Məhkəmə qərarları › İş №2(102)-577/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-577/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-577/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Məmmədov Amid Əbülfəz oğlu, cavabdeh x2 və cavabdehin vəkili Tağıyev Aqil Tofiq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(003)-191/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Əkbərov) iddia qismən təmin edilmiş, 22 iyul 2015-ci il tarixli 115616-1-8034/3/1 saylı kredit müqaviləsinə əsasən 109435,29 ABŞ dolları məbləğində əsas borc, 12247,63 ABŞ dolları məbləğində faiz borcu, 800,00 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 122482,92 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldiməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun x2ndan və x3 birgə qaydada tutularaq x1nin xeyrinə ödənilməsi, tələbin x4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,025424 ha torpaq sahəsində yerləşən 253,86 m2 ümumi, 113,90 m2 yardımçı, 139,96 m2 yaşayış sahəsindən, A və B literlərindən ibarət olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinə və onun tərkib hissələrinə (30,6 m2 tikintialtı sahəsi olan həyətyanı tikili və qurğular) yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 96500 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına x2nun x1nə olan borcunun ödənilməsi, 31 iyul 2013-cü il tarixli 1156-18034 saylı Baş kredit razılaşmasının ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.Kərimli (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Xəlilov, 2(103)-5247/2019 saylı mülki iş) iddiaçı x1-nin cavabdehlər x2na, x4, x3, x5, x6, x7, x8 və x9 qarşı borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata x4 qarşı hissədə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Xəlilov, 2(103)-5247/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(003)-191/2018 saylı qətnaməsi qismən - “Tələb x4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,025424 ha torpaq sahəsində yerləşən 253,86 m2 ümumi, 113,90 m2 yardımçı, 139,96 m2 yaşayış sahəsindən, A və B literlərindən ibarət olan ikimərtəbəli cəmi 8 otaqlı fərdi yaşayış evi və onun tərkib hissələrinə (30,6 m2 tikintialtı sahəsi olan həyətyanı tikili və qurğular) yönəldilməsi, mənzilin ilkin satış qiyməti 96500 (doxsan altı min beş yüz) manat müəyyən edilməklə açıq hərra cda satılması və onun satışından əldə olunmuş vəsait hesabına x2nun x1nə olan borcu ödənilsin.” hissəsində ləğv edilməsi, hazırkı iş üzrə 16 iyul 2019-cu il tarixli 2(103)-5247/2019 saylı qərardadla x4 qarşı hissədə icraata xitam verilməsinin nəzərə alınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2na, x4, x3, x5, x6, x7, x8 və x9 qarşı borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2nun 22 iyul 2015-ci il tarixli 115616-1-8034/3/1 saylı Kommersiya krediti müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixə banka borclu olduğu 109435,29 ABŞ dolları məbləğində əsas borcun, 12247,63 ABŞ dolları məbləğində faiz borcunun və 8888 ABŞ dolları məbləğində c ərimənin, cəmi 130570,92 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər x2ndan və x3 müştərək qaydada alınaraq x1-yə ödənilməsi, tələblərinin xüsusi mülkiyyət hüququ ilə x4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,02524 ha torpaq sahəsində yerləşən 253,86 m2 ümumi, 113,90 m2 yardımçı, 139,96 m2 yaşayış sahəsindən, A və B literlərindən ibarət olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinə və onun tərkib hissələrinə (30,6 m2 tikintialtı sahəsi olan həyətyanı tikili və qurğular) (ipoteka predmeti 96500 man at məbləğində qiymətləndirilməklə) yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin x1-yə ödənilməsi, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması, 31 iyul 2013-cü il tarixli 115616-1-8034 saylı Baş kredit razılaşmasının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh x2 və cavabdehin vəkili Tağıyev Aqil Tofiq oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə icl asın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı x1 ilə cavabdeh x2 arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 115616-1-8034 saylı Baş kredit razılaşmasına əsasən bank kredit alana 31 iyul 2013-cü il tarixindən 31 iyul 2023-cü il tarixədək ******* ABŞ dolları məbləğində kredit xətti açmışdır. 31 iyul 2013-cü il tarixdə bankla x2 arasında 115616-1-8034/1 saylı Kommersiya krediti müqaviləsi bağlanaraq biznesin inkişafı üçün 36 ay müddətinə, illik 17% hesabı ilə 105000 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. 22 avqust 2013-cü il tarixdə onlar arasında 115616-1 -8034/2 saylı Bərpa olunan kredit xətti müqaviləsi bağlanaraq biznesin inkişafı üçün 36 ay müddətinə, illik 17% hesabı ilə 75000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açmaq barədə razılığa gəlmişlər. 04 sentyabr 2014-cü il tarixdə onlar arasında 115616-1-8034/3 saylı Kommersiya krediti müqaviləsi bağlanaraq biznesin inkişafı üçün 36 ay müddətinə, illik 17% hesabı ilə 30000 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. Daha sonra kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması ilə aylıq ödəniş yükünün azaldılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə bank arasında bağlanmış “1156161-8034/1 saylı, 115616-1-8034/2 saylı, 115616-1-8034/3 saylı “Kommersiya krediti müqavilələrinə dəyişiklik və əlavələr edilməsi b arədə” 01 saylı 22 iyul 2015-ci il tarixli Razılaşmaya əsasən x2nun 171912 ABŞ dolları məbləğində borcu 26 ay müddətinə 04 sentyabr 2017-ci il tarixinədək illik 17% hesablanmaqla kapitallaşdırılmışdır. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə bankla cavabdeh x4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında istifadədə olan 0,025424 ha torpaq sahəsində yerləşən 253,86 m2 ümumi, 113,90 m2 yardımçı, 139,96 m2 yaşayış sahəsindən, A və B literlərindən ibarət olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evi və onun tərkib hissələri (30,6 m2 tikintialtı sahəsi olan həyətyanı tikili və qurğular) x1-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi x3 ilə bu barədə 31 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər x2 və x3 kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etmədiyindən borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 13 noyabr 2018-ci il tarixli 22488 saylı rəyi ilə müəyyən edilmişdir ki, 22 iyul 2015-ci il tarixli 115616-1-8034/3/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh x2nun 13 oktyabr 2016-cı il tarixə iddiaçıya olan əsas borcu 109435,85 ABŞ dolları, faiz borcu 15968,51 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) ke çirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəmə si iddiaçı bankın şikayətinin dəlilləri ilə bağlı hesab etmişdir ki, tələb olunan 8888 ABŞ dolları məbləğində cərimə tənasübsüz dərəcədə yüksək olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq cərimə məbləğini azaldaraq 800 ABŞ dolları məbləğində müəyyən etmişdir. İddia tələbinin mənzilin boşaldılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla həmin tələb konkret olmamaqla Azərbaycan Respublikası MPMin 223.1-ci maddəsində nəzərdə tutulmuş meyarlara cavab vermir. Bundan əlavə, ipoteka predmeti olan mənzilin mülkiyyətçisi x4 hazırkı iddia ərizəsi məhkəməyə daxil olmamışdan 1 il 4 ay əvvəl vəfat etdiyinə görə hazırkı iş üzrə 16 iyul 2019-cu il tarixli 2(103)-5247/2019 saylı qərardadla ona qarşı hissədə icraata xit am verilməsi nəzərə alınmışdır. Cavabdeh x2 şikayətində borcunun əksər hissəsini ödədiyini, borcun şişirdildiyini və ona əsassız cərimə borcu hesablandığını bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Hətta birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tənasübsüz dərəcədə hesablanmış dəbbə pulunu da borclunun əmlak mənafelərini nəzərə alaraq əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən - “Tələb x4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,025424 ha torpaq sahəsində yerləşən 253,86 m2 ümumi, 113,90 m2 yardımçı, 139,96 m2 yaşayış sahəsindən, A və B literlərindən ibarət olan ikimərtəbəli cəmi 8 otaqlı fərdi yaşayış evi və on un tərkib hissələrinə (30,6 m2 tikintialtı sahəsi olan həyətyanı tikili və qurğular) yönəldilməsi, mənzilin ilkin satış qiyməti 96500 (doxsan altı min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına x2nun x1nə olan borcu ödənilsin.” hissəsində ləğv etməklə, 16 iyul 2019-cu il tarixli 2(103)5247/2019 saylı qərardadla x4 qarşı hissədə icraata xitam verilməklə, qətnamənin qalan hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, ka ssasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar