Məhkəmə qərarları › İş №2(102)-577/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-577/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-577/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözləri: kredit borcunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə tələbinə dair mülki iş üzrə Şirvan Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1753/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli L002/2021/26 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanmış “RM/98598/88/26” saylı, xx.xx.2022-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 20 faiz olmaqla 38713 manat kredit verilmişdir.

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mül kiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 3 Cavabdeh3 ilə “Bank” arasında xx.xx.2021-ci tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmışdır. 3. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 xx.xx.2023-cü il tarixinə 33320 manat 0.62 qəpik əsas, 1926 manat 0.08 qəpik faiz, 899 manat 0.95 qəpik cərimə borcu vardır. Borclu hər ay 1438 manat 0.71 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2025-ci il tarixə kimi ödəməli idi. 4. 18.08.2023-cü il tarixli bildirişin və göndərilməsini təsdiqləyən xəbərnaməyə əsasən, İddiaçı ASC Cavabdeh3 mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdi rdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASCnin xeyrinə 33320.62 manat əsas, 1926.08 manat faiz və 899.95 manat cərimə borcunun cəmi 36146.65 manat borcun və ödənilmiş 202 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit alan Cavabdeh3 ödəniş ədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aramızda imzalanmış “Kredit Müqavilə”sinə əsasən “Ödəniş Cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

7. Məhkəmə cavabdehlər Cavabdeh4 2015-ci il təvəllüdlü, Cavabdeh6 2010-cu il təvəllüdlü və Cavabdeh5 2012-ci il təvəllüdlü uşaq olduqları üçün və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci və 28.3-cü maddələrinə əsasən məhdud fəaliyyət qabiliyyəti olduğundan, onları cavabdeh qismində tanımamışdır.

8. Şirvan şəhər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(032)-42/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/16xx-xx/1645 saylı rəyinə əsasən, Şirvan şəhəri, 28 May küçəsində yerləşən 6 saylı evin, 8 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 66000.0 manat məbləğində müəyyən edilir.

10. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdirlər.

11. Şirvan Şəhər Məhkəmə sinin 27 may 2024-cü il tarixli, e-2(032)42/2024 nömrəli qərardadı ilə (hakim Səidə Məmmədova) İddiaçı ASC-nin cavabdehlər Zulfııa Adıyevaya, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə dair iddianın cavabdehlər Zülfiyyə Adıyevaya, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı Şirvan şəhəri, 28 May küçəsi, ev 6, 8 nömrəli mənzildən çıxarılmaları və əmlakı boşaldaraq banka təhvil verilməsi hissəsində icraatına xitam verilmişdir.

12. Şirvan Şəhər Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(032)42/2024 nömrəli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh3 33320 manat 0.62 qəpik əsas, 1926 manat 0.08 qəpik faiz və 500 manat cərimə, cəmi 35746 0.70 qəpik borcu və dövlət rüsumu kimi ödənilmiş 197 manat 0.24 qəpik alınaraq İddiaçı ASC-yə verilməsi, tələb Cavabdeh3 məxsus ünvan 2 ünvanına yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 66000 manat müəyyən edilməklə ünvan 2 ünvanı açıq hərracda satılsın və əldə olunan vəsait hesabına Cavabdeh3 bank qarşısında olan 33320 manat 0.62 qəpik əsas, 1926 manat 0.08 qəpik faiz və 500 manat cərimə, cəmi 35746 manat 0.70 qəpik borcu və dövlət rüsumu kimi ödənilmiş 197 manat 0.24 qəpik pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, bankın kredit öhdəlikəri üzrə bütün cavabdehlərdən müştərək qaydada kredit borcunun tutulması barədə tələbi qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, “RM/98598/88/26” saylı Kredit sazişinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor İddiaçı ASC-yə ödəmədiyi üçün müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən də 33320.62 manat əsas və 1926.08 manat faiz borcu Cavabdeh3 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Digər cavabdehlər kredit alan şəxslə bank qarşısında nə zaminlik, nə də başqa bir öhdəlik götürmədiklərindən onlara münasibətdə tələb əsaslı ola bilməz.

14. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə gəldikdə isə məhkəmə qeyd etmişdir k i, müqavilə üzrə 500 manat məbləğində dəbbə pulunun tutulması məqsədəmüvafiqdir.

15. Tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olmuş ünvan 3 ünvanında yerləşən mənzilinə tutma yönəldilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, bank ilə Cavabdeh3 arasında kredit müqaviləsinin təminatı kimi ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunan vəsaitin banka olan borcun ödənilməsinə yönəldilməsi qanunamüvafiqdir.

16. Məhkəmə, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının rəyində əmlakın likvid dəyəri kimi göstərilmiş məbləğ ilə razılaşmış, müqavilənin bağlanma dövrü və hazırki bazar qiymətlərinə nəzərən ədalətli hesab etmiş və ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyərinə uyğun olaraq 66000 manat məbləğində müəyyən edilməsini ədalətli saym ışdır.

17. Mənzildə yaşayan Zülfiyyə Adyıeva, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 əmlakdan çıxarılmaları və əmlakı boşaldaraq banka təhvil verilməsi hissəsinə isə xitam verilməlidir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 399.1, 319.6, 442, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 39.3.3, 59.3-cü, Mülki-Prosessual Məcəllənin 77.1, 217.4, 261.0.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün halları, yən i tərəfindən ödənilmiş və faktiki borcunun nə qədər olmasını aydınlaşdırmamış, ipoteka müqaviləsi bağlanan zaman mənzilin dəyəri 45000 ABŞ dolları olmuş, həmin vaxtdan sonra daşınmaz əmlakın dəyərində ucuzlaşma olmamışdır. Həmçinin bankla arasında əldə edilmiş razılaşmaya əsasən cərimə və faiz borcları hesablanmadan əsas borcun yeni cədvəl üzrə ödənilməsi barədə razılıq əldə edilmiş, lakin iddiaçı bu razılaşmanı nəzərə almadan iddia ilə məhkəməyə müraciət etmişdir.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2024-cü il tarixli, 2(106)-1753/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Cavabdeh3 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin mülki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləği hissəsi ilə də razılaşmışdır. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənil ən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instasniya məhkəməsi kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq “məhz cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 500 manat məbləğində dəbbə pulunun tutulmasını qanuni və əsaslı hesab etmişdir.

24. Məhkəmə iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə də, əsaslıdır.

25. Kollegiya cavabdehin əmlakın likvid dəyərinin düzgün müəyyən edilməməsi və likvid dəyərin az məbləğdə müəyyən edilməsi bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmeti nin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı evin likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və likvid dəyər 66000 manat müəyyən edilmiş, cavabdeh birinci instansiya məhkəməsində ekspert in verdiyi rəylə razılaşmış, buna etiraz etməmiş, həmçinin yenidən ekspertizanın təyin edilməsi ilə bağlı vəsatət verməmiş, yalnız apellyasiya şikayətində əmlakın likvid dəyərini az hesab edərək mübahisələndirmiş və daha yüksək təyin edilməsini xahiş etmişdir.

26. Cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (yenidən qiymətləndirici təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apell yasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz.

27. Məhkəmə iclasında müəyyən edildiyi kimi Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və daşınmaz əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır.

28. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apellyasiya şikayətinin formal mülahizə hesab etmişdir, bu isə tərəflərin azad iradəsi əsasən bağlanmış müqavilə əsasında öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əsaslı hesab etmir. Həmçinin apellyasiya şikayətinin dəlilləri qanunauyğun və əsaslı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin hüquqi əsasını təşkil edə bilməməsi qənaətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların m əzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir.

29. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 445.1, 467-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin obyektiv hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasının aparılmaması, məhkəmənin gəldiyi nəticə əsaslandırılmadan, sübutlara istinad edilmədən, habelə maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə çıxarılmışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış və əsassız bir qətnamə qəbul etmişdir.

32. Müqavilə imzlanan tarix üzrə mənzilin dəyəri 45000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Hazırkı dövr üzrə daşınmaz əmlakın dəyərində ölkə üzrə ucuzlaşma müşayət edilmir. İddiaçı ASC ilə cavabdeh arasında olan müqavilənin icrası ilə əlaqədar gecikdirilmiş günləri nəzərə alaraq şifahi razılaşma əsasında cərimə və faiz borcları hesablanmadan əsas borcun yeni cədvəl üzrə ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin iddiaçı bu razılaşmanı nəzərə almadan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən xeyli miqdarda borc qaytarılmış, lakin bu kimi hallar qətnamədə öz əksini tapmamışdır. Əlavə olaraq bildirmişdir k i, iddia tələbi üzrə işə baxılarkən məhkəmə iclasları barədə bildirişlər məhkəmə iclasından sonra poçt vasitəsi ilə gəlmiş, ekspertizanın keçirilməsi ilə əlaqədar ekspertin yaşadığı ünvana gələrkən məlumatı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasl ar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 308.1. Ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir.

37. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdi rilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

40. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir.

42. Maddə

33. Borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin öd ənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

43. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(106)-1753/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar