Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5795/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi XXX Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması, predmetlərinə yönəldilməsi və mənzilin boşaldılması tutmanın ipoteka Açar sözlər: kredit müqaviləsi üzrə əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x x xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları "xxxx" ASC ilə Cavabdeh Səidrəhimoviç arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz ödəmək şərtilə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən XXX122 və XXX98 saylı mənzilə olan sahiblik hüququ bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2017-ci il tarixdə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi XXXiddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Cavabdeh Səidrəhimoviçdən 500000 ABŞ dolları məbləğində əsas borc, 264250 ABŞ dolları faiz borcu, 359500 ABŞ dolları məbləğində əldən çıxmış fayda omaqla, cəmi ******* ABŞ dolları məbləğində kredit borcunun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-224/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A,A.Paşayeva) iddia qismən təmin edilmiş, Cavabdeh Səidrəhimoviçdən 500000 ABŞ dolları məbləğində əsas borc, 264250 ABŞ dolları faiz borcu omaqla, cəmi 764250 ABŞ dolları məbləğində kredit borcunun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş mənzillərə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934- cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə yerləşən 1 22 saylı mənzilin ilkin satış qiymətinin 288000 manat və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə 98 nömrəli mənzilin ilkin satış qiymətinin 216000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin əldən çıxmış fayda hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. İddiaçı göstərmişdir ki, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində onun həmin vəsaiti başqa şəxslərə kredit verməklə xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə (investisiya etməklə) 359500 ABŞ d olları məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 359500 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin xx.xx.2013-cü il tarixə 500000 ABŞ dolları əsas, 264250 ABŞ dolları faiz; xx.xx.2017-ci il tarixə 500000 ABŞ dolları əsas, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək kredit borcu üzrə illik 5 % nəzərə alınmaqla 373000 ABŞ dolları faiz borcu müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-396/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi i lə (hakimlər – V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin olunmuş, qətnamə qismən, əldən çıxmış faydanın tutulmasının rədd edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda qismində 108750 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə tutulması qət edilmiş, ləğv edilmiş qalan hissədə iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 443.1, 443.2, 21.2, 443.4, 443.3-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndi ilə borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət müəyyən edilmişdir. İş üzrə alınmış ekspert rəyi ilə müqavilə müddətinin bitməsindən iddia tələbi irəli sürülən tarixədək illik beş faiz hesablanmaqla faiz məbləğinin 108750 ABŞ dolları olması müəyyən olunur. İddiaçı göstərilənlərdən artıq məbləğdə əldən çıxmış faydanın mövcudluğuna dair hər hansı sübuta istinad etmir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əldən çıxmış faydanın əsaslandırılmasını keçirilmiş ekspertiza rəyinə uyğun olaraq aparıldığını qeyd etmişdir. xx.xx.2019-cu il tarixli, 23068 nömrəli ekspert rəyində əldən çıxmış faydanın kredit müqaviləsi üzrə ol ması barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bunu işə baxan apellyasiya instansiyası özünün təşəbbüsü ilə həyata keçirmişdir. Bu isə tərəflər arasında bağlanmış kredit müqaviləsinin mahiyyətinə zidd və tələblərinə uyğun deyildir. Beləliklə, iş üzrə hallara nəzər yetirdikdə, işə baxan apellyasiya instansiya məhkəməsi əldən çıxmış faydanın təmin edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Həmçinin işə mahiyyəti üzrə deyil, başqa bir hüquq münasibətlərini tənzim edən normalara istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştriak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsin ə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğini n ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödə nilməsini tələb etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri isə formal mülahizələr olmaqla, apelyasiya məhkəməsi tərəfindən konkret hansı pozuntuya yol verilməsinə ümumiyyətlə istinad edilməmiş, şikayət ümumi ifadələrlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kass asiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5795/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5795/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver