Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5796/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)4230/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı uşaqları X2 və X1 ***ə köçürülmələri və ödənilmiş 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “əmlakın götürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan mənzildən cavabdehə məxsus olan əmlakın götürülməsi və iddiaçının mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7948/18 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)4230/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhk əməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd olunmuş, İddiaçı və iki yetkinlik yaşına çatmayan övladı 20.11.2002-ci il təvəllüdlü X2, 18.04.2004cü il təvəllüdlü X3 ***ə köçürülmüş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayət i belə əsaslandırılmışdır ki, məhkəmə qətnamədə tərəflər arasında münasibətlərin 2000-ci ilin aprel ayında yarandığından hazırkı iddia üzrə 01.10.2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəalarını tətbiq etsə də, tərəflər arasında faktiki nikah münasibətinin həqiqətən də 2000-ci ilin aprel ayında yaranmasına dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qətnamədə 01.10.2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etməsi də tamamilə əsassızdır. Belə ki, 01.10.2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60-ci maddəsinin 6-cı hissəsində qeyd edilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həm in sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İddiaçı 2011-ci ildə mənzildən deməsinə görə qaynanası tərəfindən çıxarılsa da bu müddət ərzində məhkəməyə müraciət etməmiş, bu fakt özü İddiaçı həmin mənzilən daimi köçüb getməsini və daimi yaşayış yerinin olmasını təsdiq edir. Yalnız İddiaçı qayınanası ***nın 29.10.2016cı ildə vəfatından sonra həmin mənzildə pay əldə etmək üçün müxtəlif iddialar qaldırmışdır. Bundan başqa İddiaçı övladları X2 08.05.2015-ci ildən X3 isə 12.05.2015-ci ildən ***nə qeydiyyata düşmüşlər. Halbuki onların həmin mənzilə qeydiyyata düşmələri də tam qanunsuz olmuşdur. *** 23 iyun 2009-cu il tarixdə vəfat etmiş və *** tərəfindən uşaqlar evə qeydiyyata götürülməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştir ak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının 2 azyaşlı uşağı var. Əri - X4 23 iyun 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının uşaqları mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı həmin mənzildə 2001-2015-ci illərdə qeydiyyatsız yaşayıb. Mübahisəli mənzilin orderinə əsasən mənzil iddiaçının əri olmuş ***a verilmiş, ***un və ***nın həmin evdə y aşamaq hüquqları olmuşdur. Daha sonra mənzil iddiaçının qayınanası olmuş ***nın adına özəlləşdirilmişdir. Hazırda mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzilə gəlin köçən vaxt mənzil dövlət mənzil fonduna aid olduğu üçün 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun və övladlarının həmin mənzildən istifadə hüququ vardır. Belə ki, Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən düzgün olaraq hesab etmişdir ki, iddiaçının həmin mənzilə istifadə hüququ olduğundan ilkin iddia təmin edilərək iddiaçı iki yetkinlik yaşına çatmayan övladı ilə birlikdə ***ə köçürülməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanma ddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mübahisəli mənzilə köçməsi anının Mülki Məcəllənin qüvvəyə minməsindən əvvəlki dövrə təsadüf etdiyi müəyyən edildiyindən, habelə köçdüyü mənzilin statusu dövlət mənzil fonduna aid olduğundan mübahisə düzgün olaraq həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq həll edilmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-4230/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5796/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5796/2019
23.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver