Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5796/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3771/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X9 adlı övladları olmuşdur.
2. Rusiya Federasiyası Moskva şəhəri Timiryəzevsk rayon 403 saylı məhkəmənin 03 aprel 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. Həmçinin həmin qərarda xx.xx.2009-cu il təvəllüdlü X5 anası ilə yaşayacağı göstərilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payın ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, ilk iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun yarısının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarının təmin olunmaması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 40609,9 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən qətnamə icraya yönəldilmişdir. 6. xx.xx.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İcra işi üzrə icraat zamanı İddiaçı həmin pulu Cavabdeh könüllü ödəməsi barədə xx.xx.2016-cı il tarixli bildiriş göndərilmişdir. 7. 27.12.2016-cı ildə İddiaçı Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borcu ödəməyə imkanı olmadığını və hissə-hissə ödəyə biləcəyini bildirmişdir.
8. Həmin pulun ödənilməsinin təmin edilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin borclu İddiaçı məxsus ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. 9. 27.06.2018-ci ildə İddiaçı borcun ödənilmədiyi təqdirdə tələbin mübahisəli mənzilə olan payına yönəldiləcəyi barədə xəbərlarlıq ünvanlanmışdır. 10. 03.07.2018-ci il tarixli qərarla mübahisəli mənzilin qiymətləndirilməsi “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-yə həvalə edilmişdir. 11. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən həmin mənzil 90000 (doxsan min) manat dəyərində qiymətləndirilmişdir. 12. 29.08.2018-ci ildə İddiaçı telefon rabitəsi ilə şöbəyə dəvət edilməsi və borcunu ödəmədiyi halda tələbin mübahisəli mənzildəki payına yönəldiləcəyinin bildirilməsi, İddiaçı şöbəyə gəlməkdən və borcu ödəməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. 13. 30.08.2018-ci ildə İddiaçı mübahisəli mənzilin 90000 manat məbləğində qiymətləndirildiyi, borcun ödəni lmədiyi təqdirdə tələbin mübahisəli mənzilə olan payına yönəldilməklə, payının borc əvəzi Cavabdeh veriləcəyi barədə xəbərlarlıq ünvanlanmışdır.
14. Binəqədi icra şöbəsinin xx.xx.2018-ci il tarixli təklif məktubuna əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə görə mübahisəli mənzilin borclu İddiaçı aid ½ hissəsini 45000 (qırx beş min) manat dəyərində borc əvəzində, əmlakın 4391 (dörd min üç yüz doxsan bir) manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə qəbul etməsi Cavabdeh təklif olunmuş, sonuncu bu təklifi xx.xx.2018-ci il tarixli ərizə ilə qəbul etmiş və 4391 manat məbləğində qiymət fərqini və 10 manat dövlət rüsumu əvəzini, cəmi 4401 manat pulu Binəqədi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürmüşdür.
15. Bundan son ra Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 05 noyabr 2018-ci il tarixli qərar qəbul etmişdir.
16. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə Binəqədi rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Cavabdeh tərəfindən Binəqədi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüş 4391 manat məbləğində qiymət fərqini və 10 manat dövlət rüsumu əvəzini, cəmi 4401 manat pulun qəbul edilməsi üçün onun hesabına köçürülməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı X5 ilə birlikdə "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən İddiaçı və Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə olan payın ½ hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Hal-hazırda iddiaçı kirayədə qalmağa məcburdur. Dəfələrlə cavabdehə evə dair müraciət etsə də, cavabdeh tərəfindən hər hansı bir təklif irəli sürülməm işdir.
19. İddiaçı izahatında göstərmişdir ki, cavabdehlə nikahları pozulmuş, birgə nikahdan olan oğlu onun himayəsində saxlanılmışdır. Mübahisəli mənzildə onların birgə nikahı dövründə əldə edilmişdir. Məhkəmə qətnaməsi ilə mənzilə dair tərəflərin ½ hissədə payları müəyyən edilsə də, mənzilə daxil ola bilmir. Belə ki, cavabdeh Rusiya Federasiyasında yaşadığından mənzil naturada bölünməmişdir. Bu səbədən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-7158/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilmiş, İddiaçı övladı olan xx.xx.2009-cu il təvəllüdlü X6 birlikdə "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi r ayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə köçürülməsi, 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
21. Məhkəmə hesab etmişdir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir.
22. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayıldığından, hazırki halda xx.xx.2009-cu il təvəllüdlü X5 yaşayış yeri anasının yaşayış yeri ilə müəyyən edilir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Kon stitusiyasının 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8 və 20-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Birinci instansiya məhkəməsinin qətnaiəsindən cavabdeh və maraqlarına toxunan şəxs kimi X7 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir.
25. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnış olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil iddiaçı və cavabdehin paylı mülkiyyətindədir, yəni mübahisəli mənzil 1/2 hissə pay ilə onlara məxsusdur. Məhkəmə bu qənaətə məhkəmə iclasında cavabdehi n iştirakını təmin etmədən, ona müdafiə üçün şərait yaratmadan və zəruri sübutları təqdim etməsinə imkan vermədən, nəticə etibarilə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan gəlmişdir. Halbuki, apellyasiya şikayəti ilə mübahisələndirilən qətnamədə də istinad edilən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən mübahisəli mənzilə olan payın ½ hissəsinə iddiaçının, digər ½ hissəsinə isə iddiaçının paylarının müəyyən edilməsi nəzərdə tutulmaqla yanaşı, həmçinin iddiaçıdan cavabdehin xeyrinə 40609 manat pul da tutulmalı idi. İcra işi üzrə icraat zamanı iddiaçıya həmin pulu Cavabdeh könüllü ödəməsi barədə təklif edilsə də, o, buna əməl etmədiyindən məcburi icra hərəkətlərinə keçilmişdir. Həmin pulu n ödənilməsinin təmin edilməsi məqsədilə mübahisəli mənzilin borclu iddiaçıya məxsus ½ hissəsinin üzərinə həbs qoyulmuş, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən həmin mənzil cəmi 90000 (doxsan min) manat dəyərində qiymətləndirilmişdir. Binəqədi icra şöbəsinin xx.xx.2018-ci il tarixli təklif məktubuna əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mübahisəli mənzilin borclu iddiaçıya aid ½ hissəsini 45000 (qırx beş min) manat dəyərində borc əvəzində, əmlakın 4391 (dörd min üç yüz doxsan bir) manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə qəbul etməsi Cavabdeh təklif olunmuş, sonuncu bu təklifi qəbul etmişdir. Bundan sonra Binəqəd i rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 05 noyabr 2018-ci il tarixli qərar qəbul etmişdir; qərara alınmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı 90000 (doxsan min) manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzilin borclu İddiaçı aid 1/2 hissəsi 40609 manat borc tələbi əvəzi Cavabdeh verilsin. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı 90000 (doxsan min) manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzilin borclu İddiaçı aid ½ hissəsi Cavabdeh əmlakı kimi adına rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə "xxxx" MTK-ya göndər ilsin. İcra şöbəsinin eyni tarixli məktubu ilə həmin qərar icra olunması üçün "xxxx" MTK-nın sədri A.Əhmədova göndərilmiş, "xxxx" MTK tərəfindən isə sözügedən mənzil tam şəkildə Cavabdeh adına rəsmiləşdirilmişdir. Sonradan cavadehin adından xx.xx.2017-ci il tarixli etibarnamə əsasında çıxış edən X14 "xxxx" MTK-nın sədri S.A.Əhmədova ərizə ilə müraciət edərək mənzili X2, sonuncunun 44000 manat pul ödədiyini, qalan 46000 borcu isə 1 ay ərzində ödəməyi öhdəsinə götürdüyünü bildirməklə təmsil etdiyi cavabdehin payçılıqdan azad edilməsini xahiş etmişdir. Həmin ərizə yeni payçı X15 tərəfindən də imzalanmaqla təsdiq edilmişdir. Nəticə etibarilə bütün bunlar məhkəmRənin iş üzrə gəldiyi nəticənin açıqca səhv olduğunu göstərir. Əksinə müəyyən olunur ki, mənzilin iddiaçıya məxsus ½ hissəsi borc əvəzi cavabdehə təklif edilərək sonuncu tərəfindən qəbul edilmiş, mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra isə, üçüncü şəxsə satılmışdır.
26. Maraqlarına toxunan şəxs X7 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Cavabdeh qarşı “Mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müaciət edərək, iddiaçının və azyaşlı övladı X5 "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan qətnamə ilə S.Həşimovanın qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan həmin qətnamədən şikayətçidir. Belə ki, iddiaçı nın köçürülməli olduğu qətnamədə "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzil kimi qeyd olunan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********30-05301- 093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında Səadət Həşimovaya məxsusdur, habelə qeyd olunan reyestrdən çıxarışa əsasən həmin mənzilə ünvan 2 ünvanı verilmişdir. Qeyd olunan mənzili xx.xx.2021-ci il tarixdə, ünvan 3 ofisində bağlanmış AN-İ№ ******* serya və nömrəli “Daşınmaz əmlakın alqı-satqısına dair Müqavilə” əsasında satıcı X10 110000 manat ödəməklə almış və nəticə etibarı ilə həmin mənzilə münasibətdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq bu barədə S.Həşimovaya **********30-05301- 093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə işin həqiqi və əhmiyyətli hallarını düzgün araşdırmamış, qeyd olunan münasibətləri tənzimləyən lazımi hüquq normalarını tətbiq etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3771/2022 nömrəli iş üzrə 3 iyun 2022-ci il tarixli qət naməsi ilə (hakimlər–Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Azad İmanov) Cavabdeh və maraqlarına toxunan şəxs X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yalnız iş materiallarında olan icra vərəqəsinə əsasən iddiaçının mübahisəli mənzildə 1/2 hissə payının olması halına istinad edərək, həmin icra vərəqəsi üzrə icra hərəkətlərinin hansı vəziyyətdə olmasını araşdırmadan, həmçinin həmin icra vərəqəsi üzrə İddiaçı Cavabdeh 40609 manat məbləğində pul ödəməli olmasını nəzərə almadan iddia tələbini təmin e tmişdir.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının 40609 manat məbləğində borcunun onun mübahisəli mənzildə olan ikidə bir hissədə payına yönəldilməsi icra məmurunun ləğv edilməmiş qərarı ilə öz təsdiqini tapdığından iddiaçı hazırda ona hüququ olmayan həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, iddiaçının cavabdehə olan 40609 manat mələğində borcu 90000 manat məbləğində qiymətləndirilən mənzilin ikidə bir hissəsinə (45000 manat) olan payından 4391 manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə çıxılmışdır.
30. Mənzilin üçüncü şəxslərin adına özgəninkiləşdirilməsi etibarsız sayıldığı təqdirdə iddiaçı mənzilə köçürülməsini tələb etməkdə haqlı ola bilərdi. Lakin, işin hallarından müəyyən olunur ki, iddiaçı hazırki vaxtadək sözügedən mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə dair əqdləri məhkəmə qaydasında mübahisələndirməmişdir. X11 sözügedən mənzilin mülkiyyətçisi olması və onun mülkiyyət hüququnun yaranmasına əsas vermiş əqdlərin məhkəmə qaydasında mübahisələndirilməməsi iddiaçının həmin mənzilə köçürülməsini hüquqi cəhətdən mümkünsüz edir.
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140-ci, MPM-in 14.2, 77 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil Abdurahmanov Ağarəhim) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi iş materiallarında olan icra vərəqəsi üzrə icra hərəkətlərinin hansı vəziyyətdə olmasını araşdırmaq məqsədi ilə İcra işinin materialları ilə tanış olduqda borclunun tələb yönəldilməyən əmlakı barədə olan, “İcra haqqında” Qanunun 49.2-ci maddəsinin fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir tələbinin pozulmasına diqqət yetirməmiş, Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarının 1-ci bəndinə görə yeganə yaşayış sahəsi olan evinə tutmanın yönəldilməsinin qanuna zidd olmasına düzgün hüquqi qiymət verməmişdir.
34. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 5-ci səhi fəsində göstərilmişdir ki, İddiaçı icra məmurunun "əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi "barədə 05.noyabr 2018-ci il tarixli qərarı ilə bağlı məhkəməyə müraciət edə bilərdi və belə bir hüququ vardır. Bununla bağlı iddiaçı apellyasiyada işə baxılarkən məhkəmǝyǝ bildirmişdir ki, icra məmurunun təqdimatları ilə əlaqədar məhkəmə baxışlarından məlumatı olmayıb, həmin qərarlar onun iştirakı olmadan çıxarılıb. Ona görə də şikayət verə bilməzdi.
35. İddiaçı daha sonra göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi ona təqdim olunmuş icra işinin materiallarını tam öyrənməmiş, borclu İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin 8(001)1914 /2017 saylı, 18 may 2018-ci il tarixli qərardadından verilmiş şikayəti əsasında Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurunun t əqdimatı həmin məhkəmənin 11 sentyabr 2019-cu il tarixli, 8(001)952/2019 saylı qərardadı ilə təmin edilməməsini, bu barədə Binəqədi Rayon Məhkəməsinin hakimi cənab X17 rayon İcra və probasiya şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 8(001)-952/2019 saylı, Bakı şəhəri, Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mübahisənin predmeti olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə məktubu, borclu İddiaçı məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini təmin etmək üçün Binəqədi rayon icra və probasiya şöbəsinin rəisinin xx.xx.2020-ci il tarixli, “Oba“ MTK-nın sədri Cənab S.A.Əhmədova ünvanlanmış məktubu da nəzərə alınmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüs ü ilə, apellyasiya baxışının predmetinə birbaşa aid olmayan məsələnin pozuntulara yol verməklə araşdırılmış, mənzilin formal olaraq satılaraq digər şəxsin adına keçirilməsinin formal olmasını, bu faktın onu mənzildən məhrum etmək üçün cavabdehin MTK rəhbərliyi ilə birgə qanunsuz hərəkətləri nəticəsində baş verməsinə qiymət verilməmişdir. b)
37. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 87,98 kv metr ümumi sahədən ibarət 2 otaqlı mənzilin ikidə bir hissədə payı məhkəmə qətnaməsi ilə iddiaçının cavabdehə olan 40609,9 manat məbləğində pul borcunun müqabilində, qətnamənin icrası qaydasında cavabdehə keçmiş, cavabdeh həmin mənzilə tam pay hüququna malik olmuş, sonradan payını Vüqar Əhmədov adlı şəxsə satlmış, həmin pay sonuncudan Rahim Məmmədov adlı şəxsə keçmiş, nəhayət ünvan 3 ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili Səadət X1 110000 manata satın almış və Səaəd Həşimovanın adına mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdlır.
52. Mənzi hal-hazı rda idjiiaçı ilə heç bir qohumluq əlaqəsi olmayan X3 mülkiyyətindədir.
53. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisənin predmeti olan mənzildəki ikidə bir payından cavabdbehlə MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğunu irəli sürsə də, iddiasının təmini üçün mənzil üzərində Səadət Həşimovanın (habelə Vüqar Əhmədov və Rahim Məmmədosvun) mülkiyyət hüququnun qeydiyyata alınmasının qeyri-dəqiqliyi sübuta yetirilməlidir, bu da hazırkı məhkəmə baxışının predmeti deyildir.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir Odur ki, MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3771/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.