Məhkəmə qərarları › İş №2(102)-5794/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5794/2019

01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5794/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)3714/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(001)5794/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) İddiaçı cava bdeh X2 və digərlərinə qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, ünvannə dair İddiaçıla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilib. Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)3714/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İ şdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və üçüncü şəxsə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Xə məxsus olan Bakı şəhəri, ünvanni 1990-cı ildə satın alıb. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. X 30 iyun 1989-cu il tarixdə ölüb. Xin arvadı Cavabdeh 01 mart 1990-cı il tarixdə onun X6un adına üç il müddətində qüvvədə olmaqla etibarnamə verib. 1996-cı ildən ailə üzvləri ilə birlikdə mübahisəli evə daimi qeydiyyata alınmışlar. Cavabdeh evi satdıqdan sonra Rusiya Federasiyasına köçüb gedib. X6 19 avqust 2012-ci ildə ölüb. Artıq 28 ildir ki, fasiləsiz və etirazsız olaraq mübahisəli evdə yaşayırlar, evin bütün kommunal xərcləri onlar tərəfindən ödənilir və fərdi yaşayış evi onun sahibliyində, i stifadəsindədir. O, notariat qaydasında təsdiqlənməsi tələb olunan alqı-satqı müqaviləsini tamamilə icra etməsinə baxmayaraq, Cavabdeh Rusiya Federasiyasına köçüb getməklə evə dair alqı-satqı müqaviləsini notariat qaydasında təsdiqlənməsindən faktiki olaraq boyun qaçırır. Ona görə də alqı-satqı müqaviləsi onun tərəfindən tam icra edildiyindən, mübahisəli evə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı sayılmaqla, məhkəmə qaydasında bağlanmış hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili X2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Marina Solodkaya və 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-n in 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, mübahisəli evin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmamasına, həmin evə dair tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsasların müəyyən edilməməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, Bakı şəhəri, ünvannin Xya məxsus olduğunu, həmin evi 1990cı ildə cavabdehdən satın aldığını, həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını, hətta Xnin arvadı Cavabdeh 01 mart 1990-cı il tarixdə onun X6un adına üç il müddətində qüvvədə olmaqla etibarnamə verdiyini, 1996-cı ildən ailə üzvləri ilə birlikdə mübahisəli evə daimi qeydiyyata alındıqlarını, Cavabdeh evi sa tdıqdan sonra Rusiya Federasiyasına köçüb getdiyini, X6un 19 avqust 2012-ci il tarixdə öldüyünü, artıq 28 ildir ki, fasiləsiz və etirazsız olaraq həmin evdə yaşadıqlarını, evin bütün kommunal xərclərinin onlar tərəfindən ödənildiyini və fərdi yaşayış evinin onun sahibliyində, istifadəsində olduğunu və beləliklə də, notariat qaydasında təsdiqlənməsi tələb olunan alqı-satqı müqaviləsini tamamilə icra etdiyini, lakin Cavabdeh Rusiya Federasiyasına köçüb getdiyi üçün evə dair alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etdirməkdən faktiki olaraq boyun qaçırdığını göstərib, mübahisəli evə dair onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin qanuni əsasını 01 sentyabr 2000-ci il tarixədək qü vvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsi təşkil edir. Həmin maddənin mənasına görə, əqdlərin notariat təsdiqi yalnız qanunda gösərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına əməl olunmaması həmin əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariat qaydada təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqin notariat tərtibatı tələb olunmur. Oxşar hüquqi mövqe hazırki Mülki Məcəllənin 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddənin mənasına görə, əgər tərəflərdən biri notariat qaydasında təsdi qlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Sadalanan maddələrin dispozitiv şərtlərindən də görünür ki, daşınmaz əmlaka dair məhkəmə qaydasında alğı-satqı müqaviləsinin bağlanmasını tələb etmək üçün həmin əmlakın dövlət reyestrində qeydiyyata alınması ilkin şərtdir. Mülki iş materiallarından məlum olur ki, iddia ərizəsində göstərilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır və iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası M PM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bundan başqa “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar müəyyən edilməlidir: birincisi, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; ikincisi, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; üçüncüsü, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, pro sessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)-3714/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar