Məhkəmə qərarları › İş №2(102)-5798/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5798/2019

18.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5798/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 31.07.2017-ci il tarixli 2(005)-5005/2017 nömrəli qətnaməsi ilə iddiaçıla r İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüquqları itirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, H.Həmidov) 19.01.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31.07.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 25 iy un 2018-ci il tarixli qərarı ilə( hakimlər M.Əhmədova, Ə.Rüstəmov və Ə.Nurməmmədov) İddiaçı2 prosessual hüquq varisi X2 kassasiya şikayəti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.01.2018-ci il tarixli 2(103)-864/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2(103)9254/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Vəliyev sədrlik edən, məruzəçi X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.06.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 10.07.2017-ci il tarixdə ölmüşdür. X2 İddiaçı2 prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normlarının tətbiqində və təvsirində səhvə yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı1-in məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərb aycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkə məsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən mənzilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* saylı, 30.05.2017-ci il tarixli “Çıxarış”ına əsasən paylı mülkiyyərçiləridirlər. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışına mübahisəli mənzilə (ünvna) hansı hüquqverici sənəd əsasında qeydiyyata alınmalarına, onların mərhum mülkiyyətçi İddiaçı2 ilə birlikdə həmin mənzildə ailə üzvü və ya digər şəxs qismində yaşayıb-yaşamamalarına, ümumi təsərrüfat aparıbaparmamalarına, hazırda faktiki olaraq harada yaşamalarına, qeydiyyatda olduqları mənzildən başqa yaşayış sahələrinin olub-olmamasına, əgər mübahisəli ünvanda yaşamışlarsa nə vaxta kimi yaşamalarına və hansı şəraitdə mənzili tərk etmələrinə, onlara məxsus hər hansı bir əşya, yaxud əmlakın mübahisəli mənzildə qalmasına, mənzilin İddiaçı2 adına rəsmiləşdirilməsi barədə sərəncam verilərkən, onların hansı səbəbdən 2 saylı forma üzrə arayışda göstərilməmələrinin səbəblərinə dair hər hansı mötəbər sübut təqdim etməmişlər. Cavabdehlər ümumiyyətlə mübahisəli mənzildə yaşamamış onların həmin mənzilə qeydiyyatı formal xarakteri daşımışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi cəhətdən Azərbaycan Respublikası MM-nin 152.1, 157.4, 158.1.2 və 158.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Cavabdehlər kassasiya şikayətlərində işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, apellyaisya instnasiyası məhkəməsi tərəfində n yol verilmş maddi hüquq pzuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan haldda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq nomalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti nin dəlilləri Bakı Apellyasiya məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar