Məhkəmə qərarları › İş №2(102)-5776/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5776/2021

29.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5776/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil1, Cavabd ehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il i tarixli, 2(103)5660/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı1 14 may 2019-cu il tarixli əmək müqaviləsi əsasında Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Aparıcı inzibatçı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29 sentyabr 2020-ci il tarixli əmri ilə nümayəndəlikdə aparıcı inzibatçı vəzifəsində çalışan İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) 29 sentyabr 2020ci ildən xitam verilmişdir. İddiaçıya ünvanlanmış Əmək müqaviləsinə xitam verilmə barədə 01 sentyabr 2020ci il tarixli bildirişə əsasən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində iş ştatlarının restrukturizasiyası həyata keçirilmiş və bunun nəticəsində Nümayəndəlikdə bir çox iş ştatları, o cümlədən İddiaçı1 tutduğu “aparıcı inzibatçı” iş ştatı ixtisar edilmişdir. Bununla əlaqədar İddiaçı1 bildirilmişdir ki, bu bildirişin tarixindən 4 təqvim həftəsi keçdikdən sonra onunla Nümayəndəlik arasında bağlanmış 14 may 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə (iş ştatının ixtisar edilməsi) əsasən 29 sentyabr 2020-cu il tarixində xitam veriləcəkdir. İzah olunmuşdur ki, İddiaçı1 xəbərdarlıq müddəti nin əvəzinə Əmək Məcəlləsinin 77.4-cü maddəsinə uyğun olaraq əmək haqqının birdəfəlik ödənilməsini istəyə bilər. Bu halda nümayəndəlik İddiaçı1 pul əvəzini ödəyib xəbərdarlıq müddətinin bitməsini gözləmədən əmək müqavilənizə dərhal xitam verəcəkdir. İddiaçı1 xəbərdarlıq müddəti əvəzinə pul əvəzinin ödənilməsini istədiyi halda, bu barədə öz yazılı razılığını Nümayəndəliyə təqdim edə bilər. Məlumat üçün qeyd edilmişdir ki, pul əvəzinin məbləği xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır və s.”. Həmin bildiriş İddiaçı1 10 sentyabr 2020-ci ildə təqdim edilmiş və İddiaçı1 bildirişin almasını öz imza ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəli yinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işə bərpa edilməsi, 29 sentyabr 2020-ci il tarixdən başlayaraq onun işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərə görə cavabdehdən 100000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ixtisar süni xarakter daşımış, qanunveriliciyə zidd şəkildə aparılmış, iddiaçıya təzyiq edilmiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Cavabdehin əsl niyyəti onunla bağlanılmış əmək müqaviləsinə istənilən əsasla xitam vermək idi. Qərəzli münasibət nəticəsində işdən çıxarıldığı üçün ona mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2 021-ci il tarixli, 2(006)1023/2021 nömrəli qətnaməsi ilə (hakim T.N.Tağıyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71ci maddəsinin 1-ci və 3-cü hissələrinə, 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 300.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdehin 29 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. İddia tələbi əmrin ləğv edilməsi və İddiaçı1 əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz. Həmçinin iddiaçı ona mənəvi zərərin vurulmasını sü buta yetirmədiyindən, iddia həmin hissədə də təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(006)-1023/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il i tarixli, 2(103)-5660/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(006)-1023/21 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021 -ci il i tarixli, 2(103)-5660/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmri səlahiyyətsiz şəxs imzalamış, apellyasiya instansiyası məhkəməsində tərtib olunmuş məhkəmə iclas protokolu təhrif olunmuş, elektron məhkəmə sistemi ilə iddiaçının təqdim etdiyi bəzi sənədlər çap olunaraq işə əlavə olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhk əmə iclasında İddiaçı1 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərind ə tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərk ən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci ma ddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, həqiqətdə işəgötürən müəssisədə ştatların ixtisarı baş verməmiş, bu onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə süni xarakter daşımışdır. Lakin həmin məsələ aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, iddiaçı iddia tələ binin əsasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bil məz. İddiaçının apellyasiya şikayətinin və sonradan kassasiya şikayətinin əlavə dəlili ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmri imzalayan X1 üzrə X3 Muradovanın buna səlahiyyəti olmamışdır. Kassasiya şikayətinin bu dəlili ilə ilk olaraq qeyd olunmalıdır ki, iddiaçı ilə əmək müqaviləsinə də işəgötürənin adından həmin şəxs imzalamışdır. Digər tərəfdən işdə olan 02 yanvar 2019-cu il tarixli etibarnaməyə əsasən Cavabdeh şirkəti tərəfindən X2 İnsan Resursları ilə əlaqədar sənədləri, o cümlədən əmək müqavilələrini və işə xitam verilməsi ilə əlaqədar bütün sənədləri imzalamaq səlahiyyəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntulara yol verilməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının izahatının tə hrif olunması ilə bağlı sübutlar işdə mövcud deyildir və məhkəmə iclas protokoluna prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada qeyd verilməmişdir. Digər tərəfdən iddiaçının istinad etdiyi həmin dəlillər, o cümlədən işə əlavə olunmadığı iddia edilən sənədlərin iş üçün həlledici əhəmiyyətə malik olması müəyyən olunmur. Odur ki, MPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətinin həmin dəlili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il i tarixli, 2(103)-5660/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar