Məhkəmə qərarları › İş №2(102)-5788/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5788/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5788/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5788/21 (Açar sözlər: pul mübahisəsi) Bakı şəhəri, 11 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4215/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə 6800 manat borc pul vermişdir. Borcun qaytarılması vaxtından keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmadığından əvvəlcə polis idarəsinə, sonra isə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 4000 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat, mənəvi ziyana görə 5000 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi b elə əsaslandırılmışdır: o, "xxxx" QSC ilə bağladığı 19.02.2015-ci il tarixdə kredit müqaviləsi əsasında Bankdan 36 ay müddətinə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit götürmüşdür, götürdüyü pul məbləğini səhhətində yaranmış problemlə əlaqədar olaraq xaricdə istifadə etməyi nəzərdə tutmuşdu. İş üzrə Cavabdeh1 qızı Lalənin həkimi olmuş, onunla rəfiqəlik, yaxınlıq edərək sonradan ailələrinin bir üvzünə çevrilmişdir. Bankdan götürdüyü 16000 (on altı min) ABŞ dolları məbləğindən 6800 manat pul məbləğini ona qısa müddət ərzində geri qaytarmaq şərti ilə borc vermişdir. 2015-ci ilin fevral ayında birinci dəfə 6000 manat pul vermişdir, borc pul məbləğini verdikdən sonra mart ayında cavabdeh ona 900 manat qaytardı, lakin bir müddət keçdikdən sonra cavabdeh yenə 800 manat borc götürdü, son rasında 2015-ci ilin oktyabr ayında 300 manat, noyabr ayında 300 manat, dekabr ayında 300 manat, yanvar ayında 300 manat, fevral ayında 250 manat qaytardı, sonra bir neçə ay ödəniş etmədi, sonralar isə iyul ayında 250 manat, avqust ayında 250 manat qaytardı, yenidən bir neçə ay ödəniş etməyi dayandırdı, yenidən noyabr ayında 250 manat, yanvar ayında 200 manat, mart ayında 200 manat və iyun ayında 200 manat olmaqla, cəmi 2800 manatını qaytarmışdır, Cavabdeh1 tərəfindən ona əlavə olaraq 400 manat da vermişdir, ancaq həmin məbləğ onun nəvəsi xəstə olduğu üçün ona yardım kimi ödənilmişdir, buna görə də verilmiş 400 manatı borc məbləği kimi deyil, yardım kimi qəbul edir və ona görə də borcdan silmir. Svetlana onu inandırmaq üçün pulun ondan borca götürülməsini balaca kağız parçası üzərində qeyd etmiş və imzalayaraq həmin kağızı, həmçinin borc qarantı kimi öz evinə dair mülkiyyət sənədi hesab etdiyi Bakı şəhəri Nizami rayonu X1 təqdim etmişdir. Bir müddət sonra maddi vəziyyəti, səhhətində yaranmış problemlər və Cavabdeh1 borca götürdüyü 6800 manat məbləği qaytarmaması bankın aylıq ödənişlərini ödəməyinə çətinlik yaratdı. Bank qarşısında götürdüyü öhdəliklərini vaxtında icra etmədiyi üçün Bank da onu məhkəməyə verdi, həmin iddia tələbi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsi təfindən 09 iyun 2020-ci il tarixli, 2(007)- 349/2020 saylı qətnamə qəbul edilmişdir. Bundan sonra Svetlana ilə münasibətləri pisləşməyə başladı, o, Cavabdeh1 götürmüş borcun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh borcu qaytarmadığı üçün o, hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalm ışdır. Hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra Cavabdeh1 ödənilməmiş 6800 manat borc məbləğindən 2800 manat ödəniş etmiş, qalıq məbləği gecikdirdiyinə, ödəmədiyinə və onun barəsində qəbul edilmiş məhkəmə qətnaməsinə görə hazırda Bank qarşısında olan öhdəliyini tam yerinə yetirdiyinə görə qalıq 4000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onların ailəsi Svetlananı Sevda kimi tanımışlar, lakin sonradan məlum olmuşdur ki, onun əsil adı belədir, borc barədə danışıqlar Svetlana ilə aparılmış, ondan borca görə xahişi də Svetlana etmişdir. Lakin pulu onun oğlu Orxan götürmüşdür. Svetlanaya pul Orxan vasitəsilə ilə verilmişdir. Cavabdeh1 onunla əlaqə saxlamış və hal-hazıra Gürcüstanda olduğunu ona demiş, pulu Orxanın gəlib götürəcəyi b ildirmişdir, Svetlana ondan borcu həyat yoldaşı Faiq Hümbətovun müalicəsi məqsədilə almasını bildirmişdir. Bundan başqa, İddiaçı borc məbləği barədə apardığı qeydiyyat kitabçasından çıxarışları məhkəməyə təqdim edərək əlavə olaraq bildirdi ki, verdiyi borc, həmçinin borca görə aldığı pullar barədə orada qeydiyyatı şəxsən aparmışdır, qızı Lalənin həmin borca heç bir aidiyyəti yoxdur, borc pul ona məxsusdur, borcun alınması barədə qeyd kağızında onun Lalədən götürüldüyü barədə yazıya fikir verməmişdir, bir daha qeyd edir ki, ilk olaraq 6000 manat borc vermiş, bundan sonra 900 manat qaytarılmış, əlavə olaraq 800 manat borc verilmişdir, hissə-hissə isə 2800 manat qaytarılmışdır, həmin dövrdə nəvəsi xəstə olduğundan onlar xəstəxananın qarşısında olarkən Svetlana tərəfindən uşağa yardım kimi 400 manat verilmişdir, həmin məbləği borca görə ödəniş kimi deyil, yardım kimi qəbul etmişdir, hamin əl yazısı borcun təsdiqi kimi Svetlana tərəfindən sonradan verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-4782/20) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2700 manat əsas borc, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat, cəmi 2900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 740.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsi MK-nın 02.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.İsgəndərov (sədrlik edən və məruzəçi), H.Həmidov və E.Kazımov, iş No 2(103)-4215/2021 saylı mülki iş) Cavabdeh1 apellyasiya şikayəti təmin olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 2700 manat əsas borc, hüquqi xidmətlərin göstəril məsinə görə ödənilmiş 200 manat, cəmi 2900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın rədd olunması qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 77.1, 78.1 -ci maddələrinə istinad etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayə ti belə əsaslandırılmışdır: iş üçün əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.

16. Maddə. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

21. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi təhqiqat orqanının 23 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında Cavabdeh1 göstərmişdir ki, həyat yoldaşının xəstəliyi ilə əlaqədar Kifayətin qızı Lalədən 15 faizlə 6000 manat pul almış, birinci ay faizi öd əyə bilməmiş, 800 manat əlavə etmişdir. İddiaçının tələb etdiyi pul vəsaitinin faktiki olaraq borc şəklində iddiaçı tərəfindən deyil, qızı Lalə tərəfindən cavabdehə verilməsi öz təsdiqini tapmışdır.

22. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı əsl iddiaçı ilə əvəz edilməmiş və məhkəmə verilmiş tələb üzrə işə baxmışdır.

23. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdehin onun qarşısında müqavilə öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır

25. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4215/2021 nömrəli, 02.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar