Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5794/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1, Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisi İddia tələbi: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi müddətinin uzadılması Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi müddətinin uzadılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1, nümayəndə və vəkili Vəkil1, X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat İddiaçı –cavabdehlər Bakı şəhəri 3 saylı Asan Xidmətə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və iddiaçının qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəh adətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evindən ibarətdir. İddiaçı Rizayev Arifin qızıdır və onun hüquqları notariat tərəfindən nəzərə alınmamışdır. Cavabdeh Faina uzun müddətdir ki, iddiaçını Rizayev Arifin qızı kimi yaxşı tanıyır. Buna baxmayaraq o, notariusa müraciət edəndə ondan başqa vərəsənin olmadığını bildirmişdir. İddiaçı cavabdeh ilə miras barəsində razılaşsa da, cavabdeh həmin razılığı pozmuşdur. İddiaçı notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-244/2019 nömrəli iş üzə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş m üddətin iddiaçı tərəfindən ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi, 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinə miras pay kimi iddiaçının vərəsəlik hüquqlarının tanınması barədə verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1, 1243.1, 1246, 1248.1, 337.1, 337.2, 337.3-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mərhum X4 qızı olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Belə ki, cavabdeh sözügedən miras əmlakı qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərkən miras qoyanın ondan başqa da vərəsəsi olmasını bilərəkdən gizlətmişdir. Məhkəmə, iddiaçı tərəfindən onun mərhum atası X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan rəsmi qeydiyyat arayışından görünür ki, İddiaçı xx xxxx 2018-ci il tarixdən etibarən İsveçrənin Nyon şəhərində yaşayır. Sabinanın atasının öldüyü vaxtda hamilə olması şahid ifadələri ilə öz təsdiqini tapır, Sabinanın atasının ölümündən sonra mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilən müddəti ötürməsi üzrlü səbəblərdən baş vermişdir Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsas landırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddianın rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3695/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov, Q.A.Əsgərov, A.N.İmanov) cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X5 xx xxxx 2018-ci il tarixdən etibarən İsveçrənin Nyon şəhərində yaşayır. İddiaçının atası xx.xx.2018-ci il tarixdə ölmüşdür, xx.xx.2018-ci il tarixdə iddiaçının uşağı doğulmuşdur. Yəni iddiaçı atası öldüyü vaxtda hamilə olmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bir inci instansiya məhkəməsi haqlı olaraq iddiaçının atasının ölümündən sonra mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilən müddəti ötürməsinin üzürlü səbəblərdən baş verməsi və cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi andan etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd eidlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclası nın yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yax ud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində irəli sürülmüş dəlillərə gəldikdə isə, cavabdehin eyni məzmunlu dəlilləri apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5794/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5794/2020
25.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver