Məhkəmə qərarları › İş №2(102)-5793/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5793/2019

08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5793/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli 2(009)-3203/2017 qətnaməsi (hakim Z.Əliyev; sylı mülki iş üzrə) ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 ara sında bağlanmış 08 noyabr 2016-cı il tarixli, RH-00002-01/16 A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı-nin xeyrinə 95.000 manat əsas, 8.666,31 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 103.716,31 (yüz üç min yeddi yüz on altı manat, otuz bir qəpik) manat məbləğində borcun, iddianın qaldırılması ilə əlaqədar xidmət haqqı ilə birlikdə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumun tutulması, tutmanın ipoteka predmetiləri olan, Cavabdeh3 məxsus Bakı şəhəri, ÜNVAN, 19 saylı evin 8 saylı mənzilinə və Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı-nin təmin edilmiş tələblərin ödənilməsi, Bakı şəhəri, ÜNVAN, 19 saylı evin 8 s aylı mənzili satıldıqdan sonra Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi və həmin daşınmaz əşya boşaldılması (iddiaçıya satıldığı təqdirdə), ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi satıldıqdan sonra həmin daşınmaz əşya boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı-nin xeyrinə tutulan borc ödənildikdən sonra Bakı şəhəri, ÜNVAN, 19 saylı evin 8 saylı mənzilin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh4 qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakimlər; T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C. Kazımov,2(103)18/2018saylı mülki iş) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetiləri olan, Cavabdeh3 məxsus Bakı şəhəri, ÜNVAN, 19 saylı evin 8 saylı mənzilinə və Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı-nin təmin edilmiş tələblərin ödənilməsi hissəsində dəyişdirilməsi,Cavabdeh3 qızma məxsus Bakı şəhəri, ÜNVAN, 19 saylı evin 8 saylı mənzilin ilkin satış qiymətinin 71000 manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 181000 manat müəyyən edilməsi qət edilmiş, qətna mə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 17 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.İbayev (sədrlik edən, məruzəçi), A.K.Kalbalıyev və Ə.Ə.Əliyev, 2(102)-5621/2018 saylı mülki iş) Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 mart 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 mart 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.Səmədov(sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Kazımov, 2(103)-18/2018 saylı mülki iş) Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 mart 2018-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. İşin halları İddiaçı “Bank” BTB” ASC ərizə ilə məhkəməyə müraciət edərək, bank ilə Cavabdeh2 arasında bağlanmış 08 noyabr 2016-cı il tarixli, RH-00002-01/16 A saylı kredit müqaviləsinin ləğv edilməsi,həmin kredit müqaviləsindən irəli gələn 07.06.2017-ci il tarixinə olan 95.000 manat əsas borc, 8.666,31 manat faiz və 542,87 manat dəbbə pulu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 104.209,18 manat və 30.40 manat məbləğin Cavabdeh2 bankın xeyrinə yuyulması, Cavabdeh3 ilə bağlanan 08 noyabr 2016-cı il tarixli, RHG-0000201/16A-(1) saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67.78 kv.m olan mənzilə, həmçinin Cavabdeh4 ilə bağlanmış 08 noyabr 2016-cı il tarixli, RHG-0000201/16A-(2) saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73 kv.m.olan qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əşyaların açıq hərracdan satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin predmetlərin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, satışdan əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan, məbləğin Cavabdeh2 tutulması,ipoteka predmeti olan mənzilə qeydiyyatda olan Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi, ipoteka predmeti olan mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətini n dəlilləri Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzr lü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara i stinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh4 mübahisələndirilən qətnamənin surətini 18 sentyabr 2018-ci il ntarixdə şəxsən qəbul edib(səh 184), lakin kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə 26 noyabr 2018ci il tarixdə təqdim etmiş, müəyyən edilmiş 2 (iki) aylıq prosessual müddəti pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 133.1 -ci maddəsinə əsasən məhkəmə qanuna müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 405.0.1 -ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. Azərbaycan R espublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası üçün heç bir üzrlü səbəblər olmadığından onun ərizəsi təmin olunmamalı, kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şik ayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar