Məhkəmə qərarları › İş №2(102)-578/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-578/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-578/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(106)1992/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəmə sinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları və kassasiya şikayətinin verilməsi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2850 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(041)-65/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh ödəniləcək günə bank məzənnəsi ilə manatla 2850 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(106)-1992/2021 nömrəli qətnaməsi ilə Cavabdeh nümayə ndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(041)-65/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(106)-1992/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. 417.1.7-ci maddəsinə əsasən kassasiya m əhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: İş materiallarından müəyyən olunur ki, iddiaçının iddiasının qiyməti 2850 ABŞ dolları olmuşdur. İddia apellyasiya məhkəməsi tərəfindən təmin edilməmiş və iddiaçı məhz həmin məbləği hazırki kassasiya şikayətində mübahisələndirmişdir. 2850 ABŞ dolları hazırki məzənnə ilə 4845 manat (2850 x 1,7 = 4845) təşkil edir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymə ti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 30 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçının kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli, 2(102)7336/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(106)-1992/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar