Məhkəmə qərarları › İş №2(102)-5788/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5788/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5788/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və YYYqızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və YYYqızına qarşı mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4442/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail Rayon İcra Hakimiyyətinin başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il sərəncamı ilə Bakı şəhəri, Ağa Neymətulla küçəsi 1 nömrəli evin 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilə dair X6 adına order verilməsi, orderdə onun ailə üzvləri kimi İddiaçı (arvadı), X7 (oğlu) və X8 (oğlu) yazılması qərar alınmışdır.

2. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 19/87 nömrəli evin 29 nömrəli mənzilində X6, Cavabdeh1, Cavabde h3 2008-ci və X2 2011-ci ildən qeydiyyatda olması barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2020-ci il tarixli 28 nömrəli arayış verilmişdir.

3. X9 15 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır və İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə ünvan 1 ünvanına 29 sentyabr 1995-ci il tarixli, 2750 nömrəli sərəncamın təsdiq olunmuş surətinin verilməsi barədə Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və ASAN Xidmət Mərkəzinə 21 iyun 2021-ci il tarixli və 22 iyun 2021-ci il tarixli məktublar ünvanlanmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya 30 oktyabr 2021-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, İdarənin əməkdaşları Bakı şəhəri, ünvan 3 ünvan: ünvan 4ın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün texniki inventarlaşdırma işləri apararkən lazımi şərait yaradılmaması səbəbindən ərizənin icrası mümkün olmamışdır.

5. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 41 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamı ilə, S.Rəhimov küçəsi 167 saylı evin 1 otaqlı yaşayış sahəsi 16.0 kv.m olan 17 saylı mənzilinin icarə müqaviləsinin İddiaçı ilə bağlanması və onun, həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, inventarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X9 15 dekabr 2020-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etmiş, digər vərəsələr iddiaçının xeyrinə öz paylarından imtina etmişdir. Bakı şəhəri 5 saylı notariat ofisi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanlayaraq mənzilin üzərində mərhum həyat yo ldaşının mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim edilməsi xahiş etmişdir. Lakin sözügedən mənzildə qeydiyyatda olan cavabdehlər notarius tərəfindən ünvanlanmış sorğunun DƏDRX tərəfindən icrasına imkan vermirlər. Belə ki, cavabdehlər özləri həmin mənzildə yaşamırlar, iddiaçının mərhum ərinə məxsus mənzili müxtəlif şəxslərə icarəyə verərək gəlir əldə edirlər. Cavabdehlər və mənzildə kirayədə yaşayan digər şəxslər mənzilə dair çıxarışın verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən tələb olunan mənzilin inventarlaşdırılması işlərinin aparılmasına şərait yaratmırlar. Ərinin yeganə vərəsəsi olaraq onun sahibliyində olmuş 20 saylı mənzil iddiaçı nın mülkiyyətinə verilməlidir. Bu onun vərəsəlik hüququdur və heç bir əsasla məhdudlaşdırıla bilməz. İddiaçının əri 2020-ci ilin noyabr ayında onun məlumatı və razılığı olmadan ailələri ilə heç bir qohumluq əlaqələri olmayan cavabdehlərin həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarına dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin qərarı ilə iddianın inzibati məhkəməyə verilməli olduğu əsası ilə iddia geri qaytarılmışdır. Ancaq bu müddət ərzində əri 15 dekabr 2020-ci il tarixdə qəfildən vəfat etdiyindən məsələ yarımçıq qalmışdır.

8. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul etməyərək bildirmişlər ki, 1996-cı ildə onlar Bakı şəhərində ev almaq istəyərkən ailə üzvlərindən biri olan LLL onlara bildirmişdir ki, onun yaxın dostu X1 borcu v ar, evini satır, amma alıcı yoxdur. Onlar LLLun ailə üzvü olmasını, V.V.Vlə dostluq etməsini nəzərə alaraq, mübahisəli evi V.V.Vdən ailə üzvlərinin razılığı ilə razılaşdığı qiymətə, alğı-satqı müqaviləsi rəsmiləşdirilmədən almışlar. Həmin vaxt mübahisəli mənzilin yerləşdiyi ev istismara təhvil verilmədiyinə görə alğı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Ona görə də mənzilin özəlləşdirilməsi mümkün deyildi. V.V.V 2008-ci ilin aprel ayında qeyd olunan mənzilə qeydiyyata düşsə də, nə onun özü, nə də onun ailə üzvləri qeyd olunan mənzildə bir gün də olsa yaşamamışlar. V.V.Vin ailə üzvləri heç vaxt qeyd olunan mənzilə qeydiyyata düşməmişlər. Onlar 1990-cı ildən ünvan 5 ünvanda olan yaşayış sahəsində qeydiyyatda olmuş və orada yaşamışlar. Mənzilə dair sonuncu etibarnamə xx.xx.201 3-cü il tarixdə verilmişdir. Mübahisə olunan mənzilin yerləşdiyi ev istismara 2019-cu ilin sonunda verilmiş və həmin vaxt Cavabdeh1 Rusiya Federasiyasında olduğu üçün pandemiya ilə əlaqədar yollar bağlandığına görə Bakı şəhərinə gələ bilməmişdir. 2020-ci ilin son aylarında Cavabdeh1 mənzilin sənədlərini rəsmiləşdirmək üçün Bakı şəhərinə gəlmiş və ona məlum olmuşdur ki, İldırım Qarayevin ailə üzvləri onun xəstə olduğundan istifadə edərək, onun adından Nərimanov Rayon Məhkəməsinə cavabdehlərin mənzilə hüququnun itirilməsi barədə iddia tələbi ilə müraciət etmişlər. Cavabdeh1 dəfələrlə V.V.Vlə görüşmək istəsə də, iddiaçı və onun övladları buna imkan verməmişlər. Mübahisəli mənzil 1995-ci ildə verilməsinə baxmayaraq, mənzilin kirayə müqaviləsi bu günə kimi nə V.V.Vin, nə də onun ailə üzvlərində n heç birinin adına rəsmiləşdirilməmişdir. Ona görə ki, mübahisəli mənzilin cavabdehlərin tərəfindən alındığı və 1996-cı ildən bu günə kimi onların istifadəsində olduğu üçün bu mümkün deyildi. Mənzil alınanda təmirsiz olmuşdur və onların tərəfindən təmir edilmişdir. Mənzilin kommunal xidmət haqqını onlar ödəmişdir. Qanunvericiliyin tələbinə görə hər hansı vətəndaşa ailə üzvlərinin sayına görə mənzil ayrılarkən orderdə adları göstərilən vətəndaşlar yaşadıqları mənzili dövlətə təhvil verərək orderdə ünvanı göstərilən mənzilə köçməlidirlər. Azərbaycan Respublikasının 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan və eləcədə həmin tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə görə mənzilin əsas kirayəçisi tərəfindən ailə üzvü kimi və eləcədə digər əsaslarla mənzilə buraxılmış şəxslər mənzildə yaşayan digər şəxslərlə bərabər hüquqa malikdirlər. İddiaçının, nə də onun ailə üzvlərinin mübahisəli mənzilə heç bir hüququ yoxdur və ola bilməz.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 801/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və YYYqızı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması və inventarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi bildirmişdir ki, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.... İş üzrə İddiaçı Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il tarixli sərəncamından da göründüyü kimi X6 arvadıdır, X915 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4-cü maddələrinə istinadla bildirmişdir ki, mülkiyyət hüququ tə biəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzildə cavabdehlər yaşayır. Cavabdeh1 verdiyi izahatda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə t Xidmətinin əməkdaşlarına evə baxış keçirməsi üçün maneə yaratmasını etiraf etmiş, bununla da həmin halı sübutetmə yükündən iddiaçını azad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli mənzili 1996-cı ildə iddiaçının mərhum əri X4 almaları, lakin həmin dövrdə mənzilin yerləşdiyi evin istismara qəbul edilməməsi səbəbindən alğı-satqını rəsmiləşdirməyin mümkün olmadığını, həmin vaxtdan etibarən X6, nədə ki, onun ailə üzvlərinin mənzildə yaşamaması, evin istismara 2019-cu ildə qəbul edilməsi, keçən müddət ərz ində mənzildə təmir işləri aparması, kommunal və digər xərclərin tərəflərindən ödənilməsi, iddiaçının mənzilə hüquqlarının olmaması ilə əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 5 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işdə olan sənədlərə (sərəncamlar və s.) əsasən iddiaçının mübahisəli mənzilə dair subyektiv hüquqlarının olması aşkardır. İddiaçının məqsədi mənzil üzərində olan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. Bu məqsədlə o, ərinin vəfatından sonra notariat orqanına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfin maneəsi nəticəsində mənzildə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh tərəf bu halı inkar etmir. Etirazının əsası kimi - mənzilin 1996-cı ildə iddiaçının mərhum əri tərəfindən onlara satılmasını, həmin vaxtdan mənzildə yaşamalarını və s. göstərmişlər. Cavabdeh tərəfin qeyd edilən etirazı, iddianın rədd olunması üçün qanuni əsas təşkil etmir. Cavabdeh tərəf mənzilə dair qanuni əmlak hüquqlarının mövcudluğu, eləcə də iddiaçı ilə bağlı işdə olan hüquqmüəyyənedici sənədlərin ə həmiyyətsizliyi ilə bağlı (istər inzibati orqanın qərarı, istərsə məhkəmənin qərarı və s.) məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Əksinə, iddia ərizəsinə etirazdan, eləcə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh tərəf mənzillə bağlı hər hansı rəsmiləşdirmənin aparılmadığını göstərmişdir. Halbuki, mülki qanunvericilik daşınmaz əmlakların özgəninkiləşdirilməsi qaydasını və formasını dəqiq tənzimləmişdir (daşınmaz əmlakın şifahi əqdə əsaslanan alğı-satqısı əhəmiyyətsizdir). Bununla yanaşı, cavabdeh tərəf bu istiqamətdə müstəqil qaydada hər hansı tələb də irəli sürməmişdir. Belə olan halda məhkəmə kollegiyası hazırki icraat çərçivəsində cavabdeh tərəfin mənzilin əldə olunması ilə bağlı (mənzilin satılması və s.) dəlillərini araşdırmağı zəruri hesab etməmişdir.

17. Mə hkəmə kollegiyası qeyd etmişdir ki, hazırda qüvvədə olan sənədlərlə iddiaçının mənzil üzərində hüquqlarının mövcudluğu müəyyən olunur. Bu hüquq isə ona həmçinin cavabdehlər tərəfindən səlahiyyətli inzibati orqanın (ƏMDX) əməkdaşları tərəfindən müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir.

18. Məhkəmə öz mövqeyini 30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 53-cü, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1, 59.2, 59.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 158.1.2-ci, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, «İnsan hüquqlarının və əsas azadlıqların m üdafiəsi haqqında» Konvensiyanın 35-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması araşdırılmadığından iddiaçının iddia etdiyi hüquq pozuntusunun da mövcudluğu müəyyənləşdirilə bilməz. Həmçinin iddiaçının tələb hüququnun hər hansı qanuni əsası və cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur, belə ki, iddiaçı hüquqların qeydiyyatı ilə əlaqədar müvafiq or qana müraciət etmiş və həmin inziati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Buna görə də o, tələb hüququnu iddiaçının tələblərini icra etməyən həmin orqana ünvanlanmalı idi.

21. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 261.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qo runur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüquq u - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

29. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

30. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvl əri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

42. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də iddianın həllinə məhz iddiaçının subyektiv hüququnun təhlilindən başlamış və Səbail Rayon İcra Hakimiyyətinin başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il sərəncamını həmin dövrdə qüvvədə o lmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, iddiaçının mənzilə dair hüquqlarını təsbit edən hüquqi fakt kimi qəbul etmişdir. Məhkəmənin həmin mövqeyi əsaslıdır. Çünki sözügedən sərəncamın legitimliyi mübahisələndirilmir. Sərəncamın verildiyi vaxtı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində, rayon (şəhər), şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən vətəndaşa verilmiş orderin, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında yaşayış sahəsinə köçmək üçün yeganə əsas olduğu əksini tapmışdır.

43. Bu halda, iddiaçının icarədarın ailə üzvü olaraq həmin mənzildən icarədarla bərabər hüquqları yaranmış olur (həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin birinci his səsi). Hazırki vəziyyətdə isə iddiaçının həmin mənzilə dair inventarlaşdırma işlərinin aparılmasında qanuni marağı var və cavabdehlərin hərəkətləri iddiaçının qanuni marağının əksinə yönəlməklə heç bir hüquqi əsasa malik deyildir. Buna görə də iddiaçının subyektiv hüququnun olmaması barədə kassatorun dəlilləri əsassızdır.

44. Cavabdehin verilmiş iddiaya cavab verməli olub-olmamasının araşdırılmadığı, iddiaçının tələb hüququnun hər hansı qanuni əsası və cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olmaması barədə dəlilləri də əsassızdır.

45. Çünki məhkəmələrdə cavabdehlər invantarlaşdırma işlərinə mane olmalarını inkar etməmişdir. Onların etiraz dəlilləri mahiyyəti etibarilə məhz inventarlaşdırma aparılmasının rədd edilməsinə yönəlmişdir.

46. Kollegiya bildirir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar