissəsini, yəni 3000 ABŞ dolları pulu qaytarmasını və ona kirayəyə ev tapmasını və qalan pulu isə hissə-hissə ödəməsini təklif etmişdir. Bu təklifinin üstündən təxminən 10 il müddət keçdikdən sonra Cavabdeh Rusiya Federasiyasından qayıdaraq, iddiaçıya ödədiyi məbləği geri qaytarmaq istədiyini bildirmişdir. Lakin həmin müddət ərzində həm evlər in qiymətləri dəfələrlə artdığından, həm də həmin evə kifayət qədər pul vəsaiti sərf etdiyindən razılaşmamışdır. İddiaçı 1996-cı ildə Kamilə verdiyi 8266 ABŞ dollarına pulu verdiyi vaxt başqa bir ev ala bildiyi halda, 20112012-ci illərdə həmin pula hər hansı bir ev ala bilməməsini göstərmiş, bu səbəbdən də Cavabdeh təklifini qəbul etməmişdir. İddiaçı ailəsi ilə birlikdə 20 ildən artıq bir müddətdir ki, həmin evdə yaşayır və oraya kifayət qədər xərc çəkmişdir. Cavabdeh iddiaçının çəkdiyi xərcləri, həm də 6266 ABŞ dollarının bu günə olan indeksasiyası ilə pulunu ödəsə evdən çıxar. Yaşadığı 20 ildən artıq bir vaxtda, o və ailəsi həmin evə külli miqdarda maddi vəsait sərf etmiş, bundan başqa bütün ailə üzvləri ilə birlikdə, böyük fiziki zəhmətlər çəkmişlər. Belə ki, evin hər iki yaşayış otağı tam şəkildə təmir edilmiş və yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. İddiaçı hər iki otağın döşəməsindən tavanına qədər tikinti materialları istifadə edilməklə təmir edilmiş və bu təmir işlərinə, ilbəil cari təmir işləri də əlavə edilməklə, təxminən 19000 manat sərf etmişdir. Bundan başqa iddiaçı tərəfindən evə 600 metr məsafədən su xətti çəkilmiş, həmin xəttin çəkilişinə 5000 manatdan artıq pul vəsaiti sərf edilmişdir. Ayrıca olaraq həmin evdə tikdirdikləri hamam üçün 4000 manatdan artıq pul vəsaiti sərf etmişlər. Tərəfindən elektrik və qaz xətləri sıfırdan yenilənmiş və bu işlərə 1000 manatdan artıq vəsait sərf edilmişdir. İddiaçılar Cavabdeh və X8 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən 54000 manat maddi və 5000 manat mənəvi ziyanın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən evin faktiki sahibidir, lakin evin tikilməsinə razılıq verilməsinə dair 1986-cı il tarixli qərarı qaynı X4 adına almış, ev tikildikdən sonra sonuncunun adına qeydiyyata alınmışdır. 19931995-ci illərdə borcları yarandığından həmin evi satmaq qərarına gəlmiş, qardaşı Firuddun da həmin vaxt evin alıcısı kimi İddiaçı onun yanına gətirmişdir. Onlar evi 13500 ABŞ dollarına satılmasına razılaşmış, cavabdeh pulu 1-2 ay ərzində ödəyəcəyini demişdir. Lakin İddiaçı razılaşdırılmış pulu aralarında müəyyənləşdirilmiş vaxtında ödəyə bilməmiş, bununla belə sonuncunun qalacaq yeri olmadığından, onun evdə qalmasına razılaşmışd ır. İddiaçı bir il müddətində onun ünvan 4 ünvanında yerləşən evində qalmış, həmin bir il müddətində evin dəyərindən 6266 ABŞ dolları pul ödəmişdir. İddiaçı aldığı 6266 ABŞ dollarını xərclədiyindən onun Nazimə qaytaracaq pulu olmamışdır. Bu səbəbdən də pul qazanmaq məqsədi ilə Rusiya Federasiyasına getmişdir. 5-6 il sonra, yəni 2001-2002-ci illərdə o, Rusiyadan Şəki şəhərinə qayıtmış və İddiaçı ilə görüşmüş, sonuncu 3000 ABŞ dolları pulu nağd verməsini, qalan 3266 ABŞ dollarının isə sonradan qaytaracağı qarşılığında evdən kirayəyə çıxmasını təklif etmişdir. Lakin, o, pul qazana bilmədiyindən Nazimə verəcək pulu olmamışdır. Buna görə də İddiaçı həmin evdə yaşamağa davam etmişdir. Sonra o, yenidən Rusiyaya getmiş və bir də 2010-2011-ci ildə Şəki şəhərinə qayıtmış, İddiaçı evdən çıxması qarşı lığında 20000 ABŞ dolları pul verməsini təklif etmiş, lakin sonuncu bu təkliflə də razılaşmamışdır. Bundan sonra aralarında məhkəmə mübahisələri olmuşdur. Hesab edir ki, İddiaçı evdən çıxmamaqla ona maddi və mənəvi zərər vurmuşdur. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi ilə (hakim F.C.İmanov) ilkin iddia tələbi qismən təmin edilmiş, 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin əsassız hesab edilərək qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh və X4 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan məbləğinin alınaraq onlara ödənilməsinə dair iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə Mülki Məcəlləsinin 152.1, 152.5, 157.7, 385.1, 386.1, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən İddiaçı öz ailə üzvləri ilə birlikdə mübahisələndirilən evdən çıxarılmaları qərara alındığından, lakin İddiaçı verdiyi 6266 ABŞ dolları Cavabdeh tərəfindən qaytarılmadığından, sonuncu İddiaçı hesabına qanuni və