Məhkəmə qərarları › İş №2(102)-5796/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5796/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5796/2021 01.12.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili X3, Cavabdeh2, Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Cavanşir qızının nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Abdıyev) x saylı, 24 yanvar 2019-cu i l tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 10.12.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən cavabdehlər "xxxx" Şirkəti və Cavabdeh2 müştərək qaydada 626.095,97 manat məbləğində əsas borcun, 30.149,56 manat məbləğində faiz borcunun, 15.000 manat məbləğində cərimənin, cəmi 671.245,53 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evinə və 0,06 ha torpaq sahəsinə və Abşeron rayonu, Fatmayı kəndi, Dadaş Bünyadzadə küçəsi, 1-ci döngədə yerləşən 0,10 ha torpaq sahəsinə və üzərindəki 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evinin və 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 1.000.000 manat məbləğində, Abşeron rayonu, Fatmayı kəndi, Dadaş Bünyadzadə küçəsi, 1-ci döngədə yerləşən 0,10 ha torpaq sahəsinin və üzərindəki 4 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) 11 mart 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin x saylı 2 4 yanvar 2019cu il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmədiyi və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qarşı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bank VTB (Azərbaycan) ASC kassasiya şikayəti verərək, qətnamənin borcun tutulması hissəsində ləğv, bankın iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Bununla belə, kassasiya baxışında Bank VTB (Azərbaycan) ASC, "xxxx" Şirkəti, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və X5 öz aralarında barışığa gəlmələri barədə sazişi məhkəmə kollegiyasına təqdim edərək bağladıqları 05.11.2021-ci il tarixli barışıq sazişinə əsasən, işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər iş üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(103)-l539/2020 saylı qətnaməsindən iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar x saylı mülki iş vardır.

2. «Bank» ilə “Borclu” arasında bağlanmış 119649-1-9929/1/2 saylı, 19.10.2016-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu və “Zamin”lərin 29 iyun 2021-ci il tarixinə Banka müştərək qaydada olan borcu 626,095.97 manat məbləğində əsas borc, 30,149.56 manat məbləğində faiz borcu və 15,000 manat məbləğində cərimə, cəmi 671,245.53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat məbləğində müəyyən olunur.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləği - 671,245.53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat müəyyən olunur, həmin məbləğin 100.000 (yüz min) manat olan hissəsi “Borclular” tərəfindən müştərək qaydada saziş imzalandıqdan dərhal sonra ödənilir. Qalan hissəsi isə aylıq 5000 (beş min) manatdan az olmamaq şərti ilə 12 ayı heç bir faiz və digər əlavə ödəniş hesablanmadan ödənilir, növbəti 48 ayı isə illik 12 faiz hesablanmaqla aylıq 13,463.07 (on üç min dörd yüz altmış üç manat yeddi qəpik) manatdan az olmamaq şərti ilə hər təqvim ayının 15-dən gec olmayaraq ödəyir. Bundan əlavə borclu Saziş imzalandıqdan sonra 12 ay ərzində ümumilikdə 621,245.53 (altı yüz iyirmi bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat məbləğində ödəniş edəcəyi təqdirdə Borcluların Bank qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmetləri yüklülükdən azad olunacaq.

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə (fors-major halları istisna olmaqla) və ya lazım ınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Borclulardan müştərək qaydada 671,245.53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat məbləğindəki borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2. İpoteka predmetinin ilkin satış qiyməti 150.000 (yüz əlli min) manat müəyyən edilməklə, borcluların borcu ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin ünvanda yerləşən 114.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi, İpoteka predmetinin ilkin satış qiyməti 1.000. 000 (bir milyon) manat müəyyən edilməklə ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin ünvanda yerləşən 224.6 kv.m yaşayış sahəsi, 552.8 k v.m ümumi sahəsi olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilir, əmlaklar açıq hərracdan satılır və daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər əmlaklardan məcburi qaydada çıxarılır və əmlaklar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bənddə qeyd olunan Borclunun Banka olan borcunun qalığının bağlanmasına, qalan hissə isə İpoteka qoyana ödənilir. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndə qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq Borcluya məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait Banka ödənilir.

5. Borclular bu Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir.

6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında qanuna əsasən icra edilir.

7. Tərəflər bəyan edirl ər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 7 (yeddi) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi və vəkili X6, Cavabdeh2, cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Cavanşir qızının nümayəndəsi və vəkili X1 təsdiq edilməklə mülki işin icraatın a xitam verilməsini xahiş etmişlər. Beləliklə, tərəflər mübahisəni barışıqla yekunlaşdıraraq, bu barədə iradə ifadələrini yazılı formada tərtib etdikləri sazişdə məhkəməyə təqdim etmişlər, həmin sazişin təsdiq olunması və işin icraatına xitam verilməsi barədə ərizə vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələ rdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 417.1.5-ci maddələrinə görə, apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 11.03.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə 05.11.2021-ci il tarixdə tərəflər arasında bağlanmış:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(103)-l539/2020 saylı qətnaməsindən iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar x saylı mülki iş vardır.

2. «Bank» ilə “Borclu” arasında bağlanmış x saylı, 19.10.2016-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu və “Zamin”lərin 29 iyun 2021-ci il tarixinə Banka müştərək qaydada olan borcu 626,095.97 manat məbləğində əsas borc, 30,149.56 manat məbləğində faiz borcu və 15,000 manat məbləğində cərimə, cəmi 671,245.53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat məbləğində müəyyən olunur.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləği - 671,245.53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat müəyyən olunur, həmin məbləğin 100.000 (yüz min) manat olan hissəsi “Borclular” tərəfindən müştərək qaydada saziş imzala ndıqdan dərhal sonra ödənilir. Qalan hissəsi isə aylıq 5000 (beş min) manatdan az olmamaq şərti ilə 12 ayı heç bir faiz və digər əlavə ödəniş hesablanmadan ödənilir, növbəti 48 ayı isə illik 12 faiz hesablanmaqla aylıq 13,463.07 (on üç min dörd yüz altmış üç manat yeddi qəpik) manatdan az olmamaq şərti ilə hər təqvim ayının 15-dən gec olmayaraq ödəyir. Bundan əlavə borclu Saziş imzalandıqdan sonra 12 ay ərzində ümumilikdə 621,245.53 (altı yüz iyirmi bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat məbləğində ödəniş edəcəyi təqdirdə Borcluların Bank qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmetləri yüklülükdən azad olunacaq.

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır. Borclular v ə İpoteka qoyan bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə (fors-major halları istisna olmaqla) və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Borclulardan müştərək qaydada 671,245.53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat əlli üç qəpik) manat məbləğindəki borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2. İpoteka predmetinin ilkin satış qiyməti 150.000 (yüz əlli min) manat müəyyən edilməklə, borcluların borcu ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin ünvanda yerləşən 114.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi, İpoteka predmetinin ilkin satış qiyməti 1.000. 000 (bir milyon) manat müəyyən edilməklə ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin ünvanda yerləşən 224.6 kv.m yaşayış sahəsi, 552.8 kv.m ümumi sahəsi olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilir, əmlaklar açıq hərracdan satılır və daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər əmlaklardan məcburi qaydada çıxarılır və əmlaklar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bənddə qeyd olunan Borclunun Banka olan borcunun qalığının bağlanmasına, qalan hissə isə İpoteka qoyana ödənilir. 4.4. İpoteka predmetlərinin satışında n əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndə qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq Borcluya məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait Banka ödənilir.

5. Borclular bu Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir.

6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunm uş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında qanuna əsasən icra edilir.

7. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 7 (yeddi) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir məzmunundakı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata x itam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar