Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5771/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 qarşı “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və kommunal borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma, kommunal borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1567/2022 nömrə li iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 Nəcməddin qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 0,0107 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 58 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020ci il tarixdə qeydiyyata alınmışdır.
2. Abşeron RPŞ QVŞV bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. 3. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında quraşdırılmış abonent kodu **********15175 olan sayğaca əsasən işıq sərfiyyatına görə borc xx.xx.2021-ci il tarixinə 278,05 manat təşkil edir.
4. Masazır kəndi, ev 320 ünvanına quraşdırılmış abonent kodu **********573 olan sayğaca əsasən su sərfiyyatına görə borc xx.xx.2021-ci il tarixinə 197,75 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı qanuni nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməd din qızı və Cavabdeh5 tərəfindən boşaldılmasını təmin edərək həmin yaşayış sahəsinin qanuni mülkiyyətçisinə təhvil verilməsinə və cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra yaşayış sahəsi) İddiaçı mülkiyyətindədir. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarış ilə öz təsdiqini tapır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, həmin yaşayış sahəsi üzrə daimi qeydiyyatda olan hər hansı bir şəxs yoxdur. 2019-cu ilin sentyabr ayında sözügedən yaşayış sahəsi iddiaçının razılığı olmadan cavabdehlərinCavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızının və Cavabdeh5 əvəzsiz istifadəsinə verilmişdir. İddiaçı dünyada yayılmış Covid-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayında yaşayış sahəsinə köçərək orada yaşamaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq, cavabdehlərdən xahiş olunmuşdur ki, iddiaçıya məxsus olan yaşayış sahəsi boşaldılsın. Lakin cavabdehlər yaşayış sahəsini boşaltmaqdan imtina etmişlər. İddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlayaraq, yaşayış sahəsinin boşaldılmasını tələb etsə də, cavabdehlə r qanuni tələblərinə əməl etməkdən yayınmış və hər dəfə iddiaçı özünə və qanuni nümayəndəsinə qarşı yönəlmiş təhqiredici ifadələrə məruz qalaraq hədə-qorxu ilə müşayiət olunan rədd cavabı almışdır. Cavabdehlərin ünvan 1 (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yaşadıqlarının təsdiqi kimi xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən cavabdehlərdən aldıqları izahatları iddiaçı göstərə bilər. Həmçinin əldə edilmiş arayışlardan da məlum olur ki, cavabdehlər ünvan 1 (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yaşadıqları müddətdə istifadə etdikləri kommunal borcları ödəməmişlər. Hal-hazırda cavabdehlərin elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğində kommunal borcları var. Cavabdehlərə həmin kommunal borcların ödənilməsi ilə bağlı müraciət olunsa da cavabdehlər həmin borcların ödənilməsindən də yayınmaqdadırlar. Belə olan halda iddiaçı öz konstitusion hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 tərəfindən boşaldılması və həmin yaşayış sahəsinin İddiaçı qanuni nü mayəndəsi X2 təhvil verilməsi, cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcu, həmçinin ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 tutularaq İddiaçı qanuni nümayəndəsi X2 ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla 0,0107 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 58 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və cavabdehlərin mübahisəli fərdi yaşayış evində yaşamaların məhkəmədə sübutların tədqiqatı zamanı heç bir hüquqi əsas müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afıq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evində yaşamaları mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir.
9. Həmçinin cavabdehlərin elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə k ommunal borcunun olması iş materiallarında olan abunə haqqında cədvəl və hesab faktura ilə öz təsdiqini tapdığından, məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 21.1, 1114.1-ci maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 30 və 61-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apelyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsinin ləğv edilməsi və sentyabr ayına qədər mənzildə yaşama hüququnun bərpa edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əaslandırılmışdır ki, İddiaçı, X3, X4 və digərləri ilə qonşu olmuşlar. Daha sonra yaşadıqları yerdən köçürülmüşlər və əvəzində onlara pul vəsaiti verilmişdir. Həmin vaxt kirayə qalmışlar. Fazil isə oğluna aid nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul idi. Fazil təklif edib ki, həmin mənzilə köçüb, yeni ev tikilənə kimi orada kirayə qalsınlar. Kirayə pulu, kommunal xərcləri və kirayə ödənişini vaxtında ödəmişlər. Aralarında heç bir anlaşılmazlıq yaşanmamışdır. Həmin mənzilə xx.xx.2019-cu ildə köçmüşlər. Fazil oğlu Kamranın maşınını istifadə etmiş, ailə üzvləri tez-tez onlara gəlmişlər. Bacısı Kəmalə hər ay ödənişi şəxsən onlardan almışdır. Maşının Fazil tərəfindən istifadə edilməsini də o xahiş etmişdir. 2020-ci il 23 fevralda növbəti dəfə Yasamal rayonunda oğlu Kamran Fazilə maşını təhvil vermişdir. Fazildən bir neçə gün xəbər çıxmamış, əvvəl narahat olmamışlar, sonra bacısı Kəmalə və arvadı Svetlana onlara gəlmiş və bildirmişlər ki, Fazil maşını Yasamalda uşaqlara verib və qarşılığında 1000 manat alıb. Fazilin harada olmasını bilmirlər, polisə şikayət etməməyi xahiş etmişlər. Bu işi özləri həll edəcəklərini, maşın qayıtmasa ziyanı ödəyəcəklərini bildirmişlər. Bir müddət Fazili axtarmışlar, dəfələrlə Kəmalə və Svetlana ilə əlaqə yaratmışlar, onlar isə vədlər verməyə davam etmişlər. Daha sonra pandemiya başlamış, bir neçə müddət sonra Fazilin tutulması haqda xəbər eşitmişlər. Kəmalə və Svetlana ilə tez-tez əlaqə yaratmışlar, onlara bildirmişlər ki, ev tikilənə kimi evdə qalsınlar. Həmin maşın lizinqdə olmuş, şirkətə aylıq ödəniş etmişlər. Jekdə süpürgəçi işləyir, yoldaşı və oğlu İmran fəhlədirlər. Ev tam hazır deyil, Svetlana Allahverdiyeva onlara söz vermişdir ki, nəqliyyat vasitəsinin dəyərini ödəyənədək həmin evdə yaşaya bilərlər, lakin sonradan onları məhkəməyə vermişl ər. Həmçinin kommunal ödənişlərin böyük qismi ödənilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Zaur Məmmədov sədrlik edən və məruzəçi, Səyyad Qafari və İlqar Dəmirov) 2(105)-1567/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz.
15. Apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmuşdur ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evində yaşamalarının məhkəmədə sübutların tədqiqatı zamanı heç bir hüquqi əsası müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 Nəcməddin qızı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1567/2022 saylı qətnaməsinin ləğv edilərək öncədən iddiaçı və ailəsi ilə razılaşdırılmış müddətədək, şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən razılaşmanın şərtlərinə tam şəkildə (pul borcunun əvəz edilməsi və ya qaytarılması) əməl olunanadək mübahisəli mənzildə yaşama hüquqlarının bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işin halları araşdırılmamışdır. Kommunal borcların ödənilməsinə dair iddiaçı ilə aralarında olan şifahi razılaşmanın şərtləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka baş qa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şə rtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
37. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1567/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.