hüquqi əsasları olmadan 6266 ABŞ dolları pul əldə etmişdir. Lakin, onun bu cür varlanmaya haqq qazandıran qanuni əsası və ya müqavilə əsasları olmam ışdır. Buna görə də, İddiaçı Cavabdeh verdiyi 6266 ABŞ dollarının ötən müddətlə müqayisədə hazırki indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarını tələb etməkdə haqlıdır. Məhkəmə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini əsas götürərək hesab etmişdir ki, İddiaçı Cavabdeh vermiş olduğu 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları ilə bağlı hissəsinin Cavabdeh ilə yanaşı X3 tələb edilməsi ilə bağlı hissəsinə münasibətdə 6266 ABŞ dollarının yalnız iddiaçı tərəfindən Cavabdeh verilməsini, həmin məbləğin hər han sı bir hissəsinin X5 verilməməsini, həmin məbləğin geri qaytarılması ilə bağlı X4 hər hansı bir öhdəliklərinin yaranmamasını nəzərə alaraq, iddianı əsassız hesab etmişdir. Bundan başqa ilkin İddiaçı məhkəmə iclasında özü bildirmişdir ki, 20 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə X4 mülkiyyətində olan qeyd edilən mübahisəli evdə yaşayırlar. Həmin qeyd edilən müddətdə hər hansı kirayə haqqı ödəməmiş, həmçinin həmin evdə ailə üzvlərinin daha əlverişli şəraitdə yaşamalarının təmin edilməsi məqsədilə yaxşılaşdırma işləri aparmışlar. Həmçinin Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli nömrəli qətnaməsinə əsasən X8 tərəfindən İddiaçı, X14, X21, X22, X23, X24, X15 və X18 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən evdən onların istifadə hüquqlar ına xitam verilməsi qərara alınmışdır. Keçən müddət ərzində iddiaçı və ailə üzvləri mübahisəli evi tərk etməmiş, indiyədək də həmin evdə yaşamaqda davam edirlər. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq, ilkin iddia tələbinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurması üçün çəkdiyi xərclərin, konkret olaraq - 18539 manatın, 2013-cü ildən yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199,5 ABŞ dolları olmaqla, 22 il üçün toplam, 4389 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məz ənnəsi ilə və evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 manatı əlavə etməklə ümumilikdə 24344,48 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 manatın cavabdehlərdən alınaraq ona ödənilməsinin cavabdehlərə hər hansı bir aidiyyətinin olmamasını nəzərə alaraq, iddia tələbinin həmin hissəsini də əsassız hesab edir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçılar Cavabdeh və X4 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyanla bağlı tələblərinə münasibət bildirərək hesab etmişdir ki, onlar İddiaçı tərəfindən onlara 54000 manat maddi və 5000 manat mənəvi ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutunu (sənədini) məhkəməyə təqdim etmədikləri üçün qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidi r. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsinin ilk iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və X8 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmuş və qarşılıqlı iddianın rədd edilmiş hissələrində ləğv edilməsi və ilk iddianın tam rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 nömrəli qətnaməsi ilə (ha kim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.İ.Məlikovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) İddiaçı, cavabdehlər Cavabdeh və X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşmış və apellyasiya şikayətlərində göstərilənlərə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apellyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətin in və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 nömrəli qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və ilk iddiada istinad edilən dəlillərlə əsaslandırılmışdır. Həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı i ddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iddiaçının verdiyi pul vəsaiti beh olmuş və Mülki Məcəllənin 492.2-ci maddəsinə görə müqavilənin icra edilməməsi üçün məsuliyyəti iddiaçı daşımalıdır. Bundan əlavə məhkəmələr ilkin iddiaya münasibətdə iddia müddətini tətbiq etməmişlər. Belə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni birinci instansiya məhkəməsin in dəftərxanasına təqdim etmiş, lakin məhkəmə həmin ərizəni təmin etməmiş, apellyasiya məhkəməsi isə bununla başlı apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiy ası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı olan tərəflərlə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 358.1-ci maddəsinə əsasən səlahiy yətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məh kəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müq avilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə ol muş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 78-ci maddəsinin birinci hissəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video ya zıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hü quq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktl arda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilk olaraq hər iki kassasiya şikayətinin dəlilərinə iddiaların rədd edilmiş hissələrinə münasibətdə hüquqi qiymət verərək, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razlaşır. Belə ki, həm ilk iddia tələblərinin təmin olunmayan hissəsinin, həm də qarşılıqlı iddia tələbinin həlli sübutetmədən asılı olmuş və aşağı instansiya məhkəmələri tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, iddiaçılar iddia tələblərinin əsasını sübut edə bilməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia tələblərinin təmin olunmayan hissəsində, həm də qarşılıqlı iddia tələbinin rədd edilməsin də maddi və prosessual hüquq normalarına uyğun olmuş və kassasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissələrə ləğvi üçün əsas ola bilməz. Lakin ilk iddianın təmin olunmuş hissəsi üzrə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq olunmamışdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, məhkəmə ilk iddianın təmin olunmuş hissəsinə hüquqi qiymət verərkən hesab etmişdir ki, həmin tələb üzrə Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlanmışdır. Lakin məhkəmə əsassız varlanmanın nədən irəli gəlməsini əsaslandırmamışdır. Halbuki, məhkəmələrin müəyyən etdikləri hallar ondan ibarət olmuşdur ki, mübahisələndirilən daşınmaz əmlak X11 mülkiyyətində olsa da, Cavabdeh tərəfindən sərəncam verilərək 1996-cı ildə İddiaçı istifadəsinə verilmiş və alqı-satqı məqsədi ilə sonuncu cavabdehə 6266 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Evin mülkiyyətçisi buna etiraz etməmiş və iddiaçı uzun müddət ərzində həmin evdə faktiki yaşamaqla ondan istifadə etmişdir. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, iddiaçının və ailə üzvlərinin mübahisələndirilən evdən istifadə hüquqlarına məhkəmə qətnaməsi ilə kompensasiya ödənilməklə xitam verilmişdir. Yəni, göstərilənlər ona dəlalət edir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququ onun ödədiyi pul vəsaiti hesabına yaranmış və sonradan həmin hüquqa xitam verilməsi üçün məhkəmə tərəfindən artıq kompensasiyanın ödənilməsi qət edilmişdir. Belə olan halda, iddiaçının təkrarən ödədiyi pul vəsaitin tələb edilməsi və ona indeksasiyanın hesab lanmasının maddi hüquq normalarına uyğunluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmamış, cavabdehin əsassız varlanması qənaətinə gəlinərkən işin faktiki hallarına Mülki Məcəllənin 358-ci maddəsinin tələbləri baxımdan hüquqi qiymət verilməmiş, iddiaçının evdə yaşamasının və ondan istifadə etməsinin, istifadə hüququna xitam verildikdə isə kompensasiyanın ödənilməsinin cavabdehin əsassız varlanmasının aradan qaldırıb-qaldırmaması məsələləri araşdırılmamışdır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, Cavabdeh 10 yanvar 2020-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı iddiasının iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin həmin ərizəsinə münasib ət bildirməmiş və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərinin biri də məhz bununla bağlı olmuşdur. Lakin apellyasiya məhkəməsi tərəfindən də ilk iddiaya iddia müddətinin tətbiq edilməli olması məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına əsasən tələb olunan pul vəsaiti iddiaçı tərəfindən cavabdehə 1996-cı ildə verilmiş və ötən müddət ərzində o, həmin vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakç ılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməl i olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları nor malarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edildiyi, yəni “6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Şəki Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)-71/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5767/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5767/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver