Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5790/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 mart 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-2431/2018, hakim C.T.Qədimov) ərizəçi X2 ərizəsi təmin edilmiş, ərizəçinin 01 dekabr 1973-cü ildən 01 yanvar 1987-ci ilədək "xxxx"adına sovxozda sağıcı, 05 yanvar 1987-ci ildən 18 may 1992- ci ilədək "xxxx" kənd mədəniyyət evində kütləvi işçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8210/2018, hakimlər R.Ə.Eyvazov, S.F.Hacıyev, F.Ş.Talışinski) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Suraxanı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2019cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev, Ə,Mirzəliyev və T.Qoldman) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər X.Sarıyev və Ş.Məhərrəmova, İş № 2(103)3775/2019) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Soial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apellyaiy aşikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Ərizəçi X6 20.02.2018 il tarixdə iddia əriəzsi ilə məhkəməyə müraciət edərək onun 01 dekabr 197 3-cü ildən 01 yanvar 1987-ci ilədək "xxxx" adına sovxozda sağıcı, 05 yanvar 1987-cii ildən 18 may 1992-ci ilədək "xxxx" kənd mədəniyyət evində kütləvi işçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nə ticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, ərizəçi X3 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəf üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən, kollegiya işə gəlməyən digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlənd irilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X6 01 oktyabr 1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. X13, X12 və Ərizəçi 01 dekabr 1973-cü ildən 01 yanvar 1987-ci ilədək "xxxx" adına sovxozda sağıcı və 05 yanvar 1987-ci ildən 18 may 1992-ci ilədək "xxxx" kənd mədəniyyət evində kütləvi işçi vəzifəsində işləməsini təsdiq etmişlər. Həmin akt həmçinin Laçın rayon İH başçısının Əhmədlikənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13, X12 və X8 ifadələrində imzaladıqları akta göstərilən halları təsdiq etmişlər. O cümlədən, X13 və X8 müvafiq dövrdə ərizəçi ilə birlikdə "xxxx" adına sovxozda, X12 isə ərizəçi ilə birlikdə "xxxx" kənd mədəniyyət evində işlədiyini bildirmişlər. İş materiallarına olan əmək kitabçalarının təsdiq olunmuş surətlərinə əsasən şahidlər X13 və X8 müvafiq illərdə "xxxx" adına sovxozda işləmişlər. İşdə olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən şahid X12 05 may 1969-03 mart 1976-cı illərdə Laçın rayonu "xxxx" adına sofxozda fəhlə, 03 mart 1976-1993-cü illərdə "xxxx" kənd mədəniyyət evinin bədii rəhbəri vəzifəsində işləmişdir. İşdə olan X2 əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən o, 02 noyabr 1992-ci ildən 01 sentyabr 19 96-cı ilədək "xxxx" kənd mədəniyyət evində kütləvi işçi vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin 30 yanvar 2018- ci il tarixli məktubu ilə X4 bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 -ci maddəsinə əsasən ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığorta olunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şi kayətinin dəlillərini işin müəyyən olunmuş həqiqi halları ilə əlaqədar qiymətləndirib belə nəticəyə gəlmişdir ki, X6 01 dekabr 1973-cü ildən 01 yanvar 1987-ci ilədək "xxxx" adına sovxozda sağıcı, 05 yanvar 1987-ci ildən 18 may 1992-ci ilədək "xxxx" kənd mədəniyyət evində kütləvi işçi vəzifəsində işləmiş, lakin Laçın rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində müvafiq sənədlər itirildiyindən, onun sosial təminat hüququnun təmin edilməsi (əmək pensiyasının təyin olunması) üçün həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmış və birinci instansiya məhkəməsi həmin faktı təsdiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdi r. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1 -ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.11 -ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilm iş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə P AS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maraqlı şəxsin apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun tələblərinə əməl etməməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş qiymətlə məhkəmə kollegiyası razılaşır və ona görə də kassasiya şi kayətinin dəlillərini eyni əsaslarla qiymətlənləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri isə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla prosessual və maddi hüquq normaları düzgün tətbiq olunaraq iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdı r. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5790/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5790/2019
16.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver