Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5783/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3691/2019 nömrəli iş üzrə 10 aprel 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.S.Məmmədov) 2(004)-67/2018 nömrəli, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddia çı ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli, xxxxxxxxxxxxxxxxxxxxxxxxxx saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə 168.435,62 manat əsas, 32.175,48 manat faiz borcu, 500 manat cərimə, 1.684,36 manat kredit üzrə 1% birdəfəlik komissiya olmaqla, cəmi 202.795,46 manat kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun, habelə sənədlərin notarial təsdiqi üçün ödənilmiş 19 (on doqquz) manat xərcin əvəzinin tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan1 massivi, B-733a ünvanındakı 0,097 ha torpaq sahəsinə və üzərində yerləşən, ümumi sahəsi 207,1 kv.m.-dən ibarət bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiymətinin 510.000 manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka öd ənilməsi, artıq qalan məbləğin mülkiyyətçi - Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh tutulması, ipoteka predmetinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) 2(103)-3691/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)67/2018 saylı iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması (mübahisələndirilən hissədə), apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh onun xeyrinə 168.435,62 manat əsas, 37.637,96 manat faiz, 12.729,3 manat cərimə və kredit üzrə 1% birdəfəlik komissiya 1.684,36 manat olmaqla, cəmi 220.487,24 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 19 manat xərcin əvəzinin tutulmasını, tutmanın Cavabdeh məxsus, ünvan1 massivi, B733a ünvanında yerləşən 0,097 ha torpaq sahəsinə və üzərində yerləşən, ümumi sahəsi 207,1 kv.m.-dən ibarət bağ evinə yönəldilməsini, ipo teka predmetinin açıq hərracda satılmasını, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini, ipoteka əmlakına tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh ən geci bir ay ərzində bağ evini tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalıq borcun ümumi qaydada tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3691/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin yenidən müəyyən edilmək lə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı-nin vəkili X2 teleqram göndərərək xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)3691/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 462-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehdən əsas, faiz və cərimə borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı ünvan1 massivi, B-733a ünvanında yerləşən 0,097 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 207,1 kv.m.dən ibarət bağ evinin bazar qiymətinin 510.000 manat olmasına dair “xxxx” MMC-nin 19.10.2017-ci il tarixli hesabatın həqiqətə uyğun (mötəbər) olmamasını təsdiqləyən sübutları isə məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbay can Respublikası Konstitusiyasının 60, 71, 125; MM-in 442, 445, 477; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 46, 59.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli xxxxxxxxxxxxxxxx saylı kredit müqaviləsinə əsasən, iddiaçı bank tərəfindən kredit alan cavabdehə illik 18 faizlə 36 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsinin təminatı olaraq, tərəflər arasında 28 noyabr 2013-cü il tarixli, xxxxxxxxxxxxx saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan ünvan1 massivi, B-733a ünvanındakı 0,097 ha torpaq sahəsini və üzərində yerləşən, ümumi sahəsi 207,1 kv.m-dən ibarət bağ evini bank qarşısında ipoteka ilə yüklü edərək, İddiaçı-nin tələb hüququna təminat vermişdir. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən torpaq sahəsi və bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddia tələbinə əsasən İddiaçı, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdehya vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cava bdeh, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. 15 aprel 2016-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə banka olan borcu - 168.435,62 manat əsas, 37.637,96 manat faiz, 12.729,30 manat cərimə və 1.684,36 manat kredit üzrə 1% birdəfəlik komissiya olmaqla, cəmi 220.487,24 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 2340 saylı rəyinə görə, 28 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 15 aprel 2016-cı il tarixədək, Cavabdeh ümumilikdə banka olan borcu, 200.611,10 manat borcu vardır, onun 168435,62 manat hissəsi əsas, 32175,48 manat hissəsi isə faiz borcudur. Bundan əlavə, iş materiallarında olan “xxxx” MMC-nin 19.10.2017-ci il tarixli hesabatına əsasən, ipoteka predm eti olan, Cavabdeh məxsus ünvan1 massivi, B-733a ünvanında 0,097 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 207,1 kv.m.dən ibarət bağ evinin bazar qiyməti 510.000 manatdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İşin materiallarından görünür ki, iddiaçı bank bağ evinin ilkin satış qiymətinin 510.000 manat müəyyən edilməsi hissəsi ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirmiş, hazırki kassasiya şikayətində eyni əsaslarla olan dəlillərini irəli sürərək «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə istinad edərək ipoteka müqaviləsind ə olan əmlakın razılaşdırılmış qiymətinin 2013-cü ildə mövcud olmuş bazar qiymətinə uyğun olaraq müəyyən edilməsinə, qətnamə ilə müəyyən edilmiş qiymətin həqiqəti əks etdirməməsinə, ipoteka müqaviləsində qeydə alınan qiymətlə, hazırki dövrdə olan qiymətlər arasında müəyyən qədər fərqlər yaranmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi hüquqi nəticəsi düzgün olmuşdur. Belə ki, Azərbaycan Republikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklə rin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ünvan1 massivi, B-733a ünvanında yerləşən 0,097 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 207,1 kv.m.dən ibarət bağ evinin bazar qiymətinin müəyyən edilməsinə dair iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərkən iddiaçının nümayəndəsi İsmayılov Turqut ekspertiza təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi haqlı olaraq işin bu halını da qeyd etmişdir ki, İddiaçı-nin nümayəndəsinin məhkəmə proseslərində iştirak etməsinə baxmayaraq, təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair məlumat iş materiallarında yoxdur. Həmçinin işin materiallarından görünür ki, iddiaçı tərəf işə birinci instansiya məhkəməsində baxılarkən dəfələrlə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etsə də, bağ evinin yenidən qiymətləndirilməsi barədə təqdim edilmiş hesabatda göstərilən məbləğin şübhə altına alınmasına əsas olan halları qeyd etməmiş, tələblərində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə kifayətlənmişlər. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin kassatorun mübahisəli bağ sahəsinə dair təqdim edilmiş hesabatın həqiqətə uyğun (mötəbər) olmamasını təsdiqləyən sübutları isə məhkəməyə təqdim etməməsinə dair nəticəsi ilə də razılaşır və qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflə rin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göst ərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yux arıda göstərilən tələblərini nəzərə alıb iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin MK-nın 2(103)-3691/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3691/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5783/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5783/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver