Məhkəmə qərarları › İş №2(102)-579/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-579/2025

13.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-579/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(106)188/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızı və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-760A, KOD 80200058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətlərində olan, cavabdehin zəbt etdiyi 0,06 hektar torpaq sahəsinin cavabdehin hesabına azad edilərək, iddiaçılara qaytarılması, çəkdikləri dəmir torların yenidən cavabdeh tərəfindən çəkilməsi, cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(049)-2298/2023 nömrəli qətnaməsi ilə (hakim M.Qasımov) iddia qismən təmin edilmiş, JN760A saylı, 80200058 kodlu “Torpağa mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Kazım qızına, İddiaçı4 məxsus olan və Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən, Cavabdeh istifadə etdiyi 0,06 ha torpaq sahəsinin cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılmaqla cavabdeh tərəfindən iddiaçılara qarşı edilən maneələrin aradan qaldırılması, tərəflər arasında həmin torpaq sahəsinin alğısatqısına dair şifahi ola raq bağlanmış əqd etibarsız olduğundan, iddiaçılardan müştərək qaydada 1998-ci il tarixdə cavabdehdən aldıqları ******* manat pulun bu günə olan nominalı – 200 manatın cavabdehə qaytarılması, İddiaçı1 ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi və sonuncudan tutularaq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2(106)-188/2024 nömrəli qətnaməsi ilə (hakim S.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədov və T.Heydərov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(049)-2298/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması” tələbinə dair iddiaları təmin edilməmişdir.

4. Qeyd olunan qətnamədən İddiaçı1 kassasiya şikayəti vermiş, həmin kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(106)-188/2024 nömrəli qərardadı ilə (hakim A.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədov və T.Heydərov) geri qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin MPM-in 405.0.1-ci maddəsinin tələbinə uyğunluğunu ilə əlaqədar iş materiallarını araşdırarkən, iş materiallarına ə lavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışla müəyyən etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2024-cü il tarixli qətnaməsi 07 oktyabr 2024-cü il tarixdə İddiaçı1 vəkili və nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş və bununla da qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamışdır. Eyni zamanda, iş materiallarının 236-cı vərəqində olan İddiaçı1 məhkəmə qətnaməsi aldığını təsdiqləyən poçt xəbərnaməsi mövcud olsa da, həmin xəbərnamədə onun qətnaməni aldığı tarix göstərilməmişdir.

6. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti 15 dekabr 2024-cü il tarixdə elektron sistemə yerləşdirilmiş, yəni kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən 8 gün sonra verilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 400, 402.2-402.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

8. İddiaçı1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(106)-188/2024 nömrəli qərardadının ləğv edilməsi və qətnamədən verilmiş kassasiya şikayətinin mümkünlüyü ilə bağlı zəruri prosessual hərəkətlərin edilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konsti tusiyasının 60-cı, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, Mülki Prosessual Məcəllənin 9, 81, 88, 134, 135, 136, 217.1, 217.3, 405-ci maddələrinin tələbləri pozulmuşdur.

10. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının yaşayış ünvanına 22 oktyabr 2024-cü il tarixdə poçt müəssisəsi vasitəsilə təhvil verilmişdir. Qətnamədən tərəfindən 15 dekabr 2024-cü il tarixdə kassasiya şikayəti verilmişdir. İddiaçı Elektron Məhkəmə İnformasiya Sisteminə qeydiyyatdan keçmədiyi səbəbindən, onun özünün müstəqil şəkildə həmin Sistemə daxil olmaq və Sistemdən hər hansı məlumat almaq imkanı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 07 oktyabr 2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş olsa da, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı yalnız Vəkil2 tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsi halına münasibətdə başlamış hesab edilir. İddiaçının vəkili və nümayəndəsi olmuş Vəkil2 ilə hüquqi yardımın göstərilməsi istiqamətində münasibətləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin çıxarılması ilə bitmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yerləşdirildiyi sifarişli xəbərnaməli məktub zərfin üzərindən görünür ki, həmin məktub 09 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC-nin Şirvan MXŞ-nə təhvil verilmiş və 21 oktyabr 2024-cü il tarixdə MMC-nin Lənkəran rayonu Kənarmeşə PŞnə daxil olmuşdur. Göründüyü kimi, istənilən halda həmin məktubun iddiaçıya 21 oktyabr 2024-cü il tarixindən tez təhvil verilməsi qeyri-mümkün idi. Kassasiya şikayətinə əlavə edilmiş "xxxx" MMCnin X1 Filialından alınmış 29 dekabr 2024-cü il tarixli məktub-arayışdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2024-cü il tarixli qətnaməsi İddiaçı1 Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən yaşayış ünvanına SX043012743AZ seriyalı sifarişli xəbərnaməli məktubla 22 oktyabr 2024-cü il tarixdə sahə poçtalyonu tərəfindən, şəxsən “F8” çatdırma vərəqinə imza etdirməklə təhvil verilmişdir. İş materiallarının 236-cı vərəqində olan iddiaçının qətnaməni aldığını təsdiqləyən poçt xəbərnaməsində tarix göstərilməsə də, həmin xəbərnamənin "xxxx" MMC-nin Lənkəran rayon poçt bölməsinə daxil olmasına dair 21 oktyabr 2024-cü il tarixinə aid dairəvi şt amp vurulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən, ən azından 21 oktyabr 2024-cü il tarixinə istinad edilsə belə, kassasiya şikayətinin 15 dekabr 2024-cü il tarixdə verilməsi faktı həmin kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülmədən, ən azından son tarixdən də 6 gün tez verilməsini təsdiq edir.

11. Kassator məhkəməyə vəsatət verərək, işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

13. Kassasiy a şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar is tisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “ elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

15. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiy yəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

17. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2024-cü il tarixli qətnaməsinin əsaslandırılmış surəti 07 oktyabr 2024-cü il tarixdə İddiaçı1 nümayən dəsi, Vəkil2, habelə digər iddiaçı (hazırkı kassatorun qızı) İddiaçı3 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş, eyni zamanda xəbərnaməli poçt vasitəsi ilə iddiaçıların ünvanına göndərilmişdir. Kassatora göndərilmiş məktuba dair xəbərnamədə qətnamənin alınma tarixinə dair qeyd olmasa da, eyni ünvanda yaşayan və ailə üzvləri olan digər iddiaçılara qətnamə 17 oktyabr 2024-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur.

18. İddiaçı1 nümayəndəsi, Vəkil3 vasitəsi ilə verilən kassasiya şikayəti 15 dekabr 2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kas sasiya şikayətinin verilməsinə səlahiyyətli olan nümayəndəsinə 07 oktyabr 2024-cü il tarixdə verilmiş hesab olunur və həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddət məhz qeyd olunan tarixdən hesablanmalıdır. İddiaçı tərəfindən isə kassasiya şikayəti 15 dekabr 2024-cü il tarixdə, yəni 2 ay 8 gündən sonra verilməklə, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmış, buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.

20. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin iddiaçının özünə təqdim edilməsinin tarixi əhəmiyyət kəsb etmir. Belə ki, qətnamənin iddiaçının nümayəndəsi olan vəkilinə rəsmi verilməsi yuxarıda qeyd olunan qaydada müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, sonuncuya məhkəm ə aktlarından şikayətlərin verilməsi səlahiyyəti 09 yanvar 2024-cü il tarixli etibarnamə ilə verilmişdir.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(106)-188/202 4 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar