Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-578/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “övladı ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsinə istifadə hüququ, tələbin əsl olmayan cavabdehə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(103)5761/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azər baycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 30, mənzil 35A ünvanında yerləşən yaşayış sahəsi X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 16 dekabr 2021-ci il tarixdə qeydə alınmışdır.
2. Mülkiyyətçi X1 oğlu Cavabdeh və İddiaçı 30 aprel 2014-cü il tarixdə (iddia ərizəsində olan məlumata görə) nikaha daxil olmuş, birgə nikahlarından 13 iyun 2015-ci il tarixdə X4 adlı qızları anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 30, mənzil 35A ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 30 aprel 2014-cü il tarixdə nikaha daxil olmuş və həmin vaxtdan mübahisəli mənzilə gəlin köçmüşdür. Hazırda nikahları pozulmuş və əmlakları mübahisəli mənzildə olsa da, o, uşağı ilə birlikdə həmin mənzilə buraxılmır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(001)2254/2022 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evə köçürülməsi hüququnun olmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşür. Lakin o, bu vəzifəni icra etməmişdir.
7. Bunun əksinə cavabdeh etirazının əsası ona istinad etmişdir ki, evin mülkiyyətçisi Cavabdeh deyil, X2r və müvafiq çıxarışın surətini məhkəməyə təqdim etmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəlləsinın 77.1-ci maddələri ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarları il ə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(001)-2254/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(103)-5761/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və Q.A.Əsgərovun iştirakı ilə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(001)-2254/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı laşan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67-ci, Mənzil Məcəlləsinin 30-cu, Mülki Məcəllənin 6, 11.1, 139-158, 180, 226, 228-ci, Mülki Prosessual Məcəllənin 15, 50, 52, 76, 77, 80-82, 106.2, 119, 217.4, 267, 372, 385-390-cı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin ş ərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarlarına istinad edərək hesab etmişdir ki, apellyasiya şikayəti və iddia tələbi üzrə daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, mülkiyyət, sahiblik və istifadə hüquqları olmuş şəxs qismində iddiaçının hüquqları müəyyən edilməmiş və onun başqa ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(103)-5761/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30.4, 30.5, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının əmlakının mübahisəli mənzildə olması nəzərə alınmamış, himayəsində azyaşlı övladının olması, başqa yaşayış evinin olmaması nəzərə alınmamış, ona mənzildən müəyyən müddətdə istifadə hüququ saxlanılmamışdır. Həmçinin tərəflərin ailə münasibətlərinin pozulmasına səbəblər olmamış, nikahları onun iştirakı olmadan pozulmuşdur.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respu blikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Apellya siya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olma dan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddia çı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması za manı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış ev i hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və Mülki Məcəllənin 140-cı maddəsinə əsasən həmin qeydin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
24. İddiaçı mənzilə köçürülmə tələbini irəli sürsə də, mənzilin mülkiyyətçisini cavabdeh qismində cəlb etməmişdir. İddiada cavabdeh qismində göstərilən şəxs mübahisəli mənzilin mülkiyyətçisinin övladıdır və sonuncunun həmin mənzilə dair hər hansı hüquqlarının olması iş materiallarından müəyyən olunmur.
25. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli protokolundan müəyyən olunur ki, birinci instansiya məhkəməsi həmin iclasda iddiaçıya Cavabdeh əsl cavabdeh X3 ilə əvəz olunmasını təklif etsə də, iddiaçı buna etiraz etmiş və məhkəmə MPM-in 54.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə mahiyyəti üzrə baxıb, iddianı rədd etmişdir. Belə ki, hazırki halda, yaşayış sahəsinə köçürülmə tələbinə cavab verməli olan şəxs həmin yaşayış sahəsinin mülkiyyətçisi, ya da ki, qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüquqları olan şəxsdir. Belə hüquqları olmayan cavabdehə qarşı yönələn iddia hər bir halda təmin oluna bilməz.
26. Bu səbəbdən, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normanın tətbiqində səhvə yol verilməsi, o cümlədən iddiaçıya Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətdə saxlanılmasının mümkünlüyünə dair kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri bilmir.
27. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmi n məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(103)-5761/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mi