Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5785/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, kəsici müddətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Bəhmən qızı, Sumqayıt 5 saylı Asan Xidmətin Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1173/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,1154 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251,1 kv.metr olan 1248 k saylı bağ evi (bundan sonra mübahisəli ev) 05 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olmuşdur. 2. 11 noyabr 2014-cü il tarixdə həmin bağ evinə dair İddiaçı1 ilə Cavabdeh1 arasında alğısatqı müqaviləsi bağlanmış və sonuncunun həmin evə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 3. 24 dekabr 2015-c i il tarixli alğı-satqı müqaviləsi əsasında göstərilən bağ evi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 4. 19 may 2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında həmin bağ evi Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmış və sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla həmin ev hazırda onun istifadəsindədir. 5. 2016-cı ildə İddiaçı1 anası İddiaçı2 Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək 2014-cü ilin noyabr ayında övladının səhhətində yaranmış problemin həll edilməsi üçün Cavabdeh1 aylıq istifadə dərəcəsi 4 faiz olmaqla 120.000 manat məbləğində borc alıb oğlu İddiaçı1 adına olan bağ evini borc ödənildikdən sonra qaytarılması şərti ilə Cavabdeh1 adına keçirdiyini, 2015-ci ilin avqust ayında əsas məbləğdən 20.000 ma nat borcunun qaldığı halda sonuncunun dolların məzənnəsinin bahalaşmasını əsas göstərərək ondan 40.000 manat tələb etdiyini, həmin dövrdə Cavabdeh1 onu aldadaraq bağ evini ondan xəbərsiz başqa şəxsə satdığını əsas göstərməklə evinin qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir.
6. İddiaçı2 həmin şikayəti uzun müddət istintaq araşdırmasının predmeti olmuş, dəfələrlə şikayət üzrə qəbul edilmiş qərarlar ləğv edilmiş, son nəticədə istintaq orqanının 20 may 2020-ci il tarixli qərarı ilə fakta görə başlanmış cinayət işi üzrə üzrə icraata Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadıqda) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabd ehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt 5 saylı Asan Xidmətin Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə (bundan sonra-cavabdehlər) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlar ına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı YYYX1 adlı şəxs tərəfindən aldadılaraq borca düşdüyü üçün mübahisəli fərdi yaşayış evini girov qoymaq qərarına gəlmişdir. 2014-cü ilin noyabr ayının əvvəlində o, evi Cavabdeh1 adına rəsmiləşdirikdən sonr a Cavabdeh1 120.000 manat pul almış, həmin puldan 16.000 manat çıxıldıqdan sonra yerdə qalan 104.000 manat pul ona verilmişdir. Yəni, Cavabdeh1la razılaşmalarına əsasən pul faizləri ilə birlikdə qaytarıldıqdan sonra Cavabdeh1 evi ona qaytarmalı idi. Sonradan Cavabdeh1 ödənişlər etmiş və ona 20.000 manat borcu qalmışdır. Bundan sonra Cavabdeh1 ona bildirmişdir ki, evi Cavabdeh2 adına keçirsin və Cavabdeh2 qalan məbləği Cavabdeh1 ödəsin. İddiaçı bununla razılaşmış və ev Cavabdeh2 adına keçirilmişdir. Cavabdeh1 bildirdiyinə görə həmin məbləğ Cavabdeh2 tərəfindən ona ödənilmişdir. Bundan sonra isə Cavabdeh2 faizlər ödəməyə başlamışdır. Lakin Cavabdeh2 sonradan evi Cavabdeh3 satmışdır. Onunla Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi zamanı əsas məqsəd evin satılması olmamışdır. Qeyd edilən hal iş üzrə aparılmış istintaq zamanı Cavabdeh2 verdiyi ifadələr, həmçinin onunla Cavabdeh1 arasında telefon danışıqları ilə də müəyyən edilir. Cavabdeh1la bağlanmış alğı-satqı müqaviləsi uydurma əqd olmaqla həqiqəti əks etdirmir. Göründüyü kimi, eləcə də, işin faktiki halları ilə müəyyən və təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı alğı-satqı müqavilələri məhz digər əqdin, yəni, faizlə verilən pulla bağlı münasibətlərin pərdələnməsi niyyəti ilə bağlanmışdır. Bu səbəbdən həmin müqavilə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməlidir.
9. Cavabdeh1 mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı1la xx.xx.2014-cü ildə Asan xidmət mərkəzində bağlanmış ******* saylı daşınmaz əmlakın alğı-satqı müqavi ləsinə əsasən mübahisəli fərdi yaşayış evini dəyərini ödəməklə almışdır. Sonradan pula ehtiyacı olduğuna görə evi Cavabdeh2 satmışdır. İddiaçı ərizəsində kimlərinsə onu aldatdığını, hansısa aparat alınmasına görə kimlərəsə pul verməsini iddia edir ki, qeyd etdiklərinin Cavabdeh1la heç bir əlaqəsi yoxdur. Cavabdeh1 İddiaçı2 ilə deyil, digər İddiaçı1la alq-satqı müqaviləsi bağlayıb. İddiaçı1 bu müqavilənin bağlandığı vaxtdan 7 il sonra Cavabdeh1 qarşı müqavilənin etibarsızlığı barədə iddia qaldırmışdır ki, bununla iddia müddətini ötürmüşdür. İddiaçı2 qeyd olunan alğı-satqı müqavilələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur və həmin müqavilələr üzrə tərəf deyildir. İddiaçılar subyektiv hüquqlarının pozulması və tələblərinin qanuniliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmə miş, cavabdehlərlə bağlanmış alğı-satqı müqavilələrinin etibarslızlığının nə ilə sübut olunması barədə hər hansı sənədi məhkəməyə təqdim etməmiş, formal olaraq Mülki Məcəllənin maddələrinə istinad etməklə kifayətlənmişlər.
10. Cavabdeh2 nümayəndəsi iddia tələbinə qarşı yazılı etirazında bildirmişdir ki, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evini 195.000 manata almışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl olunmuş, müqavilə notariat qaydada bağlanmış, evin dəyəri Cavabdeh2 tərəfindən notariusun bankdakı depozit hesabına ödənilmişdir. Bir müddət sonra Cavabdeh2 qeyd olunan fərdi yaşayış evinin satılması üçün müxtəlif saytlara elan yerləşdirmiş və bu barədə maklerlərə də məlumat vermişdir. Təxminən 5 ay evin elanı saytlarda olmuş və 2016-cı ilin may ayında evə alıcı tapılmışdır. Qeyd olunan fərdi yaşayış evinə dair Cavabdeh2la Cavabdeh3 arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Evin dəyəri Cavabdeh3 tərəfindən tam olaraq notariusun bankdakı depozit hesabına köçürülmüş və o da həmin məbləği bank vasitəsilə əldə etmişdir. İddiaçı2 nə hazırkı iddia tələbində mübahisələndirdiyi alğı-satqı müqavilələrinin tərəfidir, nə də həmin alğı-satqı müqavilələri üzrə maraqlarına toxunan şəxsdir. İddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alğı-satqı müqavilələrinin tarixlərindən də göründüyü kimi həmin müqavilələr müvafiq olaraq 2014, 2015 və 2016-cı illərdə bağlanmışdır. İddiaçılar mübahisələndirdikləri əqdlərin etiba rsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirmişlər.
11. Cavabdeh3 nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən alğı-satqı müqavilələrinin bağlanmasından xeyli müddət keçdiyindən, iddiaçılar tərəfindən öz hüquqlarının həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi hüququn xitamına səbəb olduğundan iddia tələbi rədd edilməlidir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2559/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilərək: İddiaçı1la Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alğı-satq ı müqaviləsi və Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş; Həmin müqavilələr əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması; İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təstiq edən xx.xx.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi; Cavabdeh3 mübahisəli fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə çıxarılması və evin boşaldılaraq iddiaçıların həmin evə köçürülməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olu nan səs yazılarına əsasən müəyyən edilir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında həqiqətən faizlə borca pul verilməsi məsələsi olmuş, İddiaçı2 həmin borcun qaytarılmasının təminatı olaraq mübahisəli fərdi yaşayış evi ilə bağlı Cavabdeh1la alğı-satqı müqaviləsi bağlamış, sonradan isə onun məlumatı daxilində mübahisəli fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. 13.1. Qeyd edilən hallar, yəni İddiaçı2 ilə Cavabdeh1 arasında faizlə borca pul verilməsi məsələsi, mübahisəli fərdi yaşayış evinin İddiaçı2 razılığı ilə Cavabdeh2 satılması, səs yazılarında Cavabdeh2 Cavabdeh1 40 000 manat pul ödəməsini etiraf etməsi həqiqətən xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadəsinin mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 sa tılması olmaması ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. 13.2. Hazırkı iddia tələbi mülkiyyətçinin, yəni İddiaçı1 mülkiyyətində olan əmlakın onun iradəsinə zidd olaraq mülkiyyətindən çıxması, bununla da onun mülkiyyət hüquqlarının pozulması nəticəsində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, hazırkı tələbə iddia müddəti şamil edilə bilməz. 13.3. Hətta tələbə iddia müddəti şamil edilməli olsa belə, qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldıqdan sonra İddiaçı2 bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti nəticəsində cinayət işi başlanmış və uzun sürən istintaq prosesindən sonra 2020-ci ildə cinayət işi üzrə icraata xitam verilmişdir. Yalnız bundan sonra iddiaçılar öz hüquqlarının pozulduğunu başa düşmüş və mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Mülki Məcəlləyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.).
14. Məhkəmə Cavabdeh3 vicdanlı alıcı olması barədə dəlillə bağlı qeyd etmişdir ki, Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Cavabdeh3 evi alarkən evlə bağlı hansısa problemin olduğunu təxmini bildiyini, lakin hüquqi cəhətdən savadlı adamlarla məsləhət etdikdə ona hər hansı problemin olmayacağını bildirdiyini göstərmişdir. Buradan görünür ki, Cavabdeh3 həmin evlə bağlı hər hansı mübahisənin olduğunu bilmişdir. Hətta o, bu barədə məlumatlı olmasaydı belə, mübahisəli fərdi yaşayış evi İddiaçı 1 mülkiyyətindən onun iradəsi ziddinə çıxmış, İddiaçı2 ilə Cavabdeh1 arasında həmin evə dair alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadəsi evin satılması olmamışdır. Bu səbəbdən Cavabdeh3 vicdanlı əldə edən hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh2 apellyasiya şikayəti verərək İddiaçı2 alğı-satqı müqaviləsi üzrə tərəf olmamaqla hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını, əqdin etibarsızlığı barədə tələbin Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddət ötürülməklə ir əli sürülməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2800/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətafət Məmmədova və Telman Quliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olm adığından apellyasiya şikayətləri təmin olunmamalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(102)-1339/2022 nömrəli qərarı ilə (hakimlər İlqar Xələfov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Ələsgər Əliyev) cavabdehlərin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası gəldiyi nəticəni aşağı dakı kimi əsaslandırmışdır: Mübahisə predmeti olan bağ sahəsinin alğı-satqısına dair bir neçə müqavilə bağlansa da, mübahisənin kökündə Cavabdeh1la bağlanmış müqavilə durduğundan və sonrakı müqavilələr bilavasitə onunla əlaqədar olduğundan ilk növbədə həmin müqavilənin qanunsuz olması barədə məhkəmə kollegiyasının gəldiyi nəticəyə qiymət verilməlidir. 21.1. Apellyasiya instansiyası məhkəməsinə görə həmin şəxslər arasında borc münasibəti olmuş, alğı-satqı müqaviləsi həmin əqdin pərdələnməsi məqsədi ilə bağlanmışdır. 21.2. İş materialları ilə tərəflər arasında borcun verilməsi barədə danışıqların olması istisna olunmur. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin halın mövcudluğu müqavilənin əhəmiyyətsiz əqd sayılıb etibarsız hesab edilməsi üçün əsas verməmişdir. Çünki tərəflər son nəti cədə notariat kontorunda borc müqaviləsi deyil, alğı-satqı müqaviləsi bağlamışlar. 21.3. İşdən görünür ki, tərəflərin öz münasibətlərini borc müqaviləsi ilə rəsmiləşdirmələrinə mane ola biləcək heç bir səbəb olmamış və Cavabdeh1 tərəfindən İddiaçı1 və yaxud onun nümayəndəsi olan anasına bununla əlaqədar hər hansı bir təsir və təzyiq göstərilməmiş və işdə bunu təsdiq edə biləcək heç bir sübut yoxdur. 21.4. Məhkəməyə təqdim olunmuş iddia ərizəsində və iddiaçıların məhkəmə instansiyalarında verdikləri izahatlarında da belə bir dəlil irəli sürülməmişdir. İddiaçıların şikayəti əsasında başlanaraq uzun müddət istintaq olunmuş cinayət işi üzrə çıxarılmış cinayət təqibi orqanının qərarı ilə barələrində şikayət edilmiş nə Cavabdeh1, nə də, Cavabdeh2 İddiaçı2 aldatmaları təsdiq olunmamışdır. 21.5. Y uxarıda qeyd olunanlar təsdiq edir ki, tərəflər razılığa gələrək sərbəst iradə ifadəsi göstərməklə könüllü olaraq bağ evinin alqı-satqısına dair müqavilə bağlamışlar. 21.6. Əgər Cavabdeh1 verəcəyi borcun müqabilində təminat vasitəsi tələb edirdisə, iddiaçılar bunu qanunda müəyyən olunmuş qaydada, yəni bağ evini ipoteka qoymaqla həll edə bilərdilər. Belə olduqda isə alğı-satqı müqaviləsinin bağlanmasına lüzum qalmazdı. Eyni hallar Cavabdeh2la da bağlanmış alğı-satqı müqaviləsinə münasibətdə qeyd olunmalıdır. 21.7. İşə baxan məhkəmələr işin faktiki halları ilə bağlı məsələlərə cinayət təqibi zamanı tədqiq edilmiş sübutlara məcmu halında qiymət vermək əvəzinə, hadisədən altı il sonra ifadələrini öz tələblərinə uyğunlaşdıran iddiaçıların və onların qohumlarının izahatları əsasında müəyyən etmə klə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşlar. 21.8. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1la borc müqaviləsinin bağlanmasını təsdiq edən sübut kimi Cavabdeh2 cinayət işinin istintaqı zamanı verdiyi ifadəsinə əsaslanarkən nəzərə almamışdır ki, Cavabdeh2 həmin ifadəsində mübahisəli bağ evini İddiaçı2 xahişi ilə almasını göstərmişdir. İddiaçı2 da həmin halı təkzib etməmişdir. 21.9. Həmin ifadəyə görə İddiaçı2 bağ evinin ucuz qiymətə satılmasını bildirərək almasını və sonradan həmin evi ondan geri alacağını Cavabdeh2 xahiş etdiyi uçun o, bağ evini İddiaçı2 xahişi ilə almışdır. Lakin İddiaçı2 bağ evini ondan almağa təşəbbüs göstərmədiyi üçün onu Cavabdeh3 satmışdır. Həmin ifadədən həmçinin görünür ki, İddiaçı2 Bakı şəhərindəki evini də eyni qaydada, yəni borc aldıqdan sonra başqasına satmış və həmin evin də ucuz qiymətə satılmasını bildirərək almasını və həmin evi sonradan ondan artıq qiymətə alacağını Cavabdeh2 bildirmişdir. 21.10. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında borc deyil, alğısatqı müqaviləsindən yaranan münasibətlər olmuşdur. Cavabdeh1 da ona pul lazım olduğu üçün bağ evini Cavabdeh2 satmasını təsdiq etmişdir. 21.11. İddiaçılar Cavabdeh1 120.000 manat məbləğində borcu övladlarının xəstə olması ilə əlaqədar almasını iddia ərizəsində göstərsələr də yuxarıda göstərilən Cavabdeh2 ifadələrindən görünür ki, İddiaçı2 həm bağ evini, həm də Bakı şəhəri Yasamal rayonu ərazisindəki evini tibbi avadanlıqların alınması və əldə edəcəyi gəlir hesabına sonradan geri alacağı niyyəti ilə satmışdır. Eyni zamanda məhkəmələrin tədqiqat obyekti olmu ş İddiaçı2 polis idarəsinə vermiş olduğu ilkin şikayətdə o, Cavabdeh1 evi Cavabdeh2 onun xəbəri olmadan satdığını bildirmişdir, hansı ki, həmin məlumatın sonradan həqiqət olmadığı təsdiq olunmuşdur. 21.12. Alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanuni əsas kimi qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 21.13. Əvvəla, Cavabdeh1la bağlanmış əqdin yalan əqd olması ilə bağlı məhkəmələrin istinad etdiyi hallar qeyd olunan normanın dispozisiya şərtlərinə uğun gəlmir. Çünki, iddiaçı yalan əqd bağlanmasını israr edirsə, onda əslində hansı əqdi bağlamağa iradə ifadə etdiyini açıq göstərməlidir. İddiaçılar bununla bağlı aydın fikir bildirmirlər, onlar israr edirlər ki, Cavabdeh1 və Cavabdeh2 onları aldatmışlar. Hansı ki, cinayət təqibi orqanı bu halı təkzib etmişdir. 21.14. Bundan başqa, əgər iddiaçılar müəyyən məbləğdə pulun müqabilində evlərini Cavabdeh1 və Cavabdeh2 qarşısında ipoteka ilə yüklü etməyi razılaşmışdırsa, onda həmin əqdlərin şərtlərinə aydınlıq gətirməli, nə qədər vəsait hesabına əmlaklarını ipoteka qoyduqlarını, kimdən nə qədər pul aldıqlarını, kimə nə qədər pul qaytardıqlarını sübut etməli idilər. İddia tələbində bununla da bağlı aydın fikir yoxdur, məhkəmə baxışı zamanı da həmin hallara dair sübut edilmiş faktlar müəyyən edilməmişdir. 21.15. Tərəflər arasında bağlanmış alğı-satqı müqa viləsi yalan əqdə dair normanın tələbləri tətbiq edilməklə etibarsız hesab edilirsə, həmin normada müəyyən olunduğu kimi tərəflərin əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməli idi. 21.16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmunu yalan əqdin etibarsız hesab edilməsini deyil, pərdələnmiş əqdə dair qaydaların tətbiqini tələb edir. 21.17. Həmçinin, mülki qanunvericilik etibarsız əqdin hüquqi nəticələrini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin, apellyasiya məhkəməsinin qətnaməsində bununla bağlı da heç bir əsaslanma yoxdur. 21.18. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi əsaslarla Cavabdeh1la İddiaçı1 arasında bağlanmış müqavilənin yalan əqd olması nəticəsinə gəlmək üçün əsaslar yoxdur. 21.19. İşdən görünür ki, alğı-satqı müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə notariatda təsdiq edilməklə bağlanmış, tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin və bütövlükdə müqavilənin həqiqiliyini və etibarlılığını təsdiq etmiş, evin dəyəri notariusun bankda olan depozit hesabına keçirilməklə ödənilmişdir. 21.20. Müqavilənin məzmununa və evin ödənilmiş dəyərinə dair satıcı tə rəfindən heç bir irad bildirilməmiş və müqavilədə evin satıcı tərəfindən borcun ödənildikdən sonra qaytarılacağı barədə heç bir şərt nəzərdə tutulmamışdır. 21.21. Müqavilə bağlanarkən eyni zamanda notarius tərəfindən tərəflərə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah olunmuşdur. Bundan başqa, iddiaçıların israr etdiyi qaydada, müəyyən məbləğdə pulun müqabilində evi Cavabdeh1 satmaları, sonradan eyni qaydada Cavabdeh2 sataraq maraqlarını təmin etmələri və əmlak üçüncü dəfə satıldıqdan sonra əqdin yalan əqd olması əsası ilə etibarsız hesab olunaraq heç bir əvəz ödənilmədən əmlakın iddiaçılara qaytarılması mülki dövriyyənin sabitliyini pozan hal kimi qiymətləndirilə bilər. 21.22. Qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın alğı-satqı qaydalarını və onla rın hüquqi nəticələrini dəqiq müəyyən etmişdir. Hazırkı işdə, mübahisəli ev Cavabdeh1 satılmış və iddiaçılar bu hərəkətin hansı nəticəyə səbəb olmasını aydın surətdə dərk etmişlər. Bundan sonra, əmlak Cavabdeh2 satılmış və həmin hərəkətin də hansı hüquqi nəticələrə səbəb olmasını iddiaçılar dərk etmişlər. Nəhayət, əmlak 3-cü dəfə tərəflərin heç biri ilə əvvəlcədən bir-birini tanımadığı, rəsmi elan əsasında evi alan Cavabdeh3 satıldıqdan sonra bütün əqdlərin etibarsız hesab olunaraq evin iddiaçılara qaytarılması hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir. 21.23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə tərəflərin münasibətinə uyğun olmamışdır. 21.24. Bundan başqa, işdən görünür ki, Cavabdeh1la alqı-satqı müqaviləsi 2014-cü ilin noyabr ayında bağlandığı halda onun etibarsızlığı barədə tələb 2021-ci ilin fevral ayında, yəni 6 ildən artıq müddət keçdikdən sonra irəli sürülmüşdür. 21.25. Hər iki məhkəmənin cavabdehlərin iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi barədə ərizələri ilə bağlı dəyərləndirmələri eyni olmuşdur. 21.26. Məhkəmələr qeyd etmişlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblərin siyahısı öz əksini tapmışdır. Belə ki, 384.0.4-cü maddəyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Hazırkı iddia tələbi mülkiyyətçinin, yəni İddiaçı1 mülkiyyətində olan əmlakın onun iradəsinə zidd olaraq mülkiyyətindən çıxması, bununla da onun mülkiyyət hüquqlarının pozulması nəticəsində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan məhkəmə hesab etmişdir ki, hazırkı tələbə iddia müddəti şamil edilə bilməz. Hətta tələbə iddia müddəti şamil edilməli olsa belə mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldıqdan sonra İddiaçı1 bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti nəticəsində cinayət işi başlanmış və uzun sürən istintaq prosesindən sonra 2020-ci ildə cinayət işi üzrə icraata xitam verilmişdir. Yalnız bundan sonra iddiaçılar öz hüquqlarının pozulduğunu başa düşmüş və mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Mülki Məcəlləyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qayda dan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.) 21.27. Apellyasiya məhkəməsinin gəldiyi nəticə mülki qanunvericiliyin tələblərinə ziddir. Əvvəla, həmin tələblərin Mülki Məcəllənin 384-cü maddəsində nəzərdə tutulan iddia müddətinin şamil edilmədiyi tələblər olması ilə bağlı məhkəmənin mövqeyi əsassız olmaqla maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. 21.28. Belə ki, hazırkı iddia tələbi Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsir dairəsinə daxil olan tələblər deyil. Qeyd olunan normada mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərindən söhbət gedir. Hazırkı işdə iddiaçılar əqdlərin etibarsızlığını tələb edənlərdirlər. Onlar hesab edirlər ki, əqdlərin bağlanması ilə onların hüquqları p ozulmuşdur. 21.29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 21.30. Cavabdeh1la bağlanmış alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi yuxarıda göstərilən səbəblərdən əsaslı olmadığından, kollegiya hesab edir ki, işə təkrar baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiqi imkanına qiy mət verilməlidir. 21.31. Bundan başqa, Cavabdeh3 vicdanlı alıcı olmaması ilə əlaqədar apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyil. Həmin məsələ ilə bağlı apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Cavabdeh3 evi alarkən evlə bağlı hansısa problemin olduğunu təxmini bilmiş, lakin hüquqi cəhətdən savadlı adamlarla məsləhət etdikdə ona hər hansı problemin olmayacağını bildirmişlər. Buradan görünür ki, Cavabdeh3 həmin evlə bağlı hər hansı mübahisənin olduğunu bilmişdir. 21.32. Kollegiya qeyd etmişdir ki, məhkəmə Cavabdeh3 vicdanlı alıcı olması ilə bağlı məsələyə maddi hüquqi baxımdan düzgün qiymət verməmişdir. Belə ki, hətta, alıcının müəyyən məsələlərlə bağlı şübhələri olsa belə, bu hələ onun vicdanlı alıcı ol masını aradan qaldıran hal deyil. Qanunverici vicdanlılığı o halda istisna edir ki, alıcının bildiyi və bilməli olduğu məlumatlar əqdin legitimsizliyi, həmin əmlaka 3-cü şəxsin hüququnun olması ilə bağlı olsun. Özü də alıcının əqd bağlayarkən belə məlumatlara malik olmasını sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Hazırkı işdə iddiaçılar belə sübutlar təqdim etməmişlər, işin halları isə Cavabdeh3 əqd bağlayarkən belə məlumatlara malik olmasını istisna edir. Nəzərə alınmalıdır kı, həmin əmlak uzun müddət rəsmi elanla satışda olmuş və məhz həmin elan əsasında aşkar edilərək alğı-satqı barədə razılığa gəlinmişdir. 21.33. Bundan başqa, kollegiya qeyd etmişdir ki, işə yenidən baxılarkən Cavabdeh1la bağlanmış əqd və sonrakı əqd (Cavabdeh2la bağlanmış əqd) etibarlı əqd kimi qəbul olunduğu tə qdirdə Cavabdeh3 vicdanlı alıcı olub-olmaması ilə bağlı dəyərləndirmə aparılmasına zərurət aradan qalxır. Çünki hesab olunur ki, o, bağ evini onun əvvəlki qanuni mülkiyyətçisindən etibarlı əqd üzrə almışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(105)-1173/2022 nömrəli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Zahid Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2559/2021 nömrəli qətnaməsi İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN 04655841 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə iddia tələblərinin təmin edilməsinə dair digər hissədə ləğv edilərək, iddianın digər hissədə təmin olunmaması qət edilmişdir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, cinayət işinin istintaqı zamanı Cavabdeh2 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı2 2015-ci ilin avqust ayının əvvəllərində Tofiq adlı maklerin vasitəsi ilə tanımışdır. Tanışlıq zamanı YYYxanım bildirmişdir ki, o dietoloq-həkimdir, işlərini genişləndirmək istəyir, arıqlamaq üçün avadanlıq almalıdır, biznesini genişləndirmək üçün ona pul lazımdır. Buna görə evi satmaq istəyir, evi satandan sonra gedib o avadanlığı gətirəcək, sonra evi artıq qiymətə 3 ay müddətinə ondan geri alacaq. Bununla əlaqədar o, həmin vaxt ABŞ dollarının kursu tez-tez qalxmağa doğru getdiyi üçün alğı-satqı müqaviləsinin sonradan ləğvi zamanı maddi itkini sığortalamaq məqsədi ilə YYYxanımdan pulu ABŞ dolları ilə geri alacağı barədə onunla razılaşırlar. Bu məqsədlə onlar 07 avqust 2015-ci il tarixində Bakı şəhəri Həsən Əliyev prospektində yerləşən 1 saylı Bakı asan Xidmət mərkəzinə gedib, orada yerləşən notariusda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev 3, mənzil 27-ni alğı-satqı edərək 80.000 (səksən min) manata YYYxanımdan almışdır. Bununla əlaqədar Cavabdeh2 qeyd etmişdir ki, YYYxanımla razılaşdığı kimi o, həmin mənzili almaq üçün özü ilə 76.672 ABŞ dolları aparıb Asan Xidmətdə YYYxanımın bank hesabına ABŞ dolları ilə qoymuş, YYYxanım da pulu bankdan ABŞ dolları ilə götürmüş, əlavə olaraq YYYxanımın pulu dollarla götürməsi üçün və qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın alğı-satqısı manatla keçiri lməli olduğundan banka 450 manat konvertasiya pulunu ödəmişdir. Həmçinin YYYxanımın xahişi ilə tibbi avadanlığın gətirilməsində çətinliyin aradan qaldırılması məqsədilə ona əlavə olaraq 4000 ABŞ dolları məbləğində borc verməyə məcbur olmuşdur. Belə ki, YYYxanım ailəsi ilə həmin vaxt satdığı mənzildə yaşayırdı. Mənzilin alğısatqısından 3 ay keçdikdən sonra təxminən dekabr ayının 20-də YYYxanım onun yanına gəlib demişdi ki, Corat Bağlar massivində yerləşən bağ evini kiməsə sonradan qaytarmaq şərti ilə satıb, həmin pulu batırıb, hazırda bağ evinin pulunu qaytara bilmədiyi üçün bağ evini alan şəxs onu gözləmir, bağı ucuz qiymətə başqa adama satmaq istəyir, buna görə maddi vəziyyəti pisdir. Sonra o, təklif etdi ki, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili hazırda geri ala bilmir, vəd etdiyi kimi 3 ay müddət bitib, həmin müddət ərzində verdiyi vədi icra edə bilmədiyi üçün ona yeni şərt təklif etmiş və demişdir ki, mənzilə görə alğı-satqı olduğu müddətdən mənzili qaytarana qədər hər ay üçün verilmiş pulun 5%-ni hesablayıb verəcək, bağ evini isə bundan iki il qabaq satdığı adamdan pul verib alsın, əri RF-nın Moskva şəhərində tibb ləvazimatları ilə alver edir, yeni il üçün gələcək, əri gəlib hər iki evin pulunu ödəyib ondan geri alacaq. Lakin o, bağ evini əvvəl almaqda tərəddüd edib fikirləşmişdir ki, artıq problemdədir. Lakin YYYxanım ondan əl çəkməmiş, ona yalvarmışdır ki, həmin bağ evini alsın, sonra isə bağ evini ondan geri alacaqdır. O, tərəddüd içində YYYxanımla razılaşmış və nəticədə 195000 manat məbləğində bağ evinin satılmasına dair FFFlə razılığa gələrək 24 dekabr 2015-ci il tarixində notariat qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin bağ evini almışdır. Bundan sonra yanvar ayının 10-na kimi gözləmiş, lakin YYYhər iki evi almaq üçün heç bir hərəkət etməmiş, buna görə həmin bağ evini müxtəlif saytlarda 240.000 manata satışa çıxartmış, bu barədə müxtəlif maklerlərə məlumat vermişdir. Həmin vaxt evi almaq üçün müxtəlif müştərilər gəlsə də, həmin evi satmamış, gözləmişdir ki, YYYkişi cinsindən olan kimisə gətirsin, onunla son söhbət etsin. YYYdə onu Mahir adlı xalası oğlu ilə görüşdürmüş, Mahirin yanında iki nəfər başqa qohumu da gəlmiş, lakin əsas onunla danışan zaman ondan 15 gün vaxt istəmiş və bildirmişdir ki, 15 günə kimi əmlakın hər ikisi ondan geri alınacaq, o isə 1 ay gözləyəcəyini bildirmişdir. 1 ay keçdikdən sonra 2-3 gün ə rzində Mahirə zəng etmiş, Mahir telefonu götürməmiş, buna görə 2016-cı ilin may ayının 19-da bağ evini Əlinin arvadı Aybəniz adlı şəxsə 210.000 manata satmışdır. Alğı-satqıdan 2 gün sonra Sahilənin qardaşı Sahil onunla görüşmüş, görüşərkən məlum olmuşdur ki, o, onun köhnə dostu olmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunda birlikdə işlədiyi Sahildir. Sahili yaxından tanıdığı üçün Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, mənzil 27-ni gəlir götürmədən 80000 manat pulun geri qaytarılmasına görə 24 may 2016-cı il tarixində alğı-satqı müqaviləsinin ləğvi barədə müqavilə bağlanmışdır. 23.1. Yuxarıda qeyd olunan cinayət işinin istintaqı zamanı İddiaçı2 bildirmişdir ki, Cavabdeh2la Tofiq və Vahid adlı maklerlər vasitsilə tanış olub. LLL onun mənzilinə baxdıqdan sonra 80000 manat verə biləcəy ini bildirmiş, bunun üçün alğı-satqı müqaviləsinin bağlanmalı olduğunu ona bildirmiş, o isə pulun ona 2-3 aylıq lazım olduğunu bildirməklə aylıq 5% üzrə 4000 manat ödəmək şərti ilə buna razılıq vermiş, alğı-satqıdan sonra maklerlərə və mənzilin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün çəkilən xərclər çıxılmaqla ona cəmi 67300 manat pul verilmişdir. Bundan sonra o iki ay üzrə LLLə hər ay 4000 manat olmaqla faiz borcu ödəmişdir. Dekabr ayı üçün faiz borcunu ödəyə bilməmişdir. Həmin vaxt bağ evinə görə FFFə 20.000 manat borcu qalmışdır. Makler Vahidin təklifi ilə tək LLLə borclu qalsın deyə razı olmuşdur ki, Vahid LLLə desin ki, LLL FFFə 20.000 manat ödəyib bağ evini alsın. Vahid LLLin buna razı olmadığını, lakin sonradan onu razı saldığını bildirmişdir. Lakin dolların məzənnəsi qalxdı ğı üçün FFF onun borcunun 40.000 manat olduğunu bildirmişdir. Sonradan FFF ona bildirmişdir ki, 40700 manat pulu LLLdən alıb bağ evini ona satmışdır. Alğı-satqıdan 2-3 gün sonra LLL bağ evinin açarlarını ondan almışdır. Sonra eşitmişdir ki, LLL bağ evini əşyaları ilə birlikdə satıb. Həmçinin o, LLLin yalan dediyini bildirərək göstərmişdir ki, alqı-satqı müqaviləsinin ləğv olunması ilə əlaqədar Bakı şəhərində olan mənzili qaytaran zaman LLLə pul ödəməmişlər. 23.2. Bundan əlavə birinci instansiya məhkəməsinin istinad etdiyi ********* saylı cinayət işinin materiallarında olan LLL Nümayəndə3 və Cavabdeh2 arasında baş vermiş gizlin yolla əldə edilmiş səs yazısında Cavabdeh2 həmçinin mənzil və bağ evinin rəsmiləşdirilməsi ilə əlaqədar 121 min 800 dollar xərcinin çıxdığını bildirmiş, Nümayəndə3 isə bunun dollarla deyil, manatla ifadə edilməli olduğunu mübahisələndirmişdir. 23.3. Qeyd olunan cinayət işinin istintaqı zamanı Cavabdeh2 həmin səs yazısına aşağıdakı kimi münasibət bildirmişdir.” Mən həmin səs yazısına qulaq asandan sonra bildirirəm ki, həqiqətən də həmin səs yazısı da mənə məxsusdur, ancaq mən orada V.V.Vgilə ona görə elə deyirəm ki, onlar məndən əl çəksinlər. Çünkü mən əvvəl V.V.Vgillə danışarkən nə baş vermişdirsə hamısını V.V.V və YYYdemişdim, bu barədə onlara əvvəl də danışmışdım, lakin V.V.V və Sahil məndən əl çəkmirdi. Onların məndən əl çəkmədiyini görüb Sahil və V.V.Vı yola salmaq üçün onların dediklərini təsdiq edirdim ki, məndən əl çəksinlər. Bundan başqa, həmin gecə çoxlu spirtli içki qəbul etmişdim, bərk başım ağrıyırdı, buna görə də onlardan tez aralaşmaq istəyirdim. Bir daha qeyd edirəm ki, səs yazısında göstərilən dəlillərin heç birisini təsdiq etmirəm. Çünkü həmin vaxt mən çalışırdım ki, Sahilin dediklərini təsdiqləyim, o da məndən narazı getməsin. Bundan başqa onu da qeyd edim ki, səsimin V.V.V tərəfindən yazılmasından məlumatım olmamışdır. Əgər səsimin yazılmasını bilsəydim, mən Sahilin dediklərini təsdiq etməyə yox, obyektivliyi və işin faktiki hallarını nəzərə çatdırmağa çalışardım...”. 23.4. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh2 cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində mübahisəli bağ evini məhz İddiaçı2 xahişi ilə almasını göstərmiş, İddiaçı2 isə nəticə etibarı ilə bunu təsdiq etmişdir. X3 və onun qohumları sonradan bağ evini ondan geri almamışlar və buna real təşəbbüs göstərməmişlər. 23.5. Cavabdeh2 ifadələr inə və iş materillarına əsasən müəyyən olunur ki, İddiaçı2 həm bağ evini, həm də Yasamal rayonundan mənzili tibbi avadanlıqların alınması ilə və əldə edəcəyi gəlir hesabına sonradan geri alacağı niyyəti ilə satmışdır. 23.6. İşdən görünür ki, xx.xx.2015-ci il tarixli AN-İN ******* saylı alğı-satqı müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə, yəni Cavabdeh1 ilə Cavabdeh2 arasında notariat qaydada bağlanmış, tərəflər müqavilənin etibarlılığını təsdiq etmiş, bağ evinin dəyəri notariusun bankda olan depozit hesabına keçirilməklə ödənilmiş, müqavilə bağlanarkən müqavilənin doğuracağı hüquqi nəticələr tərəflərə tam aydın olmuşdur. 23.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqdin etibarsızlığı isə mübahisələndirilən etibarsız əqdlərə aiddir. 23.8. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçılar Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş 1 illik kəsici müddəti ötürmüşlər. Belə ki, həmin maddəyə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 23.9. Hazırkı iş üzrə iddiaçılar isə mübahisələndirilən xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi üzrə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişlər. B una görə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına dair hissədə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi isə alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərini nəzərə almayaraq, əsassız olaraq mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Mülki Məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblərə aid 384.0.4-cü maddəsinə istinad etmişdir. 23.10. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əqd Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsinə görə etibarlı əqd kimi qəbul olunduğuna görə iddia tələbi Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissədə də təmin olunmamalıdır. 23.11. Bundan əlavə Cavabdeh3 qarşı qaldırılmış xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına dair iddia həmçinin Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından da təmin edilməməlidir. Belə ki, həmin maddəyə əsasən “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, alğı-satqı müqavilələri mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandıqları və tərəflərin həqiqi iradə ifadələrini əks etdirmədikləri üçün etibarsız sayılmalıdır. Cavabdeh2 İddiaçı2 həm Novxanıdakı bağ evini, həm də Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, bina 3-dəki mənzili aldatmaqla öz adına rəsmiləşdirmişdir. Hər iki müqavilə aldatma olmadan bağlana bilməzdi. Cavabdeh2 bilərəkdən öz hərəkətləri ilə İddiaçı2 səhv fikir formalaşdırmış, onun səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onu bu fikrə gö rə iradə ifadə etməyə sövq etmiş və bunun nəticəsində müqavilələrin bağlanmasına nail olmuşdur. Cavabdeh2 aldadan tərəf olmaqla müqavilələrin bağlanması və xüsusilə də müqavilələrin bağlanmasına dair aparılan müzakirələr zamanı öz əsl niyyəti barəsində yalan məlumat vermiş və öz əsas məqsədi barəsində, yəni İddiaçı2 məxsus evi əldə etmək məqsədi ilə borc müqaviləsi deyil, alğı-satqı müqaviləsi bağlaması barədə məlumat verməmişdir. Cavabdeh2 bu hərəkətləri müqavilələrin İddiaçı2 həqiqəti bildiyi təqdirdə bağlamayacağı müqavilələrin bağlanmasına yönəlmişdir. Yəni mənzilin və evin alğı-satqısı barədə müqavilələrin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə İddiaçı2 qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmışdır. Hər iki alğı-satqı müqaviləsi məhz aldadılma nəticəsində İ ddiaçı2 formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmışdır. İş materialları ilə sübut olunur ki, belə aldadılma olmasaydı mövcud müqavilələr bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Cavabdeh2 evin faizə götürülmüş pula görə borc müqaviləsi bağlamaları barədə İddiaçı2 evin alğı-satqısı barədə müqavilə bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar vermiş, İddiaçı2 borc müqaviləsi bağlanması barədə yanlış təsəvvür yaratmışdır. İddiaçı2 alğı-satqı müqavilələri bağlamaq niyyətinin (iradəsinin) olmaması və həmin iradənin düzgün formalaşmaması alğı-satqı müqavilələrinin aldatma yolu ilə bağlanmasında əsas rol oynamışdır və bu əsasa görə də müqavilələr bağlandıqları andan etibarsız sayılmalıdırlar. Mübahisəli evin alınmış borcun ödənilməyəcəyi təqdirdə satılacağı barədə Cavabdeh2 və Bəhmənova arasında müqavilə bağlanılarkən hər hansı şərt olmamışdır. İddiaçı2 müqavilələri hansı niyyətlə bağladığını həm Cavabdeh1, həm də Cavabdeh2 əvvəlcədən bildirmişdir. Həm Cavabdeh1, həm də Cavabdeh2 İddiaçı2 aylıq faizlə borca pul götürmək və bunun müqabilində ipotekaya qoymaq istəməsini özündə əks etdirən niyyətini bağlanmamışdan əvvəl bilmişlər, həmin şərtlərlə və iradə vahidliyi ilə müqavilələr bağlanmasına razılıq vermişlər. Sonrakı dövrdə həmin şərtlərə əməl olunmuş, İddiaçı2 aylıq faizləri ödəyə bilmədikdən sonra Cavabdeh2 ilkin razılaşmadan kənara çıxaraq evi satmışdır.
26. Cavabdeh2la İddiaçı2 arasında bağlanmış müqavilə məhz aldadılma nəticəsində YYYformalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmışdır. İddiaçı mübahisəli evdə yaşamış və iradələrinə uyğun istifadə etmişlər. Onlara məxsus əşyalar hazırda da mübahisəli evdədir. İddiaçı2 mübahisəli evin Cavabdeh3 satıldığını bildiyi subyektiv anda müqavilələri mübahisələndirməyə başlamışdır. Hazırkı mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədardır. Əhəmiyyətsiz əqdlər barədə müddəalar hazırkı mübahisəyə tətbiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh2 vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etirazın dəlillər i, iddia tələbinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibars ızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
32. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
33. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldat ma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
34. Maddə 354.2. Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
35. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələ r bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1la Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır və həmin hissədən şik ayət yoxdur. İddiaçının kassasiya şikayəti, cavabdehlər Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin, Cavabdeh3 ilə bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onların adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təstiq edən xx.xx.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 mübahisəli fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə çıxarılması və evin boşaldılaraq iddiaçıların həmin evə köçürülməsi tələbinin təmin olunmaması hissəsindən verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməs inin qətnaməsi qismən - cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələblərinin təmin olunmaması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, Cavabdeh2 və Cavabdeh3 qarşı müvafiq olaraq xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı və xx.xx.2016-cı il tarixli, AN-İN * ****** saylı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbini iddiaçı onun aldadılması ilə əsaslandırmışdır. Bu baxımdan iddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 337.1 və 339.2-ci maddələri çıxış edir (bu qərarın 30 və 33-cü paraqrafları).
47. İlk növbədə qeyd olunmalıdır ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqaviləni n bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
48. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal i stisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
49. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
50. Bu baxımdan, müqavilənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılandan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib ititrməməsi müəyyən olunmalıdır.
51. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə yoxlamış və Cavabdeh2 və Cavabdeh3 qarşı müvafiq olaraq xx.xx.2015-ci il tarixli, AN-İN ******* saylı və xx.xx.2016-cı il tarixli, AN-İN ******* saylı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üzrə iddia müddətlərinin keçdiyini müəyyə n etmişdir (bu qərarın 23.8 və 23.9-cu paraqrafları).
52. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
53. Bu halda, mübahisələndirilən əqdlərin etibarsız sayılması barədə iddiaçının irəli sürdüyü digər dəlillərinin araşdırılmasına zərurət qalmır.
54. Məhkəmə kollegiyası, baxılan iddia tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət tətbiq etməklə məhkəmənin səhvə yol verməsi, verilmiş iddiaya Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən iddia müddəti tətbiq edilmədiyi barədə kassatorun dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır.
55. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şə rh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
56. İddiaçının Cavabdeh2la bağlanmış müqavilənin etibarsız sayılması tələbinin faktik əsasını da aldadılma səbəbindən iradə ifadəsinin zədələnməsi təşkil edir. İddiaçı bu faktik əsası kassasiya şikayətində də dəfələrlə təkrarlamışdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı mü qaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
58. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İr adə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şər tlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır.
59. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların Cavabdeh2la borc münasibətlərinə istinad etməklə müqavilənin etibarsız sayılması barədə dəlilini araşdıraraq qeyd etmişdir ki, onların arasında 07 avqust 2015-ci il tarixində Bakı şəhəri Həsən Əliyev prospektində yerləşən 1 saylı Bakı asan Xidmət mərkəzində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev 3, mənzil 27-nin alğısatqı satqısına dair maqavilə bağlanmış, sonradan İddiaçı2 80000 manat pulu geri qaytardığına görə 24 may 2016-cı il tarixdə həmin mənzilə dair alğı-satqı müqaviləsini ləğv etmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt şəhəri, Novxanı bağ massiv ində 0,1154 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251,1 kv.metr olan 1248 k saylı bağ evinə dair 24 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsinin də borc hüquq münasibətləri ilə bağlı olması barədə dəlilləri araşdıraraq rədd etmişdir (bu qərarın 23.4-23.6-cı paraqrafları). Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində mübahisəli bağ evini məhz İddiaçı2 xahişi ilə almasını göstərmiş, İddiaçı2 isə nəticə etibarı ilə bunu təsdiq etmişdir. X3 və onun qohumları sonradan bağ evini ondan geri almamışlar və buna real təşəbbüs göstərməmişlər. Cavabdeh2 ifadələrinə və iş materillarına əsasən müəyyən olunur ki, İddiaçı2 həm bağ evini, həm də Yasamal rayonundan mənzili tibbi avadanlıqların alınması ilə və əldə edəcəyi gəlir hesabına sonrada n geri alacağı niyyəti ilə satmışdır.
61. Göründüyü kimi kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
62. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Kollegiya bildirir ki, sübutları araşd ırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1173/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.