Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5772/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin forma və məzmununa dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin naturad a bölgüsü, təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması və mənzildən həm istifadə, həm də xərclərlə iştirakla bağlı qaydaların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-512/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci m/r-n, 35/20 B saylı evin 1-ci mərtəbəsində yerləşən 46-cı mənzilin naturada bölünməsinə və həmin mənzilin bir otağının onun, digər iki otağ ının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanması və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-8030/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Qoşqarlı) iddia tələbləri rədd edilmiş, iddia tələblərinin “təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması” hissəsində icraata xitam verilərək qərardad çıxarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-512/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)- 8030/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd olunmuşdır.
5. Qətnamədən İddiaçı (vəkili Vəkil) tərəfindən kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiy a məhkəməsi) 2(105)-512/2022 nömrəli iş üzrə 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və İlqar Dəmirov) Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(105)-512/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinə istinadla qeyd etmişdir ki, hazırkı kassasiya şikayəti işin hallarının formal sadalanması ilə tərtib edilib, lakin şikayətdə işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri
8. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-512/2022saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, iş üzrə sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı kassasiya şikayəti işin hallarının formal sadalanması ilə tərtib edilməyib. Kassasiya şikayəti MPM-nin tələbinə uyğun olaraq tərtib edilib. Bu apellyasiya məhkəməsinin hakiminin mövqeyidir. Hazırkı vəziyyətdə qətnamədən kassasiya şikayətinin Ali məhkəməyə göndərilməməsi barədə qərardad iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə isə MPM-nin 408.1.5-ci maddəsinin tələbindən sui-istifadə edərək, öz qətnaməsinin Ali məhkəmədə mübahisələndirilməsinin qarşısını alır və bunu nla da öz qətnaməsinin qüvvədə qalmasına “nail” olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.
12. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nə dən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi ü çün əsaslar yoxdur.
17. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini, mülki iş materiallarını öyrənib müəyyən etmişdir ki, cavabdehin kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir, şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.
19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, apellyasiya məhkəməsi qətnamədən verilmiş kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş, prosessual normaların tələblərini düzgün tətbiq etmişdir. Qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstrəilməmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-512/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.