Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5792/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Hacıyev Sənan Firudin oğlu və Nəbizadə Raqib Sahib oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7166/2018 saylı 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və köçür ülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim X.Məhərrəmova). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov, İş № 2(103)747/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7166/2018 saylı 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşağının Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında yerləşən 55 saylı evə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, azyaşlı oğlu Akif Allahverdiyev mübahisəli mənzildə qeydiyyatdadır, onların başqa yaşayış yerlərinin olmadığından, məhkəmələr tərəfindən onların həmin evə istifadə hüquqları tanınmalı və oğlu ilə birlikdə həmin evə köçürülmələri təmin olunaraq qətnamə qəbul edilməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbayc an Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hall arının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, mübahisəli ev Bakı şəhər icra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və cavabdehin mərhum atası X2 məxsus olmuşdur. İddiaçı cavabdeh ilə 15.03.2013-cü il tarixdə ailə quraraq cavabdehin qardaşına məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşamağa başlamışlar. Tərəflərin 25.01.2013-cü il tarixli X7 anadan olmuşdur və mübahisəli evdə yaşamasa da, formal olaraq həmin ünvanda qeydiyyatdadır. İddiaçı və azyaşlı övladı mübahisəli evdə yaşamamışlar. 20.06.2018-ci il tarixdə məhkəmənin qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşağın anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Hazırda iddiaçı azyaşlı uşağının həmin evdə qeydiyyatda olmasını nəzərə alaraq onun mübahisəli evə istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ünvan 2 ünvanda yerləşən ev Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır, həmin ev cavabdehin mərhum atası X2 məxsus olmuşdur və İddiaçı ilə cavabdehin mərhum atası X4 arasında həmin evin istifadə hüququna dair hər hansı yazılı razılaşma bağlanmamışdır. Həmin evdə mərhum X1 ailə üzvləri qeydiyyatdadırlar və evd ə mərhumun həyat yoldaşı X5 yaşayır. İddiaçı mübahsəli evdə heç vaxt yaşamamışdır, onun həmin evə istifadə hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallar əsasında belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan azyaşlı X3 mübahisəli evdə qeydiyyatda olması da, iddiaçının həmin evə köçürülməsinə əsas yaratmır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olması müəyyən edilmədiyindən, hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin M əcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 200 8-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən o n dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı ilə cavabdehin mərhum atası X4 arasında həmin evin istifadə hüququna dair hər hansı yazılı razılaşma bağlanmamış, iddiaçı mübahsəli evdə heç vaxt yaşamamış və onun həmin evə istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkə mə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5792/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5792/2019
16.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver