Məhkəmə qərarları › İş №2(102)-578/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-578/2020

27.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-578/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10397/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim İlahə Abbasova) iş üzrə xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə k öçürülmə” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)1730/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, onun və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzilin, yəni cehiz və gündəlik istifadə etdiyi əmlakı olan otaqlara köçürülmələrinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışd ır ki, Cavabdeh ilə xx xxxxx 2010-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ünvan 2 ünvanında yerləşən mənzilə mübahisəli evə gəlin köçmüşdür. Nikaha daxil olduğu gündən həmin evdə yaşamaqla Cavabdeh ilə birgə təsərrüfat aparmışlar. Cavabdehlə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Renad adlı bir oğulları həmin ünvanda dünyaya gəlib. Həmin ünvanı birgə vəsaitləri hesabına yaşamağa yararlı vəziyyətə gətirməklə yaşamışlar. Lakin cavabdeh hal-hazırda ona və oğluna orada yaşamağa imkan vermir. Hal-hazırda bütün cehiz əmlakı və gündəlik istifadə etdiyi əşyaları və uşağına aid bütün əşyalar həmin mənzildə yerləşir. Buna baxmayaraq mənzilin giriş qapısının kilidi cavabdeh tərəfindən dəyişdirildikdən evlərinə qayıda bilmirlər. Belə ki, ailə qurduqdan həmin mənzildə yaşamaql a özləri üçün hər cür şərait yaratmışlar və hal-hazırda da cehiz əmlakı və gündəlik istifadə olunan əşyaları həmin mübahisəli mənzildədir. Cavabdehin bu hərəkətindən sonra əmlaklarından istifadələrinə qadağa qoyulmuşdur. Daha sonra dəfələrlə mübahisəli evə köçməyə cəhd göstərsə də, evdə yaşamağına imkan verməmişlər. Bir müddət kirayədə yaşasa da, maddiyyat üzündən valideynlərinin yanına köçmək məcburiyyətində qalmışdır. Hal-hazırda məcburiyyətdən valideynlərinə məxsus ünvanda çətinliklə də olsa yaşayırlar. Ailələrinin başqa yaşayış yeri yoxdur. Cavabdeh isə yuxarıda qeyd etdiyi ünvanında tək yaşayır. Nikahları xx.xx.2014-cü ildə Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə pozulsa da, azyaşlı övladı həmin mübahisəli ünvanda yaşayaraq bu yaşa gəlib çatmışdır. Onların həmin evdən başqa yaşay ış yerləri yoxdur. Bu da Bakı şəhərində kirayədə yaşamağına çətinlik yaradır. Yuxarıda qeyd etdiyi kimi, o, mübahisəli evdən könüllü olaraq çıxmamışdır. Əgər könüllü olaraq çıxsaydı gəlin köçdüyü zaman gətirdiyi cehiz əmlakını da özü ilə aparardı. Hazırda bütün əmlakı mübahisəli evdə yerləşir. Hesab edir ki, işin faktiki halları, onları təsdiq edən sübutlar və mövcud qanunvericliyin tələbləri onu deməyə əsas verir ki, onun həmin mənzilə istifadə hüququmun tanınması və köçürülməsi barədə iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xah iş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kas sasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, cavabdehin anasına məxsus mübahisəli Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 3C, 75 saylı mənzilə köçmüşlər. Birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü zzz adlı uşaqları olmuşdur. Mübahisəli Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 3C, 75 saylı mənzil cavabdehin anası X3 tərəfindən xx xxxxxx 2008-ci il tarixli müqavilə əsasında əldə edilmiş, xx.xx.2012-ci il tarixdə cav abdehin adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə tərəflərin nikahları pozulmuşdur, nikah pozularkən xx xxxxxx 2012-ci il təvəllüdlü X5 anasının himayəsində saxlanılmışdır və həmin vaxtdan anası ilə yaşayır. İddiaçı hazırki tələbində onun və xx xxxxxx 2012-ci il təvəllüdlü zzz ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. İş materiallarında olan «xxxx» MTK ilə X3 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, həmin tarixdə ünvan 4 ünvanında olan 75 saylı mənzillə bağlı müqavilə bağlanmış, həmin yaşayış sahəsinin hər 1 kv.metrinin dəyəri 497,7 manat olmaqla, ümumi dəyəri 55250 manat təşkil etmişdir. xx xxxxxx 2008-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında olan 75 saylı mənzilin məbləği-55 250 manat payçı X3 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə i stifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (Maddə 30.2) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. (Maddə 30.3.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştira kçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəs inin məzmununa görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, mübahisəli mənzil cavabdehin anası X3 tərəfindən xx xxxxxx 2008-ci il tarixli müqavilə əsasında əldə edilmiş, xx.xx.2012-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Tərəflər nikaha xx.xx.2010-cu ildə daxil olmuş, həmin mənzildə yaşamış, xx.xx.2014-cü il tarixdə nikahları pozulmuşdur, nikah pozularkən xx xxxxxx 2012-ci il təvəllüdlü X5 anasının himayəsində saxlanılmışdır və həmin vaxtdan anası ilə yaşayır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, işin faktiki hallarını nəzərə alaraq və işdə olan sübutlara q iymət verərək, hesab etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə iddiaçının ailə münasibətlərinə artıq xitam verilmişdir, iddiaçının keçmiş ailə üzvü olaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanmadığından, eyni zamanda xx xxxxxx 2012-ci il təvəllüdlü X5 anasının himayəsində saxlanıldığından və anası ilə yaşadığından iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki iş də olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində mənzildə birgə yaşadığı dövr ərzində mənzili birgə vəsaiti hesabına yararlı vəziyyətə gətirdiyini göstərmişdir. Lakin iddiaçı bu halla bağlı nə birinci instansiya məhkəməsinə, nədə ki apellyasiya instansiyası məhkəməs inə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən bu hal sübut olunduğu halda belə hazırki iddianın təmin edilməsi üçün deyil, iddiaçıya mənzillə bağlı çəkdiyi xərclərin əvəzinin tələb edilməsi üçün üçün əsas ola bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10397/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar