Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5771/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5718/2017 saylı iş üzrə qəbul etdiyi 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, C avabdeh2 azyaşlı oğlu Cavabdeh1 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə istifadə hüququ olmayan şəxs hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(103)-4412/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Şamayev və X.Sarıyev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5718/2017 saylı iş üzrə qəbul etdiyi 30 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh2 qarşı “evə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilm əməsi, iddia ərizəsi və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh2 qarşı evə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə ünvan 1 ünvanda yerləşən** FM ***500 saylı 25 avqust 2005-ci ıl tarixli Qeydiyyat Vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Belə ki, qeyd olunan evə 2007-ci ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyata düşmüş və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Qeyd etmək istəyir ki, həmin cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 ona məxsus evdə qeydiyyatda olsalar belə, heç vaxt həmin evdə yaşamayıblar və evin kommunal xidmətlərinin ödənişlərində də iştirak etməyiblər. Onların bu qeydiyyatı formal xarakter daşımış və onlar faktiki olaraq başqa ünvanda bu günə kimi yaşayırlar. Qeyd olunan şəxslərin onun evində yaşamadıqlarını onların qonşuları ərazi üzrə 64 saylı Mənzil İstismar Sahəsinin nümayəndəsi də təsdiq etmişlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh1 azyaşlı olduğundan cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, eyni zamanda məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 azyaşlı oğlu Cavabdeh1 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktlar ı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalrını pozmuş, eləcə də işin faktiki hallarına hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və kompensaiya verilməklə ist ifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 aprel 2019-cu i l tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi f aktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia hissəsi üzrə məhkəmənin gəldiyi nəticəni mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətləndirilməyən ilk iddia üzrə hissəsi hazırki məhkəmə araşdırmasının predmeti ola bilməz. Belə ki, kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı) Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia ilə bağlı işin materialları üzrə gəldiyi nəticədən görünür ki, yalnız mülkiyyətçi ona məxsus əmlakla bağlı istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qarşılıql ı iddia üzrə gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 228.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qarşılıqlı iddia hissəsində işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 56 nömrəli, 25.08.2017-ci il tarixli Forma № 2 arayışına əsasən Cavabdeh2 ünvan 1 ünvanında 2007-ci il tarixdən və Cavabdeh1 2007-ci il tarixdən qeyd iyyatda olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, ********* nömrəli, 25 avqust 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakü şəhəri, Yasamal ravonu, Ayna Sultanova küçəsi ev 29 xüsusi paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küzəsi, 29 saylü evin 1/3 hissəsindən bir hissəsi X3, 1/3 hissəsindən bir hissəsi X7, 1/3 hissəsindən bir hissəsi X4, 1/3 hissəsindən bir hissəsi X5, X6, 1/3 hissəsindən bir hissəsi X11; 1/3 hissəsindən «A» tikilisinin İİ mərtəbəsi (3 otaq y\s50.4kv.m, k\s-43.4kv.m) İddiaçı, 1/3 hissəsindən qalan hissəsi X8; 1/3 hissəsindən «B» tikilisinin İ mərtəbəsi (2 otaq y\s-53.5kv.m) X1, 1/3 hissəsindən qalan hissəsi X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 192 saylı reyestr kitabının 8747 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bakı Ərazi İdarəsinin **********25 nömrəli, 22.08.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 29 saylı evin 1/3 hissəsindən bir hissəsi X3, 1/3 hissəsindən bir hissəsi X7, 1/3 hissəsindən bir hissəsi X4, 1/3 hissəsindən bir hissəsi X9, X6, 1/3 hissəsindən bir hissəsi X11; 1/3 hissəsindən «A» tikilisinin İİ mərtəbəsi (3 otaq y\s50.4kv.m, k\s-43.4kv.m) İddiaçı, 1/3 hissəsindən qalan hissəsi Məmmədova Sənəm Єahverdi qızının; 1/3 hi ssəsindən «B» tikilisinin İ mərtəbəsi (2 otaq y\s-53.5kv.m) X1, 1/3 hissəsindən qalan hissəsi X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4070/09 saylı 30 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X13 və X24 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunaraq, iddiaçı Cavabdeh2 azyaşlı övladı Cavabdeh1 ilə birlikdə *********evə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi, mübahisəli mənzil paylı mülkiyyətdə olan əmlakdır və cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında paylı mülkiyyətdə olan evə köçürülmüşdür. Qarşılıqlı iddia tələbindən görünür ki, iddiaçı müba hisəli evə istifadə hüququnun kompensasiya əvəzində xitam verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunla istifadə hüququna kompensasiya müqabilində xitam verilməsini tələb etmək istifadə hüququna malik olan şəxsin deyil, yalnız mülkiyyətçinin sərə ncam səlahiyyətindən irəli gələn hüququ olması və beləliklə də yalnız mülkiyyətçinin ona məxsus əmlakla bağlı istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələb edə bilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərar ında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətn aməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaya dair hissəsi üzrə ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə h əqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, qarşılıqlı iddia üzrə gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkə n apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək yalnız mülkiyyətçi ona məxsus əmlakla bağlı istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələb edə bilməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 29 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5771/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5771/2019
16.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver